Nuriyeva Sevinc Qürbət qızı “Azərbaycanda fəaliyyət göstərən xidmət müəssisələrində işgüzar adaptasiya və kariyera sisteminin formalaşması”



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix03.03.2023
ölçüsü1,55 Mb.
#86349
1   2   3   4   5   6   7   8   9   ...   36
nuriyeva-sevinc

Tədqiqatın elmi yeniliyi. İşgüzar karyera və xidməti peşə irəliləmələrinin 
planlaşdırılması araşdırılmışdır. Müasir dövrdə insan resurslarına olan tələblər 
öyrənilərək qiymətləndirilmişdir. Sorğu keçirilərək peşə adaptasiyanın təşkilinə olan 
tələblər qiymətləndirilmişdir.İşgüzar adaptasiya və karyera sisteminin təşkilinin 
təkmilləşdirilməsi istiqamətində bir sıra təkliflər verilmişdir. Anket sorğu 
metodundan istifadə edilərək araşdırma aparılaraq karyeranın idarə edilməsi və iş 
stresi 
arasındakı 
əlaqə 
öyrənilmişdir. 
Ölçü 
dərəcələrinin 
etibarlılığını 
müəyyənləşdirmək üçün daxili davamlılıq təhlilləri aparılaraq korellyasiya 
dəyərlərinə baxılaraq iş stresinin fərdi və təşkilati karyera idarə etməsi kimi amillər 
müəyyən edilmişdir. 
Tədqiqatın praktiki əhəmiyyəti. Dissertasiya işində verilmiş olan təklif və 
tövsiyələrin həyata keçirilməsi müəssisə və təşkilatlarda kadrların idarə edilməsi və 
onların performansının doğru formada dəyərləndirilməsi, iş stresinin tənzimlənməsi, 
ixtisaslı bacarıqlı kadrların müəssisə daxilində saxlanılması, karyeranın idar edilməsi 
və planlasdırılması tətbiqinə və təkmilləşdirilməsinə müəyyən qədər köməkçi ola 
bilər. 
Tədqiqat işinin strukturu. Dissertasiya işi giriş, 3 fəsil, nəticə və təkliflər 
bölümü aid olmaqla 90 səhfə təşkil edir.
 
 
 
 


- 6 - 
FƏSIL I. İNSAN RESURSLARININ FORMALAŞMASI VƏ İNKİŞAFININ 
NƏZƏRİ ƏSASLARI 
 
1.1.İnsan resurslarının formalaşdırılması mənbələri və onların xüsusiyyətləri 
 
İnsan resursları ifadəsi elmdə ilk dəfə - Amerikalı iqtisadçı John 
Commons(1862-1945) tərəfindən 1893-cü ildə yazdığı “Distribution of Wealth” 
(Sərvətin bölüşdürülməsi) adlı əsərində işlədilmişdir, lakin John Commons 
sonralar bu terminin elmi əsaslarını inkişaf etdirməmişdir.
İşçi heyətinin idarə edilməsindən müasir anlamda Humans Resource 
Managament termininin tətbiqinə qədər insan resursları institutu böyük tarixi 
bir mərhələlər keçmişdir. 
XIX əsrin ortalarında İngiltərədə başlayan sənaye inqilabı daha sonra Avropada 
da yayılaraq bütün dünyanın iş və ictimai həyatında radikal dəyişikliklərə səbəb 
olmuşdur. 1870-ci ildən etibarən sənaye inqilabının ilkin mərhələsi mexanikləşmə 
dövrüdür ki, iri həcmli fabriklərin müəssisələrin meydana gəlməsi, həmçinin əkinçilik 
sahəsində belə inkişafa səbəb olmuşdur. Bu yeniliklər kiçik biznesin genişlənməsinə 
inkişaf etməsinə köməkçi olmuşdur.
İri həcmli fabriklər və müəssisələrin meydana gəldiyi bu dövrdə ilk dəfə 
Həmkarlar İttifaqı Təşkilatı İngiltərədə yaranmış olsa da tez bir zamanda digər 
ölkələrdə də işçilərin çətin iş şəraitini tənzimləmək məqsədiylə tətbiq olunmağa 
başlanılmışdır. Zaman keçdikcə böyüyən fabriklərdə işçi sayının artması 
işəgötürənlərin işçilərilə fərdi əlaqə qurmaqda çətinlik yarandığı üçün 1889-cu ildə 
Amerika Sosial Xidmətlər İnstitutu tərəfindən təklif edilən "ictimai xidmət işçisi" 
düşüncəsi tətbiq istifadə edilməyə başlanılmışdır. Erkən sənaye dövründə ilk 
ixtisaslaşdırılmış işçi heyəti hesab edilə bilən sosial işçilərin istifadəsi yayılmışdır.
İnsan Resurslarının İdarə edilməsi konsepsiyası Ümumdünya müharibəsindən 
sonra yaransa da, lakin əvvəlki dövrlərə əsaslanır.


- 7 - 
Elmi aspektdən yanaşsaq İnsan Resursları anlayışı ilk dəfə Sənaye İnqilabı 
dövründə ortaya çıxmışdır. Bu dövrdə iqtisadi həyatın sürətlə inkişaf etməsi, 
əhəmiyyətli sənaye müəssisələrinin yaranmasına səbəb olmuşdur və insanlar evlərdə 
deyil fabriklərdə işləməyə üstünlük verməyə başlamışlar. 1890-cı ilədək NCR 
Korporasiyası şəxsi heyətin açılması ilə tarixdə “Kadırların İdarəedilməsi 
Departamenti” kimi yer tutmuşdur. 
I Dünya Müharibəsi illərində orduya ən uyğun əsgərləri seçmək üçün psixoloji 
testlər tətbiq edilirdi. Bu illərdə kadr seçimi anlayışı hərb sahəsində istifadə edilsə də, 
bu termin elmi əsərlərə yeni daxil edilirdi. 
1920-1930-cu illərdə iri sənaye sahələri üzrə ixtisaslaşmış müəssisələrdə 
yeni vəzifə - “əmək meneceri” və ya “iş meneceri” vəzifələri yaranmışdır. Bu 
yeni vəzifədə işləyən şəxslərin vəzifə öhtəliklərinə işçilərin əmək haqqısı və 
əlavə bonuslarının hesablanması, iş gününün buraxılması (işə gəlməmək) və 
işdən azadedilmələrin təşkili və uçotu daxil idi. Bu dövrdə İşəgötürənlər 
Assosasiyaları treyd yunionlarla danışıqların nəticəsi kimi – xüsusi ilə də 
gəmiqayırma və tikinti sahələri üzrə ödəniş tariflərinin müəyyən edilməsi 
barədə razılıqlar əldə edilsə də, işçilərin bu uğurları kütləvi xarakter daşımırdı. 
1940-cı illərin əvvəllərində əmək menecerlərinin faktiki olaraq icra etdikləri 
işlər yalnız sənədləşdirmə ilə məhdudlaşırdı. 
II Dünya Müharibəsi illərində işçilərin motivasiyasını yüksəldərək işlərinə
bağlılıqlarını artırmaq üçün geyim, tətil, yol xərci kimi əlavə qazanc verilməyə 
başlanılmışdır. 
II Dünya Müharibəsindən sonra insanlar kompüter texnologiyası ilə tanış 
olmuşdur.
1935-ci ild əlillik, ölüm pensiyası, işsizlik sığortası kimi konsepsiyalar tətbiq 
olunmağa başlanıldı. Məlumdur ki, konsepsiya Ümumdünya müharibəsindən sonra 
yaransa da, lakin müharibədən əvvəlki dövrlərə əsaslanır.


- 8 - 
Dövlət tərəfindən müəssisələrdə əməyin idarə edilməsinə maraq 
göstərilməsi İnsan Resursları sahəsinin inkişafına səbəb olmuşdur və artıq 
1945-ci ildən etibarən “Kadrların idarə edilməsi” (personnel management) 
termin kimi formalaşdı. 
İşçi heyətin idarə edilməsi XIX əsrin sonlarından başlamışdır. Bu 
dövrlərdə iş yerlərində yeni vəzifə - “işçilərin sosial təminatı üzrə məsul olan 
şəxslər (welfare officers)” vəzifələri yaranmağa başlamışdır. Bu tendensiya
ABŞ və Avropanın kapitalizm inkişaf etmiş ölkələrindən başlamışdır ki, ilk 
əvvəllər həmin vəzifəyə yalnız qadınlar seçilirdi və əsas vəzifə öhtəlikləri qadın 
və uşaq əməyinin qorunması işini aparmaq idi. 
Müxtəlif əsrlərdə yeni yaranmış olan bu vəzifə- sənaye sahəsində iş 
şəraitinin ağırlığına, seçki hüquqlarının genişlənməsi üzrə yaranan təzyiqlərə, 
həmkarlar təşkilatlarının inkişafı və əmək hərəkatının inkişafına verilən 
reaksiya kimi qiymətləndirilirdi ki, bu vəzifəni “sənayenin yaxşılaşdırması 
aləti” adlandırırdılar. Kapitalizmin inkişafı fonunda işəgötürənlərin işçilərə 
nəzərən güzəştlər tətbiq etməməsi, ağır iş şəraitinin mövcud olması – xüsusilə 
qadın və uşaq əməyinin tətbiq edildiyi müəssisələrdə sosial gərginlik yaratmışdı 
ki, belə bir vəzifənin yaranması mövcud şəraitin məntiqi nəticəsi və işçilərin 
işəgötürənlər qarşısında kiçik və ilkin uğuru idi. 
Müharibənin acı nəticələri olmasına baxmayaraq əmək münasibətləri 
üzrə yeni bir təcrübənin sübut edilməsində işəgötürənlərə faktiki nümunə 
olmuşdu.
1960-cı illərdə Britaniyada Həmkarlar İttifaqları və İşəgötürənlər 
Assosasiyası üzrə Krallıq Komissiyanın yaradılması əməyin idarə edilməsi 
sahəsinin inkişafına təsir edən amillərdən biri idi. Komissiyanın sədri Lord 
Donovan olduğundan Komissiya çox vaxt Donovan Komissiyası adlandırılırdı. 
Komissiyanın öhtəliyi işçilər ilə menecerlər, treyd yunionlar və işəgötürənlər 
assosasiyaları arasında olan qarşılıqlı münasibətlərin araşdırılması, işçilərin 
sosial iqtisadi rifahının yüksəldilməsi üzrə təkliflərin işlənib hazırlanmasından 


- 9 - 
ibarət idi. Britaniya tarixində bu Komissiya beşinci belə Komissiya idi. 1968-ci 
ildə Komissiyanın yekun hesabatı olmuşdur. Hesabatda işəgötürənlər və 
menecerlər – işçilərlə ünsiyyətin zəif olması və sənaye istehsal münasibətlərinin 
strategiyalarının düzgün aparılmaması səbəbindən kəskin tənqid edilirdilər. 
Donovan bildirirdi ki – bu çatışmamazlıqlar işəgötürənlər tərəfindən personalın 
idarə edilməsinə yüksək prioritetin verilməməsinin nəticəsidir. Donovan 
Komissiyasının kəskin tənqid məzmunlu rəyi işəgötürənləri əməyin 
idarəedilməsi sahəsinə xüsusi önəm verməyə və bu sahədə ixtisaslı kadrların 
yetişdirilməsində maraqlı olmağa məcbur etdi ki, bu da Britaniyada həmçinin 
digər Avropa ölkələrində də işçi qüvvəsinin idarəedilməsi üzrə inkişafa nail 
olmağa şərait yaratmışdı.

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin