Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Mövzu 2. Azərbaycan iqtisadiyyatının formalaşmasının əsas mərhələləri



Yüklə 147,54 Kb.
səhifə5/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Mövzu 2. Azərbaycan iqtisadiyyatının formalaşmasının əsas mərhələləri

  1. Azərbaycan iqtisadiyyatının keçid dövrü

  2. Azərbaycan müstəqillikdən əvvəlki dövrdə

  3. Müstəqillikdən sonra birinci dövr (1991-1994)

  4. Müstəqillikdən sonra ikinci dövr (1995-2003)

  5. Müstəqillikdən sonra üçüncü dövr (2003-cü il və sonrakı dövr)

1. Azərbaycan iqtisadiyyatının keçid dövrü
Qədim dövrlərdə və Orta əsrlərdə ölkələr arasında iqtisadi əlaqələr Ağ dəniz və Qara dəniz sahillərindəki başlıca ticarət mərkəzləri vasitəsilə həyata keçirilirdi. Asiyanın daxilindən, Çin və Hindistandan Ağ dəniz və Qara dəniz sahillərinə uzanan başlıca karvan yolları, xüsusilə “Böyük İpək Yolu” Azərbaycan torpaqlarından keçirdi. Şərqi Avropanı (Rusiya daxil olmaqla) və Volqa sahilini, Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaz, İran və Mərkəzi Asiyaya bağlayan məhşur karvan yolu da yenə Azərbaycandan keçirdi. Beləliklə, ölkə daxilindən keçən beynəlxalq karvan yolları dünya dövlətlərinin diqqətini qədimlərdən bəri Azərbaycana yönəltmişdi. Azərbaycan, sanki Qərb ilə Şərq arasında "qızıl körpü" rolunu oynayırdı. Belə bir coğrafi mövqeyə sahib olması səbəbiylə Azərbaycan XIX əsrin əvvəllərində, 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələri ilə Şimali Azərbaycan və Cənubi Azərbaycan olmaq üzrə iki yerə p arçalanaraq, Rusiya və İran tərəfindən bölüşdürüldü. 1917-ci il bolşevik inqilabından sonra, 28 May 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin başçılığı altında qurulan və Türkiyə tərəfindən də dərhal tanınan Azərbaycan Demokratik Respublikası;təəssuflər olsun ki qısa ömürlü oldu. 1920-ci il Aprelin 27-dən 28-nə keçən gecə ruslar tərəfindən işğal olunaraq Azərbaycanın iki illik müstəqilliyi tarixə qovuşdu. Azərbaycan 1922-ci ildə Sovet Sosyalist Respublikası birliyinə daxil olmuş, 1936-cı ildən sonra isə “Azərbaycan SSRİ” adını almışdır. Nəhayət, Sovet İttifaqı tərkibindəki Şimali Azərbaycan, Sovet İttifaqının dağılmasıyla 1991-ci ildə yenidən müstəqilliyinə qovuşmuşdur. 1980-ci illərın sonunda Mixail Qorbaçov tərəfindən həyata keçirilən “qlasnost” siyasəti nəticəsində çökən SSRİ-nin dağılmasıyla, Azərbaycan 1920-ci ildə daha çiçəklənə bilməyən müstəqilliyini təkrar əldə etdi. Azərbaycan Milli Məclisi 31 avqust 1991-ci ildə ölkənin müstəqilliyini elan etmiş, 18 oktyabr 1991-ci ildə isə Məclis Müstəqillik Qanununu qəbul etmişdir. Müstəqilliyini əldə edən Azərbaycan, sadəcə Sovet imperyalizmindən yaxa qurtarmadı, eyni zamanda totalitar Sovet rejimindən, utopik komunist idealogiyasından və hərbi sənaye kompleksinə xidmət edən bir iqtisadi strukturdan da yaxa qurtarmış oldu. Azərbaycanın iqtisadi inkişafına və dünya iqtisadiyyatına inteqrasiyasına xidmət edən ən qiymətli milli sərvəti, Azərbaycan Respublikasının yenidən müstəqil bir dövlət olaraq dünya dövlətləri sırasında daxil olmasıdır. Çünki, Azərbaycan xalqı sadəcə müstəqil dövlətə sahib olmaqla tarixinin, taleyinin, milli mənsubiyyətinin və zəngin təbii ehtiyatlarının sahibi olaraq iqtisadiyyatını inkişaf etdirə bilərdi. Bugün Azərbaycan Respublikası tam müstəqildir, ərazisində heç bir xarici ölkənin ordusu yoxdur, bundan əlavə millətin və ölkənin strateji problemlərinin milli mənfəətlər çərçivəsində həlli dövlət orqanlarının səlahiyyətindədir. Əlbəttə, siyasi müstəqilliyin qazanılması milli iqtisadiyyatın formalaşmasında başlıca rol oynayır. Ancaq, ölkənin sosial-iqtisadi vəziyyətini qiymətləndirən göstəricilər müstəqilliyi dəyərləndirmək üçün əsas olmamalıdır. İqtisadi inkişaf və dünya iqtisadiyyatına inteqrasiya baxımından ikinci amil, Azərbaycanın iqlim şərtləri ilə coğrafi şərtləri və mövqeyidir. Dünyanın on biriqlim qurşağından doqquzu Azərbaycanda müşahidə edilir. Kənd təsərrüfatı və turizmin inkişafına geniş imkanlar açacaq şəkildə əlverişli coğrafiyaya, münbit ərazilərinə, uzun sahil zolağına, geniş otlaqlara, meşələrə və gözəl iqlim şəraitinə sahibdir. Coğrafi mövqeyi ilə, Yeni İpək Yolu lahiyəsi adlandırılan yolun keçid trayektoriyasında olmasıyla bərabər, Orta Asiya və Xəzər enerji ehtiyatlarının dünya bazarına daşınmasının həyata keçirilməsi məqsədi ilə bəhs edilən kəmərlərin keçid xətti də Azərbaycan ərazisindən keçir. Azərbaycanın əlverişli coğrafi mövqeyi Avropa və Asiya ölkələri arasında iqtisadi və siyasi əlaqələrin genişləndirilməsində tarix boyunca mühüm rol oynamışdır. Müstəqilliyini qazanaraq Birləşmiş Millətlər Təşkilatının üzvü olan və dünya ölkələri ilə siyasi, sosial və iqtisadi olaraq müstəqil əlaqələr quran Azərbaycanın geosiyasi mövqeyinə hal-hazırda da böyük əhəmiyyət verilir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan, tədricən Avropa- Qafqaz-Asiya nəqliyyat dəhlizini yaratmaq və tarixdə olduğu kimi güclü kommunikasiya mərkəzinə çevrilmə imkanına sahibdir. İqtisadi inkişafı reallaşdırmaqda, üçüncü amil isə təbii ehtiyarlar baxımından Azərbaycanın əhəmiyyətli ehtiyatlara sahib olmasıdır. Təbii ehtiyatlar ilə zəngin olan Azərbaycanda qurğuşun, sink, mis, dəmir mədəni, barıt, kobalt, mərmər, əhəng , mədən suyu, mədən duzu və qaya duzu ehtiyatlarlar arasında diqqət çəkir. Az miqdarda qızıl və gümüş kimi dəyərli mədənlər də vardır. Azərbaycanın ən mühüm təbii zənginliyi isə, istehsalı digər qaynaqlara görə birinci sırada olan neft və təbii qazdır. Azərbaycanda neftə Xəzər Dənizində, Xəzər Dənizinə uzanan Abşeron yarımadasında, Kür sahili ərazilərdə, Qobustan bölgəsində və Gəncə yaxınlığındakı ərazilərdə rast gəlinir. Neftin böyük bir qismi Xəzər dənizindən əldə edilir. Ticari istehsala başlandığı 140 ildən artıq bir müddətdə çox mühim bir rol oynayan neft, Azərbaycanın müstəqillik qazanmasından sonra da ölkənin başlıca valyuta mənbəyi və ixrac qabiliyyətinin vacib qaynağı vəziyyətindədir.
Keçid dövründə iqtisadi inkişafın reallaşmasında yuxarıda ifadə edilən amillərə sahib olan Azərbaycanın iqtisadi inkişafı müstəqillik qazandıqdan bu tarixədək üç başlıca dövrdən ibarətdir. Aşağıda Azərbaycanın müstəqillik qazanmadan əvvəlki dövr, ilə bir-birindən seçilən üç başlıca dövr olaraq, müstəqillik sonrası keçid dövrü təhlil olunacaqdır.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin