- 4 -
Giriş
Mövzunun aktuallığı. Müəssisə və təşkilatların qarşıya qoyduqları məqsədə nail
olmaq və eyni zamanda səmərəlililyi artırmaq üçün istifadə etdikləri resursların ən
həmiyyətlisi insandır. Qloballaşmanın təsiri və informasiya toplanmasıyla paralel
olaraq “İnsan Resurslarının İdarəedilməsi” idarəetmə fəlsəfəsi meydana gəlmişdir.
Artıq işçilər yalnız maliyyə ünsürü kimi deyil eyni zamanda müəssisənin inkişafı və
müvəffəqiyyəti üçün ponesial bir resurs kimi dəyərləndirilməyə başlanılmışdır.
Karyeranın idarə edilməsi və işçi performasının dəyərləndirilməsi sistemləri də
insan resurslarının idarə edilməsində yer alan mərhələlərdir və digər bütün insan
resursları idarəetmə prosesləri ilə yaxından əlaqəlidir. Texnologiya sahəsində olan
inkişaf, iş yerlərinin dəyişdirilməsi və təşkilatın gələcək ehtiyaclarını planlaşdırmaq
zərurəti, karyeranın idarə edilməsi və performans dəyərləndirilməsi anlayışlarının
gündəmə gətirmişdir.
Dostları ilə paylaş: