Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Müstəqillikdən sonra birinci dövr (1991-1994)



Yüklə 147,54 Kb.
səhifə8/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

3. Müstəqillikdən sonra birinci dövr (1991-1994)
Müstəqillikdən sonrakı iqtisadi inkişaf dövrünün düzgün olaraq dəyərləndirilə bilməsi üçün xüsusilə müdtəqilliyin qazanıldığı şərtlərin və müstəqilliyin əldə edildiyi ilk illərdə baş verən inkişafların diqqətə alınması lazımdır. Bu səbəblə bu başlıq altında yuxarıda bəhs edilən və Sovet sisteminin Azərbaycana buraxdığı problemlərlə baş-başa keçən müstəqilliyin qazanıldığı ilk illər və bu ilk illərdə baş verən proseslər ələ alınacaqdır: 1989-1991-ci illər siyasi müstəqilliyin əldə edilməyə çalışıldığı dövrdür. Bu dövrdə müstəqilliyi qazanmağın qarşısındakı əngəllərlə mübarizə edilmişdir. Bu illərdən sonra 1991-94-cü illər birici dövr olaraq dəyərləndirilə bilər. 18oktyabr 1991-ci ildə “Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında” konstitusiya maddəsinin qəbulundan bu günə qədər 18 ildən artıq bir mddət keçib. Müstəqilliyin əldə edilməsi uğrunda verilən çətin və ağır mübarizə diqqətə alındıqda, 18 oktyabr 1991 tarixinin Azərbaycanın inkişaf prosesində nə qədər əhəmiyyətli bir yerə sahib olduğu daha yaxşı başa düşülür. Əlbəttə xalqın yerinə təlafi edilməsi mümkün olmayan bir milli sərvəti olan müstəqilliyin qorunması isə onun əldə edilməsindən qat-qat ağır və mürəkkəbdir. Bunun Azərbaycanın müstəqillikdən sonra yaşadığı proseslər bir daha ortaya qoyur. SSRİ-nin dağılması ilə Azərbaycanda ixtisaslaşma və iş bölümünə əsaslanan iqtisadi struktur sona çatmış və ölkə ümumi bazarlarını itirmişdir. Xam maddə, yarı məhsul, təchizat-ekipman, bazar, maliyyə və müəssisə idarə edilməsi barədə köhnə mərkəzi planlamaya görə təşkilatlanma səbəbiylə bir çox müəsisədə istehsal ya dayanmış ya da boş vəziyyətdə qalmışdır. Köhnə SSRİdəki müəssisələrlə iqtisadi əlaqələrin ortadan qalxması və ölkənin digər respublikalardakı bazarını itirməsiylə yanaşı SSRİ dövründə mərkəzdən əldə edilən sübvansiyaların da kəsilməsiylə birlikdə istehsal səviyyəsində azalmalar baş vermişdir. Ermənistan müharibəsi və Çeçenistan problemi isə, ölkənin sənayesi üçün lazımi xammaddənin idxal yollarının bağlanmasına səbəb olmuşdur. Sovetlər İttifaqının dağılması ilə müstəqilliyinə qovuşan Azərbaycanın müstəqilliyin əbədiləşdirməsi üçün, qarşısında həll etməli olduğu böyük problemlər var idi. Belə ki, XX əsrin 80-ci illərin sonlarında Azərbaycan xalqı önəmli bir böhrana girmiş; idarə etmə zəifliyi; qanuni axsaqlıqlar, etnik mənada bölücü qruplar və xalqın əməyi ilə əldə edilən iqtisadi və intellektual potensial inkişafı yerinə geriləmə dövrünə girmişdir. Bütün bu problemləri həll edə bilməküçün, daxilində məntiqli və çox yönlü daxili və xarici siyasətin hazırlanması və tətbiqi, ölkənin təbii, texniki, iqtisadi və intellektual potensialında, sosial və siyasi enerjisində faydalı şəkildə istifadə edilməsi lazım idi. Lakin, problemlərin həlli üçün ciddi addımlar atılmayınca, 1990-cı illərin əvvəli Azərbaycanda iqtisadi durğunluq və böhranın artdığı illər oldu. Bu dövrdə siyasi olaraq qeyri-stabillik və bazar iqtisadiyyatına keçidlə əlaqədar ölkədə böyük iqtisadi böhran ortaya çıxmışdır. İqtisadiyyatda yüksək nisbətdə işsizlik və hiper-inflyasiya dövrünə girilmişdir. Yüksək inflyasiya və qeyri-stabil sosial-siyasi mühit, iqtisadi böyüməyə, xüsusilə sənaye və kənd
təsərrüfatı kimi əhəmiyyətli sahələrin inkişafına mane olmuşdur. İstehsal həcminin azalması və inflyasiya sürətinin yüksək olması iqtisadi böhranın və cəmiyyətdə sosial-iqtisadi gərginliyin artmasına səbəb olmuşdur. Ölkə SSRİ-nin son illərindən başlayaraq 1988-ci ildən etibarən Ermənistanın silahlı təcavüzünə məruz qaldı və atəşkəsin imzalandığı 12 May 1994 tarixinə qədər torpaqlarının 20%-ni itirdi. İqtisadiyyatın ümumi balansı üçün lazımi islahatların həyata keçirilməməsi, dövlət büdcəsinin böyük bir hissəsinin müharibə üçün xərclənməsi, torpaqlarının 20%-i işğal edilərək 1 milyondan çox əhalinin qaçqın vəziyyətinə düşməsi, xarici sərmayənin ölkə iqtisadiyyatına çəkilə bilməməsi və özəlləşdirmənin sənaye sektorunda faktiki olaraq başladıla bilməməsi kimi çatışmamazlıqlar Azərbaycan iqtisadiyyatını ciddi bir böhrana aparmışdır. Sərbəst bazar iqtisadiyyatına keçidə dair strategiyanın müəyyənləşdirilməməsi səbəbiylə, bu illərdə həyata keçirilməyə çalışılan iqtisadi qərarlar da birbiri ilə uyğun gəlməyən xarakter daşımışdır. Keçid dövrünün ilk illərində Ermənistan ilə olan müharibə, Rusiyanın Azərbaycana nəqliyyat ambarqosu qoyması və Çeçenistan müharibəsi səbəbiylə əhəmiyyətli iki neft boru xəttinin istifadə oluna bilməməsi siyasi və hərbi problemlər iqtisadi vəziyyətə mənfi təsir göstərmişdir. Qısaca, 1991-1994-ci illər müstəqillikdən sonra bütün problemlərlə üz-üzə qalındığı, ölkədə sosial və siyasi problemlərin böhrana çevrildiyi, müharibənin olması, sərbəst bazar iqtisadiyyatına keçiddə ciddi sui-istifadələrin baş verdiyi bir dövr olmuşdur. Mənfi gedişatda ən kəskin hal isə, 1992-ci ildə ortaya çıxmışdır. 1992-94-cü illərdə ÜDM iki dəfədən çox azalaraq 1991-ci ilin 48%-i nisbətində olmuşdur19. 1990-94-cü illərdə ÜDM hər il ortalama 13-20% azalaraq 1994-cü ildə 1629.3 milyon dollar olmuşdur. 1990-cı il ilə müqayisə edildikdə 1994-cü ildə ÜDM 53%, sənaye 62%, kənd təsərrüfatı 44%, istehlak 75% və vergi hasilatı 45% azalma göstərmişdir. Nəticədə xalqın həyat standardı 3.6 dəfə, real ortalama əmək haqqı səviyyəsi isə, 80% azalmışdır. Eyni dövrdə tətbiq edilən səhv iqtisadi siyasətlər bank-maliyyə sistemində və xarici ticarətdə də ciddi problemlər yaratmışdır 1992-94-cü illər arasında inflyasiya 4 xanalı rəqəmlərə yüksəlmişdir. Pul siyasətlərindəki problem və nöqsanlar iqtisadi böhrana səbəb olmuşdur. Kreditlər isə, daha çox bank idarəçilərinin şəxsi mənafeləri istiqamətində verilmişdir. İqtisadi böhran, istehsalın sürətlə azalmasına, qiymətlərin artmasına, bundan əlavə dövlət büdcəsinin ciddi kəsir verməsinə səbəb olmuşdur. Vergi yığılması sistemindəki əksikliklər, vergi nisbətlərinin inflyasiya səbəbiylə eroziyaya məruz qalması kimi səbəblərlə dövlət büdcəsindəki gəlir hissəsi kəskin sürətdə azalmışdır. Dövlət müəssisələrinə və kənd təsərrüfatı sektoruna verilən böyük miqdardakı kreditin faydasız və nəzarətsiz istifadəsi iqtisadi vəziyyəti daha da gərginləşdirmişdir. Bu dövrdə xarici ticarətə dair rəqəmlər də getdikcə mənfi tendensiya qazanmağa, tədiyyə balansındakı kəsirlər getikcə artmağa başlamışdır.İqtisadi böhranın ağrılı nəticələrindən bir digəri isə, milli valyutanın dəyər itkisi şəklində ortaya çıxmışdır.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin