TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


YENİDOĞULMUŞUN İLKİN STABİLLƏŞDİRİLMƏSİ VƏ MÜAYİNƏSİ



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə25/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   21   22   23   24   25   26   27   28   ...   141
DƏRSLİK

YENİDOĞULMUŞUN İLKİN STABİLLƏŞDİRİLMƏSİ VƏ MÜAYİNƏSİ 
Reanimasiya həmişə yenidoğulmuşun ümumi sürətli müayinəsindən başlayır. Müayinə zamanı yenidoğulmuşun vaxtında 
doğulub-doğulmadığı, tənəffüsü və ya ağlaması və normal əzələ tonusuna malik olub-olmadığı qısa zamanda təyin edilir. 
Reanimasiyanın aparılmasına ehtiyacın müəyyən edilməsində Apqar şkalası istifadə edilmir. Tənəffüs çatışmazlığı olan 
yenidoğulmuşun reanimasiyası 30 saniyə ərzində başlanmalıdır. Apqar şkalası üzrə yenidoğulmuşun vəziyyəti isə 
doğuşdan 1 dəqiqə sonra qiymətləndirilir. Beləliklə, Apqar şkalası reanimasiyaya olan ehtiyacı dəyərləndirmək üçün 
faydasızdır, çünki reanimasiya üçün ilkin müayinə doğuşdan dərhal sonra aparılır.
Yenidoğulmuşun sürətli müayinəsi 
Yenidoğulmuşun kritik vəziyyətinə cavab olaraq spesifik və müvafiq ardıcıllıqla sürətlə aparılan tədbirlər kompleksi 
reanimasiya adlanır. Bütün yenidoğulmuş körpələr qurulanmalı və isidilməlidirlər, habelə obstruksiya olunmuş tənəffüs 
yollarının açılması məqsədilə aspirasiya (tənəffüs yollarının sovurması) tətbiq edilməlidir (Şəkil 1). Tələb olunduqda taktil 
stimulyasiya da aparılmalıdır. Vaxtında doğulmuş və sərbəst nəfəs alan və ya ağlayan, habelə yaxşı əzələ tonusuna malik 
körpələr yuxarıdakı tədbirlər aparılarkən anasının qucağında qala bilərlər. Mekoniuma bulaşmış, lakin aktiv olan körpə də 
həmin tədbirlərin tətbiqi zamanı anasının qucağında ola bilər. Lakin mekoniuma bulaşmış və ağır və ya kritik vəziyyətdə 
olan körpəyə qayğı fərqlidir və növbəti bölmələrdə detallı təsvir edilib.
Vaxtından əvvəl doğulmuş körpələrdə göbək ciyəsinin (lat. Funniculus umbilicalis) daha gec sıxılmasının (doğuşdan 1-3 
dəqiqə sonra ciftin səviyyəsində və ya ondan aşağıda aparılır) faydası klinik tədqiqatlarla təsdiqlənib. Göbək ciyəsinin gec 
sıxılması körpələrdə baş beyinin mədəcikdaxili (interventricular) qanaxmasının və anemiyanın əhəmiyyətli dərəcədə 
azaldılmasına (intraventricular) xidmət edir. Lakin vaxtında doğulmuş körpələrdə göbək ciyəsinin daha gec sıxılmasının 


14 
(doğuşdan 1-3 dəqiqə sonra) faydası təsdiqini tapmayıb və bu sahədə tədqiqatlar davam etdirilir. Buna baxmayaraq
vaxtında doğulmuş körpələrdə də göbək ciyəsi gec sıxıla bilər. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin