sırasında özünə layiqli yer tutub.
Hələ qədim
dövrlərdən litoterapiyaya mirvarinin ürək
xəstəliklərinin dərmanı olması məlum idi.
Litoterapevtlər kəskin ürək ağrıları zamanı
kiçikölçülü mirvarini dilin altında saxlamağı
məsləhət görür dülər. Mirvari ağrıları götürür,
ürək döyün
tülərini, aritmiyanı sakit
ləşdirir,
itirilmiş gücü bərpa edirdi. Bəzi iddialara görə,
mirvari insanı cavan saxlayır, sek sual həssaslığı
artırır, cinsi fəaliyyəti qaydaya salır. Bundan
başqa, onun beyin xəstəliklərində, zəhərlən ‐
mələrdə kömək etdiyi də məlumdur. Göz
sinirlərinin və başqa göz xəstəliklərinin müali ‐
cəsində, həmçinin «toyuq korluğu»nda da
mirvaridən istifadə olunur. Litoterapevtlər
bildirirlər ki, mirvari görmə itiliyini artırır.
Bundan başqa, bu qiymətli daş qanı təmiz ‐
ləyir, onun al‐qırmızı rəng almasına səbəb
olur. Mirvari insanı qorxudan, stresdən qoru‐
maqla yanaşı, qızdırmanı, dizenteriyanı, yuxu ‐
suzluğu, miqreni, babasili müalicə edir. Ondan
böyrək, qaraciyər, öd xəstəliklərində də
istifadə olunur. Dişlərə parıltı verir, ağızdan
pis qoxunu uzaqlaşdırır. Mirvari hamilə
qadınlar üçün də çox faydalıdır, ana bətnində
dölü qoruyur. Yüksək temperatur zamanı ef‐
fektli vasitədir. Şəkərli diabet xəstələrinə,
astma tutmaları zamanı da çox köməyi olur.
Allergik reaksiyalarda müsbət təsiri var.
Qədim hind təbabəti isə möhkəmləndirici
vasitə kimi, kiçikölçülü mirvarilərin saxlanıl ‐
dığı suyu içməyi məsləhət görür. Bunun üçün
xırda mirvarilər gecədən suya qoyulmalıdır.
Belə hesab olunur ki, bu su orqanizmdə
maddələr mübadiləsini tənzimləyir, kəskin
göz xəstəliklərində, soyuqdəymədə, endokrin,
qadın xəstəliklərinin müalicəsində yararlı sayılır.
Yaponiyada, hə a apteklərdə toz halında
mirvari satılır və buna tələbat böyükdür.
Yetişdirilmiş mirvarilərin zərgərləri qane
etməyən hissələri Cənub‐Şərqi və Cənub‐
Qərbi Asiya ölkələrində dərman vasitəsi kimi
istifadə olunur. Müasir dövrdə hazırlanan
dərmanların bir çoxunun tərkibinə mirvari qatılır.
Mirvari təkcə gözəl görünüşünə görə deyil,
mistik tərəflərinə görə də insanların, xüsusilə
qadınların diqqətini cəlb edir. Ta qədim za‐
manlardan mirvari xoşbəxtlik daşı sayılır. O,
sahibinə arzu və istəklərini həyata keçirmək
imkanı verir. Deyilənlərə görə, yuxuda mir‐
vari görmək gələcək uğurlardan xəbər verir.
Yuxuda mirvaridən düzəldilmiş hədiyyə
almaq isə var‐dövlətə işarədir. Keçmiş inanc ‐
lara görə, mirvari sevinc, xoşbəxtlik, var‐dövlət
gətirir, xoşbəxtlik talismanı sayılır. Elə bu üzdən
subay qızlara mirvaridən hazırlan mış zinət
əşyaları istifadə etmək məsləhət görülür. Mir‐
vari qaşlı üzük insanı əliəyri lik dən, düşünül ‐
məmiş, düzgün olmayan addım lar atmaqdan
çəkindirir, sevgidə sadiqliyi qoruyur.
Başqa bir inama görə, mirvarinin rənginin
tutqunlaşması onun sahibinin ağır xəstəliyə
düçar olmasına, yaxud da tezliklə öləcəyinə
dair bir xəbərdarlıqdır. Təcrübə də göstərir ki,
xəstə insanların istifadə etdiyi mirvari sürətlə
sıradan çıxır, parıltısını daha tez itirir. Әgər
mirvari qəfildən xarab olmağa başlayırsa,
dərhal sağlamlığınızın qeydinə qalın. Bəzi
inanclara görə, mirvari ailəli adamlara yaxşı
təsir göstərir. Təsadüfi deyil ki, bir çox ölkə ‐
lərdə gəlin bəzəyi kimi mirvaridən isti fadə
olu nur. Qədim Romada təzə evlənənləri mir‐
vari boyunbağı ilə sarıyırdılar. Bu, ər‐arvad
sadiq liyinin simvolu sayılırdı. Çində gəlinin
baş geyimindən o qədər mirvari düzülmüş sap
asırlar ki, gəlinin üzü görünməz olur. Bundan
başqa, üzərində mirvari gəzdirən insanlar
lovğalığı, iddianı, şöhrətpərəstliyi bir kənara
qoyur, səhvini düzəltməyə çalışır. Bununla
belə, qara mirvari depressiya, hüzn, darıx ‐
dırıcılıq gətirir. Gənc qadınlara onu daşımaq
məsləhət deyil. Deyilənlərə görə, qara mirvari
gəzdirən qadınlar tez dul qalırlar.
Qiymətli daş‐qaşlar arasında mükafat
şəklində təqdim olunanı da mirvaridir. Hələ
qədimdən Romada kvadriqlərin (iki təkər
üzərində dörd ata qoşulu antik araba) yarı ‐
şında qalib üçqat mirvari boyunbağı ilə müka ‐
fatlandırılırdı. Çingiz xan dönəmində mirvari
var‐dövlət, hökmdarlıq, əzəmət, qüvvət sim vo lu
idi.
Qeyd etdiyimiz kimi, digər zinət əşyala ‐
rından fərqli olaraq, mirvari 100–150 il olduğu
kimi qalır, sonra sıradan çıxır. Tədqi qatçılar,
zərgərlər təcrübədən çıxış edərək bildirirlər ki,
mirvarinin tez «qocalmaması» üçün ondan
Dostları ilə paylaş: