Microsoft Word Yeni kitab A5-son docx


baş çıxarmağı bacaran insan idi Səməndər. Sadəcə, zaman-



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə62/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   58   59   60   61   62   63   64   65   ...   125
baş çıxarmağı bacaran insan idi Səməndər. Sadəcə, zaman-
la uyuşa bilmirdi. Zamanla uyuşmazlıq isə böyük komedi-
yalar və ya dəhşətli faciələr yaradır. Səməndər faciələrlə 
yaşayan birisi idi”.  Ş.Ağayar zamana müxalif davranan ob-
razlar sırasında komediya qəhrəmanının iç dünyadüyumuna, 
onun mühakimə  və tutumlarına (əsərdəki Rəcəb  İvedik nüan-
sı!) köklənsə də faciə qəhrəmanının obrazını yaradır. 
Səməndərin ölümü əsərdə seçilən xarakterin labüd sonluğu 
kimi təqdim olunur. Hətta sona qədər açıq qalan “qatilin kimli-
yi” məsələsi də  məntiqi sonuc kimi mənalanır: Nə  fərqi var 
kimin əliylə törədilib bu qətl. Həyat yoldaşı Xalidənin, ya başqa 
birinin? Səməndər kimi insanların ölümünə  fətva verən zaman 
deyilmi?! Seçilmişlərə qarşı daim amansız davranan zaman... Bu 
məqam həm də əsərdəki bədbin fəlsəfəni ehtiva edir: Səməndər 
kimi insanlara bəşəriyyətdə daha yer yoxdur, əgər insanlıq və 
mənəviyyat deqradasiyaya uğrayıbsa onda Səməndər kimi 
insanların fəci sonunu, sonluğunu həyat özü labüdləşdirir. 
“Haramı”dakı  əsas ideya da budur: cəmiyyət və insanlar 
mənəvi tənəzzül keçirir, müharibə xalqın iradəsini sıxışdırır, 
bütün bu kataklizmlər içərisində özgürlüyü, sabit yaşayış tərzi, 
milli xarakteri ilə seçilən insanlar öz məzmunu və mahiyyəti 
etibarilə  təkliyə  və anlaşılmazlığa urcah olurlar. “Haramı” ki-
şilik dəyərləri ilə “son magikan” olan belə insanlardan birinin-
Səməndərin qurduğu patriorxal dünyanı  və onun necə puç ol-
masını, fənaya uğramasını göstərir. Əsərin uğuru da məhz milli 
yaddaşla bağlı məqamları əsərə gətirmək, bu məqamalrı müxtə-
lif situasiyalar zəminində açmağa müvəffəq olmasıdır. 
Romanda Səməndər obrazı bitkin yaradılıb. Hər kiçik detal, 
hər epizod onun xarakterindəki müəyyən bir cizgini açmağa 
yardımçı olur. Qəhrəmanın həm zahirən təsvir olunan portreti, 
həm daxili keyfiyyətləri  əsərdə real, canlı boyalarla inikasını 
tapıb. Romanın əvvəlində müəllif qeyd edir: “əsərdə əsas hadi-


143 
sələr bədii, gündəlik isə publisistik üslubda qələmə alınıb”. Bu-
rada ikinci qat-yəni, əsərin publisistik üslubda yazılan hissəsi-
gündəliklər  əsas hadisələrin  əleyhinə  işləyir, yəni, o ideyanı, 
konsepsiyanı ki, müəllif  əsas süjet xəttində qoyur və onu mə-
nalandırmağa çalışır, gündəliklər sanki bu düzəni dağıdır. Ona 
görə yox ki, iki ayrı üslublar bu koloritə təsir edir, yox, sadəcə 
gündəliklər  əsərin bədii qatının gizlinlərini, sıxdığı ruhsal 
enerjini parçalamaqla hadisələrin sirayətedici həzzini azaldır, 
oxucu üçün düşünməyə imkan, təsirlənməyə duyğu yeri qoy-
mur. Belə ki, realist üslubla postmodernizmin qovuşuğu kimi 
ərsəyə  gələn romanın diaxron xətti təsirini göstərir, müəllif 
ciddi planda qoyduğu nəsnələri  əsərdə  həm də postmodern 
kinayə obyektinə çevirir (məsələn, “İgidliyə bir qoz” dediyi, 
Koroğlunu cinayət məcəlləsinin maddələri ilə haqqın divanına 
çəkdiyi məqamlar). Eləcə  də tez-tez Səməndərlə bağlı “elə 
adamlar üçün bu zəmanədə yaşamaq çox çətin olur” qəbildən 
ifadələr işlədib  əsərdəki mətləbi çılpaqlaşdırmaq bədii siqlətə 
xələl vurur. Əsərdə yer alan informasiyanı oxucuya əsər yox, 
müəllif çatdırmağa çalışır. Romanda qəhrəman və zaman proble-
mini situasiyalar bəlirtirsə, əlavə ritorikaya ehtiyac olmamalıdır.  
“Haramı” romanında dastan strukturu var, bir çox nəsnələrin 
etnoqrafik cizgiləri məharətlə açılır: Haramı düzünün yaranma 
tarixindən tutmuş qaçaqlıq həyatının özəlliyi, çoban həyatı  və 
bir sıra başqa məsələlər haqqında ətraflı məlumat verilir. Əsə-
rin təhkiyəsi də bu məqamlarda sanki dastan poetikasına köklə-
nir, bir-birini əvəz edən rəvayətlər, hekayətlər axıcı və rəvanlı-
ğı ilə romanı oxunaqlı edir.  
Ş.Ağayar işarələrlə  işləməyi bacarır. Bu əsərdə  də adların 
əksəriyyəti rəmzi xarakter daşıyır. Səməndərin ən yaxın silah-
daşının Eyvaz olması bizə Koroğlunun ən yaxın adamını yada 
salır. Səməndərin oğlu Şiruyə iran şahı Xosrovun oğlu ilə həm 
xarakterlərindəki oxşarlıq, həm də atasının evə gətirdiyi qadına 
özünün də laqeyd olmaması baxımından səsləşirlər. Və Herakl. 
Əsərin digər əsas qəhrəmanı Rüstəm unutduğu mail parolunun 
gizli  şifrəsini açmaq üçün bir sıra adları, rəmzləri sınaqdan 


 
144 
çıxararkən yalnız bu ad kara gəlir. Bu ki elə öz qadınının əli ilə 
öldürülən mifik qəhrəmanın adıdır?! Təsadüfidirmi? Yox, am-
ma işarə heyrətləndirmir. Nədən ki, yazıçı bu məqama çatana 
qədər tarixdə qadınlarının əli ilə ödürülən bir sira adlar təqdim 
(tədqiq) edib tapıntının sətiraltı  mənasını  bəsitləşdirir.  Əvə-
zində  Səməndərin atı  Qəmər öz adı ilə daha çox eyhamlara 
işarə edir. Məsələn, bəlkə elə bu Cahandarın ölən Qəmərinin 
yeni doğuluşudur -ki, yeni cahangirini tərkinə alıb çağdaş za-
manı  və  məkanı dolandırmaqla sələfinin missiyasını qaldığı 
yerdən davam etdirir?! 
Ş.Ağayarın “Haramı” romanı haqqında danışmağa rəvac 
verən  əsərdir və sözsüz ki, çağdaş  nəsrin uğurlu nümunə-
lərindən biri kimi ciddi münasibətin predmeti olacaqdır. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin