BƏDİİ MƏTNDƏ PERSONAJ NİTQİNİN LEKSİK XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: bədii mətn, müəllif nitqi, xaraktereloji nitq, dialekt, leksik xüsusiyyətlər
Key words : literary text, author`s speech, characterological speech, dialect, lexical
features
Ключевые слова: художественный текст, авторская речь,
характерологическая речь, диалект, лексические особенности.
Xarakteroloji nitqin leksik tərkibi özünün zənginliyi ilə diqqəti cəlb edir.
«Müəllifin dili ədəbi dilimizin bütün qanun və normalarını özündə eks etdirdiyi halda,
obrazların dili, onların xarakteri, dünyagörüşü, peşə və məşğuliyyəti, ətrafdakılara
münasibəti ilə əlaqələndirildiyi üçün müəllifin dilindən fərqlənir. Çünki tipin işlətdiyi
hər bir söz onun xarakterinin müəyyənləşməsində müstəsna rol oynayır. Onlar ana
dilində danışsalar da, yeri gəldikcə, hamı tərəfindən işlənməyən və başa düşülməyən
sözlərdən də istifadə edirlər. Bu baxımdan onların dili məişət üslubuna daha çox уa-
xın olur» [2, s. 80]. Burada ancaq şifahi nitqdə işlədilən danışıq sözləri, okka-
zionalizmlər, emosional-ekspressiv çalarlı sözlər, terminlər və sənət-peşə leksikası,
nidalar, loru sözlər, dialektizmlər, jarqonlar, klişelər, varvarizmlər və s. oxucu (ta-
maşaçı-dinləyici) diqqətini personajın nitq xüsusiyyətlərinə cəlb etmək üçün işlədilir.
Belə zənginlik müəllifdən düzgün söz seçimi qabiliyyətinin olmasını tələb edir: dəqiq
sözişlətmə müəllifin sənətkarlıq səviyyəsini niümayiş etdirir. Bu zaman nitqin az işlə-
nən nadir sözlərlə yüklənməsi nitqin düzgün qəbul edilməsini çətinləşdirir. Deməli,
«müəllifin sözişlətmə qabiliyyəti» dedikdə, onun təkcə hansı sözləri seçib işlətdiyi
deyil, həm də belə sözləri nə qədər işlətdiyi nəzərdə tutulur. Əlbəttə, əksəriyyət
etibarilə personaj nitqində işlədilən sözləri adresat başa düşür və asanlıqla qəbul edir.
Çünki nitqin bu cür ekspressiv formaları «təkcə subyektiv-xarakteristik və ideya
qiymətləndirilməsini əks etdirmir, təkcə şəxsiyyətin, sosial qrupun nitq üslubunu ifa-
də etmir, həmçinin asanlıqla intellektual dilə tərcümə oluna bilir» [3, s. 181].
Həqiqətən də bədii əsərin yazılması zamanı müəllifin qarşısında külli miqdar-
da məlum dil və nitq faktları durur. Müəllif onlardan öz üslubuna xas olan bir şəkil-
də istifadə edir və personaj nitqində hansısa bir fikri məhz həmin məlum dil hadisə-
lərinə istinad etməklə generalizasiya yaradır. Ancaq burada «məlum fakt» dedikdə,
hansısa bir faktın bütün oxucu -tamaşaçı – dinləyici kütləsinə aydın olduğu nəzərdə
tutulmur: bu faktlar ümumiyyətlə dil fondu üçün məlum olub, ədəbi dil hüdudların-
dan kənarda və ya ədəbi dilin periferiyasında yerləşə bilər. Buna görə də tam haqla
deyə bilərik ki, hər bir müəllif bədii təxəyyülünü kağıza köçürərkən ana dilinin lü-
ğət fondunda, о cümlədən dialektlərdə, şivələrdə, jarqonlarda, terminologiyada və s.
sahələrdə məhz «məlum olan» dil faktlarından istifadə edir; hətta hər hansı bir
müəllifin quraşdırıb dildə işlədilməsi üçün təklif etdiyi hər hansı bir neologizm özü
də əslində boş yerdən götürülmür, məlum dil faktları əsasında tərtib edilir. Beləlik-
lə, ucsuz-bucaqsız dil faktlarının hansı tərzdə istifadə edilməsi hər bir müəllifin ya-
radıcılıq axtarışlarının nəticəsi kimi qəbul edilə bilər. Bu isə bədii söz ustasına dilin
istənilən sahəsindən, istənilən qatından söz və ifadə götürüb işlətməyə imkan verir.
Filologiya məsələləri – №7, 2013
81
Buna görə də bədii əsərin müəllifinə dilin lüğət fondunda mövcud olan hansısa bir
sözü niyə istifadə etdiyinə irad tutmaq olmaz. Onun ana dilindən bütövlükdə istədi-
yi kimi faydalanmaq səlahiyyəti vardır. Onun bu səlahiyyəti hansı şəkildə icra etmə-
si isə yazdığı əsərin bədii keyfiyyətini və oxunaqlığını müəyyənləşdirir. Əksinə, ya-
zıçının hamı üçün deyil, yalnız müəyyən zümrə üçün məlum olan dil faktından
istifadə etməsi onun (yazıçının) həmin faktı bədii ədəbiyyat vasitəsi ilə ədəbi dildə
məşhurlaşdırması kimi – müsbət hal kimi qiymətləndirilə bilər. Burada isə həmin
cür faktların personaj nitqində işlədilməsi onların geniş oxucu kütləsi üçün daha da
şəffaflaşdırılmasına imkan verir, çünki belə sözlər müəllif nitqində işlədilərkən
müəyyən dərəcədə «üstündən keçildiyi halda», personaj nitqində işlədilərkən müəy-
yən izahla aydınlaşdırılması imkanına malik olur. Hərçənd ki, buna qarşı çıxan
dilçilər də vardır. Məsələn, V.V.Veselitski yazır ki, loru dil sözlərindən ədəbi dili
zəif bilən və ya ona saymazyana yanaşanlar daha çox istifadə edir; digər tərəfdən,
loru və dialektlərdən alınmış sözlərdən həm də uğursuz yerə nitqi «dirçəltmək», ona
daha çox obrazlılıq vermək istəyənlar istifadə edirlər. Jarqonizmlərdən və
vulqarizmlərdən istifadə edənlər dahaçox nitqdə orijinallıq etmək, «dəb sözləri»
işlətmək istəyənlərdir. Zənnimizcə, bu fikir bədii əsərlərə münasibətdə haqsızlıq
sayıla bilər. Hər şeydən başqa ona görə ki, bədii mətndə personaj nitqi personajın
mənsub olduğu zümrəni təmsil etməyəndə, bir qayda olaraq, əsərin dili həddən artıq
normalaşdırılmış olur və ağırlaşır.
Deməli, bədii ədəbiyyatda loru dil sözlərindən, dialektizmlərdən, jarqonizm-
lərdən və s. istifadə edilməsi heç də yazıçının «şıltaqlığı» ilə əlaqələndirilməməlidir,
əksinə, bu hal bədii mətnin reallıqla əlaqəsini daha da gücləndirir, oxucunu «inan-
dırmağa» kömək edir. Şekspirin təqdimatında təlxəklərin hamısı yalnız nəsrlə danı-
şır. «Maqbet»də qapıçının və ya «Hamlet»də qəbirqazanların poetik dildə danışdığı-
nı təsəvvür etmək çətindir. Deməli, nitq situasiya ilə də sıx əlaqədar olur, təkcə da-
nışanın deyil, həm də vəziyyətin səciyyələndirilməsinə xidmət edə bilir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, yaratdığı personajları fərdiləşdirərkən
Şekspir hər kəs üçün ayrıca spesifik leksikadan istifadə etməmişdir (Şekspir döv-
ründə xarakteroloji nitq yaradılması hələ ədiblərin diqqətini cəlb etmirdi). Yalnız
tək-tük komik personajların dilində leksik fərqlər özünü göstərir. Bir qayda olaraq,
xarakteroloji leksika Şekspir əsərlərində ayrıca leksikadan daha çox, obrazların
qəlizliyi ilə əvəz edilir. Bununla belə, bəzən hər halda leksik xarakterologiya da
özünü göstərir. Məsələn, Yaqonun nitqində dənizçilik metaforlarından və müqayisə-
lərindən istifadə edilmişdir. Görünür, Yaqo keçmişdə dənizçi olmuşdur [1, s. 56].
Eləcə də Yaqonun əsərin qəhrəmanlarına tələ qurduğu səhnələrdə poetiklik
sıradan çıxır, Yaqo «normal» nəsr dili ilə danışır. Məsələn, müq. et:
Yaqonun səhnəyə ilk gəlişindəki nitqindən parça:
Iago.
Despise me, if I do not. There great ones of the city,
In personal suit to make me his lieutenant,
Off capp'd to him: - and, by the faith of man,
I know my price, I'm worth no worse a place: -
But he, as loving his own pride and purposes,
Evades them, with a bombast circumstance
II aktda Roderiqo ilə söhbətindən parça:
Filologiya məsələləri – №7, 2013
82
Iago. Lay thy finger thus, and let thy soul be instructed. Mark me with what
violence she first loved the Moor, but for bragging, and telling her fantastical lies:
and will she love him still for prating? Let not thy discreet heart think it. Her eye
must be fed; and what delight shall she have to look on the devil? When the blood is
made dull with the act of sport, there should be - again to inflame it, and to give
satiety a fresh appetite - lovelyness in favour, sympathy in years, manners, and
beauties; all which the Moor is defective in: now, for want of thes.
Ümumiyyətlə, əsərdə Yaqonun nəsrlə danışdığı belə epizodlara tez-tez rast
gəlirik. Bu, bir tərəfdən, Yaqonun nitqinin pafosunu aşağı salmağa, onu başqa-ları-
nın nitqindən fərqləndirməyə (xəyanəti yüksək pafoslu poetik nitqlə quraşdırmaq
çətin və görünür, lazımsızmış), digər tərəfdən, başqa epizodlardan fərqlənən nitq si-
tuasiyası yaratmağa xidmət edir. Ancaq eyni personajın danışığında poetik nitqdən
tez-tez nəsrə keçid özü də Yaqonun nitqini xarakterolojiləşdirir, onu başqalarının
nitqindən ayırır, tipik bir hala çevirir.
Bəzən personajın nitq strukturu poliqlossiya amili əsasında da qurulur. Tomas
Mannın qəhrəmanları içərisində qoca İohann Buddenbrokun nitqi ədəbi dil, aşağı al-
man dialekti və fransız dili elementlərinin struktur-leksik qatışığı şəklində təqdim edil-
mişdir. E.Ştrittmatterin qəhrəmanı vaxtilə bir qədər tibb təhsili almış meşəqıran Ramşın
nitqi təbabət terminləri ilə ingilis söyləmlərinin və leksik vahidlərin qatışığından
ibarətdir. Hər iki halda personajların bu cür nitq strukturu müəlliflər tərəfindən qəhrə-
manın xarakterologiyasının verilməsi məqsədi güdür. Ancaq birinci halda öz dövrünün
nəslini təmsil edən qoca İohannın nitq xarakterologiyası sosial-tipikləşdirilmiş və fərdi-
obrazlı nitq strukturunu əks etdirirsə, ikinci halda poliqlossiyadan qəhrəmanın ən parlaq
sifətlərini kinayəli səsləndirmək məqsədi ilə istifadə edilmişdir. Bununla yanaşı, hər iki
halda personajların nitqi onların səciyyəsinin tipoloji modelini müəyyənləşdirən əla-
mətdar xüsusiyyətlərlə əlaqələndirilir [4, s. 112].
Şivə ünsürlərinə, əcnəbi sözlərə, arqo vo jarqon ifadələrinə, söyüş səciyyəli
leksik vahidlərə «yalnız bədii üslubda rast gəlmək olur, özü də sırf gərgin üslubi
məqsədlə əlaqədar: personajların nitqinin fərdiləşdirilməsi, yerli, ya milli koloritin
və s. yaradılması üçün». Dialekt və şivə elementlərinin, məhəlli sözlərin personaj
nitqində işlədilməsi hər şeydən əvvəl həmin nitqi söyləyən personajın regional
mənsubiyyəti haqqında siqnal verir.
T.Drayzerin «Аmerika faciəsi» romanından aşağıdakı epizoda baxmaq olar:
In the meantime, Clyde, in tow of this new mentor, was listening to a line of
information such as never previously had come to his ears anywhere.
"You needn't be frightened, if you ain't never worked at anything like dis
before," began this youth, whose last name was Hegglund as Clyde later learned,
and who hailed from Jersey City, New Jersey, exotic lingo, gestures and all. He was
tall, vigorous, sandy-haired, freckled, genial and voluble. They had entered upon an
elevator labeled "employees." "It ain't so hard. I got my first job in Buffalo t`ree
years ago and I never knowed a t'ing about it up to dat time. All you gotta do is to
watch dc udders an' sec how dey do, see. Yu get dat, do you?"
Clyde whose education was not a little superior to that of his guide,
commented quite sharply in his own mind on the use of such words as "knowed,"
and "gotta" - also upon "t'ing," "dat," "udders," and so on, but so gratefulwas he
Filologiya məsələləri – №7, 2013
83
for any courtesy at this time that he was inclined to forgive his obviously kindly
mentor anything for his geniality.
Klayd yol yoldaşından daha savadlı idi, beynində onun knowed, gotta, t'ing,
dat, udders kimi sözləri səhv tələffüz etməsi və jarqon sözlərindən istifadə etməsini
qınayırdı.
Eləcə də nəzərə almaq lazımdır ki, real nitq heç də ancaq dialekt ünsürlərin-
dən ibarət olmur. Burada dialekt loru dillə çulğalaşır ki, bu da özlüyündə bir norma-
dır, ancaq qeyri-ədəbi bir normadır. Əgr belə çulğalaşma olmasa, yalnız dialektdə
işlənən sözlər özlüyündə hamı tərəfindən başa düşülməz, loru dildə işlənmə dialekt
ünsürlərini ədəbi dilə yaxınlaşdırır, onları anlaşıqlı edir.
A.Ueskerin «Köklər» pyesində Biti Londondan Norfolkdakı öz doğma kəndi-
nə gəlir. Burada dramaturq çox böyük cidd-cəhdlə yerli dialekti verməyə çalışır. Bi-
ti öz qohumları – kənd təsərrüfatında çalışan fəhlə Cimmi və onun arvadı Cenni ilə
söhbət edir:
Jenny: ...Did Jimmy tell you he've bin chosen for the Territorials' Jubilee in
London this year?
Beatie: What's this then? What'll you do there?
Jimmy: Demonstrate and parade wi `arms and such like.
Beatie: Won't do you any good.
Jimmy: Don't you recon? Gotta show we can defend the country, you know.
Demonstrate arms and you prevent war.
Beatie: Won't demonstrate anything bor... Have a hydrogen bomb fall on you
and you'll find the things silly in your hands.
Jimmy: So you say gal? So you say? That'll frighten them other buggers
though.
Beatie: Frighten yourself у'mean...
Göründüyü kimi, mətn parçasında Norfolk kəndlərindən birinin əhalisinin
yerli nitq xüsusiyyətləri fərqləndirilmişdir. Əsərin qəhrəmanı Biti də qayıtdığı
doğma kəndinin danışıq xüsusiyyətlərini öz nitqində bərpa etməyə çalışır.
Again a series of ejaculations went up.
"Sure!"
"Would your daughter like to learn Chinese?"
"Hey, I can speak Italian! My mother was a wop."
"Maybe she'd like t'learna speak N'Yawk!"
"If she's the little one with the big blue eyes I can teach her a lot of things
better than Italian."
"I know some Irish songs—and I could hammer brass once't."
Mr. Washington reached forward suddenly with his cane and pushed the
button in the grass so that the picture below went out instantly, and there remained
only that great dark mouth covered dismally with the black teeth of the grating.
(F.Scott Fitzgerald)
Verilmiş parçada "Maybe she'd like t'learna speak N'Yawk!" = to learn to
speak New York -«Nyu York dilində danışmağı öyrənmək» deməkdir; qəribədir ki,
bu sözlərin özü də Nyu York loru dilini əks etdirir.
Bununla məlum olur ki, dialekt ünsürləri hətta personaj nitqi – müəllif nitqi
ədəbi dil inkişaf xəttini keçərək ədəbi dilin leksik tərkibinə daxil ola bilir. Bunun
Filologiya məsələləri – №7, 2013
84
üçün ilk növbədə belə sözlərin bədii əsərdəki personajın nitqinə yol tapması, onun
personaj nitqində işlənmə tezliyinin yüksəlməsi və bununla kütləviləşməsi, müəllif
nitqinə yol tapması əsas şərtdir. Lakin dialekt ünsürlərinin bu cür inkişaf xəttini
keçməsi üçün uzun bir zaman kəsiyi tələb olunur; dialektizmlərin ədəbi dilə
keçməsini hansısa bir nəsil açıq-aşkar hiss etmir, bu hadisə nəsillər arasında gizli
şəkildə cərəyan edir; xalqın müəyyən bir nəslinin nümayəndələri belə dialektizmlə-
rin yalnız yazıya gətirilmə prosesini izləyə bilirlər. Buna görə də dialekt və loru dil
sözlərinin işlədilməsi əsasən xarakteroloji nitq üçün səciyyəvi sayılır.
S.İ.Vinoqradov XIX-XX əsrin əvvəllərinin rus ədəbiyyatında personajları
səciyyələndirən xarakteroloji nitq əlamətlərini aşağıdakı şəkildə ümumiləş-
dirmişdir:
1) səhv və ya yersiz xarici dil sözlərinin işlədilməsi;
2) bədahətən meydana çıxan təbii danışıq nitqi elementlərinin işlədilməsi;
3) qeyri-ədəbi dildə, loru dildə, dialekt və şivələrdə, jarqonlarda və sənət-peşə
leksikasında mövcud olan leksik və frazeoloji vahidlərin işlədilməsi.
Göstərilən leksik qatlara məxsus nominasiyaların işlədilməsi personajların
fərdiləşdirilməsinə, obrazın daha parlaq və tam dramatik təcəssümünə kömək edən
vasitə rolunu oynayır.
Beləliklə, leksik xarakterologiya dedikdə, bir tərəfdən, ədəbi dil hüdudların-
dan kənarda yerləşən danışıq dili sözlərinin, digər tərəfdən isə, ədəbi dilin özünə
məxsus leksik vahidlərin köməyi ilə nitqin fərdiləşdirilməsi və bununla personajın
nitq vasitəsi ilə səciyyələndirilməsi başa düşülür.
Ədəbiyyat
1.
Qazıyeva M.Ə. Səhnə və ekran nitqinin linqvistik və kulturoloji xüsusiyyətləri.
Bakı, Mütərcim, 2001, 160 s.
2.
Paşayev A, Cəfərova E. Bədii üslubda obrazlılığın ifadə imkanları. Bakı,
Mütərcim, 2006, 124 s.
3.
Виноградов В.В. О языке художественной литературы. Москва, Худ. лит-
ра, 1959, 656 с.
4.
Гогулан М.В. Роль фразеологических единиц в формировании авторской и
персонажной модальности. Москва, 1988, с.121-128.
5.
Гончарова Е.А. Пути лингвостилистического выражения категорий автор-
персонаж в художественном тексте. Томск, 1984, 150 с.
6.
F.Scott.Fitzgerald. Selected Short Stories. Moscow, Progress Publishers, 1979.
Лала Рзаева
Лексические особенности речи персонажа в художественном тексте
Резюме
Для придания характерологичности речи персонажа автор в основном
использует так называемые непопулярные слова из периферии литературного
языка. Лексический состав характерологической речи вызывает внимание бо-
гатством своего арсенала. Здесь в определенно максимальной дозе упот-
ребляются чисторазговорные слова, окказионализмы, слова с эмоционально-
Filologiya məsələləri – №7, 2013
85
экспрессивной окрашенностью, термины и образцы профессиональной лекси-
ки, междометия, диалектизмы, жаргонизмы, клише, варваризмы и т.п., кото-
рые и определяют характер персонажа с разнообразных ракурсов.
Lala Rzayeva
Lexical features of personage speech in a literary text
Summary
For making personage`s speech characterological the author mostly uses
unpopular words from periphery of the literary language. Lexic content of charac-
terological speech attracts attention of rich arsenal.
Conversational words are used in maximal dose, occasionalisms, the words
with expressive colouring, terms and the patterns of occupational lexics, dialec-
ticism, interjections, slang, barbarisms, etc, which determine the character of per-
sonage from different point of view.
Rəyçi: Dosent Leyla Cəfərova
Filologiya məsələləri – №7, 2013
86
SƏBİNƏ QULİYEVA
AMİ
MÜASİR TƏHSİLİN MƏZMUNU VƏ ONUN HƏYATA
KEÇİRİLMƏSİ
Açar sözlər: təhsilin məzmunu, müəllimin peşəkarlığı, texnologiya və məzmun,
kurikulum, öyrənənlər kontingenti
Key words: the content of the education, teacher's professionalism, technology and
content, National Curikulum, learners' contingency
Ключевые слова: содержание образования, профессиональностучителя,
технология и содежания Национальный Курикулум, контингент учащихся
Cəmiyyətdə təhsilin rolu mürkkəb və ziddiyyətlidir. Xüsusilə, formalaşan ye-
ni ictimai, iqtisadi münasibətlər cəmiyyətin inkişafında əvəzsiz rol oynayan təhsilin
qarşısında daha mürəkkəb vəzifələr qoyur. Bu səbəbdən öz həyat və fəaliyyətini
düzgün təşkil etməklə cəmiyyət üçün faydalı olan, ömürboyunca təhsilini davam et-
dirməyi bacaran, icma ilə təmasdan çəkinməyən, tənqidi düşünən fəal, tədqiqatçı,
ictimaiyyətçi, idarəçi, bir şəxsiyyəti, demokratik cəmiyyətin vətəndaşını yetişdir-
mək təhsilin qarşısında duran əsas vəzifəyə çevrildi. Qeyd olunan vəzifəni həyata
keçirmək üçün Azərbaycanda bir sira düşünülmüş islahatlar həyata keçirildi, təhsili-
mizin kursu müəyyənləşdi və həmin kurs uğurla davam etdirilir. Aparılan islahatla-
rın ilk günündən milli liderimiz Heydər Əliyevin tövsiyələri əldə rəhbər tutulmuş-
dur. O deyirdi: “Mənim sizə tövsiyəm ondan ibarətdir ki, islahatları düşünülmüş
qaydada aparasınız, formalizmə, konyunkturaya yol verməyəsiniz, Azərbaycanın
milli ənənələrinin üstündəm keçməyəsiniz. Bunlar həqiqətən lazımdır ki, həm Azər-
baycan təhsilini dünyanın inkişaf etmiş ölkələrinin təhsili səviyyəsinə ardıcıl surət-
də çatdırsın, həm də burada səhvlər buraxılmasın, mövcud yaxşı işlər pozulmasın”.
(1, 3)
Azərbaycanda təhsilin məzmunun və onun keyfiyyətinin müasir tələblərə ca-
vab verməsini təmin etmək üçün atılan uğurlu addımlardan biri təhsil standartlarının
tətbiqidir. Təhsil standartı ictimai idealı əks etdirən, bu ideala nail olmaq üçün
şəxsiyyətin və təhsil sisteminin real imkanlarını nəzərə alan və dövlət təhsil norma-
ları kimi qəbul edilən əsas parametrlər sistemidir.(4, 124). Təhsil standartları əksər
ölkələrdə tətbiq olunur və daim yenilənir. Təhsil standartları aydın şəkildə müəyyən
qaydalar toplusu kimi məktəb kurikulumlarının məzmunu təşkil edir, yəni məcburi
minimum bilik və bacarıqların məcmusudur ki, ölkənin bütün şagirdləri ona sahib
olmalıdır.
Təhsilin məzmunu. Uzun müddət didaktika anlayışının mənsını izah etmək
üçün deyirdilər: o aşağıdakı suallara cavab verir: nəyi və necə öyrətmək? Bu suallar
öz aktullığını saxlasa da, günün tələblərinə uyğun olaraq təhsilin qarşısında yeni
sualar yaranıb: nə üçün öyrədim(məqsəd), kimi öyrədim (obyekt). Əgər bu sualları
birləşdirsək 4 sualdan ibarət bir zəncir yaranacaq: kimi öyrədək?(öyənənlər kontin-
genti), nə üçün öyrədək(məqsəd), nəyi öyrədək(məzmun) və necə öyrədək (metod).
Təhsilin məzmunu pedaqoji ədəbiyyatlərda müxtəlif cür izah edilir. Təhsilin
məzmunu-bilik, bacarıq, təcrubə, yaradıcı fəaliyyət, dünyaya emosional münasibə-
Filologiya məsələləri – №7, 2013
87
tin pedaqoji uyğunlaşması olub və onların mənimsənilməsi insan şəxsiyyətini for-
malaşdırır.
Təhsilin məzmunu-müəyyən tip tədris müəsissələrində öyrənmək üçün
seçilmiş biliklər sistemi başa düşülür(4, 125)
Təhsilin keyfiyyətini yüksəltmək üçün aşağıdakı məsələlər daim diqqət
mərkəzində saxlanılmalıdır.
Dostları ilə paylaş: |