13. Sinifdənxaric oxunun təşkili Sinifdənxaric oxunun təşkili üzrə aparılan işlər ibtidai siniflərdə oxu təliminin mühüm sahələrindəndir. Bu işin səmərəli təşkili isə şagirdlərin intellektual və emosional inkişafına, həmçinin müxtəlif fənlər üzrə biliklərin dərindən və şüurlu mənimsənilməsinə güclü təsir göstərir. Sinifdənxaric oxunun məqsədi I-IV sinif şagirdlərinin oxu və yazı vərdişlərinin təkmilləşdirilməsini təmin etməklə, təbiət və ictimai həyat haqqında onların dərsliklərdən aldıqları bilikləri genişləndirmək, təfəkkürünü bədii obrazlarla zənginləşdirmək, nitqini, fantaziyasını inkişaf etdirmək, vətənə, xalqa, ana dilinə, elmə və s. məhəbbət hissləri tərbiyə etmək, humanist hisslər aşılamaq, onlarda kitabla müstəqil işləmək və ona böyük həvəs yaratmaqdır. Bu məqsədə müvafiq olaraq, sinifdənxaric oxunun qarşısında müəyyən vəzifələr durur:
şagirdlərdə uşaq ədəbiyyatına maraq və məhəbbət hisslərinin
vətənimiz, onun qüdrəti, xalqımızın qəhrəman keçmişi, bugünü və gələcəyi, doğma təbiətimizin zənginliyi və s. əlaqədar şagirdlərin təsəvvürlərinin zənginləşdirilməsi;
şagirdlərə ana dilinin dərindən mənimsədilməsi; onun gözəlliyinin, böyük qüdrətinin dərk etdirilməsi, onlardan zövq almaq qabiliyyətinin formalaşdırılması, nitq və təfəkkürlərinin inkişaf etdirilməsi;
uşaqlarda əməyə, əmək adamlarına, müxtəlif sənət və peşələrə rəğbət hissinin aşılanması və s.
Məktəb təcrübəsi göstərır ki, bu vəzifələri müvəffəqiyyətlə həll etmək üçün müəyyən pedaqoji tələblər gözlənilməlidir:
1) sinifdənxaric oxu üçün materiallar seçilərkən şagirdlərin yaş
və bilik səviyyəsinin nəzərə alınması;
2) sinifdənxaric oxunun müntəzəm, mütəşəkkil və sistemlə aparılması;
3) sinifdənxaric oxunun qiraət dərslərində əldə edilən biliklərlə əlaqələndirilməsi;
4) şagirdlərə təqdim olunan materialların həyatımızın, məişətimizin müxtəlif sahələrini əhatə etməsi;
5) şagirdlərə verilən sual və tapşırıqların əsərin əsas məğzini üzə çıxarmağa xidmət etməsi;
6) il boyu şagirdlərə tövsiyə olunan əsərlərin rəngarəngliyinin təmin olunması;
7) tövsiyə olunan əsərdə yazıçının məqsədinin, əsərin məzmununun müəyyənləşdirilməsi və tərbiyəvi ideyanın çıxarılması;
8) əsərin məzmununun müasir həyatla, şagirdlərin müşahidələri
və şəxsi təcrübələri ilə əlaqələndirilməsi.
9) əsərin müzakirəsində şagirdlərin yaradıcı fəallığının, fantaziyasının, rabitəli nitqinin tədricən inkişaf etdirilməsi;
10) əsərin məzmununa şagirdlərdə emosional münasibət bildirmək bacarıqlarının aşılanması və s.
İbtidai siniflərdə oxu dərsləri ona görə geniş və dərin surətdə də təşkil edilir ki, oxu mətnləri şagirdlərin ümumi mədəni səviyyəsini yüksəldir, ikin elmi biliklərin mənimsənilməsinə zəmin yaradır. Bu zaman şagirdlərin lüğət ehtiyatı zənginləşir, rabitəli nitqləri inkişaf edir.
Oxu təlimi ibtidai siniflərdə müəyyən sistemlə aparılır və ədəbiyyat kursunun üzvi hissəsi kimi təşkil olunur. I sinifdə şagirdlər oxu bacarıqlarına yiyələnirlər. Bu bacarıqlar II-IV siniflərdə oxu vərdişlərinə çevrilir. Oxu təlimində sözləri şüurlu, düzgün və ucadan oxumaq, oxu zamanı cümlələrdə intonasiyanı və fasiləni gözləmək, mətn oxusunda vurğudan düzğün istifadə etmək, müəllimin suallarına məzmunlu cavab verməyə, səy göstərmək, şəkil və təbiət təsvirlərini xarakterizə edən söz və ifadələri seçmək, ekskursiya və müşahidə mövzularını oxu materialları ilə əlaqələndirmək, rabitəli nitqi inkişaf etdirmək və s. məsələlər həyata keçirilir. Şagirdlərin şifahi nitq bacarıqlarının inkişaf etdirilməsində və rabitəli nitqinin formalaşmasında müntəzəm və sistemli təşkil olunan oxu dərslərinin rolu böyükdür. Şagirdlər ədəbiyyatın nəzəri məlumatlarından - şeir, hekayə, təmsil, nağıl, tapmaca, atalar sözləri, laylalar, oxşamalar, saymacalar, halovalar və düzgüləri məzmununa görə bir-birindən fərqləndirməyi öyrənirlər.
I sinifdə şagirdlərin müstəqil mütaliəsində kitaba maraq yaratmaq məqsədi başlıca amil kimi nəzərdə tutulur. Sinifdənxaric oxu təlimi agirdlərdə kitaba maraq oyatmaq,onu sevmək, kitabla rəftar etmək, kitabları seçmək qaydalarını öyrənmək, sinifdə maraqlı, sadə, süjetli şəkillərdən ibarət olan
kiçik həcmli bədii kitablardan guşə yaratmaq, həmin kitabları oxumaq, müzakirə etmək məqsədi daşıyır. Oxunmuş əsərlərin məzmunu təlim-tərbiyəvi əhəmiyyət daşımalı və bu əsərlərin həcmi 2-3 səhifədən ibarət olmalıdır. Belə mövzular şagirdlərin diqqətini çəkməli, ən çox fantastik qəhrəmanlar, şən və əyləncəli hekayələr olmalıdır. ġagirdlərlə il ərzində ən azı 30-40 bədii əsər
üzərində bu məzmunda iş aparılmalı və onlar yadda qalan epizodları şifahi olaraq danışmağı bacarmalıdırlar.
II sinifdə şagirdlərin I sinifdə qazanılmış bilikləri dərinləşdirilməklə yanaşı, aşağıdakı işlər əlavə olunur; müstəqil oxu texnikasına yiyələnməyə sahib olmaq, şüurlu, düzgün və surətli oxu vərdişlərini formalaşdırmaq, mövzunun məzmununa aid (müəllimlə birlikdə) plan tərtib etmək, oxunmuş mətni müfəssəl və yığcam danışmağı öyrənmək, söz və ifadələrin cümlələrdə
tutduğu yerini izah etmək, sinif qarşısında danışmağı öyrənmək, əməli yazılar yazmaq bacarığı yaradılır. Ədəbiyyatın nəzəri məlumatlarından: - I sinifdə öyrədilən nəzəri məlumatları dərinləşdirməklə bərabər folklor nümunələri-
nin (nağıl, atalar sözü, tapmaca, bayatılar və s.), bədii əsərlərini (hekayə, şeir, təmsil) məzmumu haqqında ilkin sadə məlumatlar verilir.
II sinifdə şagirdlərin müstəqil mütaliə marağına (sinifdənxaric oxuya) həftədə bir saat tədris vaxtı verilir. II sinifdə mütaliə marağı üzrə aparılan işlər nisbətən mürəkkəbləşir. Mütaliəyə maraq əsasən oxu tematikasına müvafiq olaraq təşkil olunur. Bu dərslərdə şagirdlərin əsərdəki surətləri qiymətləndirmək, şifahi, bədii danışığa nail olmaq bacarığının yaradılması istiqamətində aparılan işlər mühüm əhəmiyyət kəsb edir. Şagirdlər il ərzində tanış olduğu bədii əsərlərə və folklor nümunələrinə annotasiya yazmağı, əsərdəki surətləri təsvir edən şəkillər çəkməyi öyrənirlər. Sinifdənxaric oxu dərslərində qəzet və jurnal materiallardan istifadə müsbət nəticə verir. Mütaliə marağının əsas məqsədi şagirdlərin qazanılmış bilik və bacarıq vərdişlərini möhkəmlətmək, mövzu üzərində müstəqil işlərini təşkil etməkdir. Kitabxanada kitablarla işləmək kartotekadan və kataloqdan istifadə etmək bacarığının yaradılması da diqqət mərkəzində olan məsələlərdəndir.
III sinifdə isə I-II siniflərdə qazanılmı biliklər təkmilləşir.Rəvan oxu, izahlı оxu, ifadəli oxu vərdişlərinin (danışdığın kimi oxu, obrazlı oxu, oxu texnikasını gözləməklə oxu və s.) formalaşdırılması, əsərin məzmunu əsasında xalqın tarixi və cəmiyyətin inkişafı haqqında söhbətlərin aparılması şagirdlərin ətraf aləm haqqında təsəvvür və anlayışlarını daha da genişləndirir,dərinləşdirir. şagirdlərə yazıçıların həyat və yaradıcılığı haqqında məlumat verilir, onlarla oxunan əsərə dair dialoji və monoloji danışıqlar təşkil olunur. III sinif şagirdləri əsərdəki obrazların davranışını qiymətləndirmək bacarığına yiyələnir və seriya,
süjetli şəkillər üzrə, müşahidələr əsasında kiçik həcmli hekayələr yazırlar. Şagirdlərin ədəbiyyatın nəzəri məsələlərinə aid I-II siniflərdə qazandıqları bilikləri dərinləşir, onlar əməli (elmi-kütləvi) əsərlərin məzmunu ilə bədii əsərlərin məzmununda olan oxşar və fərqli cəhətləri izah etməyi bacarırlar. Bu sinifdə oxu tematikasına müvafiq olaraq, təbiət və cəmiyyətin həyatını təsvir edən bədii əsərlərlə əlaqəli folklor nümunələri oxunur. Elmi-kütləvi əsərlərin oxunuşu üzrə iş aparılır. Şagirdlər kitab seriyaları və biblioqrafik işlərlə tanış olur, Azərbaycan, türk dünyası və dünya yazıçılarının əsərlərini oxuyur,
əsərin məzmununa qiymət verirlər.
IV sinifdə isə I-III siniflərdə qazanılmış biliklər təkmilləşdirilir. IVsinifdə oxu təlimi həm dərs, һəm də həyatı dərk etmək vasitəsi kimi mühüm rol oynayır. Bu baxımdan dərslikdəki mövzular qruplaşdırılır:
Folklor nümunələri (nağıl, atalar sözü, tapmaca, bayatı, laylalar, yanıltmaclar və s.) əxlaqi-tərbiyəvi cəhətdən şagirdlərin diqqətinə çatdırılır. Həmçinin müəllif əsərləri və dünya xalqlarının folklorundan nümunələr oxunur.
Xalqın tarixini əks etdirən materiallar verilir.
Təbiətin gözəlliyini təsvir edən əsərlər oxunur.
Oxu dərslərində verilən mövzular iki istiqamətdə qruplaşdırılır: a)təlim-tərbiyəvi əsərlər; b)ədəbi bilikləri dərinləşdirən əsərlər.
Mətnlərin oxusu zamanı əsərin məzmunu və ideyası təhlil olunmalı, sual və tapşırıqlar üzərində iş getməli, tərbiyəvi xarakterli iş aparmaqla yanaşı, şagirdlərın maraq dairəsi nəzərə alınmalıdır. ġagirdlərin təfəkkürünü inkişaf etdirmək, onların təbiət və cəmiyyət haqqında təsəvvürlərini genişləndirmək,
yaradıcı sənətkarların həyat və yaradıcılığı haqqında kurikulum tələblərinə uyğun məlumat vermək zəruridir. Mətnin məzmununda oxşar və fərqli cəhətləri müqayisə etmək, əsər haqqında müstəqil fikir söyləmək, bədii biliklərə zəmin yaratmaq və s. vacibdir.
Ədəbiyyatın nəzəri məsələləri haqqında biliklər IVsiniflərdə bir qədər də dərinləşir. Hekayə, şeir və təmsillərin məzmunundakı fərqli cəhətlər nəzərə alınır. Bədii əsərlərin növləri haqqında bilik səviyyəsinə müvafiq olaraq, folklor və lirik nümunələr təhlil edilir. Əldə edilmiş biliklər praktik yolla ümumiləşdirilir.
İbtidai siniflərdə şagirdlərin intellektual inkişafı üçün əsas vasitələrdən biri oxu mətnləridir, çünki şagird oxu materialları vasitəsi ilə tarixi fakt və hadisələri öyrənir, təbiət və cəmiyyətin inkişafı haqqında biliklərə sahib olurlar.
şagirdlərin biliklərinin həcmi genişləndikcə, onlarda intellektual yaradıcılıq və təşəbbüskarlıq hissi artır, vətənpərvərlik tərbiyəsi, məsuliyyət hissi güclənir. İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsinə aid mövzular I sinif “Azərbaycan dili” dərsliyindən bağlanır, IV sinif dərsliyində də davam edir. Bu siniflərdə vətənpərvərlik tərbiyəsi sinifdən-sinfə dərinləşir, genişlənir, gələcək üçün özül yaranır.
Informasiyalar axının təssəvürə gəlməz dərəcədə artdığı indiki şəraitdə gənc nəslin təlim-tərbiyə sahəsindəki tələbatını sinifdə yalnız oxu dərslərinin keçirilməsi ilə ödəmək mümkün deyil. Ona görə də bu tələbatı ödəmək məqsədi ilə sinifdənxaric məşğələlərdə ibtidai sinif şagirdlərinə proqramın tələblərinə uyğun bədii (nağıl, hekayə, şeir və s.) və elmi-kütləvi (tarix, coğrafiya, təbiətşünaslıq və s.) əsərləri, qəzet və jurnal məqalələri oxunub müzakirə etdirilməli, təlim-tərbiyə əhəmiyyəti olan nəticələr çıxarılmalıdır.
Təcrübə göstərir ki, sinifdənxaric oxu üzrə iş iki istiqamətdə aparılmalıdır:
a) proqramın tələblərinə və dərslikdəki materiallara uyğun əsərlərin oxusu;
b) şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olmaqla arzularına görə əsərlərin müstəqil oxusu
Birinci qrupa aid olan əsərlərin oxusu adından məlum oldugu kimi məcburidir. Bu materialların oxusu ilə şagirdlərin aldıqları biliklər daha da zənginləşir və inkişaf edir.
İkinci qrupa aid olan materialların oxusu şagirdlərin əksəriyyətinin istəyindən asılıdır. Təcrübə göstərir ki, bu zaman şagirdlər kitab seçməkdə çətinlik çəkirlər. Onların bir qrupu kitabı cildinə, şəkillərinə, yoldaşlarının və yaşlıların sözünə görə seçirlər. Ona görə də müəllim kitabxançı ilə yaxından əlaqə saxlamalı, hər sinif üçün şagirdlərə tövsiyə olunacaq əsərlərin siyahısını təqdim etməlidir. Şagirdlər bu materiallar əsasında dərslikdə olmayan məlumatlar alırlar. Bunlar da öz növbəsində onların dərslikdən əldə etdikləri bilikləri zənginləşdirir, dərinləşdirir və sistemə salmağa kömək göstərir. Sinifdənxaric oxunun səmərəli təşkilində hazırlıq mərhələsinə ciddi diqqət yetirilməlidir.