Mus.IV.13. Şagird musiqi alətlərini bir-birindən fərqləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
xalq musiqi alətini klassik musiqi alətlərindən fərqləndirə bilirsə;
-
alətlərin şəklini çəkə bilirsə;
-
solo və birgə səsləndirmə zamanı musiqi alətlərini tanıyırsa;
-
musiqi alətinin müxtəlif hissələrini (yayı, simi, dilləri...) tanıya və sadalaya bilirsə;
-
başqa alətlərdən (onda ifaetmə manerasını, tembrini, formasını...xoşlayır) seçdiyi alətə qarşı öz münasibətini əsaslandıra bilirsə.
Proqramın məzmunu
İmprovizasiyalı məşğələlər:
-
Musiqi dilinin elementlərindən, musiqi alətlərindən istifadə etməklə;
-
Səda, səslənmənin güclülüyü, ritm (ostinato), temp, metr, registr (yüksək-orta-aşağı), tembr (instrumental, vokal) ahəng (major, minor), kvint çərçivələrində intervallar, məlahətli, məlahətsiz səslənmə, samitlilik.
Mahnı:
-
müşayiətlə və ondan kənar;
-
fərdi və xor şəklində;
-
uşaq, xalq repertuarından birsəsli və sadə ikisəsli mahnılar, populyar əsərlərdən melodiyalar, məsələn, “Tebrone bulaq üstünə gedir”, “Araqvi şütüyür”, “Nana”, “Ay qız, qara göz, qız”; Ake Reselidze – “Yağış”; İ.Qurquliya – “İavnana”; Q.Sabadze – “İyirmi beş dekabrda”; S.Sinsadze – “Qara pişik haqqında mahnı”; V.Kaxidze – “Ano və Vano”; M.Aroşidze – “Tu, tu, tu”; Q.Qordeziani –Səhər necə açılır”; L.Bethoven – 9 simfoniyanın final mövzusu “Sevinc odası”; V.Şainski – “Песенка крокодила Гены” ; C.Lenon, P.Makartni – “Ob-La-Di,Ob-La-Da”; M.Qordon – H.Voren – “Chattanooga Choo-Choo” və s.
Dostları ilə paylaş: |