Torpaqşünaslıq fənninin məqsədi, medodları və inkişaf tarixi


Müqayisəli – coğrafi metod



Yüklə 286,87 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix08.06.2023
ölçüsü286,87 Kb.
#127027
1   2   3   4   5   6   7   8   9   10
1.torpaqsunasliq fenninin meqsedi

Müqayisəli – coğrafi metod. Bu metodun əsasında torpaqların torpaqəmələgətirən 
amillərlə əlaqədə öyrənilməsi, yəni bir tərəfdən torpaqlarla, onların xassə və tərkibləri, 
digər tərəfdən torpaqlarla cəm halda torpaqəmələgətirən amillər arasında korelyativ 
əlaqənin aşkarlanması durur. Bu metod torpaqlarınkartoqrafiyasında daha geniş istifadə 
olunur. 
Müqayisəli – analitik metod. Bu metod kimyəvi, fiziki-kimyəvi, fiziki və başqa analiz 
metodları sistemlərinin tətbiqi ilə torpaq nümunələrinin tərkib və xassələri haqqında 
mühakimə yeritməyə imkan verir. 
Stasionar metodBu metod çöl şəraitində torpaq prosesləri və rejimlərinin öyrənilməsinə 
xidmət edir. 



Modelləşdirmə metodu. Bu metod torpaqda baş verən proses və rejimləri 
modelləşdirməyə imkan verir. Bu metod əsasında ayrı-ayrı torpaqların torpaq-ekoloji 
göstəriciləri əsasında onların ekoloji modelləri qurulur. 
Relyefin plastikası metodu. Bu metod əsasında böyük və orta miqyaslı (1:100000, 
1:50000) topoqrafik əsasda torpaqların ekoloji qiymət xəritələri tərtib edilir. Bu zaman 
xüsusi texnologiya əsasında topoqrafik xəritədən relyefin plastikası çıxarılaraq, bu yeni 
əsas üzərində torpaq konturları yerləşdirilir. 
Müqayisəli qiymətləndirmə (bonitirovka) metodları. Bu metod torpaqşünaslıqda xüsusi 
elmi-praktiki istiqamət olan torpaqların bonitirovkası zamanı istifadə olunur. Bu metod 
əsasında torpaqların daxili diaqnostik göstəriciləri (humus, azot, fosfor, kalium, udulmuş 
əsasların cəmi və s.) əsasında onların müqayisəli qiymətləri - bonitet balları tapılır. Kənd 
təsərrüfatının təşkili, əkin dövriyyəsinin, gübrələmə sistemlərinin tətbiqi, ərazinin 
qurulmasına və torpaqların meliorasiyasına dair layihələrin işlənməsi, həmçinin kənd 
təsərrüfatı texnikasının, bitki növlərinin seçilməsi torpaq haqqında biliklərə istinad edir. 

Yüklə 286,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin