Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Dinamik işarələr. Templər və onun növləri



Yüklə 191,07 Kb.
səhifə27/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   23   24   25   26   27   28   29   30   ...   71
musiqi1 kopyası kopyası

Dinamik işarələr. Templər və onun növləri

Musiqi əsərlərinin bəzilərinin yavaş, mülayim, bəzilərinin isə qüvvətli, bərk səslənməsi tələb olunarsa, dinamik işarələrdən istifadə olunur. Musiqi əsərinin məzmunundan, xarakterindən asılı olaraq, onu bədii və mənalı ifa etmək üçün lazım gələn yerə aşağıdakı dinamik işarələr yazılır:


PP – pianissimo – lap yavaş
P – piano – yavaş, zəif
mP – mezzo piano – çox da yavaş yox, orta zəif
mF – mezzo forte – çox da güclü yox, orta güclü
F – forte – güclü
FF – fortissimo – lap güclü
- Cresendo – getdikcə gücləndirmək
- Diminuendo – getdikcə zəiflədərək

Musiqi əsərinin bədiiliyini, xarakterini ifadə etmək üçün istifadə olunan amillərdən biri də onun ifa sürətidir, yəni tempidir. Musiqi əsərinin ifa sürətinə temp deyilir. Musiqidə 3 növ templərdən istifadə olunur: ağır (asta), orta (mülayim), tez (sürətli).


Ağır (asta) templər; Largo – olduqca geniş; Lento – asta; Adajio – yavaş, sakitliklə; Grave – ağır-ağır; Orta (mülayim) templər; Andante – tələsmədən


Andantino – birinciyə (andante-yə) nisbətən tez, Moderato – mülayim, orta sürətli; Alleqretto – canlı, hərəkətli; Tez (sürətli) templər; Alleqro – tez;
Vivo – canlı, sürətli; Presto – olduqca tez; Prestissimo – son dərəcə tez



  1. Janr haqqinda, esas musiqi janrlari

Janr fransız sözü olub “cins”, “növ” deməkdir. Musiqidə əsas 3 janr mövcuddur: vokal, instrumental, vokal-instrumental, (qarışıq) janr.


Vokal musiqi – oxumaq üçündür: mahnı, romans, ariya, ariyetta, ariozo, barkarollo, serenada, elegiya, lay-lay, kantata, oratoriya
Musiqinin vokal janrları.
Mahnı – şeirlə musiqinin vəhdətindən yaranmış vokal əsəridir. Xalq yaradıcılığında, məişət musiqisində, eləcə də peşəkar musiqidə, yəni bəstəkar yaradıcılığında geniş yayılmışdır.
Romans – kamera musiqisinin əsas janrıdır. (İspan dilində “ispansayağı” deməkdir). Bədii mahnıdır. Adətən mətni məhəbbət mövzusunda olur, elegiya, ballada onun növləridir.
Ariya – operada, operettada və başqa səhnə əsərlərində orkestrin müşayiəti ilə bir müğənni tərəfindən ifa olunan bitmiş bir musiqi nömrəsidir. Ariya dram əsərlərindəki monoloqun musiqi dili ilə emosional ifadəsidir. Hər bir ariyada obrazın, qəhrəmanın musiqi xarakteristikası verilir. Adətən ikihissəli formada yazılır.

Yüklə 191,07 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin