2. XIX əsrin sonu – XX əsrin əvvəlləri (1875-1920) V.V.Dokuçayev 1898-ci ildə
Zaqafqaziyada və o cümlədən Azərbaycanda olmuş, torpaqlar haqqında ümumi
məlumatlar verməklə, şaquli torpaq qurşaqlarının mövcudluğunu göstərmişdir. 1911-1914-
cü illərdə S.Zaxarov, V.Romanov və J. Kamenski Mil və Şirvan düzlərində relyef,
torpaqların şorlaşması, qrunt suyunun səviyyəsi ilə əlaqədar torpaq müxtəliflikləri
haqqında fikir irəli sürmüşlər.
3. XX əsrin 20-45-ci illəri (Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaradılmasına qədərki dövr).Sovet İttifaqının tərkibinə daxil edildikdən sonra Azərbaycanda ilk növbədə
elmi tədqiqat işləri aparan kadrlara ehtiyac duyulurdu. 1925-ci ildə Azərbaycanda torpaq-
coğrafi tədqiqatlara başlanılır. Respublikanın rayonlaşdırılması ilə məşğul olan
komissiyanın tapşırığı ilə professor S.Zaxarovun rəhbərliyi altında ekspedisiya işə
başlayır. 1930-1931-ci illərdə Azərbaycan Politexnik İnstitutunun Torpaqşünaslıq
kafedrası tərəfindən M.Ələsgərbəyli və Ə.Qasımovun simasında ilk azərbaycanlı
torpaqşünaslar hazırlanır. Onlar torpaqlarımızın tədqiqi və kadr hazırlığında uzun illər
xeyli səmərəli iş görürlər. Həmin dövrdə kənd təsərrüfatının güclü inkişafı ilə əlaqədar
xüsusi kənd təsərrüfatı elmi idarələri təşkil edilir, torpaqşünas və aqrokimyaçı kadrlara
ehtiyac artır.
1931-1941-ci illərdə Samur-Dəvəçi kanalı zonası torpaqlarının kimyəvi və fiziki-
kimyəvi xassələri (M.Salayev, K.Ələkbərov) və Şimali Muğan torpaqlarının fiziki
xassələrinin tədqiqi (B.Ağayev) işləri suvarılan sahələrin öyrənilməsinə həsr edilmişdi.
Samur-Dəvəçi Suvarma Kanalının tikintisi ilə əlaqədar olaraq 1940-cı ildə Samur-Dəvəçi
düzənliyində iri miqyaslı torpaq tədqiqatına başlanılır. Çoxsaylı çöl və
laboratoriyamateriallarına əsasən 1:10000, 1:25000 miqyaslı torpaq, şorlaşma, torpaq-
meliorativ rayonlaşma xəritələri tərtib edilir və eroziyaya qarşı mübarizə tədbirləri təklif
10
olunur (M.Salayev).1940-41-ci illərdə Bölmə Kiçik Qafqazda yerləşmiş bir sıra rayonların
torpaqlarını öyrənməklə məşğul olmuşdur.