Filologiya məsələləri – №7, 2013
60
NURİYYƏ RZAYEVA
Filologiya üzrə fəlsəfə doktoru
AZƏRBAYCAN DİLİNDƏ İNGİLİS DİLİ MƏNŞƏLİ TERMİNLƏRİN
LEKSİK VƏ SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: Dil, termin, tərcümə nəzəriyyəsi, qrammatika, fonetika
Key words: Language, term, theory of translation, grammar, phonetic.
Ключевые слова: язык, термин, теория перевода, грамматика, фонетика.
Məqalədə dilə daxil olan alınma terminlərin terminoloji sistemli
zənginləşməsindən, dildə leksik alınmaların sayının artmasından bəhs olunur.
O cümlədən dilə yeni gələn sözün dilin normalarına uyğunlaşmasının
mürəkkəb linqvistik proses olduğuna görə sözlərin mənimsənilmə dərəcələri
də müxtəlif səviyyədə özünü göstərməsi qeyd olunur.
Həmçinin semanik derivasiya prosesində mənanın genişlənməsi əsas
yer tutmasından, alınma sözlərdə mənanın genişlənməsində ilkin leksik-
semantik variantın arxiseminin mumiləşməsi baza sözlərdə leksik-semantik
paradiqmasının hdudlarından kənara çıxması da mühüm rol oynaması
araşdırılır.
Dilə daxil olan alınma terminlər terminoloji sistemli zənginləşdirir, dil-
də leksik alınmaların sayı artır. Dilə yeni gələn sözün dilin normalarına uy-
ğunlaşması mürəkkəb linqvistik proses olduğuna görə sözlərin mənimsənilmə
dərəcələri də müxtəlif səviyyədə özünü göstərir.(1,s.75) Bəzi sözlər dilə yeni
gəldiyinə, yaxud müəyyən dildaxili səbəblərlə bağlı məhdud dairədə işləndi-
yinə görə yarım mənimsənilmiş alınmalar hesab olunur. Azərbaycan dilindəki
ingilis mənşəli absentizm (absenteeism), aqnostizm (agnosticism), buklet
(booklet), doker (docker), drenaj (drainage), dissident (dissident) klan (clan)
və s. alınmalar belə sözlərdəndir. Bu tip leksik vahidlər semantik cəhətdən
birmənalı olur, daha чox «özgə» reallığı əks etdirir və yeni anlayışların, əşya-
ların hadisələrin dilimizdə ifadəsində xidmət edir. Linqvistik təhlil göstərir
ki, əsasən terminoloji leksikaya aid olan həmin alınmalar semantik cəhətdən
sabitdir, müəyyən funksional sahələrdə işlənir. Onlarda semantik dəyişmələr
nadir hallarda baş verir. Azərbaycan dilində geniş dairədə istifadə olunan,
hətta ümumişləklik qazanaraq dil daxil olan kifayət qədər ingilis mənşəli söz-
lər vardır. Belə alınmalar sözün leksik sistemində özünə möhkəm yer tutmuş-
dur. Büdcə, vaqon, vazelin, boks, yumor, eksport, finiş, park, mağaza, kofe
və s. alınma terminlər dilimizdə geniş işlənməkdədir. Bu sözlərin çoxu həm
fonetik, həm də qrammatik cəhətdən assimilyasiyaya uğramışdır. Bu tip alın-
malar tam mənimsənilmiş leksik vahidlərdən sayılır. Dil əlaqələrinin linqvis-
tik problemləri dəfələrlə diqqət mərkəzində olsa da, alınmaların semantik mə-
nimsənilməsi hələ də kifayət qədər tədqiq olunmasıdır. Məsələn, tədqiqatçılar
alınma sözlərin «yerli» dildəki semantik inkişafını iki mərhələdə götürmüş-
lər: sözün alınması və onun tam mənimsənilməsi. Halbuki, leksik alınma
mürəkkəb və çoxfazalı prosesdir. Bir sıra hallarda leksik alınma dildəki lüğə-
Filologiya məsələləri – №7, 2013
61
vi mənasından başqa sюzalan dildə yeni mənalarda işlənə bilər. Məsələn, icti-
mai-siyasi leksikada işlənən baykot termininin işlənməsində də semantik də-
yişiklik hiss olunmaqdadır. Məlumdur ki, bu söz Azərbaycan dilinə siyasi və
iqtisadi mübarizə formasını bildirən termin kimi daxil olmuşdur. Müasir
dilimizdə "baykot" leksik vahidi özünün terminoloji mənasını saxlamaqla
yanaşı, semantik tutumunu da genişləndirmişdir. Həmin alınma ictimai-siyasi
termin sahəsindən çıxıb məişət çərcivəsində işlənməklə, ümumədəbi dilin fəal
leksik vahidinə çevrilmişdir. "Baykot" leksemi müxtəlif sahələrin terminoloji
sistemində də özünə yer almışdır. Diplomatiya termini kimi, baykotun mənası
"bir dövlətin başqa dövlətlə, ya bir qrup dövlətlə ticarət əlaqələri yaratmaq-
dan və saxlamaqdan imtina etməsi"dir. Diplomatiya terminləri lüğətində tər-
kibində baykot sözü olan aşağıdakı termin-birləşmələr vardır: «beynəlxalq
münasibətlərdə baykot», «baykot elan eləmək»,«baykotu ləğv etmək», «bay-
kota məruz qalmaq», «baykot siyasəti», «siyasi baykot», «baykota əl atmaq»,
«baykota çağırmaq» və s.
Dilin başqa dildən aldığı sözlər müəyyən anlayışların, əşyaların, hadisə-
lərin adlarını ifadə etməyə xidmət edir. Alınma ilkin dövrdə konkret semanti-
kaya malik olur. Adətən söz adi olduğu halda dildə bir sıra mənalara malik
olursa, kecdiyi yeni dildə onun bu mənalarından çox vaxt biri istifadə olunur.
Zaman keçdikcə, alınma söz yeni mənalar qazana bildiyi kimi, əvvəlki məna-
sını itirə bilir. Alınma obyekt dildə semantik transformasiyaya məruz qalır.
Semantik transformasiya dilçilikdə araşdırılmış məsəllərdəndir. Obyekt dildə
alınma sözün mənasının genişlənməsi və ya daralması, onun məcazi mənada
işlənməsi semantik transformasiya kimi başa düşülür.
Bir sıra tədqiqatçılar alınma sözlərə yalnız onların mənalarının daralma-
sının, bu sözlərin məcazi mənalarda işlənməsinin xas olmasını qeyd etmişlər.
Bu fikir sonralar tənqid olunmuşdur (2,s.18) Alınma sözlərin yeni keyfiyyət
qazanması cəmiyyətdə baş vermiş dəyişikliklərlə millətlərarası əlaqələrin, o
cümlədən dil əlaqələrinin genişlənməsi ilə bağlıdır. Masir dюvrdə sюzlərin
semantik strukturunun genişlənməsi, onların yeni mənalarının yaranması mü-
şahidə olunur. İngilis dilində alınmaların semantik cəhətdən genişlənməsi on-
ların həyatımızın müxtəlif sahələrinə nfuz etməsi prosesində baş verir. Ter-
min alınan dildə ictimai-tarixi şəraitlə əlaqədar ilkin təbiətindən uzaqlaşmış,
yeni məna kəsb etmişdir. Məsələn "server" və "servis" terminləri: 90-cı illər-
də həm servis, həm də server sюzlərinin semantikasında dəyişmə baş vermiş-
dir. Terminlər indi sosial-iqtisadi və başqa sahələrə aid anlayışları ifadə edir.
Server - «kiçik və orta biznesdə istifadə olunan, əsas məlumatları saxlayan və
ötürən kompyuter» mənasındadır. Servis söznün daha iki mənası yaranmışdır:
1. məhsulun istehlakı və satışı sisteminin təkmilləşdirilməsinə yönəlmiş
kompleks xidməti təmin edən marketinq fəaliyyətinin alt sistemi; 2. sosioloji
sorğu. Eyni hadisə öznü server termininə mnasibətdə də göstərir. Bu termin
də yeni məna qazanmış, mxtəlif sölərlə yeni terminoloji birləşmələr əmələ
gətirmişdir. İndi server «internet şəbəkəsinə qoşucu kompyuter» mənasında
işlənir: İnternetə girmək üçün əvvəlcə serverə qoşulmaq lazımdır. Bunun
üçün serverin telefon nömrəsi yığılmalıdır» («Media Press» qəzeti, 25 iyul,
2011). Alınma leksika, o cümlədən ingilis dilindən alınma sözlər dilin leksik
Filologiya məsələləri – №7, 2013
62
sistemində gedən proseslərdə fəal iştirak edir.Ümumişlək leksik vahid kimi
alınmış söz terminləşə bildiyi kimi, alınma terminin xüsusi leksik vahid sə-
ciyyəsini qazanması də mümkündür. Müasir dövürdə terminoloji mənanın
itirilməsinin tez-tez baş verməsi tədqiqatlarda qeyd olunur. İngilis dilindən
alınma sözlərdən publisistik mətnlərdə, mətbuatda tez-tez istifadə olunması
onların semantikasına əsaslı təsir göstərir. Mətbuatda işlənən alınma sözlərin
semantik strukturunda dəyişmə baş verir. Sözün məna həcminin genişlənməsi
yeni semlərlə zənginləşməsi özünü göstərir.Belə hallarda determinləşmə se-
mantik genişlənmənın təzahr amilidir. Bir çox innovasiyalar məcazi mənada
istifadə olunur, yeni mənalı söz mxtəlif semantik qrupun sözləri və söz bir-
ləşməsi tərkibində işlənir. Semanik derivasiya prosesində mənanın genişlən-
məsi əsas yer tutur. Alınma sюzlərdə mənanın genişlənməsində ilkin leksik-
semantik variantın arxiseminin mumiləşməsi baza sözlərdə leksik-semantik
paradiqmasının hüdudlarından kənara çıxması da mühüm rol oynayır. Məsə-
lən: Treninq yarış dövür üçün orqanizmin maksimal hazırlığını təmin etmək
üçün edilən məşqlər nəzərdə tutulur. Arxisema «idman məşqidir». Masir dö-
vürdə sözün mənası genişlənmiş və müxtəlif fəaliyyət sahələrində işə hazır
olmaq üçün məşqləri, formanı saxlamağı əhatə etməyə başlamışdır. Reytinq
fərdi və komanda fəailiyyətlərinin ədəbi göstəricisidir. İlk əvvəl şahmata,
sonralar tennisə aid olmuşdur. Hazırda həmin təkbətək mübarizə komanda id-
man növlərində istifadə olunur. Qiymətləndirmənin ədəbi göstəricisi ar-
xisemində dəyişmə baş vermişdir. Ədəbi göstərici əsas götürülmür. Hazırda
reytinq sözünün semantikası genişlənmişdir: «FİFA dnya yığmalarının sent-
yabr ayı üçün reytinq cədvəlini dərc edib» («Olimpiya dnyası», qəzeti, 9-
11.10.2011). Monitor - Bu termin informatikada "1. emal sistemlərində
əməliyyatları idarə və nəzarət edən, yoxlayan maşın proqramı; 2.proqramlaş-
dırma dillərində ümumi vasitələrdən istifadə etmək üçün proseslərin sinxron-
laşdırılması və əlaqələndirmə mexanizmi; S.sistemi idarə edən displey" kimi
mənalarında işlənir. Kompyuterin insan məişətində geniş yer alması onun
dəstəsinə daxil olan monitor söz də ümumişlək leksik qata daxil olmuşdur.
Bununla yanaşı, monitorun «ekran» mənası da vardır. «Kompyuter dəstinə
yeni kvars monitoru daxildir. Belə sюzlər, bir qayda olaraq etnoqrafık, tarixi,
coğrafı, bədii mətnlərdə işlənir. Realiyalar bu və ya digər mətndə ilk dəfə is-
tifadə olunanda tərcüməçi və ya müəllif onun haqqında əlavə izah verir. Sö-
zün sonrakı istifadəsi belə izahı tələb etmir. Alınma söz müxtəlif müəlliflərin
əsərlərində və müxtəlif mənbələrdə rast gəlinirsə və bu zaman alınma sözün
semantikası haqqında əlavə izah verilirsə, onda həmin sözün semantik mə-
nimsənilmə dövrünün başlanması haqqında danışmaq olur. Alınma terminin
dildə istifadə olunma tezliyi, ümumişləkliyi artdıqca onun yeni dilin leksik
sisteminə uyğunlaşma dərəcəsi artır, alınma termin dildə işlələklik və yeni se-
mantik çalar qazandığı zaman özünün əvvəlki mənasını da saxlayır. Bu za-
man termin semantik cəhətdən tam mənimsənilir, ümumişlək sözə çevrilir,
söz yaradıcılığında fəal iştirak edir. Bəzən də termin kimi yox, dilimizə söz
kimi daxil olur və etimon dildən fərqli olaraq leksik-semantik məzmun də-
yişərək terminoloji səciyyə qazanır. Məsələn, ərəb dilində ümumişlək olan
xəta, əmsal, hədd, təcil, srət dilimizdə riyazi sahədə terminləşmişdir. Alınma
Filologiya məsələləri – №7, 2013
63
terminlərin mənimsənilməsi prosesində dəyişmələr müxtəlif mərhələlərdən
ibarətdir. Tədqiqatçılar qeyd edirlər ki, əcnəbi söz semantik cəhətdən əvvəlcə
okkazionalizm kimi götürülür və mətndə xsusi izahat tələb edir. Sonra əcnəbi
söz bir qədər mənimsənildikdə və məzmun planının vahidi ilə onun yeni ifadə
üsulu arasında əlaqə başa düşüldükdə əcnəbi söz resipientin passiv ehtiyatı-
nın vahidi hesab edilir və yalnız bundan sonra aktiv ehtiyata keçərək tam
mənimsənilmiş sayılır [4,s.6].
Beləliklə də, alınma sözlər dilin öz sözləri kimi dəqiqləşir, aydınlaşır.
Dil daşıyıcıları arasında yayılır. Alınma söz yeni dilin leksik-semantik və
qrammatik sisteminə uyğunlaşır. Söz müxtəlif leksik, frazeoloji sintaktik bir-
ləşmələrdə istifadə olunur, sözdüzəldici morfemlərlə işlənmə imkanları artır,
determinləşmə və terminləşmə prosesində iştirak edir. Azərbaycan dilinə ke-
çən belə terminlərin çoxu ümumişlək leksik vahidlər cərgəsində yer almış,
mənimsənilmiş, dilimizin müxtəlif sözdüzəldici şəkilçilərini qəbul edərək,
yeni sözlər yaratmışdır. N.Məmmədli yazır ki, alınma terminin söz yaradıcı-
lıq məhsuldarlığı, müntəzəm işlənməsi, məna anlamının genişlənməsi və s.
əlavə əlamətləri törəmə kimi qəbul edilməlidir. (3,s.38) A.R.Mayorovun fik-
rincə, «alınma söz təkcə yeni mənalarını və ya söz yaradıcılığı məhsuldarlığı-
nı genişləndirməsi ilə deyil, dil sisteminə daxil olduğu üçün bu keyfiyyətləri
qazanması yaxud qazana bilməsi ilə dildə möhkəmlənir. (5.s.8) Y.R.Krısin
isə qeyd edir ki, sюzn funksional aktivliyini semantik mstəqillik təyin edir.
Azərbaycan dilində də alınmaların mstəqillik qazanması, dildə sabitləşməsi-
nin ən mühüm səbəbləri dubletlik yaratmaması,mənaca differensiallaşmasıdır.
Son dövrlərdə komp-yuterin insan məişətinə daxil olması hesablama texnika-
sının srətli inkişafı bu sahədə alınmaların sayının günbəgün artmasına zəmin
yaradır. Kompyuterin məişət texnikasına чevrilməsi alınma sюzlərin də he-
sablama texnikası terminləri olmasına baxmayaraq ümumişlək leksik qatda
yer alması ilə şərtlənir. Məsələn, drayver, monitor, sayt, klaviatur, bord, foto-
şop, veb-sayt, veb-dizayn, internet, internet-klub, intert-klass və s. Masir
Azərbaycan dilində ingilis dilindən ardıcıl və artan sayda sözalma terminolo-
giya sahəsində getdikcə artır. Müxtəlif elm sahələrinin inkişafı onlarda termi-
noloji bazanın zənginləşməsinə səbəb olur. Dilin terminoloji sisteminə, yeni
terminlərin gətirilməsinə müxtəlif aspektlərdən yanaşmaq mümkündür. Yeni
terminə yaranan tələbatın ödənilməsi üçün istifadə olunan termin yaradıcılığı
yollarından biri də terminalmadır. Terminalma terminin başqa dildən hazır
alınmasıdır. Azərbaycan dilinə son illərdə yeni terminlər hazır şəkildə ingilis
dilindən alınır. Siyasi, iqtisadi, sosial sahələrə aid terminlərin dilimizə keç-
məsi artmışdır. Bunun əsas səbəbi юlkənin yeni demokratik inkişaf yolunu
seçməsi, yeni iqtisadi siyasəti qəbul etməsi ilə əlaqədardır. Lakin Azərbaycan
dilinə ingilis dilindən gələn terminlər yalnız bu sahələrlə məhdudlaşmır.
Müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin araşdırılması zamanı son
dövrdə ingilis dilindən alınmaların srətlə artması öznü göstərir. Ancaq dilin
quruluş baxımından fərqliliyi ingilis dilindən alınma terminlərin unifıkasiya-
sına xsusi diqqət tələb edir.
Filologiya məsələləri – №7, 2013
64
Ədəbiyyat
1.
Sadıqova S.A. Masir Azərbaycan ədəbi dilində termin yaradıcılığı
prosesi, B., 2010, 244 s.
2.
Sadıqova S.A. Azərbaycan dili terminologiyasının nəzəri problemləri,
B., Elm, 2002.
3.
Məmmədli N. Alınma terminlər B., Elm, 1997.
4.
Гасанов Б.С. Процесс заимствования и особенности освоения
заимствованных слов в языке (на материале тюркских лексических элементов
в немеком языке). Автореф. дисс. на соиск. канд. филол. наук. Б., 1975.
5.
Майоров А.П. Заимствования в лексике семантической системе языке.
Автореф. дисс. канд. филол. наук. М., 1967, 12 с.
N.Rzayeva
Semantics of the borrowings terms in the modern
azerbaijan language
Summary
The article is deal about the appropriation process new English term-words
is used in Modern Azerbaijan language. In this process the most stage loan-term-
words was compared national words including semantic, graphic, phonetic, morp-
hological sides. Also in article is took basis appropriation level of loan-term-words
phonetic, graphic, grammatical, orthographical and semantic accommodation. Inc-
luding is took information about being grouped on composition phonetic and met-
hod of writting English words which used in Modern Azerbaijan literary language.
Н.Рзаева
Семантика присвоенных терминов
в азербайджанском языке
Резюме
В статье говорится об использовании в азербайджанском языке новых
английских слов-терминов и их присвоении. Важным этапом в этом проессе
является сопоставление полученных терминов с наиональными словами с се-
мантических, фонетических, графических, а также морфологических точек
зрения. В статье основной акент делается на фонетические, графические,
грамматические, орфографические и семантические адаптаии в проессе прис-
воения слов-терминов. Кроме этого, в статье говорится об использовании в
современном азербайджанском литературном языке английских слов, их
правописании и группировании по фонетическому составу.
Rəyçi: Rəfiq Cəfərov
filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri – №7, 2013
65
DİLARƏ HƏMİDOVA
AzTU
MÜASİR İNGİLİS ƏDƏBİ DİLİNDƏ FELİN ŞƏXSSİZ FORMALARI
SİSTEMİNDƏ MƏSDƏRİN YERİ
Açar sözlər: Fellər, ingilis dili, məsdər.
Key words: Verbes, enqlish, inifinitive.
Ключевые слова: Глаголы, англиский язык, инфинитив.
Müasir ingilis dilində məsdər özünəməxsus yer tutan felin şəxssiz formaların-
dan biridir. Onun əsas göstəricisi «to» ədatıdır. Məsdər tarixən fel kökündən düzə-
lən isim olub. Müasir ingilis dilində məsdərin iki formasının («to» və «to»-suz)
mövcudluğu onunla izah olunur ki, onlar iki müxtəlif hal formasına malikdir. Qə-
dim ingilis dilində məsdərin iki halı var idi: adlıq və yönlük. Məsələn, adlıq hal –
ceansan, yönlük hal ceasenne (to choose – «seçmək» mənasında); adlıq hal – lib-
ban, yönlük hal – libbene (to live – «yaşamaq» mənasında); adlıq hal – sprecan,
yönlük hal – sprecenne (to speak – «danışmaq» mənasında).
Yönlük halında olan məsdər adətən məqsəd və istiqamət bildirən «to» sözönü
ilə işlədilirdi. Məsdərin sonrakı inkişafında hər iki suffikslər (-an, -enne) ixtisar
olunmuş və bir forma «to live» halına gəlib çıxmışdır. Məsdərin hal sonluğu və «to»
sözönü ilə adlıq hal xüsusiyyətlərinin itirməsi nəticəsində, «to» sözönü onun əsas
göstəricisinə çevrildi.
Qeyd etmək lazımdır ki, qədim ingilis dilində məsdərin ismi xüsusiyyətləri
onun feli xüsusiyyətlərindən daha qabarıq şəkildə görünürdü. Onun feli xüsusiyyət-
ləri bəzi funksiyalarında özünü göstərirdi. Felin şəxsli forması kimi, məsdər vasitəli
tamamlıq götürə bilirdi və onlar zəfrlər ilə təyin oluna bilirdi.
Məsələn: Ne can ic hoht sinzan (I can
′
t sing) – Mən, oxumağı bacarmıram.
M.Y.Bloxun fikrincə: «By virtue of its general procces naming function, the
infinitive should be considered as the head – form of the whole paradigm of the
verb. (Məsdərin əsas funksiyasını, yəni hərəkətin adını göstərdiyinə görə və onun
bütün fellərin paradiqmalarına görə əsas forma kimi hesab olunmalıdır). Bu keyfiy-
yətə görə yaxşı inkişaf etmiş dillərdə məsdər ismin adlıq halına oxşadıla bilər».
A.A.Şaxmatov ismi məsdəri «verbal nominative» adlandırmışdır.
Baxmayaraq ki, məsdər mənşəcə ismi feldir, lakin dilin inkişafı nəticəsində o,
felin xüsusiyyətlərini alıb və indi fel və isim arasında bir vasitədir. Bu da onun
sintatik funksiyasında özünü biruzə verir.
İsim kimi məsdər cümlədə mübtəda funksiyasında işlənir.
Məsələn, To skate is pleasant.
Bundan başqa isim kimi tamamlıq, predikativ funksiyasında işlənir.
Məsələn, Her greatest joy was to receive letters every week and to write lon
replies.
Baxmayaraq ki, məsdər feli xüsusiyyətlərini daha sonra qazanmışdır, indi o,
daha böyük əhəmiyyət kəsb edir. Məsdərin aşağıdakı feli xüsusiyyətləri var. Felin
şəxsli formaları kimi məsdər zaman, tərzi növ kateqoriyasına malikdir.
Filologiya məsələləri – №7, 2013
66
Tense and aspect
Active voice
Passive voice
İndefinite
to speak
to be spoken
continuous
to be speaking
-
Perfect
to have spoken
to have been spoken
Perfect continuous
to have been
spoken
-
Əvvəllər məsdərin ancaq bir forması var idi. Onun məchulu sonradan inkişaf
etdi. Qədim məsdərin məlum növünə müasir dövrün cümlələrində rast gəlinir. Mə-
sələn: They were to blame = to be blamed
Məsdərin zaman kateqoriyasına gəldikdə isə onu demək olar ki, felin şəxsli
formalarından bir o qədər də fərqlənmir. Belə ki, məsdərin qeyri-müəyyən zaman
forması onun ifadə etdiyi hərəkəti şəxsli formada işlənən felin ifadə etdiyi hərəkətə
eyni vaxtda icra edildiyini bildirir.
Məsələn: I saw him come into the room.
İndiki zamala əlaqədar olan «to expect, to hope, to intendent, want, to wish»
kimi fellərlə qeyri-müəyyən məsdər hərəkəti gələcəyə aid olur.
Məsələn: I expect to go there tomorrow. I hope to find him in the town.
Məsdər modallıq ifadə edən «to want, to try, to long» kimi felləri «niyyət,
istək» mənasında işlənir.
Modal fellər və onların ekvivalentləri ilə bağlı olan qeyri-müəyyən məsdər
gələcəyə aid olan hərəkət bildirir.
Predikat məsdər ifadə etdiyi hərəkətin felin əsas fel ilə ifadə olunduğu hə-
rəkətdən əvvəl icra olunduğunu bildirir. Məsələn, I am glad to have taken your
advice.
Məsdərin davam forması ifadə etdiyi hərəkətin əsas fel formasının hərəkti ilə
eyni vaxt icra olunduğunu göstərir. Məsələn: She seemed to be listening.
Beləliklə, bütün təbiət və cəmiyyət hadisələri kimi, dil də öz yaranışı, mən-
şəyi, inkişaf tarixi və müasir mənzərəsi etibarı ilə olduqca zəngin hadisə və qanu-
nauyğunluqlarından, rəngarəng vahidlər sistemindən ibarətdir. Bu cür mürəkkəb bir
prosesin elmi təhlilini vermək, buradakı obyektiv hadisə və qanunauyğunluqları aş-
kar etmək, hər hansı bir dilin spesifik xüsusiyyətlərini müəyyənləşdirmək və s.
problemlər dilçilik tədqiqatlarında aşkar olur.
Dilçilik elminin bütün elmlər kimi tarixi vardır. Dilçiliyin yaranma tarixi era-
mızdan əvvəlki əsrlərdən başlayır və bu elm təxminən iki min beş yüz illik inkişaf
tarixinə malikdir. Dilçiliyin müxtəlif şöbələrindən biri də qrammatikadır. Qram-
matika problemləri müasir dilçiliyin ən aktual məsələlərinə çevrilmişdir. Qrammati-
ka dilçiliyin tam müstəqil şöbəsi kimi qədimdir.
Qrammatika termini yunanca «gramma» sözündən olub, hərfi yazısı savad
mənasını verir. Qrammatika uzun müddət dil haqqında bilik elmi kimi başa düşül-
müş və dilçilik elmini bütövlükdə əhatə etmişdir. Buna görə də dilçilik sözünün si-
nonimi olmuşdur. Müasir dövrdə isə qrammatika dilin konstruktiv səviyyəsini öyrə-
nən dilçilik sahəsi olub, onun formalarından, onların dəyişmə və birləşmə formulla-
rından bəhs edir. Müasir mənada qrammatika dilin qrammatik quruluşu haqqında
elm sahəsi kimi başa düşülür.
Filologiya məsələləri – №7, 2013
67
Məlumdur ki, qrammatika dilin tacıdır. Qrammatikanın mühüm və geniş sahə-
lərindən biri felin şəxssiz formalarından olan məsdər və məsdər tərkibləridir. Həm
Azərbaycan, həm də ingilis dillərində məsdər və məsdər tərkibləri həmişə dilçi
alimlərin əsas tədqiqat obyektlərindən biri olub. Məsdər və məsdər tərkiblərinin dil-
də oynadığı rolu nəzərə alaraq hər iki dildə onun müqayisəli şəkildə tədqiqinə ehti-
yac duyulur. Məsdər və məsdər tərkibləri tədqiqat obyekti kimi seçilməsində əsas
məqsəd onların dilçilikdə işıqlandırma dərəcəsini və onun ingilis və Azərbaycan dil-
lərində oynadığı rolu müəyyən etməkdən ibarətdir. İlk baxışdan onlar nə qədər sadə
görünsələr də öz qrammatik quruluşuna görə, semantik xüsusiyyətlərinə görə çox
müxtəlif və geniş imkanlara malikdir.
Bildiyimiz kimi, ingilis və Azərbaycan dilləri müxtəlif dil aillərinə mənsub-
durlar. İngilis dili analitik (flektik), Azərbaycan dili isə agglütinativ dil qrupuna
daxildir. Buna görə də bu dilləri bir-biri ilə tutuşdurmaq ümumi və fərqli cəhətəri
aşkar etmək çətin məsələdir. Buna baxmayaraq hər iki dildə felin şəxsiz formaların-
dan olan məsdəri müqayisəli şəkildə öyrənmək vacibdir. Bu mövzu ilə əlaqədar rus,
ingilis dillərində əhəmiyyətli dərəcədə elmi ədəbiyyat olduğu halda felin şəxsiz for-
maları haqqında Azərbaycan dilində verilən məlumatlar elmin bu sahəsinə olan tələ-
batı ödəmir. Buna görə də tədqiqat mövzusu öz aktuallığı ilə diqqəti cəlb edir.
Məlum olduğu kimi Azərbaycan dilinin lüğət tərkibində olan sözlərin böyük
bir qismini fellər təşkil edir. Azərbaycan dilinin qrammatiksında müstəqil nitq his-
səsi kmi tanınan fel bəhsinə hərəkəti bildirən, yəni əşyanın işini, halını, hərəkətini,
vəziyyətini az və ya çox qabarıq və ya cüzi, dinamik və ya qeyri-dinamik şəkildə
ifadə edən sözlər daxildir.
«Fel» temini bizim dilimizə ərəb dilindən keçib. Qeyd etmək lazımdır ki, fel-
lər özünün leksik-semantik, morfoloji, sintaktik, üslub, fonetik və digər xüsusiyyət-
ləri ilə başqa nitq hissələrindən əsaslı şəkildə seçilir.
Ədəbiyyat
1.
И.П.Иванова, В.В.Бурлакова: «Теоретическая грамматика современного
английского языка». Изд.: «Высшая школа». Москва-1981. стр.172-176.
2.
В.Б.Касавин,
В.С.Храковский: «От
пропозиции
к
семантике
предложения». Типология конструкций с предикатными актантами.
Ленинград. Наука. 1985. стр.17.
3.
O.Musayev: «İngilis dilinin qrammatikası». «Maarif» nəşriyyatı. Bakı-1979.
səh.225-226.
4.
M.Hüseynzadə: «Müasir Azərbaycan dili». Bakı-1983. «Maarif» nəşriyyatı.
Д.Гамидова
Без личных глагола английском языке
Резюме
Рол инфинитива в беэ личных глагола английском языке роль и мес-
то инфинитива в беэ личных глагола существенно заметен. В соврешенном
английском языке безличные глаголы играыет особую роль в морфологичес-
кой системе и крепко связань неопределенной формой глагола. В предлоне-
Filologiya məsələləri – №7, 2013
68
ениях безличные глаголы открывают новую формуыупотребления и иногда-
меняет значение мысли в предложниях и дают иные, зависсимые отченки
глагола.
D.Hamidova
The role of infinitive in impersonal verbs in English
Summary
The role and the place of the infinitive in impersonal verbs in English
is essentially noticed.En modern English impersonal verbs play a special role
in morphological systemand is closely connected with the indefinite from of a
verb.Impersonal verbs in sentences create the new from of usage and so-
metimes change the meanings and thoughts in sentences and thoughts in sen-
tences and give another dependant touch of the verbs.
Rəyçi: Rəfiq Cəfərov
filologiya üzrə fəlsəfə doktoru, dosent
Dostları ilə paylaş: |