Nuriyeva Sevinc Qürbət qızı “Azərbaycanda fəaliyyət göstərən xidmət müəssisələrində işgüzar adaptasiya və kariyera sisteminin formalaşması”



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə15/36
tarix03.03.2023
ölçüsü1,55 Mb.
#86349
1   ...   11   12   13   14   15   16   17   18   ...   36
nuriyeva-sevinc

KARYERANIN MƏRHƏLƏLƏRİ 
№ 
Karyeranın 
mərhələləri 
Yaş 
Məqsədin əldə edilməsinə 
tələbat 
Mənəvi tələbat 
Fizioloji və maddi 
tələbat 

Ilkin mərhələ 
25 yaşa qədər Təhsil, müxtəlif işlərdə sınaq 
Özünü təsdiqin başlanğıcı Varlığın təhlükəsizliyi 
 

Təşəkkül mərhələsi 30 yaşa qədər İşin mənimsənilməsi, vərdişlərin 
inkişafı, ixtisaslı mütəxəssisin və 
ya rəhbərin formalaşması 
Özünü təsdiq, müstəqilliyin 
əldə edilməsinin başlanğıcı 
Varlığın təhlükəsizliyi, 
sağlamlığı, əmək haqqının 
normal səviyyəsi 

Irəliləyiş mərhələsi 
45 yaşa qədər Xidməti nərdivan üzrə irəliləyiş, 
yeni vərdiş və təcrübənin 
qazanılması, peşəkarlığın 
yüksəlməsi 
Özünütəsdiqin yüksəlişi, 
böyük müstəqilliyin əldə 
edilməsi, özünü ifadənin 
başlanğıcı 
Sağlamlıq, əmək haqqının 
yüksək səviyyəsi 

Saxlama mərhələsi 
60 yaşa qədər Mütəxəssisin və ya rəhbərin 
ixtisasının təkmilləşdirilməsinin 
zirvəsi. Öz peşəkarlığının 
yüksəlişi. Gəncliyin 
öyrədilməsi 
Müstəqilliyin
stabilləşdirilməsi,
özünümüdafiənin yüksəlişi, 
hörmətin başlanğıcı 
Əmək haqqı səviyyəsinin 
yüksəlişi, başqa gəlir 
mənbələrinə maraq 

Tamamlanma 
mərhələsi 
60 
Pensiyaya getməyə hazırlıq. 
Özünə əvəzedicinin hazırlanması 
və pensiyada yeni fəaliyyətin 
hazırlanması 
Özünümüdafiənin 
stabilləşdirilməsi, hörmətin 
artması 
Əmək haqqı səviyyəsinin 
saxlanılması və yeni gəlir 
mənbələrinə marağın 
yüksəlməsi 
yaşdan yuxarı 

Pensiya mərhələsi 
65 yaşdan 
sonra 
Yeni növ fəaliyyətdə məşğul 
olmaq 
Yeni fəaliyyət sferasının
özünümüdafiə, hörmətin 
stabilləşməsi 
Pensiyanın ölçüsü. başqa 
gəlir mənbələri, sağlamlıq 
Karyeranın ilkin mərhələsinə  orta və ali təhsil almaq aid edilir və bu şəxsin 25 
yaşınadək davam edir. Bu dövr ərzində insan onun tələblərini ödəyə bilən fəaliyyət 
növünün seçilməsində bir neçə iş dəyişdirə bilər.
Növbəti olaraq təşəkkül mərhələsi gəlir. Bu mərhələ təxminən 25 - 30 yaş arası 
dövrü əhatə edir. Bu mərhələdə işçi seçdiyi peşəni mənimsəməyə eyni zamanda
zəruri vərdişlər qazanmağa, peşəkarlığa, özünütəsdiq etməyə başlayır. 
İrəliləyiş mərhələsi 30 - 45 yaş arası dövrü əhatə edir. Bu mərhələyə işçinin 
ixtisasının yüksəlməsi baş verir, xidmət nərdivanın pillələrini ilə yüksəlir. Yeni – 
yeni vərdişlər, praktiki təcrübələr vasitəsilə yüksək səviyyəyə çatır ki, bu da işçidə 
özünü ifadəetmə tələbatını inkişaf etdirir, işçinin bir şəxsiyyət kimi özünü 
təsdiqləməsinə imkan verir. 
Saxlama mərhələsində əldə olunmuş nailiyyətlər möhkəmləndirilir və 45-dən 
60 yaşa qədərki dövrü əhatə edir. İşçinin öz ixtisasını təkmilləşdirməsi, aktiv 
fəaliyyəti və əldə etdiyi xüsusi təhsili vəzifə yüksəlişinə səbəb olur. Bu mərhələ 


- 33 - 
özünüifadə ilə xarakterizə olunur ki, insan müstəqilliyin və özünüifadənin son 
zirvəsinə çatır.

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin