Şamil Vəliyev – 50


Əsərin janr xüsusiyyətləri, konflikti və bədii obrazlar sistemi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə39/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   35   36   37   38   39   40   41   42   ...   63
Əsərin janr xüsusiyyətləri, konflikti və bədii obrazlar sistemi
«Maral» (1912), «Şeyx Sənan» (1914), «Uçurum», «Şeyda» (1917), «İblis»
(1918),  «Afət»  (1922),  «Səyavuş»  (1933) kimi faciələri Cavidi məşhur
faciənəvis kimi şöhrətləndirmişdir. Əgər dramaturqun «maral» faciəsi məişət
səhnələrini,  «Şeyda» yoxsul mürəttiblərin mətbəə sahibkarlarına qarşı
mübarizəsini,  «İblis» imperialist müharibəsinin törətdiyi fəlakətləri,  «Şeyx
Sənan» dini təəssübkeşliyi göstərirdisə,  «Səyavuş» faciəsi əzidən xalq
kütlələrinin şahlara və xaqanlara qarşı mübarizəsini əks etdirirdi.
«Səyavuş» janr etibarilə romantik faciədir. Gərgin dramatik vəziyətlər,
möhtəşəm ehtiraslar faciəsidir. Dramatik hərəkət və inkişaf şimşək sürətilə artır,
hərəsi maraqlı bədii bir kəşf olan döyüş, ziyafət, üsyan, zəhmət, əmək və şəriət
səhnələri bir-birilə sürətlə əvəz olunur» (Q.Yaşar.  «Faciə və qəhrəman». EA
nəşriyyatı, 1965, səh.150).
«Səyavuş» eyni zamanda müsbət qəhrəmanlı bir faciədir. Doğrudur,
faciənin qəhrəmanı həyatı dəyişməkdən acizdir, lakin bu amal yolunda
çarpışmaq iqtidardan da məhrum deyildir. Səyavuşun Zabilistandan saraya
gəlməsi, sarayda dözülməz rəzalətlərlə qarşılaşması, atası Keykavusun qəzəbinə
düçar olmamaq və analığı Südabənin onunçün qurduğu ipək tordan qurtulmaq


226
məqsədilə Rüstəmin nəsihətini qəbul edərək Turan sarayına, dayısı Əfrasiyaba
pənah gətirməsi, burada yenidən saray fitnə-fəsadları ilə qarşılaşması, Firəngizlə
evləndikdən sonra Çin sərhəddində baş verən üsyanları yatırmaq üçün
göndərilməsi, üsyan bayrağı qaldıran yoxsul kəndlilərə bəslədiyi rəğbətin
nəticəsində qısqanclıq oduna yanan Gərşivəz trəfindən xaincəsinə öldürülməsi
əsərdəki gərgin, dramatik vəziyyətlərin əsasını təşkil edir. professor Mehdi
Məmmədov yazır: «Faciə janrlı pyeslər böyük iztirab, müsibət, fəlakətlə, böyük
insanların həlakı ilə əlaqədar hadisələrdən yaransa da, bizdə canyanğısı və kədər
oyatsa da, nəticə etibarilə hökmən bizi həyata və mübarizəyə səsləyir. Haqqı,
ədaləti, gözəlliyi yaratmağa çağırır» (M.Məmmədov. Azəri dramaturgiyasının
estetik problemləri.  «Azərnəşr»,  1968, səh.290). Biz bütün bu gözəl keyfiyyətləri
«Səyavuş» faciəsində də görə bilərik.
«Səyavuş» həyatın, dövrün faciəsi, cəmiyyətin və xalqın müsibətini
göstərən faciədir. Əsərdə təsvir edilmiş iki sinfin arasındakı, birincilər:
keykavuslar, əfrasiyablar, gərşivəzlər, valilər olmaqla istismarçı sinfin, ikincilər:
Səyavuş, Rüstəm, Altay, Piran, Yalçın olmaqlaxalq kütlələrini təmsil edən
əməkçi sinfin arasında gedən mübarizə əsərin konfliktini təşkil edir. «Səyavuş»
romantik faciə olsa da onun mayasında real mübarizə ideyası gizlənmişdir.
Rüstəmlə Keykavus, Altay, Səyavuş və Yalçınla Vali arasındakı dialoqlar, eləcə
də üsyançı kəndlilərin despot hökmdarlara qarşı etirazı əsərin konfliktini daha da
canlandırır və reallaşdırır. Dramaturq əsərin ilk pərdəsində Səyavuşu kənd
mühitində, sadə insanlar arasında təsvir etməklə, onu şah nəslindən olmasına
baxmayaraq, xalqa yaxınlaşdırır, xalqın həqiqi oğlu və müdafiəçisi kimi təqdim
edir. atası Keykavusun təkidiylə İran sarayına gəldiyi səhnədən tutmuş, ta əsərin
sonuna qədər biz müəllifin öz qəhrəmanının arxasında gizlənərək əməkçi xalqa
sonsuz məhəbbət bəslədiyinin və almasla parlayan qanlı taclara lənət
oxuduğunun şahidji oluruq:
Kimə inanmalı!? İştə hər diyar,


227
Mana qarşı kin və inqiqam duyar.
İran xəyanət və hiylə ocağı.
Turan iftira və dəhşət qucağı!..
Çinə getsəm, onlar daha amansız!
Lənət olsun, uymam bu gündən sonra
Almasla parlayan qanlı taclara!
Professor Əli Sultanlı yazır: «Əgər dramaturq ictimai inkişafa uyğun olan
real həyat səhnələrində inandırıcı, gərgin konfliktlər yarada bilirsə, öz
yaradıcılıq işinin mühüm bir hissəsini yerinə yetirmiş olur. çünki müəllifin uzun
bir müddət müşahidə altına aldığı real xarakterlər onun kəşf etdiyigərgin konflikt
ətrafında daha da canlanacaq, büllurlaşacaqdır» (Ə.Sultanlı. Məqalələr. Azərnəşr,
1971, səh.24).
Məhz Hüseyn Cavid də bu faciəsində təcrübəli bir dramaturq kimi feodal
cəmiyyətinin sinfi ziddiyətlərini bədii cəhətdən məharətlə ümumiləşdirərək,
gərgin dramatik konflikt yaratmışdır. Feodal quruluşuna, hakim feodal həyat və
əxlaq tərzinə qarşı xalqın mənəviyyatı, zəhmətkeşlərin, sadə əmək adamlarının
ictimai əxlaqını təmsil edənlərin üsyanı və mübarizəsi «Səyavuş» faciəsinin əsas
ideya konfliktini təşkil edir. Mütləqiyyətin ifşasına həsr etdiyi bu əsərində Cavid
daha parlaq obrazlar silsiləsi yaratmışdır. Pyesdə köməkçi surətlər kimi verilmiş
1-ci və 2-ci Məmur, Gəlin, 1-ci və 2-ci Cariyyə, 1-ci və 2-ci Bənna, Pişxidmət və
sairədən tutmuş Səyavuşadək olan obrazlar sistemi Cavid qələminin qüdrətini
nümayiş etdirir. Əsərdə Səyavuş, Rüstəm, Altay, Südabə, Keykavus, Əfrasiyab
kimi əsas surətlər ayrı-ayrı ictimai təbəqələr arasındakı mübarizəni, bu
təbəqələrin ifadə etdiyi ictimai və əxlaqi həqiqətləri böyük bədii ümumiləşdirmə
gücü ilə əks etdirirlər. 1-ci və 2-ci cariyyələr çirkin saray ehtiraslarını, 1-ci və 2-
ci Bənna əzilən xalqın taleyini, Gəlin xalqın tapdanan namusunu, başda Vali
olmaqla Müşavir, 1-ci və 2-ci Məmur surətləri isə hakim siniflərin amansızlığını


228
daha çılpaq və kəskin şəkildə göstərməyə kömək edir. Vali və Gəlin arasındakı
dialoq xalqın namusuna təcavüz edən hakim siniflərin iç üzünü açıb ifşa edir:
VALİ

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin