NİGAR HƏSƏNOVA
XALİDƏ ZAMANOVA
AzTU
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ ELLİPTİK
CÜMLƏLƏRİN TƏSNİFATI
Açar sözlər: mətn dilçiliyi, koheziya, ellipsis, ellipsisin növləri
Key words: text linguistics, cohesion, ellipsis, types of ellipsis
Ключевые слова: лингивистика текста, когезия, эллипсис, типы эллипсиса.
Müasir dilçiliyin ən aktual məsələlərindən biri də mətn dilçiliyidir. Müvafiq
olaraq mətn dilçiliyinin tədqiqat obyektini mətn təşkil edir. Mətni xarakterizə edən,
ona spesifik bir sıra əlamət və xassələr vardır. Bunlardan biri kimi mətnin tamlığını,
bütövlüyünü qeyd etmək olar. Mətnin bütöv olması onun hərtərəfli dərk olunması
üçün lazım olan başlıca tələblərdən biridir. Mətnin bütövlüyünü, tamlığını da şərt-
ləndirən bir sıra amillər vardır. Bütöv olmaq üçün mətn eyni zamanda əlaqəli olma-
lıdır (1).
Mətndaxili əlaqələr, onların struktur semantik parametrləri mətn dilçiliyi
üçün vacib əhəmiyyət kəsb edir. Bu səbəbdən onların öyrənilməsinə bir çox
linqivistik tədqiqatlar həsr olunmuşdur. Bu tədqiqatlar içərisində M.A.K. Halliday
və R.Hasanın əsərlərini vurğulamaq olar. Müəlliflər öz əsərlərində mətndaxili
əlaqəliliyi bildirmək üçün koheziya (cohesion) terminindən istifadə etmiş, koheziv
vasitələrin əhatəli təsvirini vermişdir (2).
Burada irəli sürülən əsas konsepsiya və konseptual əsasda koheziyanın leksik
və qrammatik üsullarının təsnifatı çox böyük uğur qazandı. Lakin bununla yanaşı
qeyd etmək lazımdır ki, həmin konsepsiyanın bütün müddəaları bütün linqivistlər
tərəfindən qeyd-şərtsiz qəbul edilmədi.
De Boqrand və Dreslerin koheziya termininin izahı ilə bağlı fikirləri mövcud-
dur. Sözü gedən dilçilər və onlara həmfikir bəzi dilçilər yuxarıda qeyd olunan
konsepsiyanı tənqid edərkən haqlı olaraq göstərir ki, M.A.K. Halliday mətn əlaqələ-
rində dərinlik və səthi planlar arasında həddi düzgün müəyyənləşdirmir (9).
Müəyyən məlumatın maksimal dərəcədə səmərəli ötürülməsi üçün mətn sin-
taktik və semantik çərçivəyə malik olmalıdır. Mətn həm də daxili təşkilatlanmaya,
orqanizasiyaya malikdir (3).
Mətnin səthi struktur elementləri olan dil ifadələri arasındakı əlaqələrdən,
yəni koheziyadan danışmaq lazım gəlir (8). Koheziya linqivistik cəhətdən eksplisit-
dir və mətnin elementləri arasında semantik əlaqələri vurğulamaqla özünü göstərir.
Ardıcıl cümlələr arasında semantik bağlar koherensiya və koheziya üçün fundamen-
taldır. Fikrimizcə burada tematik ardıcıllıq, qanunauyğunluq olmalıdır. Məhz bu cür
ardıcıllıq və qanunauyğunluq koheziya ilə koherensiyanın qarşılıqlı əlaqəsini və on-
ların birinin digərini vurğulamasını şərtləndirən amillər sırasına daxildir.
