Torpaqşünaslıq fənninin məqsədi, medodları və inkişaf tarixi


 Torpaqların tədqiq olunması və torpaq-kadastr işləri mərhələsi



Yüklə 286,87 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix08.06.2023
ölçüsü286,87 Kb.
#127027
1   2   3   4   5   6   7   8   9   10
1.torpaqsunasliq fenninin meqsedi

4. Torpaqların tədqiq olunması və torpaq-kadastr işləri mərhələsi. Bu mərhələ (VI–XVII 
əsrlər) Almaniya, Fransa, İngiltərə, Çin və başqa ölkələrdə feodal münasibətlərinin 
yaranması ilə əlaqədar torpaqqiymətləndirmə işlərinin aparılması, Rusiyada (XV-XVII 
əsrlər) kadastr xarakterli Yazı Kitablarının ortaya çıxması ilə səciyyəvidir. Orta əsrlər 
Avropasının torpaq kadastrına Frank kralı Böyük Karlın (742-814) torpaq
siyahıyaalmasını və İstilaçı Vilhelmin (1066-1087) “Məşhər Kitabını” göstərmək olar.
5. Torpağa müasir baxışların yaranması, torpaq və onun münbitliyinin hərtərəfli 
eksperimental öyrənilməsi mərhələsi. Torpaq haqqında təsəvvürlərin yaranmasında 
A.Kyulbelin (Almaniya, 1740) əsərlərinin, ilk dəfə “humus” anlayışını işlətmiş 
N.Valriusun (İsveç, 1761) bitkinin su və maddələrlə qidalanması nəzəriyyəsinin, 
Tyurqonun (Fransa, 1766) “torpağın azalan münbitlik qanunu” ilə bağlı müddəalarının 
böyük rolu olmuşdur. Rusiyada torpaq, onun münbitliyi və ondan istifadə haqqında yeni 
ideyalar M.V.Lomonosov (1763), A.T.Bolotov (1766), P.S.Pallas (1773), İ.M.Komov 
(1788) tərəfindən irəli sürülmüşdür.İlk dəfə M.V.Lomonosov torpağın bitki və dağ 
süxurlarının qarşılıqlı təsiri altında zaman daxilində inkişaf etməsi fikrini söyləmişdir. O, 
yazırdı: “ Çılpaq daş qayalar üzərinə yaşıl mamır yapışır ki, o bir müddət sonra qaralır və 
torpağa çevrilir, torpaq zaman ərzində toplanaraq daha iri mamırın və başqabitkilərin 
yetişməsinə xidmət edir”. 
6. Aqrogeologiya, aqrokulturkimya və torpaq xəritəçiliyinin təşəkkül tapması və inkişafı 
mərhələsiQərbi Avropada XVIII əsrin sonu və XIX əsrin əvvəllərində torpaq haqqında 
iki – aqrogeoloji və aqrokulturkimyəvi təsəvvür yarandı. Aqrogeoloji istiqamətin 
tərəfdarları (Fallu, Berendt, Rixtqofen və başqaları) torpağa aşınma nəticəsində bərk dağ 
süxurundan törəmiş yumşaq dağ süxuru kimi baxırdılar. Burada bitkiyə aşınma zamanı 
ayrılmış qida elementlərini mənimsəyən passiv rol ayırmışdılar. Aqrikulturkimyəvi 



istiqamət A.Teyer, Y.Libix və başqalarının tədqiqatları ilə bağlıdır. Bu istiqamətin 
nümayəndələri torpağa qida elementlərinin mənbəyi kimi baxırdılar. Teyer tərəfindən 
bitkinin torpağın üzvi maddəsi humusla (humus nəzəriyyəsi) qidalanması nəzəriyyəsi irəli 
sürülmüşdür. Torpağın elə ilk tərifi də Teyerə məxsus olmuşdur: “Yer səthinin yumşaq 
qatına torpaq deyilir. Onun əsas tərkibini silisium, humus, gil, əhəng, maqnezium, dəmir 
və başqa maddələr təşkil edir”. 

Yüklə 286,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin