III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1261
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
MODUL PROQRAMININ TƏŞKİLİ
Aida HÜSEYNOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
cemile.abbasova.1992@mail.ru
AZƏRBAYCAN
Musiqi təhsilinə müasir yanaşma, eləcə də ibtidai sinif müəllimlərin musiqi hazırlığı
işində yaranan problemlər pedaqoji fakültəsində musiqi təliminin optimal modelinin yaranma-
sını zəruri etmişdir.
Müasir təlim – tərbiyə prosesinin idarəolunmasının vacib məsələlərindən biri təhsil işi-
nin optimal şəkildə intensivləşdirilməsidir. Onun tərkibinə təhsil səviyyəsini məqsədyönlü
yüksəldilməsi, təhsilin motivasiyasını gücləndirilməsi, təhsil məzmununda informasiya tutum-
luğunun artırılması, yeni proqressiv təhsil forma və metodlarını həyata keçirilməsi, onun temp-
lərini aktivləşdirilməsi, təhsil işində refleksiv vərdişlərinin inkişaf etdirilməsi, informasiya xa-
rakteri daşıyan texniki üsullardan istifadə edilməsi kimi vacib məsələlər daxildir.Bu mənada
modul texnoloqiyasının təhsildə istifadəsi bizə daha səmərəli görünür.
«Musiqi aləti» fənni üzrə modul proqramının işlənilib-hazırlanması zamanı biz, modul
proqramının strukturuna dair müxtəlif müəlliflərin (V.M.Monaxov, M.A.Çoşanov, P.A.Yuts-
yaviçene) müəyyən ümumi tövsiyələrinə, öz çoxillik iş təcrübəmizə, modul texnologiyasının
məntiqi quruluşuna əsaslanmışıq.
Modul proqramın tərtibatı aşağıdakı mərhələlərdən ibarətdir.
Birinci mərhələ – tədris kursunun sistem kimi təqdim edilməsi, yəni, modul təliminin
məzmununun ilkin strukturu.
İkinci mərhələ – məqsədlərin goyulması. Modul təlim texnologiyası üzrə tədrisin
proyektləşməsi prosesində ən vacibli sayılanı məqsədyönlü zənndir. O, öz əksini müəllimin
təyin etdiyi tədrisin diaqnostik məqsədlərin müəyyən edilməsində tapır.
Üçüncü mərhələ – funksional strukturlaşma. Modul proqramının proyektləşdiril-
məsinin 3-cü mərhələsində biz, hər bir modulun elementlərini ayırdıq və daha sonra onların
hər birinin struktur və funksional analizini etdik. Didaktik nöqteyi nəzərdən bu və ya digər
biliyin hansı rol oynadığını, hansı funksiyanı yerinə-yetirdiyini aşkar etmək çox vacibdir.
Dördüncü mərhələ – struktur-məntiqi sxemin hazırlanması. Modul proqramın əyani
yolla məzmununu təsəvvür etmək üçün modul formasında təlim proqramının struktur- məntiqi
sxemi işlənib-hazırlanmışdır və orada məşğələlərin məqsədi, növləri, həmçinin də onların
həyata keçirilmə işinin məntiqi ardıcıllığı, tələbələrin bilik və bacarıqlarının nəzarət etmə
növləri, vaxtı və ardıcıllığı göstərilmişdir.
Beşinci mərhələ – tədris materialının didaktik seçimidir.
Altıncı mərhələ – tədris elementlərinin işlənib-hazırlanması. Modul təlim sistemində
tədris elementləri əsas didaktik materialı təşkil edirlər.
Bizim tərəfimizdən işlənib-hazırlanan tədris elementləri özündə öyrənmək üçün lazım
olan müstəqil tədris materialını cəmləyir və o, həm tələbənin müstəqil işinə , həm də
müəllimin rəhbərliyi altında olan işə istiqamət verir. Hər bir tədris elementi, bir-biri ilə sıx
bağlı olan müəyyən praktiki vərdişləri və nəzəri bilikləri əhatə edir.
Yeddinci mərhələ – öyrənilmiş tədris materialının mənimsənilmə dərəcəsinin nəzarəti,
qiymətləndirilməsi və korreksiyasının forma və metodlarının işlənib-hazırlanması. Tədris
materialın mənimsənilmə səviyyəsinin meyarlarını müəyyən etmək üçün biz, V.P.Bespalko
tərəfindən təklif olunan sistemə dayaqlanmışıq.
Səkkizinci mərhələ– texnoloji həritənin tərtib olunması.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1262
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
V.M.Monaxov texnoloji həritəni tədris prosesi proektinin «pasportu» adlandırır. Texno-
loji həritədə, tədrisin müvəffəqiyyətini təmin edən təhsil prosesinin əsas parametrləri bütöv və
yığcam şəkildə əks etdirilir. Dərsin texnoloji həritəsi – dərsin ssenarisini ümumiləşdirilmiş qrafik
ifadəsidir, onun proyektləşdirilməsinin əsasıdır, fərdi iş metodlarının təqdimat üsuludur.
AZƏRBAYCANDA TƏHSİL İSLAHATİ VƏ İBTİDAİ TƏHSİL
GülarəBALAYEVA
Azərbaycan Dövlət Pedaqoji Universiseti
b.gulare@mail.ru
AZƏRBAYCAN
Dünyanın hər tərəfində aparılan sosial, iqtisadi, mədəni dəyişikliklər bilavasitə təhsillə
əlaqəli olmuş, başqa sözlə, təhsil bütün yeniliklərin əsasında dayanmış, onların formalaşması
və inkişafında təkanverici rol oynamışdır. Yeni qurulan müstəqillik yolunda ilk addımlarını
atan Azərbaycan da özünün inkişaf modelində təhsilə xüsusi yer ayırmış dünya təcrübəsində
olduğu kimi, onu bütün fəaliyyətlərin əsasına gətirmişdir. Ona görə də Müstəqil Azərbaycanın
Konstitusiyasında təhsilə dövlət səviyyəsində yanaşılmış, bu sahədə ölkənin xüsusi siyasəti
müəyyənləşdirilmişdir. “Ən vacibi o idi ki, ölkə səviyyəsində qəbul edilmiş təhsil siyasətinin
prioritet problemləri qlobal dünya üçün xarakterik olan təhsil problemləri ilə uyğunluq təşkil
edirdi”. Hər bir vətəndaşın təhsil almaq hüququnun olması, pulsuz icbari təhsilin həyata keçi-
rilməsi, istedadlılarla işin aparılması, təhsil standartlarının müəyyən edilməsi və s. bu baxım-
dan qeyd olunmalıdır.
Təhsil ərəb mənşəli söz olub, müxtəlif mənalara malikdir.”təhsil-1) ələ gətirmə, hasil
etmə, qazanma; 2) elmi məlumat əldə etmək, oxuyub öyrənmək; 3)müntəzəm surətdə oxumaq
nəticəsində əldə edilmiş biliklərin məcmusu” deməkdir. Heç sübhəsiz, dilimizdə pedaqoji
anlayış kimi “təhsil”in yaranması sözün yuxarıda şəhr olunan ilkin mənası ilə bağlı olmuşdur.
Alimlər, təhsillə bağlı insanlar yeri gəldikcə ondan istifadə etmış, tədricən əsas pedaqoji anla-
yışlardan birinin formalaşmasına nail ola bilmişlər.
Təhsil sosial fenomen kimi öz varlığında cəmiyətin bütün istiqamətlərdə inkişafini əks
etdirir. Onun hansi vəziyyətdə olmasını aydın göstərməklə yanaşı, həm də gələcək inkişafı
üçün perspektivləri əvvəlcədən ifadə edir, ardıcıl və sistemli inkişafını tənzimləyən amil kimi
çıxış edir. Təhsilin cəmiyyətin həyatında oynadığı bu qabaqlayıcı rol onun sosial hadisə kimi
ən əlamətdar keyfiyyətini göstərir.
Artıq 1998-ci ildən hazırlanmasına başlanan, 1999-cu ildə ölkə səviyyəsində qəbul edi-
lən “Azərbaycan Respublikasının təhsil siyasətində İslahat Proqramı” da məhz həmin siyasə-
tin nəticəsi kimi meydana çıxdı. İslahat Proqramında göstərildiyi kimi, təhsil sistemində struk-
tur, məzmun islahatı ilə bağlı əhatə edilən məsələlərdən biri “demokratikləşdirmə, humanist-
ləşdirmə, inteqrasiya, differensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə
əsaslanaraq təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas
subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan,
bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləş-
dirən yeni təhsil sisteminin yaradılması” olmuşdur.
Azərbaycanda təhsil islahatlarının layihə çərçivəsində həyata keçirilməsi ilə bağlı
ümumiləşdirilmələr aparılarkən qeyd olunurdu ki, “Hazırda Təhsil Sektorunun İnkişaf layihə-
si çərçivəsində ümumi təhsil sistemində məzmun dəyişiklikləri kurikulum islahatı adı altında
aparılır. Yeni kurikulumların hazırlaması zərurəti onunla bağlıdır ki, mövcud kurikulum təhsi-
lin müasir inkişaf tendensiyalarını və davamlı inkişaf amillərini kifayət qədər nəzərə almır,
biliklərin tətbiqi aspektinə yönəlməmişdir”. Təbii ki, belə bir ciddi problemin aradan qaldırıl-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1263
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ması, yeni məzmunun müəyyənləşdirilməsi məqsədi ilə ardıcıl və sistemli araşdırılmaların
aparılmasına ehtiyac yaranmışdır. İlk növbədə, ümumi təhsilin səviyyələrinin, onlara məxsus
məzmunun qurulması ciddi pedaqoji problem kimi meydana çıxmışdır.
İbtidai təhsilin məzmunu ilə bağlı xeyli araşdırmalar aparılmışdır. Y.Ş.Kərimov, Ə.S.
Bayramov, Ə.Ə.Əlizadə, N.M.Kazımov, Ə.Ş.Haşımov, Y.R.Talıbov, Ə.A.Ağayev, Ə.X.Paşa-
yev, F.A.Rüstəmov, A.O.Mehrabov, L.M.Qasımova, R.M.Mahmudova, S.Həmidov, A.Məci-
dova, M.M.Əmirov, C.Əliyeva, V.V.Kroyevski, M.A.Skatkin, Zankov, A.Q.Kazanskiy, T.S.
Nazarov və başqaları ibtidai təhsilin məzmununun nəzəri problemləri ilə bağlı məsələlərə to-
xunmuşlar. Xüsusən Y.Ş.Kərimov ibtidai təhsilin məzmunu ilə bağlı müxtəlif problemlərin həll
olunması istiqamətində daha geniş fəaliyyət göstərmiş, özünəməxsus sistem yaratmışdır.
Müxtəlif zamanlarda ibtidai təhsilin məzmununun təkmilləşdirilməsinə dövrün tələbinə
uyğun olaraq yanaşılmış, onun yerinə yetirilməsi zəruri hesab edilmişdir. Nəticədə müxtəlif
vaxtlarda təhsil islahatlarından, hökumətin qərar və göstərişlərindən irəli gələn vəzifə kimi
ibtidai təhsilin məzmununda dəyişikliklər aparılmışdır.
1999-cu ildən başlayaraq son dövrədək ümumi təhsil sahəsinə aid iki hökumət qərarı qə-
bul edilmişdir. Onlardan birincisi Müstəqil Azərbaycanın təhsil həyatında ilkin mühüm hadisə
kimi dəyərləndirilən “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”dır. Bu
sənəd 1999-cu ilin aprelində təsdiq olunmuşdur.
İkinci sənəd 2006-ci ilin oktyabrında qəbul olunmuş “Azərbaycan Respublikasında
ümumi təhsilin Konsepsiyası (Kurikulumu)”dur.
Bu sənədlərin hər ikisində ibtidai təhsilin məzmununa tamamilə yeni aspektdən yanaşı-
lmış, orada nəticələrin müəyyənləşdirilməsinə üstün istiqamət kimi xüsusi diqqət yetirilmiş-
dir. 2006-cı ildə qəbul olunmuş “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası
(Kurikulumu)”nda ibtidai təhsilin məzmununu təşkil edən fənlərlə yanaşı, onların əsaslan-
dırılmaları və nəticələri də verilmişdir.
Bu dəyişikliklərin baş verməsində ibtidai təhsil sahəsində əldə olunmuş təcrübələr əsas
götürülmüşdür. Müəllim və mütəxəssislərin praktikaya söykənən fikirləri əsas götürülmüşdür.
Lakin bu təkmilləşdirmə işlərinin aparılması sahəsində ibtidai təhsilin məzmunu əsasda sistemli
olaraq araşdırılmamışdır.
İbtidai təhsilin nəzəri və praktik problemlərini ardıcıl olaraq araşdıran Y.Ş. Kərimovda
ibtidai təlimi təhsil sisteminin bünövrəsi kimi dəyərləndirərək onun məzmununun problemlə-
rinin həll olunmasını zəruri hesab etmişdir: “İbtidai təlim təhsil siteminin bünövrəsidir. Bir sıra
ümumpedaqoji bacarıq və vərdişlər (dinləmək və eşitmək, baxmaq və görmək, sual vermək,
suala cavab vermək, oxumaq, yazmaq, saymaq, hesablamaq, fəaliyyəti planlaşdırmaq təlim tap-
şırığını yerinə yetirmək, özünənəzarət və özünüqiymətləndirmə üzrə ilkin vərdişlər və s.) bu
mərhələdə yaranır. Bu baxımdan əgər söhbət təhsil sisteminin məzmunundan gedirsə, ilk növ-
bədə, məhz ibtidai mərhələnin məzmunu məsələsi həll olunmalıdır”
AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ İNTEQRASİYADAN İSTİFADƏ
Gül KƏRİMLİ
Bakı Slavyan Universiteti
adu-gul@mail.ru
AZƏRBAYCAN
Hazırki dövrdə məktəbin qarşısında duran ən mühüm vəzifələrdən biri yaradıcı fəaliyyət
göstərə bilən şəxsiyyətin yetişdirilməsidir. Bu vəzifənin müvəffəqiyyətlə həll olunması ilk
növbədə ibtidai siniflərdə Azərbaycan dili fənninin səviyyəsinin yüksəldilməsindən asılıdır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1264
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Azərbaycan dili fənni ibtidai siniflərdə təlim fənlərinin əsasıdır. Bu fənn şagirdlərə oxu-
maq, yazmaq, fikri məntiqi, rabitəli, obrazlı ifadə etmək kimi elə ümumpedaqoji bacarıq və
vərdişlər verir ki, bunlarsız digər fənlərin mənimsənilməsi, o cümlədən yuxarı siniflərdə təh-
silin müvəffəqiyyətlə davam etdirilməsi mümkün deyil. Bütün bunlarla yanaşı həm də uşaq-
lara müşahidə aparmağı, müqayisə etməyi, ümumiləşdirməyi, mücərrədləşdirməyi, əqli nəticə
çıxarmağı öyrədir.
Azərbaycana dili dərslərində tədris olunan materiallar uşaqları biologiya, tarix, cografi-
ya, astronomiya, hətta kimya və fizikaya dair sadə məlumatlarla tanış edir. Bu baximdan
Azərbaycan dili və digər dərslər arasında müəyyən mənada inteqrativ əlaqələr mövcuddur.
Belə əlaqələrin movcudluğu ona görə vacibdir ki, eyni tədris materialının müxtəlif fənlərlə
əlaqələndirilməsil fənlərarası inteqrasiyanı təmin edir, tədris prosesinin səmərə və keyfiyyə-
tini daha da yüksəldir.
İnsan beyni informasiyaları sadəcə qəbul edən ‘anbar’deyil. İnformasiyalar müxtəlif
mənbələrdən gəlməklə təfəkkürdə yığılır, bütövləşir. Ona görə də bu informasiyaların inteq-
rsiya edilmiş şəkildə təqdim olunmasına daha çox üstünlük vermək lazımdır.
İnteqrasiyadan, ayri-ayri fənlərin birləşərək təqdim olunmasindan son illərdə geniş
söhbət açılır. Müasir həyat tərzi təhsil sistemindən tələb edir ki, bizi əhatə edən dünya haqqın-
da şagirdlərə tam təsəvvür yaradılsın. Deməli, fənlərin inteqrasiyası ayrı-ayrı hissələrin sadəcə
birləşməsi deyil, bu hissələrin üzvü şəkildə vəhdətdə birləşməsidir. Bununla da təlimə
fənlərarası əlaqənin yeni mükəmməl forması, ən yüksək mərhələsi olan inteqrasiyadan başla-
nır. İnteqrasiya yalnız təlimin ümumi sosial məqsədinin – məktəblinin şəxsiyyətinin hərtərəfli
inkişafına nail olmaq vasitəsi deyil. Həm də konkret pedaqoji vəzifələrin formalaşması, biliklər
sisteminin, bacarıqların, münasibətlərin müəyyənləşdirilməsinin zəruri komponentlərdən biridir.
İbtidai təlimə aid olduqda inteqrasiya anlayışı bir neçə məna kəsb edə bilər. Birincisi,
məktəblidə dünya haqqında tam təsəvvür yaratmaqdır. İkincisi, biliklərin bir-birinə yaxınlaş-
masının ümumi bünovrəsinin tapilmasıdır. Üçüncüsü, təlimin keyfiyyıt göstəricisi olan şagird-
lərin inkişafına səbəb olur.
İnteqrasiya – təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bö-
lünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünüinkişafa istiqamətlədirmək məqsədilə
təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləş-
dirməkdir. Belə yanaşma isə şagirdlərin əqlə fəaliyyətinin şüurlu şəkildə idarə edilməsinə, ça-
lışmaların mənimsənilməsinə əngəl yaradan amillərin aradan qaldırılmasına, öyrədici və nəza-
rət texnikasının və audiovizual vəsaitlərin geniş tətbiqinə imkan yaradır.
Müasir dünya təcrübəsində, əsasən, inteqrasiyanın iki səviyyəsi fərqləndirilir:
Fəndaxili inteqrasiya- müəyyən bir fənnin aşıladığı anlayış, bilik və bacarıqlarının əla-
qələndirilməsi- fənn daxilindəki faktların sistemləşdirilməsidir. Belə səviyyədə inteqrasiyanı
verilmiş materialın ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar. Fənda-
xili inteqrasiya öz növbəsində həm üfüqi, həm də şaquli ola bilər.
Fənlərarası inteqrasiya- iki və ya daha artıq fənnin əhatə etdiyi anlayış, bilik və bacarıq
və prinsipin sintezidir. Bu inteqrasiya bir fənnə aid olan qanun, nəzəriyyə və metodların başqa
bir fənnin öyrədilməsində istifadəsini nəzərdə tutur. İbtidai məktəbdə fənlərarası əlaqə elmi
biliklərin tərkibinə görə müəyyən olunur. Məsələn təbiət cisimlərinin quruluşunda çoxsaylı
simmetriya faktları ilə tanışlıq zamanı fənlərarası əlaqələr yaranir.
Fənlərarası əlaqələr müxtəlif dərs fənlərində təkrara yol vermir və materialın əlavə vaxt
itirmədən öyrənilməsinə, qarşılıqlı sistemləşdirilmiş uzlaşmanın həyata keçirilməsinə, şagirdlərin
əldə etdikləri biliklərdən gündəlik həyatda istifadə etməsinə stimul yaratmağa imkan verir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1265
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“HƏYAT BİLGİSİ” FƏNNİ DÖVRÜN, ZAMANIN TƏLƏBİDİR
Xuraman NAĞIZADƏ
Azərbaycan Müəllimlər İnstitutu
x.y.nagizade@mail.ru
AZƏRBAYCAN
Respublikamızda baş verən təhsil islahatı nəticəsində təhsilin məzmunun nə qədər şagird
yönümlülük, şəxsiyyətyönümlülük üzərində qurulmasına nail oldusa, bir o qədər də onun tə-
ləbyönümlülük üzərində qurulmasına səbəb oldu. Bu sayılan prinsiplər sadəcə müasir təhsilin
prinsipləri deyil, onlar özləri də dövrün, zamanın və inkişaf edən dövlətin tələbləridir. Bu gü-
nün şagirdinin hərtərfli inkişafa, yüksək intellektə və mənəvi dəyərlərə sahib bir şəxsiyyət kimi
formalaşması üçün müasir təhsilimizdə fənlərin mövcud məzmununda islahatlarla kifayətlə-
nilmədi, fənlər sırasına yenilərinin əlavə olunmasına da şərait yaradıldı. “Həyat bilgisi” fənni
bunlardandır.
2008/2009-cu tədris ilindən başlayaraq Respublikamızda fənn kurikulumlarının tətbi-
qinə əsasən "Həyat bilgisi" fənninin tədrisinə başlanmışdır. Başqa fənlərdən fərqli olaraq bu
fənn konkret bir elmin əsaslarını öyrətmir, təbiət və sosial fənn sahələrinə aid müəyyən ele-
mentlərin tədrisinə imkan yaradır.
İnteqrativ fənn olan “Həyat bilgisi” fənni üçün müəyyənləşdirilmiş - təbiət və biz, fərd
və cəmiyyət, mənəviyyat, sağlamlıq və təhlükəsizlik kimi məzmun xəttlərinə aid olan stan-
dartların reallaşdırılması ilə öyrənənlərin şüurunda canlı və cansız aləm haqqında mükəmməl
təsəvvür yaradılır. Şagirdlər özlərinin bu aləmin ayrılmaz bir parçası olduğuna əmin olur və
onu daha böyük məhəbbətlə sevir, təbiətdə və cəmiyyətdə baş verən hadisə və dəyişikliklər,
onlar arasındakı əlaqələri araşdırır və qənaətə gəlir, tədqiq və təhlil etmək, proqnozlaşdırmaq,
arzu və düşüncələrini digərlərinə hiss etdikləri kimi də çatdırmaq bacarıqlarına sahib olurlar.
Bu fənnin tədris olunması ilə şagirdlər vergi, sığorta, ailə və dövlət büdcəsi haqqında
sistemli biliklərə də malik olurlar. Onlar ailədə və cəmiyyətdə qənaət etmək, şəxsi və ailə
büdcələrini idarə etmək bacarıqlarına yiyələnirlər.
“Həyat bilgisi” fənninin tədrisi ilə ümumtəhsil məktəblərində mənəvi tərbiyə, fiziki
sağlamlığın əsasları, həyat fəaliyyətinin təhlükəsizliyi, fövqəladə hallarda özünü və yaxınla-
rını mühafizə, vətəndaşlıq borcu , insan hüquqları və ekoloji tərbiyə məsələləri üzrə bilik və
bacarıqlar şagirdlərdə ilk dəfə sistemli şəkildə formalaşdırılır. Fənnin təlimində şagirdlərin
idraki, emossional və fiziki inkişafı üçün bütün mümkün imkanlar nəzərə alınmışdır. Fənnin
tədrisi ilə şagirdlər böyüməkdə olan fərd olaraq mükəmməl əxlaqa sahib, ədalətli, mərhəmətli,
tolerant, özünə və başqalarına hörmət edən yüksək mənəvi dəyərlə sahib olurlar.
Araşdırmalar göstərir ki, “Həyat bilgisi” fənni müxtəlif Avropa ölkələrində müxtəlif
adlar altında tədris olunur və məzmun xətləri etibarilə ölkəmizdə müəyyənləşmiş məzmuna
məqamlarla yaxın olub, inteqrativliyini saxlayır.
Türkiyə Cümhuriyyətində bu fənn eyni adla 1924-cü ildən tədris olunur. İbtidai təhsilin
ilk üç ilində “Məktəb həyəcanım”, “Mənin əvəzsiz ailəm”, “Dünən, bu gün, sabah” adlı məz-
mun xətləri əsasında tədris olunur. .(1.s.5) Tədqiqatlar nəticəsində müəyyənləşdi ki, burada da
fənnin hər üç məzmun xətti istiqamətində tədrisi şagirdlərdə həyati bacarıqların formalaşma-
sına, onların vətəndaş kimi yetişməsinə xidmət edir. Bu ölkədə dördüncü, beşinci siniflərdə
həmin fənn “Sosial biliklər”, “Fənn və texnologiya” adları altında tədris olunsa da məqsəd və
vəzifə etibarı ilə “Həyat bilgisi fənnindən fərqli deyil, əksinə demək olar ki, eyni yükü daşıyır.
Bu fənnin məzmun xətlərində biri olan “İnsanlar, məkanlar və mühit” ölkəmizdə tədris olunan
“Həyat bilgisi” fənninin “Fərd və cəmiyyət” məzmun xətti ilə üst-üstə düşür. “Fənn və tex-
nologiya” fənninin “Canlılar və həyat”, eləcə də “Maddə və fərqlilik” məzmun xətləri isə “Təbiət
və biz” məzmun xəttində əks olunan məsələlərlə eyni istiqamətlidir desək, yanılmarıq.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1266
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Müxtəlif ölkələrdə respublikamızda “Həyat bilgisi” adı altında tədris olunan bu fənn
“təbiət və sosial bilik sahələrini əhatə edən müxtəlif adlar daşımaqla əsas fənn, bəzi ölkələrdə
isə ümumitəhsilin ayrı-ayrı təhsil pillələrində keçid fənlər kimi tədris olunur.” Məsələn, Fin-
landiyada bu fənn zaman, insan və mühit, eləcə də fin tarixi məslələrini özündə birləşdirməklə
tədris olunur. Hollandiyada isə eyni istiqamətli fənn tarix,təbiət elmləri, sosial əlaqələr/vətən-
daşlıq, elmi social bacarıqlar və yol mühafizəsi kimi məsələləri əhatə edir.
Bu gün Avropa ölkələrində demokratik vətəndaşlıq, demokratik cəmiyyətin tələblərinə
cavab verən fərdin yetişdirilməsi və inkişafı ən vacib məsələlərdəndir. Sosial biliklərin tədri-
sinin bu istiqamətdə xidmətləri danılmazdır. Respublikamızda “Həyat bilgisi” fənninin də
tədrisində əsas məqsəd təbiəti sevən və qoruyan, ailədə, kollektivdə, cəmiyyətdə fərd olaraq
hüquq və vəzifələrini tanıyan, şəxsi və kütləvi sağlamlığın mühafizəsi üçün çalışan, cəmiyyətə
yararlı ola bilən, yüksək mənəvi dəyərlərə sahib müstəqil bir vətəndaşın tərbiyəsi və yetişdi-
rilməsidir. Belə bir qənaətə gəlmək olar ki, bu gün “Həyat bilgisi” fənni bəşəri bir fəndir və
onun ümümtəhsil məktəblərində tədrisi vacibdir.
Aparılan araşdırmalar göstərdi ki, Avropa ölkələrində bu fənnin tarixi daha qədimdir.
Dünya təhsilinə inteqrasiya və hərtrəfli inkişaf etmiş vətəndaş yetişdirmək nə qədər bu gün
ölkəmizin təhsilinin arzusu və məqsədi olsa da, bu heç də o demək deyil ki, bu fənn respubli-
kamızda digər dövlətlərdə mövcud olduğu nümunədə tətbiq olunur. Birmənalıdır ki, bu fənnin
məzmunu xalqımızn milli-mənəvi dəyərləri və mentaliteti, cəmiyyətin və dövlətimi-zin inki-
şaf tempi və digər üstünlükləri nəzərə alınmaqla tərtib olunub. Mütəxəssilər hesab edirlər ki,
fənnin məzmunun qeyd olunan istiqamətdə tərtibi Vətənimizə və xalqımıza yararlı vətəndaşın
yetişdirilməsinə xidmət edəcək.
Dostları ilə paylaş: |