139
Belə ağır vaxtlarda qaçqınlıq zillətinin girdabında boğulan
Rüstəmin ailəsinə Səməndərin yatağına köçüb orda çobanlıq
etməsi təklifi vəziyyətdən ən yaxşı çıxış yolu olur. Onların hər
ikisi Qarabağ qaçqınıdır, amma Səməndər həm də qaçaqdır,
sözünü deyə bilən, bütün qaçaqlar kimi mərdlik qanunları ilə
yaşayan insandır. Roman boyu biz bu obrazın xarakterinə bələd
olur, müxtəlif situasiyalarda açılan tipik əlamətlərini görə
bilirik. Əsərdəki hadisələr üç mətndə ehtiva olunur.
Rüstəmin
(əsərdəki hadisələr onun dili ilə nəql olunur) Səməndərin ölü-
mündən sonra fermadan şəhərə gəlib yaşadığı dövr-indiki za-
man-ki, hadisələr məhz bu rakursdan müstəviyə gətirilir; müəl-
lifin söylədiyi on iki hekayət əsasında Səməndərin tərcümeyi-
halını, xarakterinin açılmasına yardımçı olan səhnələri sərgilə-
yən
məqamlar-keçmiş zaman- ki, yalnız Səməndərin ömür ta-
rixçəsi, onun müharibəyə qədər, Haramı düzündə məskunla-
şanadək keçdiyi yol nəql olunur və əsas vaqeələrin cərəyan
etdiyi, Rüstəmlə Səməndərin ortaq zamanı və məkanı bölüşmə-
lərini görükdürən məkan-Haramı düzündəki
cərəyan edən va-
qeələrin zamanı. Bütün vaqeələr indiki zaman qatında nəql
olunsa da, əslində mətnlərdə sərgilənən hadisələr oxucunu vir-
tual olaraq öz zamanına aparır. Maraqlısı da elə budur, öz za-
manına dönən insan Səməndərin düzənlədiyi
həyatdan nəyi əxz
edir? Hansı təkrarsız milli çaları ki, onu bu mövzuda daha
bitkin yaradılan Cahandar ağadan fərqləndirsin?!
Əsərdə Səməndər qaçaqlığın-kişiliyin, bəyliyin son nüma-
yəndəsi kimi mənalanır. Müəllifin onunla bağlı danışdığı on iki
hekayət (on iki boy!), eləcə də günün sosial-mənəvi təzadlarını
sərgiləyən məqamlar –yeddi gündəlik sanki bununla igidliyin
sona vardığını işarə edir: ”İgidliyə bir qoz”. Bu da İ.Şıxlı rakur-
sumu, yoxsa daha fəci reallıq? Var olan, hələ sıradan çıxmayan
milli cahangirliyimiz bu zamanda
belə özünə güclü arxa tap-
mır. Amma tərəddüd doğurur: yaxşı, günbəgün dəyişən və milli
keyfiyyətlərindən uzaqlaşan cəmiyyətin bu günə ötürəsi dəyəri,
zəmanə qəhrəmanı beləmi olmalıdır?
140
Şərif yeni dünya düzəninə qarşı qoyduğu qaçaq obrazını
bitkin yaratsa da, bəzi
cəhətlərini sanki köhnə dövrün, möv-
zunun sələfi olan əsərlərin qəhrəmanlarından proyeksiyalayır.
Cahandar ağanın qadına münasibətdə yol verdiyi xətanı Şərifin
qəhrəmanı yenidən təkrarlayır. Belə bir təkrar müəllifə niyə
lazim olur? Qaçaqlığın atributu kimi, yoxsa qəhrəmanın ölü-
münü hazırlayan səbəb kimi? Bir qədər də bunlar çaşdırır bizi-
milli insan beləmi olmalıdır-gözü tutduğu qadını arvadının üs-
tünə gətirməli, oğurluqla məşğul olmalı, anasını söyməli, heç
nəyin ağına-bozuna baxmadan qarşısındakına qolunun gücünü
göstərməli, hərbə-zorba gəlməlidir -Şərif sanki zamanları qa-
rışdırır, yəni zamanlar əsərdə onsuz da qarışıqdır,
söhbət qəh-
rəmanın zamanından gedir. Səməndərin faciəsini şərtləndirən
amil onun xarakterinin öz mühitində olmamasıdır. Onun yaşam
tərzi yalnız kənar dünya üçün yox,
elə ətrafi, çevrəsi, doğma
ailəsi üçün də qəbul edilmir. Səbəbini müəllif özü deyir:
Dostları ilə paylaş: