III FƏSİL
İCTİMAİ MƏİŞƏT
3.1. MААРИФ, EЛМ
alqın mənəvi mədəniyyətinin inkişafında
онуn maariflənməsinin mühüm rolu vardır.
Məhz ona görə də XIX əsrdə xalqın qabaqcıl
ziyalıları
nicat
yolunu
maariflənmədə
görürdülər. Lakin bu işə başlamağın özünün müəyyən
çətinlikləri vardı. Geniş əhali kütləsi arasında bu istiqamətdə iş
aparmaq, onlara maariflənmənin əhəmiyyətindən danışmaq
lazım idi. Müəyyən mütərəqqi dünyagörüşlü adamların
övladlarını məktəblərə cəlb eləmək, onlara təhsil vermək
mühüm məsələ kimi qarşıda dururdu. Digər tərəfdən,
məktəblər açmaq, müəllimlər cəlb etmək lazım idi. Bütün bu
işləri görmək o qədər də asan deyildi. Ancaq olduqca çətin
olan bu işin öhdəsindən xalqın qabaqcıl ziyalıları böyük səbir
və prinsipiallıq hesabına gələ bildilər. Onlar digər bir cəhəti də
yaxşı bilirdilər ki, xalqın maariflənməsi digər elm sahələrinin
inkişaf etməsi demək idi.
Bütün Azərbaycanda olduğu kimi, XIX əsrin ortalarına
qədər Qazax mahalında da təhsil və maarif ocaqları
ruhanilərin əlində idi. Yəni yerlərdə ruhani məktəbləri -
mollaxana və mədrəsələr mövcud иди. Onlara da rəhbərliyi
ruhanilər edirdi. Bütün dərslər onların nəzarəti altında, dinin
ümumi prinsipləri əsasında məhdud bir dairədə тядрис
олунурду. Doğrudur ki, XIX əsrin 30-cu illərində
Azərbaycanın bir çox şəhərlərində Şuşa, Gəncə, Şamaxı, Bakı,
Naxçıvanda qəza məktəbləri vardı. Lakin ilkin başlanğıc üçün
bunların çoxlu çətinlikləri ortaya çıxırdı. Dərsliklərin
çatışmamazlığı, тядрис şəraitinin olmaması, kadrların azlığı və
s. мəsələlər ortaya çıxırdı. Məhz həmin çətinliklər üzündən elə
X
2
бюлэяляр var idi ki, orada məktəb açmaq nəzərdə tutulduğu
halda, mümkün olmaмышdı. Məsələn, yuxarıda göstərdiyimiz
siyahıya görə Qazaxda da qəza məktəbi açılmalı idi. Bu haqda
əmr də vardı. Ancaq тядрис бинасынын olmaması üzündən orada
məktəb açmaq mümkün olmadı. Qəza məktəblərində tədris
əsasən dünyəvi mahiyyət daşıyırdı. Burada Azərbaycan və rus
dilləri, hesab, hüsnxət və şəriət dərsləri tədris olunurdu. Lakin
bu tədris ocaqları xalqın maariflənməsi цчцн olduqca azlıq
təşkil edirdi.
XIX əsrin ortalarında Qazaxda, demək olar ки,
bütünlükлə ruhani məktəbləri fəaliyyət göstərirdi. Bu
məktəblərdə yalnız oğlanlar oxuyуrdу. Qızlar həmin dövrdə
təhsildən tamamilə uzaqlaşdırılmışdı. Onsuz da məhdud
çərçivədə aparılan məktəb sistemi qızların maariflənməsinə
ciddi şəkildə qadağa qoymuşdu. Olduqca nadir hallarda qızlar
təhsil ala bilərdi. Bu da, olsa-olsa, ancaq ев şəraitində ola
bilərdi. Y.V.Çəmənzəminli XIX əsrdəki bu vəziyyəti
xarakterizə edərək yazırdı: «Bunun xeyirli bir iş olmağını inkar
edən gərək olmasın. Çünki dünyada xeyirli, xoşbəxt ömür
sürmək istər isək, bilgi toplamalıyıq. Bilgini də verən ən əvvəl
məktəb olur. Bunun üçün məktəblərimizin sayı nə qədər artsa,
bir o qədər də tərəqqi etməyə qadir ola biləcəyik. Ancaq iş
burasındadır ki, məktəbləri yalnız oğlan uşaqları üçün açıb qız
balalarını yaddan çıxardıqda tərəqqimiz də ətraflıca olmayıb
biрtərəfli qalаr. (36, 171) Tərəqqinin aparılması məktəblərin
açılmasında görünürdü və bunun üçün də mütərəqqi
düynagörüşlü adamlar ciddi-cəhdlə məktəblərin açılmasına
çalışırdı.
Qazax mahalında da, bütün Azərbaycanda olduğu kimi,
ruhani məktəblərində müəyyən edilmiş təhsil müddəti yox idi.
Bu məktəblərdə Quranи-Кярим, Azərbaycan dili, яряб дили
oxumaq вя yazmaq, öyrəдilirdi. Mollaxanada oxuyan
uşaqların ilk dərsliyi Çərəkə idi. Bildiyimiz kimi, Quranи-
Кяримдя otuz Cüz var və онуn kiçik ayələrindən ibarət birinci
Эüzцnə «çərəkə» deyilir. Çərəkə uşaqlar tərəfindən bir ilə, il
3
yarıma oxunub mənimsənilirdi. Eyni zamanda, ruhani
məktəblərində klassik Şərq ədəbiyyatı, Şərq poeziyası da
öyrədilirdi. Ruhani məktəblərində ciсmani cəza sistemi mövcud
idi. Falaqqa geniş şəkildə tətbiq olunurdu. Bunun isə adi qəbul
olunması kimi bir qanunauyğunluq vardı. Cəzalar, адятян,
dərslərini hazırlamayanlara, özünü düzgün aparmayanlara
qarşı tətbiq edilirdi. Ruhani məktəblərində, eyni zamanda,
oxumaq üçün pulлa və ya müəyyən məhsulla müəllimlərə
верилян haqqа müəyyən бир hədd qoyulmurdu. Бу щaqq
şagirdin ailəsinin tərəfindən ödənilir, bayramlarda isə müəyyən
bəxşişlər verilirdi.
Qazax mahalında XIX əsrdə məktəblərin sayı haqqında
dəqiq fikir söyləmək də bir qədər çətindir. Çünki arxiv
sənədlərində bir-birini təkzib edən fikirlər vardır. H.Əhmədov
arxiv materiallarına əsaslanaraq 1850-ci illərdə Qazaxda 7
məktəbin олдуьуну və burada 162 şagirdин təhsil aldığını qeyd
edir. Eyni zamanda, müəllif şagirdlərin sayı haqqında da
məlumat verir. Belə кi, яn çox Salahlı məktəbində (61 şagird),
яn az isə Qıraq Kəsəməndə (10 şagird) təhsil alырdы. (44, 6).
Lakin müəllif daha sonra başqa bir sənədə əsaslanaraq
Qazaxda 8 məktəb олдуьуну гейд едир və hər məktəbdə
şagirdlərin miqdarını göstərir: Şıxlı (23). Salahlı (13), Kəmərli
(11), Aslanbəyli (21), Qaymaqlı (21), Dəmirçilər (3), Qıraq
Kəsəmən (37), Əskipara (11) (44, 7). Lakin sənədlərdə
göstərilən bu ziddiyyətli faktlara baxmayaraq, rəqəmlər
əhalinin sayı nisbətində olduqca azdır. Belə ki, həmin dövrdə
Qazaxda 30 mindən çox əhali yaşayırdı. Bundan əlavə varlılar
içərisində öz uşaqlarını Tiflisdə oxudanlar da vardı.
Qazax mahalında ruhani məktəblərinin heç birinin açılma
tarixi məlum deyildir. Lakin bu məktəblərin açılma tarixinin
яn azı bir-iki əsr əvvəl olduğunu ehtimal etmək olar. Çünki
məktəbləri olmayan bir məmləkətdə M.V.Vidadi, M.P.Vaqif,
Əbdürrəhman ağa Dilbazoğlu, Kazım ağa Salik, Mustafa ağa
Arif və s. кimi geniş dünyagörüşlü şairlər yetişə bilməzdi. Təbii
4
ki, qüdrətli və möhkəm təhsil sisteminin sayəsində onların fitri
istedadı inkişaf üçün imkan tapmışdır.
Artıq XIX
əsrin
ikinci
yarısındaн
башлайараг
Azərbaycanda öz dayaqlarını möhkəmləndirmək üçün Rus
çarizmi prinsipial tədbirlər görməyə başladı. Bunun üçün ən
birincisi onun siyasətini yerlərdə yerinə yetirəcək adamlar
hazırlaнmağa başladı. Rus dilini bilən və çarizmə xidmət edən
sadiq çinovniklər yetişdirmək üçün çar hökuməti rus dilində
təhsil verən dünyəvi məktəblər açdı. Belə məktəblərdən biri ilk
dəfə Yelizavetpol quberniyasının Qazax qəzasının Salahlı
kəndində 1875-ci il yanvarın 2-də Tauhiddin Mamleyev
tərəfindən açıldı. (85, 24).
Məktəbdəki
təhsil
sistemi
özünəqədərki
(Qazax
bölgəsindəki məktəblər nəzərdə tutulur) məktəblərin təhsil
sistemindən fərqlənirdi. Hətta belə demək mümkünsə,
tamamilə başqa təhsil sistemi idi. Məktəbdə Azərbaycan və rus
dilləri (oxu və yazı), hesab, rəsmxət, təcrübi, qrammatik
(orfoqrafiya), gimnastika və şəriət öyrədilirdi. Dərslər isə
sentyabrın 1-dən mayın 1-dək davam edirdi. Məktəbə yeddi
yaşından yuxarı olan uşaqlar qəbul olunurdu. Burada əhalinin
bütün сосиал təbəqələrinə мянсуб uşaqlar təhsil alırdı.
Dərslərin keçirilməsi vaxtı da tam dəqiq vaxt ölçüsündə
aparılırdı. Belə ki, dərslər saat 2-də qurtarırdı. Başlanması isə
səhər saat 8-də olurdu. Bundan başqa uşaqların dərsləri
hazırlamasına da nəzarət edilirdi. Belə ki, шаэирдляр evə
gedəndən sonra saat 6-da təzədən geri qayıdır və saat 9-dək
məktəbdə olurdular. Bu vaxt ərzində sabahkı dərslər hazırlanır
və ona nəzarət olunurdu. (149, 106). Məktəbdə ilk dəfə 23
şagird təhsil alırdı. Məktəb puлlu idi. İldə bir şagird 18 manat
təhsil haqqı ödəməli idi. Burada, eyni zamanda, kasıb ailələrə
də güzəştlər olunurdu. Belə ki, həmin məktəbdə kasıb ailədən
olan 3 şagird təhsil haqqından azad idi. Eyni zamanda ətraf
kəndlərdən gələn uşaqlar üçün də şərait yaradılmışdı. Onların
qalması üçün pansion vardı. Bеля məktəblərdə, əvvəlki ruhani
məktəblərindən fərqli olaraq, cismani cəza tətbiq edilmirdi.
5
Başlıca fərq isə şagirdlərin əzbərçiliyə, deyiləni kor-koranə
yadda saxlamasına deyil, dərsləri qavramasına, başa düşməsinə
yönəltməkdə idi.
Salahlı məktəbinin ilk müdiri Tauhiddin Mamleyev idi.
«Əkinçi» qəzeti 1877-ci ildə онун barəсинdə yazırdı: «Gəncə
quberniyasının Salahlı qəryəsində бir Kazan şəhəri сакини
müsəlman uşaqları üçün məktəbxana açıb, onlara rus dili
oxuyur». Т.Mamleyev burada dörd il müdir işləmiş, sonra isə
məktəbə 1894-cü ilədək Ə.Muxtarov вя Б.Вeniaminov
rəhbərlik etmişdir. 1894-1916-cı illərdə isə Salahlı məktəbində
Əhməd ağa Mustafayev rəhbərlik etmişdir.
Bunun ardınca 1876-cı ilin бир sentyabrında Dağ
Kasəməndə, 1886-cı ilin 16 martında isə Şıxlı kəndində дцнйяви
məktəbляр açılmışdır. Bu cür məktəblərin açılması XIX əsrdə
xalqın maariflənməsi, mütərəqqi dünyagörüşlü ziyalıların
yetişməsi sahəsində atılan mühüm addım idi. Salahlı
məktəbinin açılmasından başlanan bu iş digər kəndlərdə öz
təsirini göstərərək yeni məktəblərin yaranması ilə nəticələndi.
XIX əsrin sonlarında xalqın maariflənməsində 1-2 sinifli
dəmiryol məktəblərinin də öz yeri varды. Bu məktəblər dəmir
yolu idarələrinin vəsaiti hesabına açılır və burada əsasən dəmir
yolunda işləyən işçilərin uşaqları oxuyurdu. Həmin
məktəblərdə дя təhsil pullu idi. Lakin məktəblərin özünün
kasıb ailələrin uşaqları üçün qərar çıxarıb pulsuz oxutmaq
imkanı да vardı. Bu, pedaqoji şuranın çıxardığı qərara əsasən
edilirdi. Bu cür məktəblər çox deyildi. XIX əsrin 80-90-cı
illərində cəmi üç məktəb vardı. Həmin məktəblər Bakı, Gəncə
və Ağstafada fəaliyyət göstərirdi. (90, 36).
XIX əsrin 70-ci illərinədək Azərbaycanda müəllim
kadrları hazırlayan heç bir məktəb yox idi. Həmin illərdə
Tiflisdə Aleksandrovsk Мüəllimlər Иnstitutu fəaliyyətə başladı.
Lakin burada təhsil alan аzərbaycanlı uşaqları az idi. 1876-cı
ildə isə Qoridə Zaqafqaziya (Ъянуби Гафгаз – М.А.)
Мüəllimlər Сeminariyası fəaliyyətə başladı. Yalnız üç ildən
sonra 1879-cu ildə bu seminariyada Azərbaycan bölməsi
6
yarıdıldı. Seminariyanın Azərbaycan şöbəsi mövcud olduğu
təxminən 40 il müddətində xalq məktəbləri üçün 250 nəfər
müəllim hazırlamışdı. (93, 121) Məhz bu məktəbdə xalqımızın
tarixində mühüm rol oynayan böyük elm xadimləri,
ədəbiyyatçılar, musiqiçilər, şairlər yetişmişdi. Sonrakı
mərhələdə inkişafın mühüm nailiyyətləri məhz onların
fəaliyyətləriня ясасланмышдыр. Qori Мüəllimlər Сeminariyasında
Azərbaycan bölməsinin ilk rəhbəri A.Çernyayevski олмушдур.
Məktəb 1918-ci ilə qədər Qoridə fəaliyyət göstərmiş və 1918-ci
ilin iyul ayında çar Rusiyası империйасыnın tarix sяhнəsindən
силинмяси ilə əlaqədar мilli respublikalar elan olunduqdan
sonra Qori Müəllimlər Сeminariyasının Azərbaycan bölməsi
тяряггипярвяр маарифчи Fирудин бяй Köçərilinin böyük zəhməti
və təşəbbüsü ilə Qazaxa köçürülmüşdür. Həmin seminariyanın
Qazaxa köçürülməsi orada mütərəqqi dünyagörüşlü ziyalı
mühitinin daha da genişlənməsinə və təhsilə cəlb olunmasına
səbəb olmuşdu. Belə bir mütərəqqi addımın sayəsində təhsilя
olan maraq artmış, nisbətən yaxın olan yerlərdən, bir növ,
seminariyada təhsilə axın başlamışdı. Möhkəm tələbkarlığın və
ciddi bir sistemin olması sayəsində семинарийада böyük
müvəffəqiyyətlər əldə edilmişdir.
Seminariyanın йерляшдирилмяси цчцн binanı яслян Kosalar
kəndindən олан maarifpərvər və mütərəqqi bir şəxs - Məşədi
İbrahim аьа bağışlamışdı. Xalqın balalarını maarifləndirmək
arzusu ilə yaşayan səxavətli Məşədi İbrahim аьа özünəməxsus
17 otaqlı mülkünü gələcəyin maarif işığını Azərbaycanın ucqar
kəndlərində yandıracaq balalara бюйцк црякля hədiyyə
verмишди. Özü isə doğma kəndi Kosalara köçüb oradakı beş
otaqlı mülkündə ömrünü başa vurмушду. (85, 141).
Qazax Мüəllimlər Сeminariyası özünün yüksək tədris
üsulları, mükəmməl bir proqrama malik olması ilə diqqəti cəlb
edirди. Belə bir prinsipiallığın nəticəsi idi ki, семинарийа yüksək
nailiyyətlər qazanmış və böyük şəxsiyyətlər yetişdirmişdir.
Məhz onun işığının nəticəsi idi ki, maariflənmə sahəsində
nəinki həmin ərazidə, eyni zamanda, başqa ərazilərdə də
7
böyük
işlər
görцлməyə
başlaнmışdı.
Bütün
bunlara
baxmayaraq, щямин мяктяб ХХ ясрин 40-cı illərində düzgün
olmayan münasibətin nəticəsində bağlanmışdı.
XIX əsr və XX əsrin əvvəllərində məktəblərin sayının az
olmasına baxmayaraq, Qazax qəzasında geniş dünyagörüşlü,
qabaqcıl fikirli ziyalılar nəsli yetişmişdi. Neçə-neçə şairlər,
hərbçilər, yazıçılar, elm adamları, din xadimləri həmin
məktəblərin yetişdirmələriydi. Bu isə həmin məktəblərdəki
tədrisin keyfiyyəti ilə bağlı olan xüsusiyyətlər вя наилиййятляр иди.
Qeyd etdiyimiz kimi, XIX əsrdə və XX əsrin əvvəllərində
elm və mədəniyyətin inkişafı Qazaxda müsbət hal kimi
xarakterizə edilir. Bu, яn birincisi, həmin qəzanın
məktəblərinin yetişdirmələrinin fəaliyyətində nəzərə çarpır.
Belə məktəblərin yetişdirmələrindən biri Hüseyn Əfəndi
Qaibov (1830-1917) olmuşdur. Özünəməxsus инкишаф вя тярягги
yolu, yaradıcılıq məktəbi keçən bu şəxs xalqımızın tarixində
ziyalı fəaliyyəti ilə əvəzsizdir. Onun «Azərbaycanda məşhur
olan şüəranın əşarına məcmuədir» kitabı щямин дюврдя bir
institutun görə bilмяйəcəyi iş сявиййясиндядир.
H.Ə.Qayıbov 1830-cü ildə Salahlı kəndində anadan
olmuş və ibtidai təhsili Musa əfəndidən almışdır. O, dövrünün
elmlərini mükəmməl mənimsəmiş bir şəxs олмушдур. Ədib dini
elmlərlə yanaşı, ərəb, fars dillərini və Şərq ədəbiyyatını
dərindən öyrənmişdir. 1858-ci ildə Tiflisə gedib Tiflis
müsəlman məktəblərində Şərq dilləri müəllimi, kadet korpusu
məktəbində, Ter-Akоpoвun xüsusi kişi məktəbində işləmiş,
«Müqəddəs Nina» qadın məktəbində şəriətdən dərs demişdir.
O, eyni zamanda, xeyriyyəçilik məqsədilə 1875-ci ildə maddi
ehtiyacı olanlar üçün xüsusi məktəb açmışdır. Elə həmin illərdə
Hüseyn Яfəndi mədrəsədə ana dilini öyrətmək üçün «Məbdeyi-
təlimi-siyan» (Uşaqların ibtidaи təlimi) adlı dərslik kitabı tərtib
eтмишdiр. Kitab 24 dərsi əhatə edirди. (37, 181). Həmin dərslik o
dövrdə, tədrisin olduqca mürəkkəb olduğu və heç bir
mükəmməl dərsliyin, kitabın olmadığı vaxtda çox qiymətli
vəsait idi.
8
H.Я.Qayıbov Azərbaycan elminin və mədəniyyətinin
tarixində xüsusi xidmətləri olan bir sıra şəxsiyyətlərin müəllimi
olmuşdur. General Ə.Şıxlinski, şair-tərcüməçi Abbas ağa
Nazir, jurnalist C.Qayıbov və s. оnun məktəbinin
yetişdirmələridir. Ədibin özünün maraqlı bir fəaliyyət yolu
olmuşdur. Belə ki, o, 1879-1884-cü illər Qori Мüəllimlər
Сeminariyasında müəllim işləmiş və 1884-cü il yanvar ayının
31-də Ъянуби Гafqaz müftisi olmuşdur. Ömrünün axırına
qədər bu işıqlı şəxsiyyət həmin vəzifədə işləmişdir. O, eyni
zamanda, xalqın tarixində mühüm rol oynayacaq neçə-neçə
mütərəqqi işlərin müəllifidir. Onlardan biri də Qafqaz
Аrxeologiya
Кomissiyasının
yaranması
və
fəaliyyət
göstərməsidir. Zəngin şifahi xalq ədəbiyyatımızın toplanması
sahəsində də H.Qayıbovun xüsusi xidməti olmuşdur. Toplama
materialları M.F.Axundov tərəfindən tərcümə olunaraq
«Aktı…» məcmuəsində çap edilmişdir. H.Я.Qayıbovun
Azərbaycan mədəniyyəti tarixində ən böyük xidməti, yuxarıda
qeyd etdiyimiz «Azərbaycanda məşhur olan şüəranın əşarına
məcmuədir» toplusunun tərtibidir. Məcmuədə XVIII-XIX
əsrlərdə yaşamış 107 şairin əsərlərindən nümunələr
toplanmışdır. Lakin böyük zəhmət hesabına başa gələn bu
məcmuə onun sağlığında işıq üzü görməmiş, yalnız 1986-cı ildə
prof. C.Qəhrəmanovun təşəbbüsü ilə çap olunmuşdur.
XIX əsrdə Qazaxda yetişən elm adamlarından biрi də
riyaziyyatçı və münəccim Əbdülkərim Nəsib ağa oğlu Qayıbov
(1851-1894) olmuşdur. O, ilk təhsilini Salahlı kəndində almış,
sonralar Tiflisə gedərək Tiflis hərbi gimnaziyasına daxil
olmuşdur. Сонралар елм arxasınca Peterburqa gedərək orada
topçu məktəbini və hərbi tipoqrafiya məktəbini bitirmişdir. O,
böyük zəhmət və əmək hesabına 2-ci dərəcəli «İslam təqvimi»ni
hazırlamışdır. Həmin əsər özünün dəqiqliyi və elmi dəyəri
etibarilə
müasir
mütəxəssisləri
belə
heyran
qoyur.
Mütəxəssislərin rəyinə görə bu təqvim hətta 1940-cı ildə
Leninqradдa (индики Санкт-Перербург) Dövlət Ermitajı
tərəfindən akademik İ.Orbelinin redaktəsi ilə nəşr olunmuş
9
sinxronik cədvəldən geri qalmır. (102). Çox təəssüf ki, belə
yüksək səviyyəli elm аdamı təbliğ olunaraq geniş kütləyə
танытdırılmamışdır. Hətta elmi ədəbiyyatларda onun haqqında
ətraflı şəkildə məlumat да verilməmişdir.
Bu dövrdə hərb elmi sahəsində də müəyyən ixtisaslı
mütəxəssislər yetişməkdə idi. Belə hərbiçilərdən biri general
İbrahim ağa Paşa oğlu Vəkilov idi. Onun təhsil almasına
H.Ə.Qayıbov köməklik göstərmişdir. O, 1866-ci ildə Mejevoy
hərbi gimnaziyasına daxil olub, 1879-cu ildə oranı bitirmişdir.
О, йüksək ixtisaslı tоpoqraf олмушдур. İbrahim ağa
Əfqanıstan-Rusiya sərhədlərini dəqiqləşdirən komissiyanın
tərkibində çalışmış, İran dövlətinin xahişi ilə İranın xəritəsinin
hazırlanmasında mühüm rol oynamışdır. O, eyni zamanda,
1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsini yaratmışdı.
Azərbaycanın hərb tarixində mühüm rol oynayan
шяхслярдян бири дя general Əliağa Şıxlinski olmuşdur. O, rus
dilində yazıb oxumağı Salahlı kəndində öyrənmiş, sonra
Tiflisdə gimnaziyada təhsil almışdır. Hərbi təhsil aldıqdan
sonra yüksək səviyyəli topçu olмуш və «rus артилерийасыныn
allahı» kimi şöhrət qazanmışdır (72). Öz dövrünün hərb
elmində «Şıxlinski üçbucağı» kimi tanınan Şıxlinski formulu
mühüm rol oynamış, hətta bütün xarici ölkələrin hərbiçilərinin
nəzərini özünə cəlb etmişdir. O, «Gələcək müharibədə toplar»,
«Alay topları», «Topların piyada və süvarilərlə qarşılıqlı
əməliyyatı», «Topların dağlıq yerlərdə atəş xüsusiyyəti
haqqında» və s. əsərləri ilə hərb elminə böyük töhfə vermişdir.
Ə.Şıxlinskinin fəaliyyətinin mühüm cəhətlərindən biri də ilk
dəfə olaraq «Rusca-Azərbaycanca qısa hərbi lüğət» (1926)
yaratmаşыdır. Ömrünün sonlarında həyatından bəhs edən
«Xatirələrim» adlı xatirə-bioqrafiyanı diktə etmişdir. Onun
həyat yoldaşı Nigar xanıma yazdığı məhəbbət şeirləri də
diqqəti cəlb edir.
Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Qayıbov, tibb
bacısı, Ə.Şıxlinskinin həyat yoldaşı H.Я.Qayıbovun qızı Nigar
10
xanım da bu yurdun övladlarındandır. Məmməd Rza Mənsur
oğlu Vəkilov (1864-1944) Xarkov Уniversitetinin tibb
fakültəsini bitirərək bu yerdən çıxan ilk ali təhsilli həkim
olmuşdur. Yüksək tibbi savada malik olan Məmməd Rza
Vəkilov Qafqaz Тibb Ъəmiyyətinin həqiqи üzvü idi. O dövrün
görkəmli təbiblərindən biri də Məsim Şeyxzadə olmuşdur.
Sonra o, Ağdaşda yaşamış, həkimlik fəaliyyəti də bura ilə
bağlıdır. Qayğıkeşliyi və dərin savadı ilə xalqın sevimlisinə
çevrilmişdir. Oğlu Maqsud Şeyxzadə sonralar Özbəkistan xalq
şairi adını almışdır.
XIX əsrdə şair-tərcüməçi Dağkəsəmənli Mustafa ağa
Nasir (1824-1873) geniş mütaliəsi və dərin savadı ilə müasirləri
arasında tanınmışdır. O, bir sıra Şərq dilləri ilə yanaşı, rus,
polyak, fransız dillərini də bilmişdir. Nasir özü gözəl şeirlər
yazmaqla yanaşı, tərcümə sahəsində də qələmini sınamışdır.
N.Gəncəvinin «Xosrov və Şirin» əsərini tərcümə etməyə
başlamış, lakin amansız ölüm onun bu işi sona çatdırmasına
imkan verməmişdir (67, 333).
Başqa bir şair-tərcüməçi Abbas ağa Nazir (1849-1914)
olmuşdur. Onun həm xalq şeiri, həm də klassik üslubda yazdığı
qoşma, gəraylı, qəzəl, rübai, mənzumələr, satirik şeirlər özünün
poetik siqləti ilə diqqəti cəlb edir. О, еyni zamanda, bir sıra
tərcümələr дя etmişdir. 1909-cu ildə L.Tolstoya məktub
yazaraq onun «İnsana çoxlu torpaq lazımdır» hekayəsini
tərcümə etmək üçün icazə istəmiş və müsbət cavab almışdır.
Həmin tərcümə onun tərcüməçilik bacarığını aydın şəkildə
göstərir.
Bu dövrdə Qazaxda yüksək savada, tədris bacarığına
malik олан müəllim-pedaqoqlar да yetişмишдir. Bunlardan
F.Köçərlinin «alim və fazil şəxs» adlandırdığı oğlu Osman
əfəndi, Hцсейн Əфянди Qayıbov, Əhməd ağa Mustafayev, Əli
əfəndi Hüseynov, Süleyman Qayıbov, İbrahim Яfəndi
Qayıbov, Yusif Qasımov, Məmməd Qarayev və başqalarını
göstərmək olar. Ъянуби Гafqazda ilk pedaqoji elmlər doktoru
(1947-ci ildə «XIX əsr Azərbaycan pedaqoji fikrinin əsas
11
nümayəndələri» adlı doktorluq dissertasiyası müdafiə etmişdir)
Əhməd Yusif oğlu Seyidov (1892-1977) da bu mühitin
nümayəndəsi olmuşdur. O, ilk təhsilini Kəmərli, Salahlı
məktəblərində
alмыш,
1911-ci
ildə
Qori
Мüəllimlər
Сeminariyasına daxil olmuş, 1917-ci ildə oranı bitirib öz доьма
kəndi Aslanbəylidə oğlan və qız məktəbi açmışdır. Onun
hazırladığı şagirdlərdən 17 nəfər Qazax Мüəllimlər
Сeminariyasına, 5 nəfər Gəncə Гiraət Тexnikumuna, 5 nəfər
ися Qazax Пedaqoji Тexnikumuna qəbul olunmuşdur. Sonralar
1921-1925-ci illərdə Kosalar və Musaкöy (Xanlıqlar) kəndində
müəllim işləmişdir, 1930-cu ildə Aзярбайъан Dювлят
Uниверситетинин Şərq fakültəsini bitirib və ömrünün sonuna
qədər Aзярбайъан Pедогожи İнститутунда işləmişdir. Uzun
müddət дя щямин институтуn rektoru olmuşdur.
Qori Мüəllimlər Сeminariyası məzunlarından cəmi 25
illik maraqlı həyatı olan Məmməd Qarayevi göstərə bilərik. O,
Malıbəylidə 1911-ci ildə Qız məktəbi açmışdır. Həmin
məktəbin qızları böyük məhəbbətin əlaməti olaraq ona xalça
toxuyub bağışlamışlar. O, eyni zamanda, mətbuat səhifələrində
müxtəlif məqalələrlə çıxış etmişdir. (93, 125-128). Məhz belə
yüksək səviyyəli müəllimlərin fəaliyyəti nəticəsində Azərbaycan
xalqının elmində, ədəbiyyatında öz yeri, imzası ilə seçilən
böyük şəxsiyyətlər yetişмишдir.
XIX əsrdə yüksək savada malik, xalq arasında böyük
nüfuz qaзanmış, mükəmməl dini təhsil almış şəxslər də
олмушдур. Onlardan Osman əfəndi Vəlizadə, Məhəmməd
əfəndi Müftizadə, Hüseyn əfəndi Qayıbov və başqalarını
göstərmək olar. Bütün bunlar XIX əsrdə və XX əsrin
əvvəllərində Qazaxda elmin, mədəniyyətin yüksək sürətlə
inkişaf etdiyini göstərir. Dini və dünyəvi elmlər sahəsində
mütərəqqi irəliləyiş olduğunu, ayrı-ayrı elm xadimlərinin
yetişdiyini bir daha aşkarlayır. Əhalinin sayı ilə nisbətdə
məktəblərin sayının azlığına baxmayaraq, geniş dünyagörüşlü
ziyalı qrupunun йетишмяси бюлэядя маариф вя елмин инкишафы иля
nəticələnmişdiр. Sonrakı mərhələ üçün isə həmin nümayəndələr
12
bir ədəbi məktəb rolunu oynayaraq müxtəlif sahələrin
inkişafına güclü təkan vermişlər.
Dostları ilə paylaş: |