Ulla Connor koheziyaya aşağıdakı təyinatı verir: “ Koheziya cümlələr və
mətnin hissələri arasında əlaqələri göstərmək üçün istifadə eksplisit linqivistik vasi-
tələrin işlədilməsidir. ” Bu cür koheziv vasitələr oxucunun öncəki müddəaları mü-
vafiq olanlarla əlaqələndirməyə köməkçi olan ifadə və sözlərdən ibarətdir. (4)
Filologiya məsələləri – №7, 2013
145
Mətn tekstuallığın tələblərinə cavab verən kommunikativ hadisədir. Mətnin
tamlığını təyin edən standartları mövcuddur ki, bunlara koherensiya ( mətnin alt
qatlarından bəhs edir, o, mətn istifadəçiləri arasında koqnitiv proseslərin məhsulu-
dur.), intersionallıq və koheziya aiddir. Qeyd edildiyi kimi koheziya mətnin üst qatı-
nın komponentlərindən, yəni bizim eşidib yaxud gördüyümüz real sözlərin əlaqə da-
xilində qarşılıqlı birləşməsini bildirən yollardan bəhs edir. Fikrimizcə əsas olaraq
bunlardan aşağıdakıları vurğulamaq lazımdır: qrammatik-referensiya; substitusiya;
ellipsis; leksik-qrammatik-bağlayıcı; leksik koheziya;
Biz bu məqalədə qrammatik koheziyanın növlərindən biri olan ellipsisdən
danışırıq.
Generativ dilçilikdə ellipsis termini bir sıra hadisələrə aid edilir, onların dərk
edilən mənası linqivistik formalarla ifadə edilən mənasından daha əhatəlidir. Ellip-
sis o zaman yaranır ki, struktur cəhətdən vacib olan buraxılmamış, deyilməmiş ol-
sun. (5)
Ellipsis leksiko-qrammatik kateqoriyadır. Mətnə xas olan bu hadisə zamanı
adətən mətn vahidlərinin, yəni sözlər, birləşmələr, budaq cümlələr və s. işlədilmə-
məsi baş verir. Ellipsisdə əvəz etmə mümkündür. Ellipsis anaforik səciyyə daşıyır,
nadir hallarda katafori ola bilir (4). Bu fenomenon həm yazılı, həm də şifahi mətnlə-
rə xas tipik cəhətdir, baxmayaraq ki, o daha çox danışıqda peyda olur, çünki danışıq
daha az eksplisit olmağa meyllidir. Ədəbiyyatda, bədii əsərlərdə dialoq, danışıq əla-
və edilirsə o, ellipsislə zəngin olur.
Ellipsis danışığa xas, situasiyadan doğan tipik hadisədir. Bu məqsədyönlü
şəkildə edilən bir vasitədir. Ellipsis hadisəsi zamanı söz və ifadələri cümlələrdən
bilərəkdən, məqsədəuyğun şəkildə buraxılır, baxmayaraq ki, məna başa düşülə bilir.
Adətən o söz ifadələr buraxılır ki, onlar lüzumsuzdur, onların adı artıq əvvəl çəkilir
və qeyd olunur. Ellipsis birləşmələrdə, qısa cavablarda və s. müşahidə olunur. Kiçik
bir nitq nümunəsinə nəzər salaq:
A.
Where are you going?
B.
To town
Tam cavab belə olmalı idi. “ I’m going to town ”
Ümumiyyətlə ellipsis anlaşılması sadə, mətnin əlaqələnməsində isə olduqca
mühüm əhəmiyyətə malik dil fenomenidir. Onun unikallığı lazımı dil vahidinin
işlənmədiyi hallarda mətnin bütövlüyünün təmin olunması, məzmunu ötürücünün
niyyətinə müvafiq olaraq çatdırıla bilməsidir.
Ellipsis bu və ya digər mətndə hər hansısa bir mətn vahidinin ( sözlər, cümlə-
lər, birləşmələr, budaq cümlələr ) işlədilməməsi və yaxud məqsədəuyğun şəkildə
buraxılması, asanlıqla bərpası mümkün olsa da, buna ehtiyacın duyulmadığını,
əsasən şifahi şəkildə ifadə olunan mətnlərə xas, nitqə yüngüllük gətirən, lakin mə-
naya xələl vurmayan danışanın zaman və dil vahidlərinə qənaət niyyətindən irəli gə-
lən, əvvəlki ifadədən və ümumi mənadan asanlıqla bərpa oluna bilən çox mühüm
koheziya vasitəsidir.
Ellipsisin 3 növü vardır: Nominal ellipsis; Klausal ellipsis; Feli ellipsis;
1-ci növ ellipsis nominal birləşmə daxilində sözün buraxılmasıdır.
Məsələn, The teacher went to the board and ( he\ the teacher ) wrote on it.
Feli ellipsis dedikdə feli birləşmə daxilində mövcud hansısa elementin
buraxılması nəzərdə tutulur.
Filologiya məsələləri – №7, 2013
146
Məsələn, Have you been swimming? Yes, I have (been swimming üçün boş-
luq qoyulmuşdur.)
I could tell you, but I won’t.
Elliptik feli birləşmənin mənasının birləşmədəki sözlərdən anlamaq olur.
Buraxılmış sözlərin yeri bir növ dolu olur.
Klauzal ellipsisdə ellipsisə fərqli yanaşılır. Budaq cümlə başlanğıc nöqtəsi ki-
mi götürülür. İngilis dilində budaq cümlə müxtəlif nitq funksiyalarının ( təsdiq,
sual, cavab və s. ) ifadəsi kimi başa düşülür. Bu iki hissədən ibarət olur. Modal ele-
ment və propozisional elementə bölünür.
Məsələn, The Duke was ( modal element ) going to plant a row of poplars in
the park ( propozisional element )
What were they going? Holding hands ( They were üçün boşluq qoyulmuşdur )
Ellipsis hadisəsi o zaman müşahidə olunur ki, vacib bir struktur element
cümlədən buraxılır və yalnız əvvəlki mətndəki elementə istinadən bərpa oluna bilir.
A. Why’d you only set three places? Paul’s staying for dinner isn’t he?
Aşağıda müəyyən bədii əsərdən götürülmüş nümunəyə nəzər salaq.
They hauled Piggy clear of the wreckage and leaned him against tree. The
night was cool and purged of immediate terror. Piggy’s breathing was little easier.
Did you hurt, Piggy
Not much.
That was Jack and his hunters, said Ralph bitterly. Why can’t they leave us
alone?
We gave them something to think about, said Sam. Honesty compelled him to
go on. At least you did. I got mixed up with myself in a corner.
I gave one of them what for, said Ralph, Is mashed him up all right.
He won’t want to come and fight us again in a hurry
So did I, said Eric. When I woke up one was kicking me in the face. I got an
awful bloody face, I thing, Ralph. But I did him in the end.
What did you do?
I got my knee up, said Eric with simple pride, and I hit him with in the… You
should have heard him holler! He won’t come back in a hurry either. So we didn’t
do too badly.
Ralph moved suddenly in the dark; but then he heard Eric working his mouth.
What’s the matter?
Just too loose.
Piggy drew up his legs.
You all right, Piggy?
Thought they wanted the conch.
Müəyyən əsərdən götürülmüş yuxarıdakı hissə əsasən dialoq nümunələrindən
təşkil olunmuşdur və bu dialoqlarda müvafiq sözlərin buraxıldığını müşahidə etmək
mümkündür. Diqqətlə nəzər salsaq, görərik ki, işlədilməyən elementlərin bərpa edil-
məsi istənilən halda mümkündür, lakin onların buraxılması nitqə ağırlıq gətirməmək
üçün edildiyindən deyilməyən dil vahidlərinin mövcud olduğu ifadələrin verildiyi
kimi saxlanılması məqsədəuyğundur.
Bildiyimiz kimi ellipsis zamanı hansısa bir söz buraxılır. Ellipsis bu cəhət-
dən koheziyanın digər növü subtitusiyanı xatırladır. Bu iki hadisəni ayırmaq çətinlə-
Filologiya məsələləri – №7, 2013
147
şir, lakin qeyd etmək lazımdır ki, ellipsis sözün birləşmənin cümlənin “sıfır” mor-
femlə əvəz olunmasıdır. Praktiki nöqteyi-nəzərdən hər iki anlayışa ayrıca yanaşmaq
məqsədə uyğundur. Baxmayaraq ki, substitusiya da, ellipsis də mətnin hissələri
arasında mövcud eyni fundamental əlaqəni əhatə edir və bunlar struktur mexanizmi-
nin iki müxtəlif növüdür. Ellipsis deyilməyəni ifadə edir ( something unsaid ). La-
kin o demək deyil ki, deyilməyən anlaşılmayandır, əksinə “deyilməyən” altında
“hər vəziyyətdə başa düşülən” nəzərdə tutulur.
Məsələn., Histories make men wise; poets witty; the mathematics subtle; natu-
ral philosophy deep; moral grave; logic and rhetoric able to contend.
Yuxarıda verilən cümlələrin strukturlarına nəzər salsaq, görərik ki, birincidən
başqa hamısının xəbəri buraxılmışdır. Cümlələr mübtəda və komplementdən ibarət-
dir. Budaq cümlələri aşağıdakı şəkildə şərh etmək olar. İkinci budaq cümlə poets
make men witty; üçüncü cümlə mathematics make men subtle; dördüncü cümlə
natural philosophy makes men deep beş və altıncı cümlələr də müvafiq şəkildə şərh
olunur.
Məsələn., Do you like Chinese food?
Yeah.
Yuxarıda verilən bu nümunədə isə qənaət prinsipi irəli sürülərək tam cavab
kimi “I like Chinese food” cümləsi işlədilməmiş, bütün cümlənin məzmunu
təsdiqləyici bir ədat vasitəsi ilə vermək mümkün olmuşdur. Bu üsul sayəsində nitqə
ağırlıq gətirməkdən qaçınılmışdır.
Heç də fakt deyil ki, ellipsis işlənərkən danışan hər hansı bir ifadəni şərh et-
mək üçün öz fon biliklərinə istinad etməlidir, çünki bu hər zaman koheziyanın an-
laşılmasına xidmət edir. Əksinə ellipsis olan yerdə müəyyən struktur boşluq olur və
bu boşluğun doldurulması üçün nəzərdə tutulan bir vahid lazimi informasiyanın tə-
min olunmasına xidmət edir.
Yekun olaraq belə nəticəyə gəlmək olar ki həm koheziya, həm də onun ayrıca
vasitəsi olan ellipsis yerindən və mövqeyindən, işləndiyi mətnin növündən və struk-
turundan, şifahi və yaxud yazılı olmasından, sadə və mürəkkəbliyindən və bu kimi
bir sıra amillərdən aslı olmayaraq mətnin təşkilatlanmasında olduqca mühüm
əhəmiyyətə malikdir.
Koheziyanın ( eləcə də ellipsisin ) rolu mətndə daxili əlaqəliliyi təmin edib,
onu qoruyub saxlamaqla, mətnin anlaşıqlı, mənalı olmasına zəmin yaratmaq, nəticə
etibari ilə onun koherensiyasını təşkil etməkdən ibarət olur.
Mətnin üst qatının komponentləri kimi koheziya növləri və vasitələri onun də-
rin qatlarındakı məzmununun önə çıxarılmasına koqnitiv proseslərin məhsulu olan
koherensiyanın aydın şəkildə təqdimatına xidmət edir.
Ədəbiyyat
1.
A.Məmmədov “Mətnin yaranmasında formal əlaqə vasitələrinin sistemi” Bakı,
“Elm” 2001. 144s səh 25-58
2.
Halliday, M.A.K. and Hasan, R., Cohesion in English. London: Loğman,
(1976)
3.
Галъперии И.Р. Текст как объект лингивистических иследований. Москва,
1981.
Filologiya məsələləri – №7, 2013
148
4.
Contrastive Rhetoric: Cross-Cultural Aspects of Second-Language Writing.
Cabridge, Cambridge University Press 1996
5.
Halliday, M.A.K. “Dimensions of discourse analysis: grammar” in T.A.Dijk
(1985) Handbook of Discourse Analysis vol 2 London: academic press, 1985
6.
Hasan R. Grammatical cohesion in spoken and written English. Part II, London,
1968
7.
I.R.Galperin “Stylistics”, Moscow “Higher school” 1977 p.231-232
8.
Ə.Abdullayev “Aktual Üzvlənmə; Mətn və diskurs.” “Zərdabi” LTD MMC,
Bakı 2011. Səh. 176-217
9.
www.wikipedia.org
N.Hasanova
X.Zamanova
Ellipsis english
Summary
This article deals with one of the types cohesion – ellipsis. Here the types of
ellipsis are singled out and studied. The peculiarities of ellipsis are analyzed on the
basis of certain examples.In the article the main conception of elliptic sentences is
also analized in English and Azerbaijani and noticed the thoughts of wellknown
scientists and lingnists.
Н.Гасанов
Х.Заманова
Эллинтические придложения
Резюме
В етой статъе рассматривается один из видов когезии эллипсис. Здес вы-
деляются и изучаются определенные виды эллипсиса. Свойства эллипсиса
анализируются на базе конкретных применов. В статъе также анализируются
основные концерсия эллинтические придложения в англиском и азербайд-
жанском язык
Rəyçi: R.Cəfərov
filologiya üzrə fəlsəfə doktoru
Filologiya məsələləri – №7, 2013
149
MƏSMƏ MÜTƏLLİMOVA
OdlarYurdu Universiteti
mesmemutellimova@gmail.com
ŞEKSPİR SONETLƏRİNDƏ İŞLƏNMİŞ BƏZİ SİNTAKTİK ÜSLUBİ
PRİYOMLAR VƏ ONLARIN TƏRCÜMƏDƏ QORUNUB SAXLANILMASI
Açar sözlər: Şekspir Soneti, sintaktik fiqurlar, poetik tərcümə
Keywords : Shakespearian Sonets,syntactical figures ,poetic translation
Kлючевые слова : сонеты Шекспира,синтаксические фигуры, поэтического
перевода
Teatr sənətinin qüdrətli ustası Vilyam Şekspir yaradıcılığı son dərəcədə şaira-
nə bir keyfiyyətə malikdir. Ehtiraslar tərənnümçüsü,ürək ustası Şekspirin qüdrətli
və parlaq istedadının məhsulu olan sonetlərində həyat hadisələrinə, insan ömrünə
fəlsəfi baxış, hər şeyə qadir məhəbbətin əbədiliyi əsas motivlərdir. Şekspirdən öncə
Con Milton,Tomas Qrey,Vilyam,Vordsvors kimi şairlərin sonet yazmış olmasına
baxmayaraq, bu şer növü özünün ən yüksək zirvəsini Şekspir yaradıcılığında tap-
mışdır. V. Şekspir təxminən 1590-cı illərdə qələmə aldığı 154 sonetində dosta səda-
qətinin, qadına mehr-ülfətinin, məhəbbətinin gözəl, yadda qalan bədii lirik lövhələ-
rini yaratmışdır.Şairin sonetlər silsiləsinin gözəlliyi, məftunediciliyi ondadır ki, bur-
da şerin dili ilə həyat, sevgi həqiqəti bəşəri duyğularla yoğrulmuşdur. Hər misranın
arxasında şairin özü, sözü oxucu ürəyindən xəbər verir, onu düşündürür, narahat
edir. Bax, sonetin ecazkarlığı, böyüklüyü də elə bundadır.
Başlıcası budur ki, sonetlər V.Şekspirin özü və sözü haqda oxucuda müəyyən
təsəvvür yaradır, hər dəfə onları oxuduqca şairin mənəvi zənginliyinin dərin ideya-
estetik, fəlsəfi duyğularının poetik ifadəsinə heyran olursan.
O, sonetlərində qeyri-adi, bənzərsiz bir gözəllikdən söhbət açmışdır. “Qara
rəng gözəllik olaydı gərək” deyən şairin qadın gözəlliyini ilhamla vəsf etmişdir.
Gözəl sayılmazdı əvvəl qara rəng,
İndi gözəlliyə tək odur varis.
Sünilik hər yerdə adlanır qəşəng,
Təbii boyadan qalmayıb bir iz.
Sonetlər həmişə 14 misradan ibarət olmuşdur. Amma, Şekspir soneti eyni say-
lı misralardan ibarət olsa da, klassik İtaliya sonetinin düzümündən-quruluşundan
fərqlənmişdir. Onun qafiyə sistemi belədir: abab cdcd efef gg.
Azərbaycan oxucusu isə Şekspirin sonetləri ilə 1955-ci ildən-sonetlərin iste-
dadlı şairimiz Tələt Əyyubov tərcüməsinin ilk nəşrindən tanışdır. Ədəbi fikir tarixi-
mizdə bu haqda maraqlı mühakimələr söylənmiş, tanınmış alim və ictimai xadim
Cəfər Cəfərov “Vilyam Şekspir. Sonetlər və poemalar” (Bakı, 1964) kitabına yaz-
dığı ön sözdə sonet tərcümələrini T. Əyyubovun ən yaxşı xidmətlərindən biri kimi
qiymətləndirmişdir S.Mustafanın Şekspirdən etdiyi tərcümələr bütövlükdə
uğurludur.
Filologiya məsələləri – №7, 2013
150
Orijinaldakı sonetlərlə S.Mustafanın etdiyi əksər tərcümələri müqaisə etdikdə
bu fikrə gəldik: mütərcim ingilis sözlərini heç də Azərbaycan sözləri ilə əvəz etmə-
mişdir. O, sonetlərdəki Şekspir “mən”ini, Şekspir ruhunu Azərbaycan şerinin gözəl
deyiminə çevirmişdir. “...Şekspir poeziyadır, tapmaca, bilməcə deyildir. Ona görə
də mütərcimin şair kimi hərəkət etmək qüdrəti olmalıdır” ( V.Petrov).
Tərcümə zamanı orijinal mətndə olan dil vasitələri hədəf dildə olan dil
vasitələri ilə əvəzlənir. Bu proses kortəbii deyil,şüurlu surətdə gedir.Tərcüməçi
orijinaldakı elementləri həm məna,həm üslub baxımından tam əvəz edə biləcək
vasitələrin tapılması yönündə axtarışlar aparır.
Aşağıdakı misala nəzər yetirək :
Why should false painting imitate his cheek?
And steel dead seeing of his living me?
Why should poor beauty indirectly seek
Roses of shadow since his rose is true? (sonet 67, 5-8)
Onun gül yanağı canlı çiçəkdir,
Sənət oğurluyub soldurur nədən?
Uydurma gözəllik nəyə gərəkdir,
Onun gözəlliyi həqiqət ikən? (tərc.edən S.Mustafa)
Sonetlər ənənəvi olaraq iki böyük qrupa bölünür – Sadiq sevgili(fair lord 1 -
126) və tutqun gözəl (dark lady 127-154). Sonetləri oxuyarkən ardıcıl olaraq bu
surətlərə rast gəlirik Sadiq sevgili məzmunlu sonetlərdə iki gəncin bir birinə dərin
məhəbbəti tutqun gözəllə bağlı sonetlərdə isə bir gəncin cavabsız sevgisi nakam
məhhəbbəti təsvir olunur Lirik qəhrəman örəyindəki idarə edilə biməyən hislərlə öz
ağlının mühakiməsi arasında ümidsiz bir vəziyyətdə qalır Şairin emosiyaları sevgi
və qəzəb paxıllıq və xəsislik arasında tərəddüd edir Pyeslərinin çoxunda olduğu ki-
mi sonetlərdə də xoşbəxt olmayan sonluq gerçəkləşməyən arzular gəncin ona iztirab
verən qisqanclıqdan doğan iztirabın təsviri var(sonet 79- 86).
Tutqun gözəllə bağlı olan sonetlər lirik qəhrəmanın gözəl olduğu qədər
etinasız olan bir qıza qarşısıalınmaz məhəbbət hisləri ilə başlayır,sondasa qəhrəma-
nın bu ehtirası sağalmaz bir xəstəliyə çevrilir .Bu xəstəlik yalnız gözəlin baxışı ilə
sağalır.
İngilis dilində də nitq hissələri 2 əsas funksiya daşıyır 1) sintaktik semantik
funksiya 2)üslubi funksiya
Üslubi funksiyanın mahiyyəti ondan ibarətdir ki,cümlədə sözlərin yeri dəyiş-
dikdə sözün sintaktik funksiyası və cümlənin mənası dəyişmir,əksinə bu və ya digər
üzv aktuallaşdırılaraq daha qabarıq nəzərə çarpdırılır .
a)
Xəbərin inversiyası :
Nor marble, nor the gilded monuments
Of princes shall outlive his powerful (sonet 55, 1-2)
Şahların surəti - mərmər heykəllər
Dözümdə şerimə bərabər olmaz. (t.e - S.Mustafa)
Filologiya məsələləri – №7, 2013
151
Göründüyü kimi bu hissədə xəbərin yeri dəyişilərək məna qüvvətlənmişdir.
Şekspir ingilis dilinin sintaktik fiqurlarından,bədii təsvir vasitələrində
ustalıqla istifadə edərək sonetlərə yeni rəng qatmışdır.
b)
Məna paralelizmi :
Even in the eyes of all posterity
That wears this world out to the ending doom
So till judgement that yourself arise
You live in this and dwell in lovers eyes (sonet 55, 11-14)
Ölümün gözünə dik baxa-baxa
Hər cür ədavəti keçib aşarsan,
Ta qiyamət günü çatana qədər
Mənim şeirlərim seni hifz edər. (S.Mustafa)
Məna paralelizmi zamanı söz həm həqiqi,həm də məcazi mənada işlədilir.
c)
Klimaks – söz və ifadələrin hər birinin özündən əvvəlkinə nisbətən
semantik cəhətdən daha tam və dolğun, daha təsirli olması :
Tired with all these , from these would i be gone
Save that, to die, i leave my love alone (sonet 66, 13-14)
Hər yerdə saxtalıq, hər yerdə zillət.
Ölüm istəyirəm, çarə budur, bax,
Səni tək qoymağa qıymıram ancaq.
‘Save that’, ‘to die’, ‘leave alone’ – sonetdə sinonimlər kimi işlənmişdir. To
die əvvəlki i be gone ifadəsinə nisbətən güclü, leave alone isə əvvəlkilərdən daha
güclü şəkildə təsvir olunub.
d)
Sadalama – bir birilə zəncirvari şəkildə bağlı olan əşyaları ,obyekləri bir
birinə bağlayır :
Tərcümənin özünəməxsus amillərindən biri də ayrı ayrı müəlliflər tərəfindən
tərcümə edilmiş mətnlərin də bir-birindən üslub baxımından fərqlənməsidir. Hər bir
müəllifin öz dəsti-xətti və öz üslubu onun tərcümələrində də özünü göstərir.
Misallara nəzər yetirək:
Lo in the orient when the gracious light
Lifts up his burning head, each under eye
Doth homage to his new appearing sight
Serving with looks his sacred majesty (sonet 7, 1-4)
Burada həyat ilə Günəşin hərəkətinin metaforik müqayisəsi vardır .
Sabir Mustafanın tərcüməsi :
Od qızı qaldırıb odlu başını
Qızıl beşiyindən durar hər səhər.
Yer üzü görəndə qəlb sirdaşını
Ona məhəbbətlə səcdə eliyər.
Filologiya məsələləri – №7, 2013
152
Mütərcim od qızı ,odlu baş kimi epitetlərdən istifadə edərək orijinalın əsas
məzmununu dəqiq verə bilmiş Şekspir üslubunu qoruyub saxlaya bilmişdir.
130-cu sonetdə şair suspens dən istifadə etmişdir.Azərbaycan dilində bu
üslubi-vasitə tərdid adlanır.Şair deyəcəyi fikri yubadaraq şerin sonunda oxucuya
çatdırır.Şekspir sonetdə bu fiqurdan məarətlə istifadə edərək oxucunu intizarla
mətni sonacan oxumasını təmin edə bilmişdir:
My mistress eyes are nothing like the sun
Corol is far more red than her lips’ red
If snow be white , why then breasts are dun
If hairs be wires , black wires grow on her head
And yet, by heaven I think my love as rare
As any she belied with false compare
Günəşə bənzəmir yarımın gözü,
Mərcan tək al deyil al dodağı da.
Zülfü də sünbülə oxşamır, düzü,
Yoxdur sinəsində qar ağlığı da
O heç geri qalmaz, inanıram mən,
Yalan təşbehlərlə bəzənmişlərdən. (Sabir Mustafa)
Tərcümə prosesində mətn dəyişikliyə məruz qalır.Tərcümə prinsiplərinin əsas
məqsədlərindən biri də iki dil formasının əvəzlənməsi ilə müşayiət olunan tərcümə
prosesində məna eyniliyinin maksimum səviyyədə qoruyub saxlamaq,mətnlər
arasında qanunauyğun əlaqələri müəyyənləşdirməkdir.Sonetdə gördüyümüz kimi
yarın gözünün-Günəşlə,saçlarının-sünbüllə ,sinəsini-qar ağlığı ilə müqayisəsi tərcü-
mədə də olduğu kimi qorunub saxlanılmışdır.
Şekspir sonetləri üslubi vasitələrlə çox zəngindir.Şekspir sonetlərinin yığcam-
lığında böyük fikir ifadə etməsi,çox şaxəli məna çaları ilə konkretliliklə mücərrəd-
liyi ümumiləşdirilmiş şəkildə poetik dilin üslubi imkanlarından istifadə etməsi onun
son dərəcə unikal qabiliyyətini nümayiş etdirir.
Ədəbiyyat
1. Vilyam Şekspir. Seçilmiş əsərləri. İki cilddə. II cild. “Öndər nəşriyyat”, Bakı,
2004, 304 səh.
2 .“ The sonnets William Shakespeare” , published 2005.
3. K.Cəfərova.Şeir tərcüməsinin sintaktik – üslubi məsələləri.Bakı Slavyan
Universiteti,2004
4. Bəylərova A. M. Azərbaycan bədii dilində sintaktik- üslubi vasitələr/A. M. Bəy-
lərova . - 2007
5.”Sonetlər və poemalar” V.Şekspir,tərc.edən T Əyyubov, Bakı Azərnəşr. 1964
6. Abbasquliyev T.İngiliscədən Azərbaycan dilinə tərcümənin qrammatik
əsasları.Baki – Elm, 1971- 144 səh.
Filologiya məsələləri – №7, 2013
153
Dostları ilə paylaş: |