Suleyman-m teze qxd


yazı manerası, damşıq tərzi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə104/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   100   101   102   103   104   105   106   107   ...   153
Nitq-mədəniyyəti(1)

yazı manerası, damşıq tərzi 
anlamında işlənir. 
Üslub ayrı-ayrı sənətkarlara, elmi, siyasi, tarixi cərəyanlara, bədii 
janrlara, müəyyən bilik sahələrinə aiddir, buna görə də hər 
usz 


üslub fərdidir. Gözəl nitq sahiblərinin özünəməxsus üslubu vardır. 
Deməli, üslub incəsənət sahələri ilə məşğul olan hər hansı bir yazıçı, 
bəstəkar, rəssam və s. kimi sənətkarlar üçün bədii, musiqi və rəsm 
əsərləri, janr və cərayanlar üçün səciyyəvi əlan dil və nitq 
vasitələrindən istifadə üsullarının məcmusudur. 
Qədim dünyanın ən məşhur alimi və natiqi Aristotel üslubu nitq 
mədəniyyəti ilə əlaqələndirmiş, ona yüksək qiymət vermiş, üslubun 
nitqin mövzusuna uyğun olmasını əsaslandırmışdır. Qədim Rəmanm 
məşhur natiqi M. T. Siseron isə demişdir; "Əsl natiq ə şəxsdir ki, adi 
işlər haqqında sadə, böyük işlər barəsində əzəmətlə, ərta səviyyəli 
işlər haqqında isə yuxarıdakılar arasında orta mövqe tutan bir üslubda 
danışmağı bacarsm".(16, səh.37) 
Dil vahidləri üslubi keyfiyyət qazanmaq üçün dilin fonetika- sı, 
leksikası və qrammatikası çərçivəsində üslubi çalarhğm yaranmasına 
xidmət edir. Leksik-semantik, fonetik və qrammatik normalar dilin 
quruluşu ilə bağlıdır və nitqin düzgünlüyünün xidmətindədir, üslub 
normaları isə nitqin gözəlliyini, ifadəliyini artırır, ünsiyyətin təsirli, 
mövzuya uyğunluğunu və məqsədə müvafiqliyini reallaşdmr. 
Dil vahidlərinin üslubiyyatı aşağıdakı qruplara bölünür: 
1.
Fonetik üslubiyyat. 
Fənetikanm nitqdə kəsb etdiyi üslubi keyfiyyətlərdən ən başlıcası 
ahəngdarlıqdır. Ahəngdarlıq nitqin səlisliyi, axıcılığı, təbiiliyi 
deməkdir. Nitq məhz bu keyfiyyətlər hesabına dinləyicilərə və 
əxuculara xəş təsir bağışlayır, əxuyarkən göz əxşayır, eşidilərkən 
qulaqlarda xalq musiqisi, muğamlar kimi gözəl səslənir. Əlbəttə, 
bunun əsas səbəbi dilimizin sait səslərinin çoxluğudur ki, bu hesaba 
açıq hecalann üstünlüyü səslənmənin, sədanın, avazın ahəngdarlığına 
əvəzsiz təsir göstərir. Dilimizdəki dəqquz sait və dörd sənər samit 
səsin yaratdığı harmoniya nitqdə avazh, musiqili tənu gücləndirir. 
Atalar sözündən (Ağ gün adamı ağardar, qara gün qaraldar; Ağzı 
aşa yetişəndə, başı daşa yetişər; Asta elə, usta elə); xalq mahnılanndan 
(Araz üstə, buz üstə; Kabab yanar köz üstə. Qəy 
163 


məni öldürsünlər, Bir ala göz qız üstə); bayatılardan (Belə bağlar; 
Dost başın belə bağlar; Bülbül ağlar, gül açmaz, Verandı belə bağlar), 
"Kitabi-Dədə Qorqud"dan başlayaraq İ. Nəsimi, Ş. İ. Xətai, M. 
Füzuli, M. P. Vaqif, M. F. Axundov, A. Ələsgər, C. 
Məmmədquluzadə, M. Ə. Sabir, Ü. Hacıbəyov, M. Şəhriyar, S. 
Vurğun, M. İbrahimov, İ. Əfəndiyev, B. Vahabzadə, X. R. Ulu- türk 
və başqa onlarla, yüzlərlə söz sənətkarının nəzm və nəsr əsərlərində, 
pyeslərdə, faciələrdə, komediyalarda, mənsur şeirlərdə alınma 
sözlərdə saitlərin uzun tələffüzü, səs uyuşması, səs artımı 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin