Тяхмини тявгим тематик план


Pedaqoji qiymətləndirmə üsulu



Yüklə 1,34 Mb.
səhifə24/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Pedaqoji qiymətləndirmə üsulu. Pedaqoji qiymətləndirmə üsulunun iki növü vardır: açıq pedaqoji qiymətləndirmə və qapalı pedaqoji qiymətləndirmə. Açıq üsula çox az hallarda–yalnız tərbiyəçi tamamilə özünü baş verən münasibətlər haqqında hesabata həsr etdiyi vaxtlarda müraciət edilir. Gizli pedaqoji qiuymətləndirmə daha effektlidir. Belə ki, o subyektiv sərbəstliyə istenad edir və intensiv olaraq sərbəstliyi inkişaf etdirir.
Pedaqoji qiymətləndirmə zamanı – verbal və mimikaya istinad edilən (başını yelləyib gülərək “yaxşı” sözünü demək; yüksək tərif – qiymətin nətic­əsin­d­ən qaynaqlanan tərifin yüksək forması, əla! və s.) tərifləmə formasında həvəsləndirmə təşkil olunur.
Cəzalandırma zamanı isə həvəsləndirmənin eyni metodlarından istifadə olunur. Sadəcə olaraq qiymətləndirmənin xarakteri dəyişir. Məsələn, tənqid etmə, səhv tutma, rahatlığını məhdudlaşdırma, danışıq, ümumi sistemdən və yaxud ünsiyyət qurduğu insanlardan müvəqqəti uzaqlaşdırılma və s.
Müasir pedaqoji praktikada tərbiyənin inkişafında gizli qiymətləndirmənin aşağıdakı növlərini qeyd edirlər:

  1. Özünəmesaj – həyatı hadisələrlə əlaqəli olan öz vəziyyətini və həyəcanını dilə gətirmək (“mən həmişə gözəl xanımdan kobud sözlər eşidəndə utanıram);

  2. Başqasına mesaj – qarşıdakı uşaqla bağlı olan anla əlaqəli fikirlərin dildə təzahürü (sən, yəqin ki, çox əsəbiləşdin və özünü ələ ala bilmədin və indi sən təbii ki, utanırsan...);

  3. Həqiqi nəticə - uşağın öz davranışı ilə yaratdığı məntiqi qaçılmaz vəziyyət (əsəbləşdirdin? Oyuncağı yerinə qoy, etmədin – demək etmək lazımdır);

  4. Qiymətləndirmə prosesini uşağa həvalə etmək (Nə deyəcəksən? Sən bu hərəkətini necə qiymətləndirəcəksən?);

  5. Qiymətləndirmə zamanı geri çəkilmək («Mən indi həyəcanlıyam, özümə gələndən sonra danışarıq»);

Tərbiyə prosesində aşağıdakı qarşılıqlı təsir formalarını ayırd edirlər:

  1. Dərk olunmuş tərbiyəvi qarşılıqlı təsir – tərbiyəçi şüurlu olaraq öz qarşısına müəyyən məqsəd qoyur, tərbiyə olunan da bunu bilir və qəbul edir.

  2. Dərk olunmayan tərbiyəvi qarşılıqlı təsir – tərbiyəçi şüursuz olaraq müəyyən bir qayda qəbul edir, tərbiyə olunan da tərbiyəçiyə qarşı eyni münasibət göstərir.

Dərk olunmuş tərbiyəvi qarşılıqlı təsir idarə olunub nəzarət altına alınandır və nəticəsi olur. Onun catışmazlıqları yaşla bağlıdır (o erkən yaşlı uşaqlara və hətta kiçik məktəblilərə də tətbiq oluna bilməz).
Dərk olunmayan tərbiyəvi qarşılıqlı təsiri şüurla tam idarə olunmadığına görə qiymətləndirmək çətindir. Çünki hər hansı tərbiyə tərbiyəvi təsirə yönəlir və onun emosional, koqnitiv və davranış təsirini üzə çıxarır.
Qeyd olunmalıdır ki, koqnitiv tərbiyəvi təsir müasir dövrümüzdə əsas sayılır. Çünki əksər alimlər belə hesab edirlər ki, insanın biliyi tək onun şəxsiyyətini deyil, həm də davranışını təyin edir, onu istiqamətləndirir və formalaşdırır.
Emosional tərbiyəvi təsir tərbiyə olunanda ona edilən başqa psixoloji təsirləri gücləndirib, yüngülləşdirən affektiv vəziyyət yaradır (tərbiyə olunanda tərbiyəvi qarşılıqlı təsirə müsbət emosiyalar yaradır, mənfi emosiyaları isə azaldır)
Məlumdur ki, tərbiyə olunan əvvəlcə müəyyən bir davranış aktını həyata keçirir və bundan sonra onun xeyirliyini və düzgünlüyünü qəbul edir. Yəni bütün hallarda olduğu kimi dəyişilmə əvvəlcə şəxsiyyətin daxili dünyasında baş verir, daha sonra isə davranışa köçürülür. Tərbiyədə bu cəhət əsas götürülməlidir.
Əksər psixoloqların gəldiyi qənaətə görə tərbiyə prosesləri şəxsiyyəti hərtərəfli əhatə edərək kompleks şəkildə tətbiq olunarsa daha effektiv olar (koqnitiv, emosional və davranış komponentləri vəhdətdə götürüldükdə).
Son zamanlarda şəxsiyyətəyönəlmiş çoxlu sayda psixokorreksiya və psixioteropevtik metodlar kəşf olunub. Onlardan biri sosial-psixoloji treninqdir. Sosial-psixoloji treninqin məqsədi insanı öz həyat problemləri ilə daha yaxşı bacarmağı, işlə və şəxsi problemlərlə bağlı bir çox məsələləri uğurla həll etməyi öyrətmək, ətrafındakı insanlarla normal, konfliktsiz, emosional cəhətdən tənzim olumuş münasibətləri həyata keçirməyə kömək etməkdir. Bu metodlardan tərbiyə prosesində istifadə effektiv sayılır.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin