Nuriyeva Sevinc Qürbət qızı “Azərbaycanda fəaliyyət göstərən xidmət müəssisələrində işgüzar adaptasiya və kariyera sisteminin formalaşması”


-1970-ci illər ərzində işçi qüvvəsinin



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix03.03.2023
ölçüsü1,55 Mb.
#86349
1   2   3   4   5   6   7   8   9   ...   36
nuriyeva-sevinc

1960-1970-ci illər ərzində işçi qüvvəsinin idarə etməsinin inkişaf dövrü 
hesab olunur. Bu dövrdən işçi qüvvəsinin idarə edilməsi üzrə müxtəlif 
strategiyalarla yanaşı texniki göstərişlər də inkişaf etməyə başlamışdı. 
Müəssisəslərdə motivasiya sistemlərinin sistemli şəkildə qurulması, işə qəbul 
üzrə müxtəlif testlərin tətbiq edilməsi və idarəetmə üzrə təlimlərin 
genişləndirilməsinə xüsusi önəm verilirdi. Bu dövrdə əməyin idarə edilməsi 
sahəsində əmək münasibətləri, bəzi ölkələrdə işçilərin hüquqlarını müdafiə edən 
qanunvericilik aktlarının qəbul edilməsi intensivləşmişdir. 
Avropaya nisbətən Amerikada “insan resurslarının idarə edilməsi” 
termininin müasir anlamda işlədilməsi və inkişafı daha tez baş vermişdir. İlk 
olaraq Yale Universiteti daha sonra inkişaf etmiş Amerika Universitetlərində 
HRM-in əsasları işlənib hazırlanmağa başlanılmışdı. 1980-ci illərin ortalarında 
Avropa ölkələrində amerika mənşəli olan HRM institutu elmi əsas kimi tətbiq 
edilməyə başlanılmışdır. Məhz 1980-ci illərdən etibarən isə HRM yüksəliş 
dövrünə keçmişdir və müasir anlamda praktik olaraq tətbiq edilməyə 
başlanılmışdır. 
1980-ci illərdə İri Müəssisələrdə işçilərin idarə edilməsi şöbəsinin inkişaf 
etməsinə əhəmiyyət verilməyə başlanılmışdı. İnsan resurslarının idarə edilməsi 


- 10 - 
konsepsiyası 1990-cı illərdə İnsan resurslarının idarə olunması konsepsiyası kimi 
dəyişmişdir. İnkişaf edən təşkilatlar “Ümumi Keyfiyyətin İdarə edilməsi” anlayışla 
yanaşı işçilərə verilən dəyər artmağa başlamışdır. 
Bu dövrdən sonra İnsan Resursları İdarə edilməsi konsepsiyasının inkişafı 
davam etmişdir və yeni funksiyalar əldə edərək (mükafatlandırma, motivasiya vs.), öz 
daxilində yeni anlayışlar meydana gətirmişdir. 
İşçi qüvvəsinin idarə edilməsi yalnız iş yerindəki işlərlə məşğul olduğu halda, 
İnsan resurslarının idarə edilməsi isə işgörəndən daha çox səmərə əldə etmək üçün
onun potensialını inkişaf etdirməyi hədəfləyir. 
İşçi qüvvəsinin idarə edilməsi və İnsan resurslarının idarə olunması arasında 
fərqlər mövcuddur: 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin