4
3.Torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki
və meliorativ metodlarla
tənzim edilməsinin prinsipləri haqqında təlim
Torpaqşünaslığın tərkibində adı çəkilən əsas bölmələrlə yanaşı, onun torpaq kütləsinin
xassələri əsasında fundamental bölmələri (torpaq fizikası, torpaq kimyası,
torpaq
biologiyası) və torpaq və torpaq örtüyündən istifadənin tətbiqi bölmələri (aqronomik
torpaqşünaslıq, meşə torpaqşünaslığı və s.) də mövcuddur.
Bu tətbiqi bölmələr
torpaqşünaslığın ümumi nəzəriyyəsinin inkişafına
böyük təsir göstərir, belə ki,
ilkin
materialların geniş mənbəyi və nəzəri konsepsiyaların yoxlanmasının bazasını təşkil edir.
Torpaqların təsnifatı xüsusi bölmə təşkil edir. O, bütün bölmələrin materiallarından
istifadə edilməklə qurulur. Torpaqların təsnifatı torpaqların kartoqrafiyası, torpaqların
münbitliyinin səciyyəsi və kompleks qiymətləndirilməsi, ölkənin vahid torpaq kadastrının
hazırlanmasından və riyazi analizindən ötrü torpaq məlumatlarının toplanması üçün vahid
taksonomik sistem təşkil edir.
Bir halda ki, torpaq və torpaq örtüyünün başqa elmlər və cəmiyyət həyatının müxtəlif
tərəfləri ilə qarşılıqlı əlaqəsi çox müxtəlifdir, torpaqların vahid (baza) təsnifatı ilə yanaşı
torpaqların sahə və regional təsnifatı və qruplaşdırılması da zəruridir. Torpaqların
formalaşması və inkişafını, onun tərkib və xassələrini öyrənməkdən ötrü torpaqşünaslıq
elmi geniş tədqiqat metodları sisteminə malikdir. Torpaqşünaslıq bu zaman kimya, fizika
və başqa elmlərin nailiyyətlərindən də geniş istifadə edir.Torpaqşünaslıqda
tədqiqat
metodları aşağıdakılardan ibarətdir:
Dostları ilə paylaş: