Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Şəki-Zaqatala İqtisadi Regionu



Yüklə 147,54 Kb.
səhifə48/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Şəki-Zaqatala İqtisadi Regionu Azərbaycanın ən zəngin iqtisadi regionlarından biridir. İnkişaf etmiş nəqlliyyat şəbəkəsinə sahib olan regiondakı mühüm yollar Yevlax-Balakən avtomobil və dəmir yoludur. İqtisadi regiondakı sosyal infrastruktur ümumi təhsil müəssisələri, mədəniyyət və səhiyyə mərkəzləri, muzey və teatrlardan ibarətdir.
İqtisadi region, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki inzibati rayonlarını
əhatə edir. Ümumi sahəsi 8.96 min km2 olan region ölkə ərazisinin 10.3%-ni təşkil edir. Regionun dağlarla və dağlıq ərazilərlə əhatə olunması səbəbiylə torpaq ehtiyatları məhduddur. Bu hal regionda təbii fərqliliklərə səbəb olur.
Regionun 543 min əhalisi var. Bu da ölkə əhalisinin 6.5%-ni təşkil edir. Region əhalisinin 632 min nəfəri fəal əhalidir. Regionun 1 kvadrat kilometrinə 59 nəfər düşür. 27%-i şəhərlərdə, 73%-i şəhər kənarında yaşayan əhalinin böyük bir qismi dağlıq ərazilərdə yaşayır.
İqtisadi region təbii ehtiyatlar baxımdan zəngindir. Regiondakı təbii ehtiyatlar arasında mis, kükürd, qurğuşun , sink, qum və digər inşaat məhsulları, içməli suyu misal göstərə bilərik. Ölkədə istehsal olunan kükürd mədənlərinin 90%-i, qurğuşunun 97%-i, sinkin 99%-i, bu regionda hasil edilir. Mis isə, tamamiylə bu regiondan hasil edilir. Çınqıl, qum və digər inşaat materialları dağlarda və dağlıq ərazilərdə yerləşmişdir. Bundan əlavə regionda geniş meşəliklər var. Mühüm bir qismi Balakən və Zaqatala ərazisində olmaqla, regionun 27%-i meşələrlə örtülüdür. Təbii gözəlliklərinə görə region ölkənin əhəmiyyətli turistik istirahət zonalarından biridir. Şəki-Zaqatala iqtisadi regionunun Qəbələ, Balakən, Qax, Şəki və Zaqatala rayonlarında istirahət və turizm müəssisələri olsa da kifayət etmir. Region ərazisindən Gürcüstana qədər uzanan beynəyxalq yol keçir. Region eyni zamanda mühüm su ehtiyatlarına da sahibdir.
Sənaye sektorunun tək tərəfli və çox zəif olduğu regionda daha çox yüngül və qida sənayesinin inkişaf etdiyini müşahidə edirik. Bu sahələr regiondakı sənaye istehsalının 95%-ini təşkil edir. Ölkədə sənaye istehsalının sadəcə 3%- dən bir az artıq bir hissəsi regionun payına düşür. Region ərazisinin 27%-ini təşkil edən və əhalisinin 30%-nin yaşadığı Şəki isə regiondakı sənaye istehsalının yarısına sahibdir.Yüngül sənaye isə, ipək istehsalından təşkil olunmuşdur. Region mərkəzlərində müxtəlif sayda tekstil sənayesi müəssisələri fəaliyyət göstərir.
Regionun iqtisadiyyatını kənd təsərüfatı və heyvandarlıq təşkil edir. Kənd təsərüfatı və heyvandarlıqda tütünçülük, ipəkçilik, meyvəçilik, taxıl məhsulları, üzümçülük, ət və süd, pambıq və iri və xırda buynuzlu heyvandarlıq qabaqcıl sahələrdir. Bu çərçivədə iqtisadi region kənd təsərrüfatına əsaslanan sənayenin inkişaf etdirilməsi, ipək qurdu, fındıq əzmə, tütün, şərab, su doldurma müəssisələri
və ağac və meşə materialları üçün əlverişlidir. Ölkədə istehsal edilən tütünün 75%-i, buğdanın 17%-i, tutun 35%-i, yaşıl çayın 2%-dən çoxu bu regionun payına düşür. Ferma heyvandarlıq məhsulların istehsalında isə, ölkə istehsalının 10%-dən çoxu Şəki-Zaqatala iqtisadi regionunda istehsal olunur.
Şəki-Zaqatala regionunda inkişaf edən sahələr olaraq ipəkçilik və turizm sektoru diqqəti çəkir. İqtisadi regionun tərkibində olan Qax inzibati rayonu Azərbaycanın şimal qərbində yerləşir. Coğrafi baxımdan çox əlverişli şəraitə malikdir. Azərbaycanın turizm regionlarından biridir. Ancaq, Qax iqtisadi baxımdan digər rayonlardan nisbətən daha zəif inkişaf etmişdir. İnkişaf proqramının tətbiq edilməyə başlanması ilə regiondan Bakıya köç dayanmış və mövcud olan zavod və fabriklər yenidən fəaliyyətə başlamışdır.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin