İkinci qrupa dövlət tərəfindən onun ərazisi üzərində beynəlxalq hava
əlaqələrini həyata keçirən zaman yaranan kommersiya məsələlərinin tənzimlənməsi və
nizama salınması ilə bağlı bütün konkret hüquqlar daxildir.
Üçüncü qrup cinayət, mülki və inzibati yurisdiksiyanın məsələləri ilə bağlıdır.
Ölkələr öz hava məkanının sərəncamçısı olmaqla, digər ölkələrə məxsus olan hava
gəmilərinin uçuşları üçün icazə sistemlərini müəyyən etməklə bərabər, öz ərazisi
məkanında dövlət cinayət sanksiyalarını milli qanunlar əsasında hava gəmisinin ölkənin
hava məkanında qaydaları pozduğu halda tətbiq etmək hüququna malikdir. Dövlət
tərəfindən cinayət sanksiyalarının tətbiq edilməsində əsas məqsəd ölkənin siyasi və
iqtisadi maraqlarını təmin etmək, o cümlədən, dövlətin təhlükəsizliyini və hava
gəmisinin hava məkanında uçuşunun təhlükəsizliyini təmin etməkdən ibarətdir.
Dostları ilə paylaş: