III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1272
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
HEYDƏR ƏLİYEVİN TƏHSİL İRSİNDƏ PEDAQOJİ
KADR HAZIRLIĞI MƏSƏLƏLƏRİ
Mehriban SƏRDAROVA
ADPU
mehribanserdarova@mail.ru
AZƏRBAYCAN
“Məktəbin müəllimlərin əsas vəzifəsi bizim
cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli
vətəndaşlar hazırlamaqdır”.
Heydər Əliyev
Heydər Əliyevin çoxsaylı fəaliyyətinin əsas istiqamətlərindən birini onun təhsil, elm,
milli kadr hazırlığı məsələlərinin həlli təşkil edir. Onun təhsil sahəsindəki xidmətləri, dərin
mənası, elmi tutumu, praktik əhəmiyyətliliyi ilə hələ uzun müddət inkişafımıza təkan verəcək,
ideyalarımızın istinad mənbəyi olacaqdır.
Heydər Əliyevin böyük uzaqgörənliyi ilə müəyyənləşdirdiyi inkişaf strategiyasının
mühüm istiqamətindən biri kimi təhsil islahatı da parlamentimiz tərəfindən 1999-cu il 15 iyun
tarixində təsdiq edilən “Təhsil sahəsində İslahatlar Proqramı” çərçivəsində milli təhsil strate-
giyası və konsepsiyası günümüzəcən həyata keçir və uğurla davam etməkdədir.
İslahat proqramında müəllim hazırlığı dövlət əhəmiyyətli məsələ kimi qarşıya qoyul-
muş, bu sahədə ciddi tədbirlərin həyata keçirilməsi vacib vəzifələrdən biri hesab edilmişdir.
Bununla əlaqədar təhsilin məzmununda dəyişikliklər aparımış, mütəxəssislər hazırlığı məz-
mununa və səviyyəsinə verilən məcburi minimum tələbləri əhatə edən dövlət standartları, buna
müvafiq eksperimental ali və ya orta ixtisas baza təhsil proqramları və tədris planları hazırlan-
mışdır.
Pedaqoji kadr hazlırlığı ilə bağlı təhsil islahatı proqramında qarşıya qoyulan əsas vəzifə
XX əsr təhsil sistemində əldə etdiyimiz yaxşı nailiyyətləri qorumaq, bürokratik ünsür və
təsirlərdən qorumaq, qabaqcıl xarici ölkələrin təlim-tərbiyə sistemində yaxşı proqressiv nə var-
sa inteqrasiya yolu ilə mənimsəmək və beləliklə, müstəqil Azərbaycan Respublikasında onun
milli xüsusiyyətlərini və tarixi ənənələrini əks etdirən bütün nöqsanlardan azad, mükəmməl
təlim-tərbiyə sistemi yaratmaqdan ibarətdir.
Pedaqoji kadr hazırlığında ümumi təhsilin aparıcı rolunu Heydər Əliyev dəfələrlə vur-
ğulamışdır. Onun ümumi təhsil müəssisələrində müəllimlərlə görüş və söhbətləri, “tələbə qə-
bulunu respublikanın həyatında mühüm hadisə” kimi qiymətləndirməsi bu məqsədə xidmət
edir. Baza təhsilinin mühümlüyünü H.Əliyev belə qiymətləndirir: “Bizim gənclər orta mək-
təbdə yaxşı təhsil, həqiqi mənada yaxşı təhsil almalıdırlar. Bunu bilmək lazımdır ki, gənclər
bizim gələcəyimizdir. Müstəqil Azərbaycanın gələcəyi gənclərdin əlindədir, gənclərə verilə-
cəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil
Azərbaycanın gələcəyi də bir o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır... Ona görə də
müəllimlərdən tələb olunur ki, bütün imkanlardan istifadə edib... gənclərin yaxşı təhsil almasını
təmin etsinlər. Çünki məktəb, müəllimlər Azərbaycanın gələcəyi üçün böyük məsuliyyət da-
şıyırlar...”.
Bu məqsədlə həyata keçirilən çoxistiqamətli işlərdən biri də 13 iyun 2000-ci il təhsilin
təkmilləşdirilməsi haqqında fərmanın 10-cu bəndinə əsasən pedaqoji kadrların ixtisaslarının
artırılması, yenidən hazırlanması ilə müəllim kadrların hazırlığına yeni əsaslarla başlanması
oldu. Pedaqoji kadrların hazırlığında beynəlxalq əlaqələrə mühüm yer verildi. Belə ki, Bey-
nəlxalq təşkilatlar və dünyanın bir çox qeyri-dövlət təşkilatları ilə, müxtəlif ölkələrin təhsil
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1273
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
qurumları ilə əlaqələr genişlənməkdə davam edir. Məsələn, Almaniyanın Akademik Mübadi-
lələr Xidməti sıx və səmərəli əməkdaşlıq, azərbaycanlı müəllimlər, tələbələr, aspirantlar staj-
lar keçməsi uğurla davam etməkdədir. Türkiyə dövlətinin təhsil sistemi ilə geniş əməkdaşlıq,
iki ölkə arasında diplomların və ixtisasların qarşılıqlı tanınması haqqında protokola əsasən
dərsliklərin və yeni ixtisasların artırılması, dərs vəsaitlərinin birgə hazırlanması həyata keçiril-
məyə davam edir. Pedaqoji kadr hazırlığında mühüm işlərdən biri də aparılan rəğbətləndirmə
tədbirləridir. Təhsil Nazirliyinin pedaqoji kadr hazırlığı aparan ali təhsil müəssisələrinin müəl-
limlik ixtisasina yüksək balla qəbul olunmuş tələbələr üçün məqsədli təqaüdünün təsis edil-
məsi dövlət strategiyasına uyğun olaraq peşəkar bilik və kompetesiyalara malik pedaqoji kadr-
ların hazırlanmasına xidmət edir.
Bir sözlə, pedaqoji kadrlarının hazırlığının həyata keçirilməsinin konseptual ideyası və
təməl prinsipləri Heydər Əliyevin irəli sürdüyü müddəalara əsaslanır:
- təhsil sahəsində yenilənmə inqilabi yol ilə deyil, təkanlı yol ilə həyata keçirilməlidir;
- dünyanın inkişaf etmiş təhsil sistemi ilə hazırda həmin ölkələrdə təhsil sahəsində
aparılmaqda olan islahatlarla yaxından tanış olunmalıdır;
- xalqımızın milli-mənəvi xüsusiyyətlərini, adət-ənənələrini, milli mentalitetini, xüsusilə
təhsil sahəsində XX əsrdə Azərbaycanda formalaşmış mütərəqqi ənənələrindən səmərəli
istifadə etməlidir;
- təhsil sisteminin hazırkı dövrdəki vəzifələri, onun problemləri dərindən öyrənilməli,
prioritet sahələri müəyyən edilməlidir;
- Azərbaycanın təhsil sistemi milli zəminə əsaslanmaqla bəşəri dəyərləri özündə ehtiva
etməlidir.
Beləliklə pedaqoji kadr hazırlığının sabahını düşünərkən bu günkü reallıqlar tam
əminliklə deməyə imkan verir ki, təhsil sahəsində həyata keçirilən köklü islahatların məqsədi
təkcə hərtərəfli biliyə, savada malik pedaqoji kadrlar yetişdirmək yox, həm də müstəqil,
demokratik, açıq cəmiyyət quruculuğu işində fəal iştirak edən, Azərbaycanın dünya birliyinə
inteqrasiyasını daha da dərinləşdirməyə kömək göstərən əsl vətəndaşlar, şəxsiyyətlər tərbiyə
etməkdir.
QARABAĞ MÖVZÜSUNUN FƏNLƏRİN TƏDRİSİNDƏ ROLU
Ülya ŞİRİNZADƏ
Təhsil Problemləri İnstitutu
shirinova_ulya@yahoo.com
AZƏRBAYCAN
Ümumtəhsil məktəblərində tədris olunan fənlərin məqsədi şagirdlərdə fənlərə dair spesi-
fik bilik və bacarıqlarla yanaşı, onlarda azərbaycançılıq , vətənpərvərlik hissləri formalaşdır-
maqdır. Hər bir təhsilalan Azərbaycan xalqının dili, tarixi, coğrafiyası, mədəniyyəti barədə
bilgilərə yiyələnməklə milli-mənəvi dəyərlərimizi qorumağı, onu dəyərləndirməyi bacarmalı-
dır. Bu gün Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın (Xankəndi, Xocali, Şuşa, Laçin,
Xocavənd , Ağdərə, Ağdam ,Cəbrayil, Füzuli, Qubadli, Zəngilan rayonları)ermənilər tərəfin-
dən işğal olunduğu, onun uğrunda döyüşlərin aparıldığı bir zamanda bu daha mühüm əhə-
miyyət kəsb edir.
Qarabağ haqqında bu gün umumtəhsil məktəblərində şagirdlər nəyi öyrənir? Qarabağ
tarixinin dərindən öyrədilməsi hazırkı dövrdə mövcud olan ictimai-siyasi şərait baxımından
həm də vətəndaşlıq mövqeyinin təzahürü, gənclərdə milli iftixar hissinin gücləndirilməsi baxı-
mından mənəvi stimuludur.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1274
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Bu məqsədlə ümumtəhsil məktəblərində tədris olunan fənlər araşdırlıdı . Araşdırmalar
zamanı müəyyən edildi ki, Azərbaycan dili, Ədəbiyyat, Azərbaycan tarixi, Həyat bilgisi,
Coğrafiya, Musiqi fənlərinin məzmununda Qarabağla bağlı materiallar öz əksini tapmışdır.
Birinci sinifdən başlayaraq məktəblilər Qarabağın tarixi və təbii zənginliyi ilə tanış
olurlar. I sinif “Azərbaycan dili” dərsliyində məktəblilərə mətn şəklində məlumat verilmişdir:
“Qarabağ Azərbaycanın ən gözəl guşələrindən biridir. Artiq necə illərdir ki, Qarabağ erməni-
lər tərəfindən işğal olunub. Xain düşmən tarixi abidələrimizi talan edir. Məsciddlər dağılıb.
Lakin igid oğullarımız Qarabağı mütləq azad edəcəklər. Azərbaycanın bayrağı yenidən Şuşa
qalasında dalğalanacaq.”
II sinif “Həyat bilgisi” dərsliyindəQarabağ barədə tarixi faktlar nüaslar şəklində qeyd
olunub.
“Azərbaycan tarixi” fənninin dərsliyinin ilk mövzusu Qarabağla bağlıdır. “Azərbaycan
ərazisində ən qədim insan məskəni Qarabağdadır” mövzüsu ilə başlayır hər sinif dərsliyi.
VI sinif “Ədəbiyyat” dərsliyində Hikmət Ziyanın “Qarabağ” şeiri “Qarabağ haqqinda nə
bilirsən? ,“Daha nə bilmək istərdin?” kimi suallar və şagirdlərin araşdırması üçün tapşırıqlar
verilmişdir.
VI və VII sinif Rus bölməsində tədris olunan “Ədəbiyyat” fənni dərsliyində Rəsul Rza
“Qarabağ” şeiri, Suleyman Rüstəm “ Qarabağ torpağım mənim” və Bəxtiyar Vahabzadənin Qa-
rabağa həsr olunmuş eyni adlı şeirləri tərçümə edilərək vətənpərvərlik fəsli adı ilə verilmişdir.
“Musiqi” fənninin tədrisində I – VII musiqili mövzülar verilmişdir. I sinif musiqi dərs-
liyində Suleyman Əskərovun “Qarabağ şikəstəsi”, II sinif dərsliyində Suleyman Əskərovunun
“Vətənim mənim”, Oqtay Rəcəbovun “Vətənim mənim” adli musiqilər haqqında məlumat ve-
rilmişdir.III sinif dərsliyində “Qarabağ şikəstəsi” ritmik muğam IV sinif dərsliyində Cavanşir
Guliyevin “Əskər marşı” yer alır. V sinif dərsliyində C.Cahangirovun “Qarabağ” VI sinif dərs-
liyində Milli Qəhrəman obrazı Cingiz Aratoriyası “Ağlama xalqım ağlama” və VII sinif dərsli-
yində “Sənin adını qoruyaq” musiqisi Oqtay Rəcəbovun “Ağ atlı oğlan” filmindən əsəri öz ək-
sini tapmışdır. Toplanda “Musiqi” fənni dərsliyində vətənpərvərlik ruhunda yazılmış əsərlər
yer alır.
Bu mövzu “Coğrafiya” fənnində də öz əksini tapıb. VII sinif dərsliyində Azərbaycan
Respublikasının bitki örtüyünün öyrənməsində Qarabağ torpaqları haqqında .
Bundan əlavə 2014-2015-ci tədris ilindən ümumi təhsil məktəblərinin VIII siniflərində
“Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunur.
“Qarabağ tarixi” kursunun tədrisində əsas məqsəd məhz Azərbaycanın bu dilbər guşəsi-
nin qədim tarixi və zəngin mədəniyyəti haqqında şagirdlərdə dolğun təsəvvür yaratmaqdan
ibarətdir. Bu kursun tədrisi şagirdlərin dünyagörüşünü və məlumatlılıq səviyyəsini inkişaf et-
dirməklə yanaşı, onların vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaqdır.
MƏKTƏBİN İDARƏEDİLMƏSİNDƏ LİDERLİK ANLAYIŞI
Fərzanə SƏMƏDZADƏ
Qafqaz Universiteti
farzanasamedzade@gmail.com
AZƏRBAYCAN
Məktəb idarəçisi üçün idarəetmə elminin təqdim etdiyi əsas anlayış, bilik və bacarıqlara
sahib olmaq kifayət deyil. Məktəb idarəçisi, əslində tədris proqramlarının inkişaf etdirilməsi
və planlanması, məktəbdə ümumi və xüsusi olaraq aparılan tədrislə qazandırılan bilik, dəyər
və davranışların ölçülməsi və dəyərləndirilməsi kimi öhdəliklərə sahib olmalıdır. Məktəb ida-
rəçisi “pedaqoji lider” olmalıdır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1275
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Pedaqoji liderlik, bir mənada məktəb idarəçisinin, məktəbin mövcud olma səbəbinin
“şagirdin müvəffəqiyyətlə yetişməsini təmin etmək” olduğu reallığını xatırlamasıdır. Pedaqoji
liderlik, idarəçinin vəzifə yerinin şəxsi kabineti xaricində olan sinif və məktəb dəhlizləri
olduğu düşüncəsinə əsaslanır. Pedaqoji liderlik, yaxşı şagird yetişdirmə və müəllimlər üçün
əlverişli öyrənmə şəraiti yaratmağa yönəlik olaraq məktəbin çalışma mühitinin qaneəedici və
məhsuldar bir hala gətirilməsi üçün göstərilən fəaliyyətləri ifadə edir. Pedaqoji liderlik, əslin-
də tədris prosesinə liderlik edilməsidir.
Məktəb idarəçisinin “pedaqoji lider” olaraq sahib olması gərəkən təməl rol modelləri
U.Smith və R.Andrews 1989-cu ildə çap olunan “Instructional Leadership: How Principals
Make a Difference” kitabında 4 şəkildə təsnifləşdirilmişdir:
1. Mənbə yaratmaq rolu:
• İdarəçi, məktəbi məqsədinə çatdırmaq üçün gərəkli olan hər cür mənbəni tapar və tə-
min edər.
2. Tədrisin təşkili baxımından mənbə olmaq rolu:
•
İdarəçi, müəllimlərlə ünsiyyət quraraq onların yeni tədris vəsaitlərindən və tədris
strategiyalarından istifadə etmələrini təmin etməlidir.
3. Ünsiyyət yaratmaq rolu:
•
İdarəçi bu rolunu məktəbin vizyonunun, proqramının hərkəs tərəfindən anlaşılması-
nı təmin edərək, yəni məktəbin mövcud tədris heyəti arasındakı ünsiyyəti gücləndirərək yeri-
nə yetirir.
4. Öndə olan bir insan olmaq rolu:
•
İdarəçi, pedaqoji lider olaraq sinif mühitində, dəhlizlərdə, şöbə iclaslarında iştirak
etməli, müəllimlərlə və şagirdlərlə söhbətlər etməlidir. Məktəbin hər yerində öz varlığını hiss
etdirməlidir.
Bundan başqa “pedaqoji lider” kimi bir məktəb direktorunun, təşkilatını məqsədlərinə
çatdıra bilmək və təşkilatın varlığını davam etdirə bilməsi üçün bu keyfiyyətlərə sahib olması
lazımdır:
Bir “hədəfi” olmalıdır: hədəfləri hərkəs tərəfindən anlaşılmalı, planlama, tədris və
qiymətləndirməyi koordinasiya edərək nailiyyətləri artırmağa çalışır;
Hədəfi fəaliyyətə çevirmək: bütün komanda daim çalışaraq məktəbin məqsəd və
gözləntilərini fəaliyyətlərində vurğulayırlar;
Dəstəkləyici bir mühit yaratmaq: elmi əsaslarla istiqamətləndirilmiş, nizamlı və məq-
sədyönlü məktəb mühitinin təmin etmək;
Məktəbdə baş verən bütün proseslər haqqında məlumatlı olmaq: müəllim və şagird-
lərin nə etdikləri və nələri daha yaxşı edə biləcəkləri haqqında bilməli və bunu tətbiq etməli-
dir;
Məktəbdəki qeyri-formal qrupları təyin edə bilməli və onları idarə etməlidir;
İctimaiyyətin milli xüsusiyyətlərinə uyğun dəyərlər sisteminə malik olmalıdır;
İnsanlar üzərində doğru təsiretmə gücünə sahib olmalıdır;
Xarizmatik lider meyarlarına malik olmalıdır;
Başqalarının fikirlərinə hörmətlə yanaşmalıdır;
Fərqli düşüncələrə bitərəf mövqedən baxmalı və onları anlamağa çalışmalıdır;
Başqalarının öz fikirlərini sərbəst olaraq bildirmələrinə maneə olacaq davranışlar-
dan çəkinməlidir;
İş birliyinə açıq olmalıdır;
Birlikdə çalışdığı insanlara qarşı sevgi dolu və dostcasına bir münasibət göstərməlidir;
Yeni, innovativ fikirlərə açıq olmalı və onları sınaqdan keçirməyə istəkli olmalıdır;
Proqnoz edə bilmə bacarıqlarına sahib olmalıdır;
Hadisələrə çoxtərəfli mövqedən baxmalıdır ki, ədalətsizliyə yol verməsin;
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1276
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İnsanlarla ünsiyyət qura bimək bacarıqlarını inkişaf etdirməli;
Özünə nəzarət etməlidir;
Öz hədəflərini yüksəltməlidir;
Problemləri ən az zərərlə həll edə bilmək bacarıqlarına malik olmalıdır;
Zaman və resursları səmərəli idarə etməlidir;
Motivasiya etməyi bacarmalıdır;
Obyektiv və şəffaf qiymətləndirməyi bacarmalıdır və s.
Son olaraq onu qeyd etmək istərdim ki, məktəb şagirdlərin həyata hazırlanmasında xü-
susilə də gələcək həyatlarına istiqamət verəcək təhsilin verilməsində, tələbələrin maraq, iste-
dad və bacarıqlarına uyğun peşə seçimi etmələrində çox əhəmiyyətli bir dövrü ifadə edir. De-
mokratik cəmiyyətdə məcburi təhsilin olduğu məktəblərdə pedaqoji liderin həyata keçirməli
olduğu ən mühüm məsələ, bütün şagirdlərin yaxşı təhsil almalarını təmin etmək üçün effektiv
struktura malik məktəblər yaratmaqdır. Məktəb direktorlarının effektiv məktəblər yaratmaları
üçün peşəkar bilik və bacarıqlarını istifadə edərək şagirdlərin öz potensiallarından istifadə
etmələrini təmin edəcək şəraitləri təşkil etmələrinin lazım olduğu ifadə edilməkdədir. Məktəb
direktorlarının məktəblərdə şagird mərkəzli təhsil anlayışından başlayaraq, şagirdlərə,
işçilərinə və şagird valideynlərinə təsir edə bilən və məqsədlər yönündə istiqamətləndirmə edə
bilən bir pedaqoji lider olması təşkilati fəaliyyətin təmin olunmasında böyük əhəmiyyət
daşıyır. Buna görə də, müasir dövrümüzdə və gələcəkdə də məktəb idarəçiliyində mühüm rol
oynayan məktəb direktorlarından pedaqoji liderlik davranışlarına malik olmaları gözlənilir.
GƏNC AİLƏLƏRDƏ BAŞ VERƏN BOŞANMA HALLARININ
ÇOXALMASI VƏ ONUN SƏBƏBLƏRİ
Afaq TƏHMƏZOVA
Azərbaycan Müəllimlər İnstitutu
afaqabdullayeva@mail.ru
AZƏRBAYCAN
Gənc ailələrdə baş verən boşanma hallarının çoxalması və onun səbəblərini müəyyən-
ləşdirmək üçün, ilk növbədə nikah və boşanma haqqında məsələlərin qanun tərəfindən tən-
zimlənən problemlərini diqqət mərkəzində saxlamaq zəruridir.
Məlumdur ki, nikah və boşanmalar haqqında məlumatlar Ədliyyə Nazirliyinin Qeydiy-
yat şöbələri tərəfindən tərtib edilən nikahın bağlanması və pozulması haqqında müvafiq akt-
larda olan məlumatların statistik cəhətdən işlənib hazırlanması nəticəsində əldə edilir. Azər-
baycanda ailə qurmaq üçün qanunla müəyyənləşdirilmiş minimum yaş həddi kişilərdə 18,
qadınlarda isə 17 yaşdır.
Nikah-kişi və qadının bir-birinə və uşaqlara qarşı hüquq və vəzifələrini müəyyənləş-
dirən münasibət formasıdır. Ər və arvad arasında hüquqi münasibət, onların nikahlarının Əd-
liyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeyd etdirilməsidir.
Boşanma (nigahın pozulması)-birlikdə yaşayan ər-arvadın nikahlarının son hüquqi ləğvi
tərəflərə təkrar nikaha daxil olmaq hüququ verir. Nikahın pozulma faktı Ədliyyə Nazirliyinin
Qeydiyyat şöbələrində qeydiyyata alındıqdan sonra pozulmuş hesab olunur.
Bildiyimiz kimi müasir dövrdə boşanmaların sayı artmaqda davam edir. Xüsusi ilə gənc
ailələrdə bu prosesi və boşanmaya gətirib çıxaran səbəbləri aydınlaşdırmaq üçün bir sıra mə-
qamlara diqqət yetirməyi zəruri hesab edirik.
Tədqiqatçılar gənc ailələrdə boşanmalara və ailənin dağılmasına gətirib çıxaran çoxsaylı
sosial ixtilafları ümumiləşdirərək 3 qrupa ayırmağı məqsədəuyğun hesab edirlər:
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1277
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
1) Maddi-məişət problemləri;
2) Şəxsi münaqişələr;
3) Xarici təsirlər.
Maddi-məişət problemləri ailənin yaşayış tərzi ilə bağlı meydana çıxan müxtəlif çətin-
likləri özündə əks etdirir. Yaşayış şəraitinin ağırlığı, tərəf müqabillərindən birinin ailə təsər-
rüfatını idarə etmək istəməməsi və ya bunu bacarmaması, maddi təminatın olmaması və digər
müvafiq problemlər ailədə ixtilaflar yaradır ki, bu da gənc ailələrin dağılmasına səbəb olan
mənfi amillərdən sayılır. Belə problemlərin davamlı xarakter alması ağır maddi-mənəvi sı-
xıntılar doğurur.
Bu vəziyyət son nəticədə ailədə ciddi fikir ayrılığının və kəskin ixtilafların yaranmasına,
ailənin ciddi böhran yaşamasına səbəb olur. Gənc ailələrdən bəziləri bu böhrandan çıxış yolu
taparaq ailə həyatını məcrasına qaytarmağa nail olsalar da, digərləri-öz həyat yoldaşından ay-
rılmağı üstün tuturlar.
Bir çox hallarda nigaha qədər dövrdə baş verən şəxsi münaqişələr də ailələrin dağılma-
sında həlledici təsirə malik olur. Münasibətlər getdikcə dərinləşən ixtilaflara çevrilir ki, bu da
ilkin sevgi hissinin itirilməsi, həyata fərqli baxışlar, kobudluq, qısqanclıq, şübhələr, inamsızlıq
zəminində yaranan şəxsi ziddiyyətlər ailə həyatına olduqca mənfi təsir göstərir. Kobudluq,
saymamazlıq və hörmətsizlik sadalanan amillər sırasında aparıcı yer tutur. Bu amillər nəticədə
ailədə qarşılıqlı laqeydliyə, yadlaşmaya gətirib çıxarır.
Qadınlar, adətən, həyat yoldaşları ailəyə soyuq yanaşdıqda, içkiyə qurşandıqda, narkotik
vasitələrə aludə olduqda, bu və ya digər səbəblərdən ailə məsuliyyətini daşımaq iqtidarında
olmadıqda boşanmaya əl atırlar. Belə hallarda qadının ailədə zorakılığa məruz qalması, şəxsi
ləyaqət hissinin tərəf müqabili tərəfindən alçaldılması onu bu addımı atmağa vadar edir.
Kişilərin qadınlarla kobud və məsuliyyətsiz davranışına münasibət isə tamam fərqli
məzmuna malikdir. Hər bir kişi bunu özünə qarşı olan hörmətsizlik, inamsızlıq, saymazlıq ki-
mi dəyərləndirir. Burada xarakterlərin toqquşması amili özünəməxsus rol oynayır. Bu amil
kişilər üçün daha böyük əhəmiyyət kəsb edir. Çünki, xarakterlərindən asılı olmayaraq, ailədə
tərəf müqabilinin onunla hesablaşması hər bir kişi üçün başlıca şərtdir.
Gənc ailənin dağılmasına təsir edən xarici amillərə gəldikdə, burada xəyanət, tərəf mü-
qabillərindən birinin həyat yoldaşına emosional-hissi münasibətinin dəyişməsi və ya yeni ailə
qurmaq təşəbbüsü, valideynlərin, bir sıra kənar şəxslərin ailə həyatına müdaxilə etməsi xüsusi
yer tutur.
Bir qayda olaraq, tərəf müqabillərindən birinin öz həyat yoldaşına xəyanət etməsi onla-
rın münasibətlərində olan natamamlığı, gizli yadlaşma meylini aşkara çıxarır. Tədqiqatçılar
gənc ailədə xəyanətin laqeydlik, inciklik və peşmançılıq hissini qüvvətləndirdiyini xüsusi vur-
ğulayırlar. Ailədə xəyanətə uğrayanlar gec-tez bundan xəbər tuturlar və bu zaman dərin emo-
sional-psixoloji sarsıntı keçirirlər. İstər qadının, istərsə də kişinin xəyanəti ailədə dərin böhrana,
qarşılıqlı inam hissinin itməsinə, ailənin dağılmaq təhlükəsi ilə üz-üzə qalmasına səbəb olur.
Valideynlərin gənclərin ailə həyatına bəzən kobud müdaxiləsi çox zaman mənfi fəsad-
larla müşayiət olunur. Bu müdaxilə mənfi kənar təsirlə tamamlandıqda ailələrin mövcudluğu
təhlükə qarşısında qalır. Bəzən gənc ailələrin ayaq tutub yeriyə bilməməsinin, başqa sözlə,
həyatın ilkin sınaqlarından çıxmamasının günahkarı məhz valideynlər olur.
Azərbaycanın özünəməxsus ailə modeli mövcuddur. Həmişə də ailə quruluşunun mü-
qəddəsliyinə, toxunulmazlığına çalışılıb. Heç şübhəsiz, müasir Azərbaycan əhalisinin əksəriy-
yəti üçün bu gün də ailə əsas dayaq rolunu oynayan dəyərdir. Ailə ocağını insan üçün malik
olduqlarının ən vacib və qiymətlisi hesab edənlər təbii ki, onu kənar neqativ təsir və təhlükə-
lərdən qorumağa çalışırlar. Belə ki, ailə üzvləri problemləri evdən kənara çıxarmamalı və
ailədaxili işlərə kənar şəxsləri cəlb etməməli, xırda məsələləri dərinləşdirməməlidirlər və s.
Hesab edilir ki, boşanma hadisəsinə bütövlükdə mənfi hal kimi yanaşmaq metodoloji
baxımdan düzgün deyildir. Belə ki, bir sıra hallarda boşanma şans kimi dəyərləndirilməlidir.
|