Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ



Yüklə 12,74 Mb.
səhifə62/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   58   59   60   61   62   63   64   65   ...   102

pozuşmaq ara açılmaq.

pörtmə qapusqa. qapatma. qapturma. yumşaq, açıq, gəvik pişmiş ət yeməyi.

pul bənək. ləkə. xal. - bənək bənək: ləkə ləkə. xal xal. pul pul. - bənəkli bəniz: xallı üz.
- pullu, düğməli cübbə: qalmaqı. bir çeşit çuqal, bəkitvan, qalxan, zireh.

pullu zəngin. yağlı.- yağlı alıcıdı.

pulluq - böyük pulluq, bağluq, saxluq: qutan. qotan.

pus pas. 1. bulantı suyun qabda buraqtığı bar, iz, bar. bur. bor. bora. - bor bağlamaq. - borca qoymaq. 2. ağacdan axan kiriggə.

pusalı tortlı. tortılı. dürtli. köçəkli. köçələkli. çökünrüli. bulanıqlı.

pusat busat. bəsat. basat. yat. yataq. yataqan. qalxan zireh kimi, qorunmaq üçün nərsənin üzərinə yatırılmış yat yaraq, silah sürsat.

pusı kəmin. tuzaq. duzaq ( tutsaq < tutmaq). - ona (kəndisinə) duzaq qurmuşlar.

pusqlanmaq pusquda yatmaq. kəminləmək.

pusqu pusu. kəmin.

pusu kündə. kəmin. - kündədə yatmaq. - kündə qurmaq.

pusu pusqu. kəmin.

puş < bük. bürk. coşun. zireh.

puşaqa buşaq. buşqan. kədərli. içi sıxıntılı. qussəli. tutuq.

puşalmaq örtünmək # boşalmaq: lütlənmək.

puşək < bürgək. pampers. bağırdaq.

püfləmə püləmə. üfləmə. şişirmə.

pülək pilək. yapuq.

püləmə püfləmə. üfləmə. şişirmə.

püləmək tütmək. ötmək. oxumaq.

pürsəng - ağız pürsəngi: ağız virdi.

pürsümək solmaq. ölüşgəmək.

pürtük burtuk. burşuq. qıvraq. - qıvraq saç.

pürüz pürz. porz. ülqün. məxmər hovlə kimi nərsələrin kiçik tükləri.

pürüzlənmək çatallaşmaq. budaqlanmaq. qollanmaq. dallanmaq. işgilləşmək. müşgülləşmək. bürküşmək. - iş budaqlandı.

pürz pürüz. porz. ülqün. məxmər hovlə kimi nərsələrin kiçik tükləri.

püs sis. yerə enən bulut. şeh, yaş, sulu, çilli duman. tuman. duman. sis. toz.

püsat yat. cəhaz. mühümmat. silah. - yat yarağ: silah o mühümmat.

püsgürmək dağıtmaq. saçmaq. - ot püsgürən dağ: yanar dağ: burkan. volkan.
- geri püskürmək: tısqırmaq. tıqsırmaq. tüskürmək. dəf' edmək.

püsgürtmək itələmək. itmək. geriyə çəkdirmək. - bu barut tüfəngi təpdirir.

püstə bax > bəstik. - püstə qapuzağı, kimə (gəmi) olmaz: püstə qabuğundan gəmi olmaz.

püstüli büstəlik. qara pazı.

püstülika qarapazı. büstəli.

püştə qala. or. qurqan.

püşük pişik.

r qurşaq: ( r <>. ) quşaq.

raq artıqlığ bildirən söz. - çoxraq.

ras gəlmək raslamaq. bulmaq. görüşmək. təsadüf edmək. - dünən onu buldum.

ras - ras gələ: olur olmaz. dəğmə. kim olursa. nə olursa. hərgələ. hər adam. - olur olmaz kişinin işi dəyir.

rasgələ dəqmə. hər gələ. raslanan. hər kim. söz gəli. söz gəlişi. söz uyu. düşəri. elə. ittfaqən. təsadüfi. - dəqmə kişinin işi değil. - dəğmə gələnə söz demə. - dəğmə ağız üzrə yazılmaz.

rasgələ seçilməmiş. sıra. bayağı. - sıra köomür. - sıra qarpuzi.

raslama düş. təsadüf.

raslamaq düş olmaq. toxuşmaq. iləmək. toxunmaq. tuş gəlmək. bulmaq. görüşmək. təsadüf edmək. - dünən onu buldum.

raslanan dəqmə. hər gələ. rasgələ. hər kim. təsadüfi. - dəqmə kişinin işi değil. - dəğmə gələnə söz demə. - dəğmə ağız üzrə yazılmaz.

raslaşmaq sataşmaq. düşüşmək. buluşmaq. müsadif olmaq. - gözümə nəisə sataşdı.

raslı rast gələ. düşmə. təsadüfi.

rast gələ raslı. düşmə. təsadüfi.

rasta (başdan səslinin düşməsi ilə) < arasta. 1. aralanmış, ayrılmış bölük. - kürəkçi arastası. 2. aralıq, dolanbac çarşı, bazar. ordu bazarı.

rastlaşmaq oluşmaq. buluşmaq. boluşmaq. təsadüf edmək. - harda buluşsada, türk türkə qardaşdır.

rədə kərtik. kərtə. dərcə. dərəcə. mərtəbə. - iş bu kərtiyə gəldikdən sonra.

rəh bə rəh ağlı qaralı. qartalka. çal. alavan. alaca. əlvan. alvan. alacalı. dönək. mütəlləvvən. alacalıq. boyasın. boyamsı. ablaq. əbləq. albağ. al alvan. dür dümən.

rəh ruf tapmaq rəng rufa gəlmək. bənizlənmək. mənğizlənmək. gözəlləşmək. suratlanmaq. sırlanmaq. bənzinə.

rəhləmək sırlamaq. boyamaq.

rək bax > raq.

rəng boza ( y <> z ) boya. boyuq. boduq. çüvüt. süyüt. suyut. önğ. çalı. tüka. tülük. qır. boya. yaldız. boya. anğ. ənğ. üzün rəngi. bəniz. - qara ənğli. - buğday ənğli.- hər rəng: çula. ayrı başqa. dinqə ayratın. hərcür. - nə tülük atdı o.
- rəngli: önğlük.

- rıq. - mənim dava: məninq davarıq.

rıq . - mənim dava: məninq davarıq.

rişdə dizim. dizmə. düzüm. dizi.

rivac sürüş. axın.- sürüşlü para: rivaclı pul. axında olan para.

rizə - incə incə, rizə rizə doğramaq: qıymaq. qılmaq.

roşən < yaşın. yalqım. yağtı. yaldız. yıldız. açıq.

roşənayi yaşnalıq. ışıqlıq. aydınlıq.

rüzqâr < üzgər. əsinkə. əsinti. nəsim. yılıq. yelik. yelək.

saat - saat tası: çalar saatın toxmaqla vurulan tascığı.

saban
- saban oxu: xışı boyunduruqa bağlayan ağacı.
- saban ökcəsi: saban basqısı. saban dəmiri.
- saban pıçağı: çabası. qulağı. qılıcı: sabanın kəsgin ucları.
- saban qıran: bər sərt bir kök.

sabanlamaq sapanlamaq. şuxumlamaq.

sabuq sapuq. sapmış. şaşırmış. - abuq sabuq: saçma sapan. altı üstünə uymaz. - abuq sapuq söyləməyə başladı.

sacaq sucaq. barac. müttəhim edən vəkil.

sacka tava.

saç - qıvırcıq saç.
- gəlin saçı: aftimon deyilən bitgi.
- kömür saç.
- saçı saqqalı düşürən kəl çeşiti xəstəlik: bart.
- saç tıraş edən. kərəyka. yüliqü. ülgük. ustura.
- saç xəstəliyi: qıl qıran.
- saçaqlanmaq. saçlanmaq. saçlı, zülflü olmaq: önğiqlənmək.
- alın saçı: kakil.
- təpə saçı: pərçəm.
- saç uzadan: 1. çındır deyilən göy. 2. çındır qayış olan sınır əti.
- saçlı başlı: yaşlı başlı. bitgin yaşa gəlmiş.
- saç saqqal: yaş baş.
- saç qıran: saçı qırıb düşürən kəsəl.
- taxma saç: əğrti saç. peruk.
- saç bağı: 1. saçla birlikdə hörülən qurdala, ruban. 2. baş saçın yığma bağı.
- saçı daranmayıb, zuğ zuğ, fitil fitil başının hər yanında saqan: saçaqlı- neçün böylə saçaqlı gəzirsin.
- saç saqal: sinn o sal.
- sarı, gözəl saç: sarma. sırma.- sırma saçlı sevgilim.
- edinçu saçka: ərkəğin sonradan buraxılan saçı.
- yetüt saçka: yetrüm saç:sonradan buraxılan saç.

saça gündüz saça: günüz açıb gecə qapanır çiçək.

saçaq ( saç <> ) sıçaq. 1. dağınıq. tağınıq. pərişan. pərakəndə. 2. oturaqlı, duraqlı yerdən açılan, saçılan, qalxan prsük. süs. bəzək. saruq. sarıq. sarquq. sayvan. seyvan. çıxıntı. damla. tamla. oyma.
- gen dar saçaq: açıqları geniş sıx olan şırıx.
- salqım saçaq: qurma qurma, püskül püskül arxan saçaq.

saçaqlı - saçaqlı qurtlıca: sarımsaq otu, palamut otu çeşiti.

saçaqlı 1. seyvanlı. yanlarında süs üçün püsgüləri, oymaları, qırmaları olan. - saçaqlı pərdə. 2. qırağında çıxıntıları, damlalıği, oymalı təxdədən süsləri olan. - saçaqlı dam, çatı. 3. saçı daranmayıb, zuğ zuğ, fitil fitil başının hər yanında saqan. - neçün böylə saçaqlı gəzirsin. 4. yan yönündən hər nəyi saçıq tökük şapşal kişi.

saçı nisar.

saçıq çapçal. şabşal. tökük. təmbəl.

saçıq pərişan.

saçılmaq 1. dağılmaq. yayılmaq. 2. pərişan olmaq. 3. nisar edilmək.
- tökülüb saçılmaq: israf olmaq.

saçışdırmaq 1. azar azar sərpüb qıralara dağıtmaq. 2. nisar edmək.

saçlanmaq saçaqlanmaq. saçlı, zülflü olmaq: önğiqlənmək.

saçma çakma. Çaxan. takma. yalan. yava. həzyan. yava. sapan. səfeh. əbəs. həzyan.
- saçma barut: sağulta.
- saçma sapan sözlər: tamat.

saçmaq dağıtmaq. püsgürmək.
- bütün, toplu nərsəni açıb saçmaq, ayırmaq: yolmaq. didmək. - qoyunun yapıqın (yunun) yoldu.

saçmasapan aburçubur. həzəyan.

sadaq sağdaq. ox qabı. ox qoburı. tərkəş. - böyük sadaq: gədəlic. böyük ox quburi, qabı.

safdıçlanmaq səbət yiyəsi olmaq·.

saq 1. sağlam. bərk. möhkəm. mətin. güclü. qəvi. - sağ qazıq: güclü mıx. 2. mətin. sağlam. - sağ kişi. 3. uğur. qənimət. - sağa ras gəlmək. 4. çin. xalis. saf. - sağ yağ: sarı yağ: xalis yağ. { # yağı}. 5. sağlam. əsən. 6. say. sayı. taşlıq yer.
- sağ aqçə: altın yerinə işləyən para. {# pozuq aqçə}.
- sağ qol ağalığı: binbaşılıq ilə yüz başılıq arasında olan dərcələrin ən yüksəyi, bu dərcə sol qol ağalığından yüksəkdir.
- ordunun sağ qoluna bıranqar, sol qoluna: cuvanqar.
- sağ ayaq qabı: güvənilir biri. - sağ ayaq qabı değildir: güvənilir biri deyil.
- sağı solı yox: doğru olub, yalnız iti qırımlı olan.
- sağına solına baxmaz: sağın solın saymamaq: heç zadı saymaz doğru iləri gedən.
- sağ yönündən qalxmaq: işləri yolında olmaq.
- sağ ayaq qabı değildir: işində kələk mələk var. - sağ olmayan: xəsdə. aruq. iqləş. sökəlkə. kəsəl. kəsil. iğlik. iğçilkə.- aruq ər. - aruq dindi: xəsdə yarıqdı: dincəldi. - sağ qazıq: güvəniləcək. güclü tapı, sənəd, dayaq. muridi e'timad.

saqab səqf. saqaf. saqaq. atma. örtəm. salaç. sarlaq. savan. saya. şatır4. çatır. tavan. üçək. tarus. şip6. çatı.

saqaf saqaq. səqf. atma. örtəm. saqab. salaç. sarlaq. savan. saya. şatır4. çatır. tavan. üçək. tarus. şip6. çatı.

saqağı atların öksürəki.

saqaq 1. saqaf. səqf. atma. örtəm. saqab. salaç. sarlaq. savan. saya. şatır4. çatır. tavan. üçək. tarus. şip6. çatı. 2. çənə altı. ğəbğəb. - öküz saqaqı: öküzün boynundan sarqan dəri.

saqal 1. saqqal. üzün yan yönündə, alt çənədə bitən qıllar. - top saqal. - qaba saqal. - kosa saqal. - keçi saqal: ucu sivri kəsik saqqal. - təxdə saqqal: enli, düz saqqal. 2. saxal. qayib.
- saç saqal: sinn o sal.
- saqalına soğan doğramaq: ələ salmaq.
- saqqal saydırmaq: sirrlərin gizlətmək.
- saqqalı bitmək: əsgimək. sürüncəmədə qalmaq.
- saqqal qara saqqal: kiçik böyük. hər kim.

saqalaşmaq sakalaşmaq. gülüşmək. lətifələşmək.

saqalmaz sağalmaz. onmadıq. onqmadıq. onmadıq. onmaz. - onmaz yara.toxdamaz.

saqaltmaq sağaltmaq. onqarmaq. onartmaq. iyilətmək. yeğlətmək. düzəlmək.

saqaltmaq sağaltmaq. onqartmaq. onqurtmaq. yonqartmaq. düzəltmək. keçirtmək.

saqamaq sayamaq. oxşamaq. oğuşlamaq. ölünü oğşamaq. ölünün iyiliklərin sayaraq ağlayub yas tutmaq. - sağu sağamaq: mərsiyə oxumaq.

saqan sağan. sənğək. səğənğ. səhəng. 1. su içilən təsti. ağactan oyulmuş su qabı. 2. sağlayan. mücri.
- geçi sağan: quşların əbabil qolunun bir çeşiti.

saqar heyvan alnında olan ufaq axıtma. - axıtma saqar: burundan alt dodağa axan axıtma { saqarlı: 1. (at) uğursuz, məşum at. 2. yümsüz. çəftəli (kişi) saqarın biri.}

saqarlı 1. (at) uğursuz, məşum at. 2. yümsüz. çəftəli kişi. - saqarın biri.

Saqat 1. sökəl. gücsüz. 2. dayaq. bərkit. yardam. təqviyət.

saqda saxda. düzmə. qondarma. yalan.- düşmə işlər, sözlər.

saqdaq sağdaq. sadaq. ox qabı. ox qoburı. tərkəş.

saqdıc sağdıc. 1. küveyin, kürəkənin sağında bulunan qılavuz. gəlinin sağıda olana "yengə" də deyilir. 2. kirvə. kürvə. ərkək cocuğu sünnət etdirməyi, daha onun sünnət toyunun gedişini ödəyən kimsə. xiristiyanlarda babtem (qutsal su tökmək) edilən uşağı tutub, onun babtem gedişini ödəyən kimsə. " qumbaros". - sağdıc əməyi: boşa gedən əmək, iş, zəhmət. 3. dosd. ılış. iliş. yoldaş.

saqdıç sağdıç (bu sözün birici bölümündə olan "sağ" ın anlamı " sağaltma: qoruma. ehtiyat işlərin görmə" dir. " dıç" əkidə "duş: çiyin" anlamında olmayıb, failiyyyət anlamı var). sağdıcın işi toy gecəsi, kürəkənin yanında olub, onun çatışmamazlığların, bilmədiklərin qaldıranlıqdır. gəlinin sağdıcına " yengə" deyilər.

saqdırmaq sağdırmaq. tovlayıb parasın çəkmək. - indiyə dək neçəsin sağdırdın.

saqduş < sağdıç

saqı sağı. quş kübrəsi, tərsi.

saqım sağım. sağma.

saqin olmaq sakin olmaq. turmaq. durmaq. oynamamaq. qımıldanmamaq. oturmaq. iqamət edmək. gedməmək (işləməmək). dinğmək. kəsilmək. - yerində durmaq. - ayaqda durmaq. - bizə gəlincə durdu. - su dura dura pozulur. - harda durursuz. - işlər durdu. - yağmur durdu.
- qara saqız: zift.

saqın 1. toq. tox. pərhizkar. - saqın kişi. 2. olmuya ki. iyi bax. diqqət ed. zinhar. 3. icra. - qara sağın: icra quvvəsi. quvveyi muqənninə.
- arın sağın: açıq təmiz.

saqınaq sağınaq. (# boğunaq. boğuq. kəsik. aralı. aralıqlı).

saqınğan saxlanan. çəkinən. çəkingən. mütəvəffi. müctənib. - nə saqınğan kişisən belə.

saqınış saqış. ictinab. ehtiraz.

saqinləşmək sakinləşmək. sakitlənmək. qoymaq. dincəlmək. rahatlanmaq.

saqinlətmək sakinlətmək. sakitlətmək. qoydurmaq. dincətmək. rahatlatmaq.

saqınmaq saqmaq. sakınmaq. ( q <> y ) sayınmaq. 1. çəkinmək. ehtiraz edmək. ictinab edmək. saymaq. çəkinmək. ehtiyat edmək. həzər edmək. ehtiraz edmək. - çox sayan kişidir. həzər edmək. hifz edmək. - kötüdən saqın, eyiyə yaxın. himayə edmək. səyanət edmək. - o mənim oğlummu çox saqınır. - gözüvü saqın. baxmaq. gözləmək. ehtiyatlı olmaq. ehtiraz edmək.

saqinmək sakinmək əğləşmək. əkləşmək (< ək). oturmaq. dincəlmək.

saqır sağır. 1. səyir. səyrə. titrək. - saqır saqır titrəmək. 2. eşitməz. 3. eşitilməz, səsi çıxmaz. səssisiz. az yaxud boğuq, sönük səs çıxaran. - sağır davul: sağır arac: çalqı aracları ki səsi yaxcı çıxmaz, çıxsada zingildəməz. 4. içi tutuq, qapalı yer. kor. kar. kəsik. məsdud. - sağır qulağ. - sağır pəncərə. - sağır qapı: kor qapı. - sağır otaq: bacasız, çıxışsız oda.
- sağır kaf: nuxtəli "ka" yazılıb "en" kimi gənizdən çıxan "ınğ" nığ". sağır səs.
- bir qulağı sağır edmək: eşitməzliğə, eşitməməzliğə gəlmək, vurmaq. ehmal, müsamihə edmək.
- sağır təncərə: ağır qaynayan, çabuq qaynamıyan qazan.
- sağır civi: kor civi, mıx.

saqırdamaq sağıramaq. səyrəmək. səyirmək. titrəmək (qorxudan, soyuqsan).

saqırğa kənə. heyvanlara yapışıb qanların əmən, yapışdığı yerdən qopmaq istəmiyən kiçik bir böcək.

saqırlamaq sağrılamaq. qaba dərini sərtləştirmək ·.

saqırlık sağırlık. Karlıq. çukralık7.

saqırlıq sağırlıq. tutuqluq. kar korluq.

saqış sağış. düşiş > duşeş. salış.

saqış saqınış. ictinab. ehtiraz.

saqitlənmək sakitlənmək. sakinləşmək. qoymaq. dincəlmək. rahatlanmaq.

saqitlətmək sakitlətmək. sakinlətmək. qoydurmaq. dincətmək. rahatlatmaq.

saqız sağız. sağya. dilab. dolab. dilab. dolab. dolanan, dönər çarx, ki quyudan su almağa yarar. dəzgah. çığrıq.

saqqal - geçi saqqalı: gözəl qoxulu bitgi. ləhyətül teys.
- qıvırcıq saqqal.
- saçı saqqalı düşürən kəl çeşiti xəstəlik: bart.

saqqız - damla saqqızı: teyxa, çin, xalis saqqız.
- ğıcırlı saqqız: ağız patlanğıcı.
:- qara saqqız: qır. qar. zift.

saqlaq sağlaq. təhkim.

saqlaq saxlaq. qapalı. gizli. məxfi. ğeyri ələni.

saqlam 1. doğru. səhih. doğru hesab. 2. daynaqlı. doğru. möhgəm. əsaslı. mühəqqəq. əsən. sağ. ölməz. dayaqlı. davamlı. - bu parçadan ölməz nərsələr yapılır. vurqulu. çitik. bərk. sərt. dönməz. əkit (< əkmək: dayaqlamaq). - ölməz oğlu: ağır. mətin. sağlam.- bərk sağlam, güclü: turp kimi. 3. qalaq. qürşad. gürşad. quşaq. qurşaq.
- sağlam olmaq: tutmaq. yaxcı olmaq. - əl ayağı tutmaq. - heç bir yerim tutmur.
- sağlam olmayan: salındıda. asılı. şəggili. şübhəli. - işimiz salındıda.

saqlam sağlam. mö'təməd. - sağlam bir adamdır.

saqlama saxlama. 1. saqlayış. gizləmə. kitman. ixfa. - bir belə sıxı saxlayışda nə anlam var. 2. saxlım. qapatım. qapatma. toqif oluş.

saqlamaq saxlatmaq. 1. çəkmək. qaldırmaq. dözmək. götürmək. təhəmmül edmək. - bu sözü o qaldıramaz. - bu acını o qaldıramaz. 2. gözləmək. tutmaq. riayət edmək. - oruc tutmaq. - pərhiz tutmaq. 3. tutmaq. əzbərləmək. hifz edmək. - dərslərizi tutun, sonra sınağa gəlin. - öc tutmaq. - ağlında tutmaq. 4. əkləmək. qaldırmaq. durdurmaq. oturtmaq. yubatmaq. dayandırmaq. alqulamaq. alıqlamaq. alıqoymaq. 5. gütmək. qorumaq. tutmaq. götürmək. hifz edmək. - kin qın, qərəz güdən adamdır. - anasının qılığın güdən uşax. - kişi oğlu gördüyün yox, bildiyin güdməlidir. 6. gömmək. örtmək. basırmaq. quylamaq. batırmaq. gizləmək.
- bir şeyi üzərinə alıb saxlamaq: qıslatmaq.
- yer saxlamaq: yer tutmaq.
- basıb saxlama: bağsat. bazdaşt. bağsama.
- ilişdirib saxlamaq: tayamaq. dayamaq. durdurmaq.- bu işlərizi bir yerə dayıyamazsız. durdurammasız.
- özün saxlamaq: əlini tutmaq: əl uzatmamaq.
- saxlamaq: qapaq vurmaq. gizləmək. ört bas edmək.
- yığıb saxlamaq: qapamaq. ehtikar edmək. - çağında vaxtında, bollu mal qapamış.

saqlamaq sağlamaq. tə'min edmək. təqviyət edmək. quvvələmək.

saqlamlaşdırmaq gürşadlamaq. quşaqlamaq. qurşaqlamaq.

saqlamlaşdırmaq sağlamlaşdırmaq. təhqiq edmək. tədqiq edmək.

saqlamlaşmaq sağlamlaşmaq. dincəlmək.

saqlamlıq sağlamlıq. sağlıq. əsənlik. əs. səhhət.

saqlamsızın saxlamsızın. açıq. aşgara. gizlimsizin. ələni.

saqlanacaq - saxlanacaq, gizlənəcək yer. saxlantı. gizli bucaq.

saqlanbac gizlinbac.

saqlanma saxlanma. örtünmə. gizlənmə. ihticab.

saqlanmaq sağlanmaq. bağlanmaq. əsaslanmaq. gizlənmək.

saqlanmamaq saxlanmamaq.çıxmaq. görünmək. gözükmək. - o qadın qayınlarına görünür. - o kimsəyə görünməz.

saqlanmış saxlanmış. saqlı. məhfuz. bir qırağa qoyulmuş. - saqlı para, qara günün açar.

saqlantı 1. saxlanacaq, gizlənəcək yer. gizli bucaq. 1. sığıncaq. tənək. pənah. 1. qın. qılaf. məhfəzə.

saqlaşmaq sağlaşmaq. sağ olmaq. yaşamaq.

saqlatmaq sağlatmaq. bağlandırmaq. əsaslandırmaq.

saqlayan 1. sağlayan. sağan. mücri. saqlayıci. 2. saxlayan. qalay. qaraq. qoruq.

saqlayıci saqlayan.

saqlayış saxlama. gizləmə. kitman. ixfa. - bir belə sıxı saxlayışda nə anlam var.

saqlı saxlı. 1. sinğsi. gizli. gizlidən soxulub incik verən. qapaqlı. örtlü. məstur. məxfi. saxlı. salığ. qıtım. kitim. qutum. kütüm. güdüm. gizli. söylənməz nə. sirli. - qapaqlı iş. 2. gizlənmiş. gizli. məstur. məxfi. məktum. 3. məxfi. məhrəmanə. 4. saxlanmış. məhfuz. bir qırağa qoyulmuş. - saqlı para, qara günün açar.

saqlıcaq sağlıcaq. sağlıq. yaşam. dirilik. həyat. zendəqani.

saqlıq sağlıq olsun. afiyət olsun. nuş olsun.

saqlıq sağlıq. 1. sağlıcaq. yaşam. dirilik. həyat. 2. (< salıq) xəbər. mə'lumat. - salıq vermək: göstərmək. 1. sağlamlıq. əsənlik. əs. səhhət. 3. yığvada birinə verilən "tav", "tost"larin, " tuş". - tav qaldırmaq: sağlığa qaldırmaq. tos demək. tuş vermək.
- sağlığa üz tutmaq: iyiləşmək.
- üstünüzə sağlıq: tanrı sizi əsirgəsin.
- sağlıqla olmuyaydi: gəlmiyeydi.
- iyiliq sağlıq olsun: uğur xeyir görəsiz.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin