Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Azərbaycan iqtisadiyyatı cəmiyyətin mövcud olub yaşamasının və inkişafının əsasıdır



Yüklə 147,54 Kb.
səhifə3/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Azərbaycan iqtisadiyyatı cəmiyyətin mövcud olub yaşamasının və inkişafının əsasıdır. Hər bir xalqın, müstəqil dövlətin mövcudluğunun maddi əsası, onun iqtisadiyyatıdır. Bu mənada iqtisadi sistem kimi Az. İqtisadiyyatını və bu iqtisadiyatı bir elm olaraq öyrənən “Azərbaycan iqtisadiyyatı;-ndan fərqləndirmək lazımdır, onlar bir-birindən fərqli olan anlayışlardır və onları eyniləşdirmək olmaz. I halda söhbət insanların əsas fəaliyyət sahəsindən gedirsə, II halda elmin xüsusi saəsindən, konkret tədris fənnindən gedir.I mənada, Azərbaycan iqtisadiyyatı təsərrüfat sahələrinin vəhdət halında birləşdirən, özünün milli ənənələri və xüsusiyyətləri ilə fərqlənən, kifayət qədər təbii sərvətləri və məhsuldar qüvvələrə malik, ictimai təşkiliu forması və idarəetmə mexanizmi ilə səciyyəvi olan bir iqtisadiyyatdır, iqtisadi bir sistemdir. Bu sistemdə məhsuldar qüvvələr (maddi-texniki və subyektiv amil) iqtisadiyyatın məzmununu, istehsal münasibətləri onların ictimai təşkili formasını, idarəetmə mexanizmini isə onu hərəkətə gətirən və tənzimləyən tərəfini təşkil edir. Bütövlükdə götürülən iqtisadi sistem Azərbaycanın milli iqtisadiyyatıdır ki, milli ictimai məhsulun istehsalı, bölgüsü, mübadiləsi və istehlakı onun sayəsində baş verir. Azərbaycan iqtisadiyyatı: 1) iş qabiliyyətli əhalini işlə təmin edir; 2) xalqın sərvətinin yaradılması və artırılması burada baş verir; 3) əməyin ictimai təşkili və insanlararası iqtisadi münsibətlər burada formalaşır; 4) elmin, səhiyyənin, incəsənətin, idmanın inkişafı üçün zəruri olan maddi şəraiti yaradır; 5) ölkənin müdafiə qabiliyyətini artırır, maddi-texniki bazasını möhməkləndirməyin etibarlı dayağı olur. ən başlıcası da odur ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi mövcud olub yaşamasının və dünya dövlətləri cərgəsinə qoşulub fəaliyyət göstərməsinin iqtisadi əsasını da onun milli iqtisadiyyatı təşkil edir. Bütün bunlara görə bir elm kimi “Azərbaycan iqtisadiyyatı” bütövlikdə götürülən milli iqtisadiyyatımızı özünün tədqiqat obyekti kimi seçib öyrənir. Bununla belə, Azərbaycanın bütövlükdə götürülən iqtisadiyyatı konkret fəaliyyət sahələrinə ayrılır və nisbi müstəqil sahələr kimi fəaliyyət göstərir ki, onların hər birini müstəqil öyrənən bir elm vardır. “Azərbaycan iqtisadiyyatı” isə ictimai sosial bir elmdir, o da öz predmetini Azərbaycanın iqtisadi həyatından götürüb tədqiq edir və bir çox funksiyaları yerinə yetirir.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin