Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə47/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   43   44   45   46   47   48   49   50   ...   97
Mülki müdafiə-converted

Deqazasiya – xlorlu əhəng, xloramin B və T, hipoxlorid turşusunun 
kalsium duzlarından ipriti neytrallaşdırmaq üçün istifadə edilir. 
Deqazatorlar ipriti sulfoksid və başqa maddələrə çevirir. 
Lyuizit – Asetilenin alüminium xlorid AlCl
3
iştirakında arsenxloridlə 
təsirindən (AsCl
3
) lyuizit alınır. Lyuizit üç maddənin birləşməsindən 
ibarət olub rəngsiz, yağlı maye halındadır və xoşagəlməz iyə malikdir. 
Xüsusi çəkisi 1,9 q/sm
3
, qaynama temperaturu 93
0
C , mənfi 15
0
C-də bərk 
kütləyə çevrilir, uçucu maddədir, onun buxarları da insanları zəhərləyə 
bilir. Suda çətin, üzvi həlledicilərdə yaxşı həll olur. 
Cl
CH
CH
AsCl
2
(Cl
CH
CH)
2
AsCl
(Cl
CH
CH)
3
As
β-xlorvinildixlorarsin
di – (β-xlorvinil)-xlorarsin tri – (β-xlorvinil)-
arsin
(α-lyuizit
) (β-lyuizit) (γ-lyuizit) 
Zəhərlənmə təsirinə görə lyuizit ipritə oxşardır, ancaq onun özünün də 
xüsusi əlamətləri vardır. Bunlardan əsası odur ki, lyuizitin gizli inkişaf 
dövrü yoxdur. Lyuizit dəriyə düşdükdə həmin an yandırma hiss olunur, 
sonra qızartı və şiş əmələ gəlir, köpün əmələ gəlmə mərhələsi 2-ci günün 
sonuna kimi qurtarır. Sonra köplər açılaraq yara əmələ gətirir. Lyuizitin 
buxarları ilə nəfəs aldıqda əvvəlcə yuxarı tənəffüs orqanları zədələnir
sonra öskürək və burundan su axma kimi əlamətlər olur. Yüngül 
zəhərləmələrdə belə hallar bir necə saat, ağır hallarda isə bir necə sutka 
davam edir. Ağır zəhərlənmələr ürəkbulanma, baş ağrıları, səsin batması, 
qusma və bronxların iltihabı ilə nəticələnir. 
Lyuizitin damcıları gözə düşdükdə 7-10 sutkadan sonra insan görmə 
qabiliyyətini itirir. 
Lyuizit mədə-bağırsaq traktına düşdükdə ürəkbulanma, qan təzyiqinin 
aşağı düşməsi halları olur və daxili orqanların zədələnməsi inkişaf edir. 
Tənəffüs orqanlarının və mədə-bağırsaq traktının zəhərlənməsində 
təcili tibbi yardım çağırmaq və bütün hallarda sanitar təmizlənmə aparmaq 
lazımdır. 
İlk yardım: əgər lyuizitin damcıları geyim və yaxud dəri üzərinə 
düşərsə, zəhərlənmiş sahəni fərdi kimya əleyhinə paketdə olan məhlul, 
yaxud xloramin məhlulu ilə deqazasiya etmək lazımdır. Gözlərə bu ZM –
rin damcıları düşdükdə onları 2%-li soda məhlulu və ya zəif (0,1%-0,2%) 
xloramin məhlulu ilə yaxalayırlar. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin