412) Yüksək fibrinogenemiyanı nə zaman müşahidə etmək olar?
A)
Irsi nefritdə
B) Sistitdə
C)
Dismetabolik nefropatiyada
D) Pielonefritdə
E) Nefrotik formalı qlomerulonefritdə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
413) Sidikdə oksalat və uratların ekskresiysı adətən necə təyin olunur?
A) Üç saatdan bir yığılan sidikdə
B) Yalnız günorta ifraz
olunan sidikdə
C) Sutkalıq sidikdə
D) Yalnız axşam ifraz olunan sidikdə
E) Yalnız
səhər ifraz olunan sidikdə
Ədəbiyyat: В. В. Длин. «Лечение дизметаболитической нефропатии и
мочекаменной болезни у детей» 2004г.
414) Sistoqrafiya müayinəsi ilə hansı patologiyanı dəqiqləşdirmək olmaz?
A) Detruzorun vəziyyətini
B) Uretranın vəziyyətini
C) Reflyuksların olmasını
D) Qalıq sidiyin miqdarını
E) Böyrəklərin funksional vəziyyətini
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
Dostları ilə paylaş: