Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat


Oxu materiallarının obrazlı dili üzərində işin təşkili



Yüklə 131,95 Kb.
səhifə23/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   27
OTM (mühazirə mətnləri) yeni

11. Oxu materiallarının obrazlı dili üzərində işin təşkili
Araşdırmalar göstərir ki, oxu materiallarının şüurlu mənimsənilməsi baxımından onların obrazlı dili üzərində iş aparılarkən aşağıdakıların həyata keçirilməsinə çalışılmalıdır:

  • şagirdin təsəvvüründə real varlığın canlandırılmasına;

  • şagirdin həyati təsəvvürlərinin inkişafına;

  • şagirdin bədii, yaradıcı təxəyyülünün inkişafına;

  • şagirdlərdə fıkrini obrazlı ifadə etmək bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə.

Bədii materialların obrazlı dili üzərində işi səmərəli təşkil etmək üçün müəyyən didaktik tələblər gözlənilməlidir:

  • obrazlı ifadələrin kontekst daxilindəki rəngarəng vasitə, metod və priyomlardan istifadə etməklə açılması;

  • obrazlı ifadələrin izahı ilə bağlı qiraət və dilin tədrisi arasında əlaqənin yaradılması;

  • obrazlı ifadələrin izahında konkret varlığa, şagirdlərin məlum biliklərinə əsaslanılması;

  • obrazlı ifadələrin izahı zamanı şagirdlərin ümumi inkişafının, fərdi xüsusiyyətlərinin nəzərə alınması və s.

Bu tələblərin nəzərə alınması bədii materialın məzmun və ideyasının şüurlu mənimsənilməsini təmin etməklə, şagirdlərin emosional və intellektual inkişafına da güclü təsir göstərir.
İbtidai siniflərdə sözün mənasının açılması, bədii materiallar əsasında dilin təsvir vasitələri üzərində işin səmərəli təşkili şagirdlərin yuxarı siniflərdə bu sahədə qazandıqları biliklərin ilkin bünövrəsi olmaqla, onları oxuduqları əsərlərin bədii dəyərini, emosional-ekspressiv məna çalarlığını qavramağa, məzmun və ideyasını şüurlu mənimsəməyə, dərk etməyə güclü təsir göstrir.


  1. İnformativ (elmi-kütləvi) mətnlərin oxusu

Dərsliklərin tərtibi zamanı bəzi dövrlərdə elmi - kütləvi, bəzi vaxtlarda isə bədii mətnlərə üstünlük verilmişdir. Böyük pedaqoq K.D.Uşinskinin “Vətən dili” kitabı ancaq elmi - informativ mətnlərdən ibarət olmuşdur.
I-IV siniflərin dərsliklərində hekayə-oçerk üslubunda yazılmış elmi – informativ materiallar verilmişdir ki, buraya təbiət və coğrafiyaya, tarixə aid mətnlər daxildir. Belə materialların verilməsində başlıca məqsəd şagirdləri ətraf aləmlə tanış etmək, əşyalar, hadisələr barədə bilik verməkdir. Təbiətşünaslığa aid materiallar, əsasən, fəsli prinsip üzrə verilir. Bu prinsipə əsasən şagirdlər payız, qış, yaz, və yayda təbiətdə, insanların həyatında baş verən dəyişikliklər, təbiət hadisələrinin dəyişməsinin insanların, bitkilərin, heyvanların,quşların həyatına təsiri, qarşılıqlı əlaqəsinin qanunauyğunluqları haqqında məlumat alırlar. İctima-tarixi materiallar tarixi günlərdə (18 oktyabr, 17 noyabr, 31 dekabr, 20 yanvar, 8, 20-21 mart, 28 may) öyrənilir. Bu həmin materialların oxusunu həyatla əlaqələndirməyə imkan verir.
Elmi-informativ materialların öyrədilməsi bir tərəfdən şagirdlərin oxu vərdişinin inkişafına kömək edir, digər tərəfdən təbiətə və tarixə aid praktik biliklər verir. Elmi-informativ mətnlərin oxusu şagirdlərə təbiətin insan həyatındakı rolunun dərk edilməsi, qidalanmaq, nəfəs almaq, təbiət və insan, bunların qarşılıqlı əlaqəsi, insanların təbiəti qorumasının zəruri olduğunu tərbiyə edir. Təbiətə aid mətnlərin oxusu heyvanlar, bitkilər aləmi, mövsümi hadisələr, iqlim dəyişməsi ilə şagirdləri tanış edir. Coğrafi materialların oxusu şagirdləri ölkəmizin sərvətləri:nefti, şəhərləri, sərhəddi, çayları, dağları ilə tanış edir. Tarixi materiallar Vətənimizin keçmişi, xalq qəhrəmanları, şəhidlər və onların qəddar və ikiüzlü işğalçılara qarşı mübarizəsi haqqında bilik verir.Belə mətnlər ilk cümlədən başlayaraq hissə-hissə oxunub izah olunur, uşaqlarda Koroğlu, Babək, Cavanşir, Qaçaq Nəbi kimi qəhrəmanlara və həmçınin Qarabağ döyüşlərində şəhid olmuş igidlərimizə qarşı məhəbbət yaradılır.
Elmi-kütləvi mətnlər mütləq həyatla əlaqələndirilməlidir. Bunun üçün təbiətə, istehsalata, muzeylərə ekskursiyalar təşkil olunmalı, təbiətdə baş verən hadisələrin-qarın yağması, tufan, ağacların tumurcuqlaması, çiçək açması üzərində müşahidə aparmaq, ölkəmizin həyatına dair kinofilmlərə baxmaq, qəhrəmanlar və iş adamları ilə görüşlər keçirmək faydalıdır.
Elmi-informativ mətnlərdə sözlər ancaq həqiqi mənada işlənir və elmi terminlərə geniş yer verilir.
“Azərbaycan dili” fənni öz təbiəti etibarilə inteqrativ fənndir. Şagirdlər I sinifdən etibarən Elmi-informativ (elmi idraki, əməli) xarakterli materiallar oxumağa başladıqlarından hər bir mətnlə istər-istəməz bir neçə elm sahəsinin qovuşması ilə qarşılaşırlar. İndi I-II sinif şagirdləri günəş, su, hava, torpaq, bitkilər aləmi, canlılar, insan, xalqımızın yaşayış tərzi, azadlıq, müstəqillik uğrunda mübarizəsi, elm-texnika yenilikləri, kosmos və s. haqqında oxumalı olurlar.
Elmi-informativ mətnlərdə şagirdlər üçün yeni material şərh olunur. Ona görə də bədii materialların tədrisi prosesində olduğu kimi elmi-idraki mətni bütöv oxuyub, məzmunun dərk ediləcəyinə ümid bəsləmək olmaz. Bu, məzmunun səthi mənimsənilməsi ilə nəticələnir. Belə mətnlər hissə-hissə oxunmalı, hər hissə dərindən təhlil edilib, başa düşüldükdən sonra digər hissənin oxunub təhlil edilməsinə keçmək lazımdır.
Elmi-informativ mətnlərin bir qisminin məzmununun başa düşülməsi üçün əyani və praktik hazırlıq tələb edilir. Mətnin oxunmasına bir iki-gün qalmıĢ ş agirdləri müvafiq obyektlərə ekskursiyaya aparmaq, haqqında söhbət gedəcək əşyaları əldə etmək tələb olunur. III-IV siniflərdə fənlərarası əlaqədən istifadə etmək fəal nəticə verir. Cəmiyyət hadisələri və tarixi məlumatlarla bağlı mətnlər (III-IV siniflərdə) əyani vəsait, fərdi müsahibələr, gəzinti, kinofilmə, sərgiyə baxış, Böyük Vətən Müharibəsi veteranları, Milli Qəhrəmanlarla görüşlərin təşkilini tələb edir.
Mövzu: Makedoniyalı İsgəndər (“Azərbaycan dili”, III sinif, s. 124-125)


Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin