Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
#16789
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

MƏLAHƏT MƏHƏRRƏMOVA 

Azərbaycan Dillər Universiteti 



 

SÖZ YARADICILIĞI PROSESİNDƏ KİŞİ CİNSİNƏ 

AİD YARIMSUFFİKSLƏRİN ROLU 

 

Açar sözlər:  Alman dili, Azərbaycan dili, yarımsuffiks,  kişi cinsi,  söz 

yaradıcılığı, isim,   sifət, feil. 



Key words: German language, Azerbaijan language, semi suffix, muscular genre, 

wordbuilding, noun, adjective, verb. 



Ключевые слова: немецкий язык, азербайджанский язык, полусуффикс, 

мужской род, словообразование, существительное, прилагательное, глагол. 



 

Yarımsuffikslər adlarda və zərflərdə olur. Zərflik yarımsuffikslər seman-

tik kateqoriyaların ifadəsində  məhdudiyyəti ilə seçilir: mövcudluq, bolluq (-

voll, -reich), yaxud əksinə, çatışmazlıq, hətta nəyinsə tamamilə olmaması (-arm, 

-leer, -frei, -los), həmçinin uyğunluq, qabiliyyət, dəyər (-gemäβ, fähig, -fertig, tüc-

htig, -wert). Nitqlərin yarımsuffiksləri, əsasən istiqaməti göstərir (-wegen, -wil-

len, -maβen, -halber və s.). İsimlərin yarımsuffiksləri daha çoxsaylı  və semantik 

cəhətdən müxtəlifdir. Onların köməkliyi ilə bir sıra geniş kateqoriyalar ifadə olunur: 



şəxsiyyət (-mann, -frau, -bild, -person; şəxs adlarından: -fritze, -hans, -liese, -

meier, -peter və başqaları),  topluluq (-werk, -zeug), müxtəlif növ abstrakt 



anlayışlar (-mut, -lust, -sinn, -kunde, -sucht və s.); onlar həmçinin isimlərə digər 

kateqoriyalı məna verir, məsələn: təklik (-stück) və s. 

Ümumiyyətlə, mürəkkəb sözlərin ikinci komponenti adlanan yarımsuffikslər 

öz konkret leksik mənalarını itirərək sözdüzəltmə üsulunda müxtəlif mənaları ilə 

birləşir... zəif vurğu, ikinci dərəcəli vurğu daşıyır. 

Ümumiyyətlə, isimdüzəltmə prosesində iştirak edən yarımsuffikslər bunlardır. 

Alman dilində bu Halbsuffixe adlanır: 

-affe, -amt, -bild, -bruder, -bulle, -bursche, -dame, -fex, -frau, -fräulein, -freund, -

fritze, -geist, -gut, -hals, -hans, -hase, -held, -hengst, -hof, -knecht, -kopf, -kraft,     -

kram, -lappen, -kunde, -liese, -lust, -mädchen, -mädel, -magd, -mamsell, -mann, -maul, 

-meier, -meister, -mensch, -michel, -mut, -ochse, -narr, -person, -peter, -sack, -schirm, -

schwester, -seele, -sinn, -stoff, -stück, -suse, -tier, -trine, -vogel, -volk, -weib, welt,  -

werk, -wesen, -zeug, -statt, -stätte, -sucht. 

İsimdüzəltmədə  iştirak edən bu şəkilçilər ümumi olaraq, yəni kişi, qadın və 

orta cinsi bildirmələri göstərilmişdir. Həmin yarımsuffiksləri cinsə görə qruplaşdır-

saq aşağıdakı kimi təsniflənəcəkdir. 

Kişi cinsinə aid yarımsuffikslər. 

Qadın cinsinə aid yarımsuffikslər. 

Orta cinsə aid yarımsuffikslər. 

Müasir alman dilində isimdüzəltmədə kişi cinsinə aid yarımsuffikslər 

aşağıdakılardır: -affe, -bruder, -bulle, -bursche, -fex, -freund, -fritze, -geist,   

-hals, -hans, -hase, -held, -hengst, -hof, -knecht, -kopf, -kram, -mann, -meier, 

-meister, -mensch, -michel, -mut, ochse, -narr, -peter, -sack, -schirm, -sinn, -

staff, -vogel, -volk. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



138

-affe [-afə] yarımsuffiksi. Der Affe 1) meymun; 2) ədəbsiz söz kimi -axmaq, 

gic sözünə uyğundur. Yarımsuffiks kimi isimlərə artırılaraq  şəxsin xüsusiyyətini, 

əsasən də mənfi keyfiyyətə malik şəxsi bildirir və ən çox danışıqda işlədilir. Məsə-

lən: Menschenaffe (meymunabənzər insan), Brüllaffe (ulayan, çığırğan meymun), 

Lackaffe, Zieraffe (modabaz adam). 

-bruder [-bru:dər] yarımsuffiksi. İsimlərə və feillərə artırılaraq şəxsin əlaməti-

nə əsasən də mənfi keyfiyyət bildirir. Trinkbruder (içki yoldaşı)  ← trinken (içmək), 

Bierbruder (içki yoldaşı) ← das Bier (pivə), Bettelmann (dilənçi) ← betteln (dilən-

mək), Bacchusbruder (içki, şərab yoldaşı)  ← der Bacchus (içki), Saufbruder (içki 

yoldaşı) ← saufen (içmək) (heyvanlar haqqında). 

-affe [-afə] yarımsuffiksi isimlərə artırılaraq qohumluq münasibəti bildirir: 

Mutterbruder (dayı); Vatersbruder (əmi); Zwillerbruder (əkiz qardaş); Bluts-

bruder (qan qardaşı); Sriefbruder (ögey qardaş). 

-bulle [-bulə] yarımsuffiksi isimlərə artırılaraq bir işlə  məşğul olan və  məş-

ğuliyyətə  işə  həvəsi, meyli olan şəxsi bildirən isim düzəldir və danışıq üslubunda 

işlənir. 

Dorfbulle (kənddə damazlıq buğa)  ← das Dorf (kənd), Kammerbulle (hərbi 

hissədə  ərzaq və  hərbi sursata baxan işçi)  ← die Kammer (balaca otaq), Küchen-

bulle (hərbidə:  aşpaz)  ← die Küche (mətbəx), Kantinebulle (yeməkxana işçisi, 

xörəkbişirən) ← die Kantine (yeməkxana, bufet (fabrikdə, idarədə), Sanitätsbulle – 

(sanitar) ← die Sanität (sanitariya, sağlamlıq). 

-bursche [-bur ə] suffiksi isimlərə və feillərə artırılaraq şəxsin məşğul olduğu 

məşğələnin  növünü bildirən yeni isimlər düzəldir: 

Reitbursche (minici) ← reiten (at üstündə getmək), Laufbursche (kuryer, 

kağızpaylayan oğlan)  ← der Lauf (qaçma) + laufen (qaçmaq), Jägerbursche 

(ovçuluqla məşğul olan oğlan)  ← der Jäger (ovçu), Wanderbursche (səyyar usta 

köməkçisi)  ← der Wander (səyyar, mövsümi), Müllerbursche (dəyirman işçisi, 

dəyirmançı) ← der Müller (dəyirmançı). 

-fex [-feks] yarımsuffiksi ismin əsasına artırılaraq  şəxsin maraq dairəsini, 

meylini bildirən isim əmələ gətirir; danışıqda işlədilir: 

Modefex (modabaz) ← die Mode (dəb, moda), 

Schachfex (şahmat düşkünü, şahmat həvəskarı) ← der Schach (şahmat). 

-freund [frɔØnt] yarımsuffiksinin işlənmə dairəsi genişdir və müxtəlif 

semantik mənalar kəsb edir. -freund yarımşəkilçisi ilk növbədə abstrakt isimlərə 

artırılaraq hər hansı bir cəmiyyətə, təşkilata, partiyaya yaxud ictimai-siyasi cərəyana 

olan münasibəti bildirir: 

Heimatfreund (ölkəşünas) ← die Heimat (vətən), Parteifreund (partiya üzvü) 

← die Partei (partiya), Friedenfreund (sülh tərəfdarı) ← der Frieden (sülh). 

- freund [-freunt] yarımsuffiksi ismin əsasına artırılaraq hər hansı bir şəxsdə 

nəyəsə meyilin, həvəsin güclü olduğunu bildirir. Məsələn: Fuβballfreund (futbol 

həvəskarı, azarkeş)  ← der Fuβball, Basketballfreund (basketbol həvəskarı)  ← der 

Basketball, Literaturfreund (ədəbiyyat həvəskarı)  ← die Literatur (ədəbiyyat), 

Autofreund (avtomobil həvəskarı) ← das Auto (avtomobil) və s. 

-fritze [-frıtsə], -hans [-hans], -meier [mær], -michel [-mıxəl], -peter [-pe:tər] 

yarımsuffiksləri kişi  şəxs adlarındandır. Bu yarımşəkilçilər arasında cüzi fərqlər 

olmaqla yanaşı, ümumi bir məna da daşıyırlar. Bu komponentin hər biri ismə, feilə 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



139

artırılaraq mənfi keyfiyyətə malik şəxsi bildirən isimlər əmələ gətirir və danışıqda 

işlədilir. Məsələn: Heulmeier, Heulmichel, Heulpeter sözləri eyni mənanı bildirir. 

Danışıqda kinayə ilə  işlədilir. Hər dörd sözün mənası “ağlağan, zır-zır uşaq” de-

məkdir – heulen (ulamaq) feilinə artırılmaqla düzəlmişdir. 

Quackelen (boşboğazlıq etmək, çərənləmək) sözündən Quackelfritze, Quac-

kelhans sözləri yaranmışdır ki, mənası “çox danışan”, “zəvzək”, “naqqal” deməkdir. 

O cümlədən həmin mənada quasseln feilindən Quasselfritze və Quasselpeter isim-

ləri əmələ gəlmişdir. Eyni mənada yenə Schwabbelfritze və Schwabbelmeier isimlə-

ri törəmişdir. 

Yuxarıda göstərilən ümumi mənadan çıxış edərək ayrı-ayrılıqda həmin suf-

fikslərdən düzələn isimlərə aid bir neçə misal göstəririk: nörgelen (bəhanə axtar-

maq)  ׂ→ Norgelpeter (bəhanəçi), der Klotz (məc. kobud adam) ׂ→ Klotzmichel 

(gic, səfeh), der Quatsch (cəfəngiyat, mənasız) ׂ→ Quatschmeier (naqqal, çoxdanı-

şan), prahlen (öyünmək) ׂ→ Pralhans (lovğa, özünü öyən) və s. 

Digər yarımsuffikslərdən fərqli olaraq -fritze elementi isimlərin əsasına artırı-

laraq satıcılıq işi ilə  məşğul olan adamın sənətini, peşəsini bildirən isimlər  əmələ 

gətirir: Das Holz (odun) ׂ→  Holzfritze (odunsatan), die Kartoffel  (kartof) ׂ→ Kar-

toffelfritze (kartofsatan), die Blume (gül) ׂ→ Blumefritze (gülsatan) və s. 

-feist (-gæst) yarımsuffiksi. Der Geist (1. ruh; 2. ağıl – leksik vahidinə uyğun-

dur. Bu komponent isimlərə, feilə  və keyfiyyət bildirən sifətlərə artırılaraq mənfi 

yaxud müsbət keyfiyyətlərə malik şəxsi bildirən isimlər düzəldir: 

-frei (sərbəst, azad) ׂ→ Freigeist (azad, sərbəst düşüncəli), schön (gözəl) ׂ→ 

Schöngeist (ədəbiyyat həvəskarı), flattern (1. yellənmək, 2. məc.  hərdəmxəyal ol-

maq) ׂ→  Flattergeist (yüngüldüşüncəli adam). 

-hals [-hals] elementi -geist elementindən fərqli olaraq yalnız mənfi keyfiyyət 

bildirir: ismə, feilə, bəzən sifətə artırılır: der Hals (boyun, boğaz) sözünə uyğundur: die 

Gans (qaz) ׂ→ Gänsehals (qazboğaz, boğazı uzun), das Pferd (at) ׂ→ Pferdehals 

(atboyun), die Schlange (ilan) ׂ→ Schlangehals (ilanboğaz), lang (uzun) ׂ→ Langhals 

(uzunboğaz), schreien (qışqırmaq), → Schreihals (danışıqda: çığırqan) və s. 

-hase [-ha:zə] yarımsuffiksi. Bu komponent   isimlərə artrıılaraq bir şeyə olan 

arzu, meyil və həvəs bildirən isimlər düzəldir. Der Schi (ayaq xizəyi) ׂ→ Schihase 

(xizək həvəskarı), der Film (film) ׂ→  Filmhase (film həvəskarı), der Fuβball 

(futbol) ׂ→ Fuβballhase (futbol azarkeşi) və s. 

-held [-helt] yarımsuffiksi. Bu element der Held (1. qəhrəman; 2. danışıqda 

kinayə ilə işlədilir: heç nə bacarmayan adam). -held komponenti də məhz 2-ci mə-

naya uyğun gəlir. Bu komponent isimlərə artırılaraq insanlarda mənfiliyə meyil bil-

dirən isimlər əmələ gətirir: 

das Messer (bıçaq)  → Messerheld (başkəsən), das Bier (çaxır)  → Bierheld 

(əyyaş, içki düşkünü). 

-hot [-ho:t] yarımsuffiksi – ismə, ikilikdə isim və feilə artırılaraq hər hansı bir 

müəssisənin adının yerləşdiyi yeri bildirən isimlər düzəlir: der Bus (avtobus) 

Bushof (avtobus parkı, avtobus vağzalı), der Gast (qonaq) → Gasthof (kiçik meh-

manxana), die Maschine (maşın)  → Maschinenhof (maşın parkı), die Wirtschaft 

(təsərrüfat) → Wirtschaftshof (təsərrüfat müəssisəsi). 

-knecht [-kneçt]  yarımsuffiksi. Bu komponent isimlərə artırılaraq hər hansı 

bir məşğələnin növü ilə  məşğul olan şəxsi bildirən isimlər  əmələ  gətirir; bəzən 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



140

ortada bitişdirici element də olur. Der Ochs (öküz) → Ochsenknecht (öküzsax-

layan), das Pferd (at) Pferdeknecht (mehtər, atabaxan), das Haus (ev) → knecht (ev 

qulluqçusu, ev qarovulçusu). 

-kopf [-kopf] yarımsuffiksi. Bu element der Kopf (bas) leksik vahidinə uyğundur. 

-kopf yarımsuffiksi sifətlərə, nadir hallarda ismə artırılaraq  şəxsin xarici 

əlamətini bildirən isimlər düzəldir. 

kahl (keçəl)  → Kahlkopf (dazbaş, keçəl), kraus (qıvrım, buruq-buruq) → 

Krauskopf (qıvrımsaçlı), flach (1. dayaz; 2. yastı) → Flachkopf (məc. küt adam), rot 

(qırmızı) → Rotkopf (sarışın), der İgel (kirpi) → İgelkopf (kirpibaş, qıvrımsaç). 

-kopf  yarımsuffiksi ismin, sifətin və feilin əsasına artırılaraq mənfilik 

xüsusiyyəti bildirən isimlər düzəlir: 

Das Tier (heyvan) → Tierkopf (heyvanbaş, qanmaz, axmaq), das Holz (odun) 

→ Holzkopf (anlayışı az), drehen (hərlətmək, fırlatmaq)  → Drehkopf (işdən başı 

çıxmayan), brausen (şiddətlənmək, coşmaq)  → Brausenkopf (dəliqanlı), hitz (qızğın) 

→ Hitzkopf (qızğıntəbiətli), toll (1. qudurmuş, quduz; 2. dəli)  → Tollkopf (məc. 

ağılsız; dəlisov), schlau (hiyləgər) → Schlaukopf (hiyləgər, bic, çoxbilmiş) və s. 

-kram [-kra:m] yarımsuffiksi. Bu element isim və sifətə artırılaraq cəm ifadə 

edən cansız əşyalara aid topluluğu bildirən isimlər əmələ gətirir. 

Das Papier (kağız)  → Papierkram (köhnə kağız, tullantı kağız), der Frödel 

(cır-cındır; əski-üskü) → Frödelkram (şeytanbazar), grün (yaşıl) → Grünkram (göy-

göyərti). 

-kram elementi abstrakt məfhumlu isimlərin  əsasına artırılaraq topluluq 

mənası bildirən isimlər düzəlir. 

Das Gedächtnis (haddaş hafizə) → Gedächtniskram (pozulmuş yaddaş). 

-mann [-man] yarımsuffiksi. Bu komponent müasir alman dilinin söz yaradı-

cılığında çox məhsuldardır və çoxişləkdir. Der Mann leksik vahidinə uyğundur. Der 

Mann sözünün semantik cəhətdən aşağıdakı  mənaları vardır – 1) kişi; 2) ər; 3) 

adam. 

-mann yarımsuffiksi isimlərə, ikilikdə ismə və feilə artırılaraq şəxsin sənətini, 



peşəsini, məqsədinin növünü, əlaməti, nadir hallarda ailə münasibətləri bildirən 

isimlər düzəlir: 

Das Gemuse (göyərti) → Gümüsemann (göyərtisatan), das Eis (yumurta) → 

Eismann (yumurtasatan), die Zeuting (qəzet)  → Zeitunqsmann, das Geschäft 

(mağara)  → Geschäftsman (mağaraçı), der See (dəniz)  → Seeman (dənizçi), das 

Schift (gəmi) → Schiftmann (gəmiçi); die Wache (qarovul) + wachen (ayıq olmaq) 

→ Wachman (qarovulçu, növbətçi), der Handel (ticarət, alver) + handeln (hərəkət 

etmək)  → Handelsmann (alverçi, tacir), das Spiel (oyun) + spielen (oynamaq) → 

Spilmann (çalğıçı şeypurçu). 

-mann yarımsuffiksi ilə müxtəlif mənalı isimlər düzəltmək mümkündür. Bir 

neçəsinin adını  çəkirik: Zimmerman, Dienstmann, Schlagmann, Tormann, Schnt-

tmann, Werkmann, Kirchenmann, Ordensmann və s. 

-meister (-mæstər) yarımsuffiksi. Bu komponent eyni adlı leksik vahidə uy-

ğundur. Der Meister sözü bir çox semantik mənaya malikdir: 1) usta; 2) maestro; 

rəssam; 3) alim; 4) idmanda: çempion, usta; 5) cənab; müəllim. 

Həmin mənalara uyğun deyə bilrik ki, -meister yarımsuffiksi isimlərə, az 

halda, ikilikdə isim və feilə artırılaraq der Meister sözünə uyğun mənada işlənərək 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



141

insanlarda olan ixtisas, peşə, sənət, vəzifə əlamətləri bildirən yeni isimlər əmələ gə-

tirir: 

der Bäcker  (çörəkbişirən, çörəkçi)  → Bäckermeister (çörəkçi usta), der 



Fleischer (qəssab) → Fleischermeister (qəssablıqda usta), der Bau (tikinti, bina) → 

Baumeister (memar, tikinti mühəndisi), das Ballet → Bulletmeister (balet ustadı, 

balet müəllimi). 

-mensch [-men ] yarımsuffiksi. Bu komponent də der Mensch (adam, insan) 

leksik vahidinə uyğundur. 

-mensch yarımsuffiksi isimlərin əsasına artırılaraq, ilk növbədə, məşğuliyyət 

növü bildirən isimlər düzəldir; bəzən bitişdirici element də tələb edir: 

das Buch (kitab) → Büchermensch (kitab ticarəti işçisi), der Beruf (sənət) → 

Berufsmensch (sənətkar), der Bau (tikinti, inşaat)  → Baumensch (tikinti 

mütəxəssisi), die Kraft (güc) → kraftmensch (pəhləvan) və s. 

-mensch yarımsuffiksi də -mann yarımsuffiksi kimi isimdüzəltmədə 

məhsuldardır və müxtəlif sahəni əks etdirən sözlər yarada bilir. Məsələn: 

Das Gemüt (xasiyyət)  → Gemütmensch (üzüyola), die Herde (sürü) → 

Herdenmensch (kollektivin fikri ilə hərəkət edən adam), die Kultur (mədəniyyət) → 

Kulturmensch (mədəniyyətli  kimsə), die Brille (gözlük, eynək)  → Brillenmensch 

(gözlüklü kimsə) və s. 

-mut [-mu:t] yarımsuffiksi. Der Mut leksik vahidi “cəsarət”, “mərdlik”, “igid-

lik”, “qoçaqlıq” kimi tərcümə olunur. 

-mut yarımsuffiksi sifətlərə, isimlərə, bəzən feilə artırılaraq daxili vəziyyəti, 

keyfiyyəti, insan əhval-ruhiyyəsini, cəsarəti və s. bildirən isimlər düzəldir. Azər-

baycan dilində -lıq

şəkilçisi ilə eynidir. 



der Held (qəhrəman) → Heldenmut (qəhrəmanlıq), das Leben (həyat, yaşayış) 

→ Lebensmut (gümrahlıq, həyat sevinci; frei (boş, azad) → Freimut (ürəyiaçıqlıq, 

səmimilik), lang (uzun, uzunmüddətli) → Langmut (səbirlilik, dözümlülük), schwer 

( 1. ağır, 2. çətin) → Schwermut (məyusluq, dərd, kədər) və s. 

-ochse [-ɔksə] yarımsuffiksi. Der Ochse sözünə uyğundur: 2 mənada işlənir – 

1) öküz; 2) kobud söz kimi axmaq, gic, tərcümə olunur.  

-ochse  şəkilçisi də 2-ci mənaya uyğundur. Bu şəkilçi isimlərin və feillərin 

əsasına artırıldıqda mənfi, pis xüsusiyyətlərə malik şəxsi bildirir: das Heu (quru ot) 

→ Heuochse (axmaq, gic), brummen (mırıldanmaq, donquldanmaq) → Brummoc-

hse (axmaq, gic) və s. 

-narr [-nar] yarımsuffiksi. Der Narr (dəli, axmaq, gic) sözünə oxşasa da, isim-

düzəltmədə  tam başqa məna ifadə edir. 

-narr yarımsuffiksi isimlərə artırılaraq bir şeyin həvəskarı, aludəsi mənasını 

bildirən isimlər düzəldir: 

Die Blume (gül, çiçək)  → Blumennar (çiçək dəlisi), das Buch (kitab) → 

Büchernarr (kitab həvəskarı, aludəsi); Hans (şəxs adı)  → Hansnarr (bəzək), der 

Hund (it) → Hundemann (itpərəst, itbaz, it həvəskarı), das Kind (uşaq)  → 

Kindernarr (uşaqpərəst, uşaq dəlisi), die Musik (musiqi) → Musiknarr (musiqi 

həvəskarı, musiqi dəlisi) və s. 

-sack [-zak] yarımsuffiksi. Leksik vahid olan der Sack sözünün iki semantik 

mənası vardır: 1. kisə; cib; 2) məc. kök, tosqun adam.Üslubi baxımdan məhz 2-ci 

mənaya çox uyğun gəlir. Bu yarımşəkilçi sifətə, feilə, nadir hallarda isə ismin özünə 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



142

artırılaraq şəxsin mənfi keyfiyyətlərə malik olmasını, xüsusilə də xarici görkəmini 

əks etdirən isimlər əmələ gətirir; danışıqda işlədilir: 

fett (yağlı, tosqun) → Fettsack (şişbədən,  şişman, tosqun). O cümlədən də 

həmin mənada dick (yoğun, dolu) sözündən Dicksack (kök, tosqun adam) sözünü 

də göstərmək olar, lügen (yalan danışmaq, aldatmaq) → Lügensack (yalançı, yalan 

danışma, aldatma), → Lügensack (yalançı, yalan dağarcığı), fressen (yemək) 

Freβsack (kinayə ilə işlədilir: acgöz, qarınqulu) və s. 

-schirm [- irm] yarımsuffiksi. Bu komponent der Şirm leksik vahidinə 

uyğundur. Der Şirm sözünün bir çox semantik mənası var: 1) çətir, günlük; 2) şap-

kanın qabağındakı günlük; 3) ekran, pərdə; 4) məc. müdafiə. 

-schirm yarımşəkilçisi də çox hallarda der Schirm sözünə uyğun gəlir, isimlə-

rin əsasına artırılaraq cansız əşyalar üçün, əsasən də bir şeyi nədənsə qorumaq, mü-

dafiə etmək məqsədi daşıyan isimlər əmələ gətirir. Məsələn: 

Der Regen (yağış)  → Regenschirm (günlük, zontik), die Wand (divar) → 

Wandschirm (dam,  taxtapuş), die Leuchte (fənər, işıq) → Leuchteschirm (rentgen 

ekranı), das Auge (göz sipər), Augenschirm (göz qoruyucusu) və s. 

-sinn [-zin] yarımsuffiksi. Der Sinn leksik vahidi kimi: 1) duyğu, hiss; 2) mə-

na, əhəmiyyət məfhumları bildirir. -sinn yarımsuffiks kimi sifətlərə, isimlərə və fei-

lə artırılaraq isimlərə müsbət və mənfi xüsusiyyətlər, həmçinin insanların bacarıq və 

qabiliyyətini, ürək fəaliyyətini bildirən mənalar verir. 

-Das Gehör (eşitmə; eşitmə qabiliyyəti; musiqini dinləmə qabiliyyəti)  → 

Gehörsinn (eşitmə hissi, eşitmə qabiliyyəti, der Jrre (1. dəli) → Jrrsinn (dəlilik), fein 

(nazik; incə) → Feinsinn (incə fikir), trüb(e) (bulanıq; 2. məc. qəmgin, tutqun) → 

Trübsinn (ümidsizlik, qəmginlik), tasten (əllə hiss etmək,  əlləmək)  → Tastsinn 

(toxunma hissi; toxunmaqla hiss etmə), flattern (1. yelləmək; 2. məc. hərdəmxəyal 

olmaq) → Flattersin (dəyişkən fikir; meymun iştallı kimsə) və s. 

-stoff [ t f] yarımsuffiksi. Leksik vahid olan der Stoff sözünün fəlsəfə ter-

mini kimi materiya; substansiya; fizika və kimya termini kimi maddə, cisim, mate-

rial, toxuculuq termini kimi parça, material və məcazi mənada şey, əşya, mövzu ki-

mi semantik mənaları vardır. Elə bu mənalara da uyğun -stoff yarımsuffuksi söz-

düzəltmədə çox məhsuldar olmaqla, ilk növbədə, isimlərə, sifətlərə  və feillərə 

artırılaraq kimyəvi birləşmələr məfhumu bildirən isimlər  əmələ  gətirir. Misal: das 

Wasser (su) → Wasserstoff (kim. hidrogen), der Şaum (köpük, kəf) → Schaumstoff 

(köpüklü, plastik), das Mineral (mineral) → Mineralstoff (mineral maddə), sauer 

(turş) → Sauerstoff (kim. oksigen), das Gift (zəhər) → Giftstoff (zərələyici maddə), 

roh (1. bişməmiş; 2. xam) → Rohstoff (xammal, xam maddə), heizen (yandırmaq) 

→ Heizstoff (yanacaq), kleben (yapışdırmaq) → Klebstoff (yapışqan) və s. 

-schaff [ af] yarımşəkilçisi, həmçinin bəzi isimlərə artırılaraq toplu formasın-

da parça materiallar mənasını bildirən isimlər  əmələ  gətirir: das Kleid (paltar) – 

Kleiderstoff (əlbəsəlik qumaş), die Baumwolle (pambıq) → Baumvollestof (pambıq 

parça), der Futter (astar) → Futterstoff (astarlıq parça), der Anzug (kostyum) → 

Anzugstoff (kostyum parça). 

-stoff yarımsuffuksi isimlərə və feilə artırılaraq təhsillə, yaddaşla, musiqi və s. 

bağlı  məna bildirən isimlər düzəldir: das Gedächtnis (yaddaş, hafizə)  → 

Gedächtnisstoff (öyrənilmiş maddələr), ona sinonim olan Lehrstoff sözünü də bura 

əlavə etmək olar. Gespräch (şöhrət, danışıq)  → Gesprächsstoff (danışıq), lernen 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



143

(oxumaq) → Lernstoff (oxu (dərs) materialı), die schule (məktəb), die Schulestoff 

(məktəb ləvazimatı), der Unterricht (dərs)  → Unterrichtsstoff (dərs danışma, dərs 

nəqletmə) və s. 

Ədəbiyyat 

 

1. Словарь словообразовательных элементов немецкого языка. Москва. 1979. 



2. Степанова М.Д. Словообразование современного немецкого языка. Москва. 

1953. 


3. Almanca-azərbaycanca lüğət. Bakı, 1971. 

4. Deutsch-Türkisch Wörterbuch (Mevlut Sarı). İzmir. 

 

                                                                                                  Malahat Maharramova 



The role of semi suffixes about muscular genre in wordbuilding 

Summary 


 

The presented article deals with semi suffixes existing in the process of 

wordbuilding in contemporary German language; such as: -affe-; -bruder-; -bulle-; -

fex-; -freund-; -hals-; -hans. Generally in the given article there are more than 30 

suffixes and examples with their explanation and translations into Azerbaijani an 

language. 

 

Малахат Магеррамова 



Роль полусуффиксов, относящихся к мужскому роду, в словообразовании 

Резюме 


 

В  статье  даются  сведения  о  полусуффиксах,  участвующих  в  процессе 

словообразования  в  современном  немецком  языке,  среди  которых  особое 

внимание уделяется полусуффиксам, относящимся к мужскому роду. К этим 

полусуффиксам относятся -agge, -bruder, -bulle, -fex, -freund, -hals, -hans и др. 

В  целом,  в  статье  приводится  с  выше 30-ти  полусуффиксов  и  дается  их 

перевод на азербайджанский язык. 

 

Rəyçi:                   Sərxan Abdullayev 



                   filologiya üzrə elmlər doktoru, professor

 

Filologiya  məsələləri – №7, 2013

 

 



144


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin