Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə40/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   36   37   38   39   40   41   42   43   ...   97
Mülki müdafiə-converted

3. Nüfuzedici radiasiya  – qamma şüalanması və neytronlar selindən ibarətdir. 
Nüfuzedici radiasiya nüvə partlayışından sonra cəmi 10 -15 saniyə 
ərzində mühafizə olunmamış canlı orqanizmlərə təsir edir.
O gözə görünmür, hiss edilmir, lakin məlum olan bütün materiallardan keçir və 
uzaq məsafələrə yayılaraq insanların zədələnməsinə səbəb olur. Qamma-şüalar 
elektromaqnit dalğası axınıdır və öz təbiətinə görə rentgen şüaları ilə 
eynidir. Qamma şüaları insan orqanizmini şüalandırarkən canlı hüceyrələrin 
molekulları ionlaşır, onların həyat fəaliyyəti pozulur və nəticədə insan şüa xəstəliyinə 
tutulur.
Şüa xəstəliyinin əlamətləri: hərarətin artması, ürək bulanması, mədənin 
pozulması, selikli qişalarda qanaxmanın baş verməsi.
Radiasiya dozasından asılı olaraq şüa xəstəliyinin gizli inkişaf dövrü bir neçə 
saatdan bir neçə həftəyədək davam edə bilər. Şüa xəstəliyinin üç dərəcəsi olur. Bu 
dərəcələr alınan şüalanma dozasından və şüalanmaya məruz qalma vaxtından asılı 
olur:
– birinci dərəcəli şüa xəstəliyi – şüalanma dozası 100 – 200 R olarkən baş verir 
və xəstəliyin gizli inkişaf dövrü üç həftəyədək davam edir; 
– ikinci dərəcəli şüa xəstəliyi – şüalanma dozası 200 – 400 R olarkən baş verir 
və xəstəliyin gizli inkişaf dövrü bir həftəyədək davam edir;
– üçüncü dərəcəli şüa xəstəliyi – şüalanma dozası 400 – 600 R olarkən baş 
verir və xəstəliyin gizli inkişaf dövrü bir necə saat təşkil edır.
Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirlir və Rentgen
Qrey və Rad ölçü vahidləri ilə ölçülür. Bir rentqen - qamma şüalanmanın elə 
dozasıdır ki, bunun nəticəsində 0°C temperaturda və 760 mm civə sütunu təzyiqi 
şəraitində quru havanın 1sm³ - də təxminən 2 milyard cüt ion əmələ qəlir.
Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasianın təsiri 
zəifləyir. Bəzi materialların radiasiyanı yarıyadək zəiflətmə qabiliyyəti var. Məsələn: 
poladın – 3 sm, betonun - 10 sm, torpağın – 14 sm, suyun – 23 sm, ağacın – 30 sm 
qalınlığı nüfuzedici radiasiyanı iki dəfə azaldır.
Nüfuzedici radiasiyadan mühafizə, məhz materialların bu xüsusiyyətinə əsaslanır. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin