Wolf (isim) canavar, qurd acgöz, qarınqulu; xain, paxıl
Wolf (fel) yemək acgözlüklə yemək
Wolfish canavar, qurd(canavara aid olan) qəddar, zalım, yırtıcı, vəhşi
Fox (isim) tülkü bic, hiyləgər
Fox (fel) _____ hiyləgərlik etmək
Tiger pələng dalaşqan, qəddar insan
Foxy tülküyə aid olan hiyləgər, bic
Lion (isim) şir, aslan 1)cəsur; 2) şöhrət, məşhurluq
Lion-hearted _____ cəsur, mərd və alicənab
Bear ayı ağırtərpənən, ləng insan
Monster div, əjdaha eybəcər, kifir, çirkin, əcaib
Cat pişik şallag
Leech zəli qansoran, soyğunçu
Beast heyvan, vəhşi kobud, qanmaz, əclaf
Çox maraqlı haldır ki, İngilis dilində “donuz” sözünün həm isim, həm də fel
kimi bir çox mənası vardır ki, bunların da əksəriyyəti məcazda işlədilir. Sözün mə-
nalarına fikir verək:
Pig n.
1)
Donuz, çoşka, donuz potası, donuz balası;
2)
Iri çoşka; roast ~ qızardılmış çoşka
3)
D.d. donuz, sırtıq, utanmaz, nacins, nankor, həyasız, ədəbaz (adam)
4)
Pinti, natəmiz (adam)
5)
Amer, əxlaqsız, pozğun qadın
6)
Dəmir parçası, külçə
7)
D.d. xoşagəlməz situasiya; pis vəziyyət
8)
Tex. Külçə, qəlib
9)
Sl. Polis...(4, 665)
Pig II (V)
1)
Çoşkalanmaq, balalamaq (donuz haq.)
2)
Donuz kimi çirk içində yaşamaq
3)
~ te d.d. daldalanmaq, sığınmaq, sıx və darısqallqda yaşamaq ( 4, 665)
“cat” sözü də həmçinin bu cür xüsusiyyətə malikdir:
Filologiya məsələləri – №7, 2013
190
Cat (n)
1)
Erkək pişik, dişi pişik
2)
Pişikkimilər fəsiləsi
3)
D.d intriqaçı, aravuruşduran qadın
4)
Şallaq, qamçı, tatarı, gövdə (sürünən və ya qıvrılan bitkilərin uzun gövdəsi)
5)
Ket (yelkənli gəmi) (4, 132)
B) quş adlarının insanlar üzərində yönəldilən sözlər:
Bill (v) ~ and coo
1)
Quruldamaq (göyərçin haqqında)
2)
Şirin-şirin söhbət etmək
Coo (n)
1)
Quruldama (göyərçinlərdə)
2)
Şirin söhbət
Coo (v)
1)
Quruldamaq (göyərçin haqqında)
2)
Şirin-şirin söhbət etmək
Brood I (n)
1)
Anadan ayrılmış balalar (quş, heyvan haqqında)
2)
Çoxlu, bir yığın
Brood II (v)
1)
Kürt yatıb bala çıxartmaq
2)
Götür-qoy eləmək, fikirləşmək
Brooder (n)
1)
Inkubator
2)
Fikrə getmiş adam
Broody (a)
1)
Kürt yatıb bala çıxardan (qırt toyuq haqqında)
2)
Fikirli, kədərli, məyus
Duck
1)
Ördək
2)
əzizim, əziz, gözəlim, quzum; cəmdə parusindən tikilmiş şalvar
Yuxarıda göstərilən misalların mənaları məcazda işlədilmişdir.
Nümunələrdən göründüyü kimi, bəzi sözlərin məcazi mənası Azərbaycan
dilində işlədilən mənalarla həmahəngdir.
3)
Ayrı-ayrı sözlərin canlılar üzərində məcazlaşması:
Alloy (cilovlamaq, qəmləndirmək), alms-house (tənbəlxana), bay (çıxılmaz
vəziyyət), blight (adamı məyus etmək, planları alt-üst etmək), blot (təhqir etmək,
rüsvay etmək, ləkələmək), breathe (yaşamaq, mövcud olmaq), flag (ruhdan düş-
mək), fringe (ifratçılıq), glaring (kobud, diqqətli baxış), glory (xoşbəxtlik, səadət),
gulf (acgöz, gözüdoymaz), hurry (səbirsizlik), implant (beyninə yeritmək), indica-
te (fikir vermək), inhale (nəfəs almaq), lasyh (tənqid etmək), duck (yaltaqlıq et-
mək) və s...
4)
Sözlərin müxtəlif mənalar üzərində məcazlaşması:
Broach (burğu ilə deşik açmaq), buskin (fəlakət), cancel (ləğv etmək, poz-
maq), cap (bütün sərhədləri aşmaq, bitirmək, bitmək), channel (1. Mənbə, ötürücü
vasitə; 2.müəyyən bir məcraya yönəltmək), country (vilayət, bilik sahəsi), decoy
Filologiya məsələləri – №7, 2013
191
(aldatmaq, səhv etmək, dolamaq), dilute (cuzi, çox kiçik, mənfur), downhill (uc,
qurub, batma), feast (ləzzət, həzz, zövq), flame (parıltı), frare (partlayış, gözlənil-
məz səs, qabarıq yer), flavour (maraq oyatmaq), flaw (zədə, nöqsan), fog (qarışıq-
lıq), flush (rəng, çiçəklənmə), grasp (hakimiyyət), helm (sükan), hoof (sıxmaq,
sıxışdırmaq, piyada getmək), hoot (səs çıxartmaq (bayquş)), hurt (əziyyət, iztirab),
imprint (ştamp, basma), loft (yüksəliş, tərəqqi, inkişaf) və s.
Ingilis dilində bu cür metaforalardan çox yazmaq olar. Lakin bu, geniş bir
tədqiqat işi tələb edir.
Onu qeyd edə bilərik ki, bədii ədəbiyyatda işlədilən metaforalar bir çox üslubi
xüsusiyyətlərə malikdir. Belə ki, metafora obrazları səciyyələndirir, inandırıcı
təsəvvür yaradır; hər bir personajın dilini obrazlı edir, onda həyəcan və hiss yara-
dır; nəvaziş və s. bu kimi funksiyalardan istifadə edilir.
Ədəbiyyat
1.
Б.Меулах «Метафора как элемент художественной системы» «Вопросы
литературы» Л. 1959
2.
Ə. Dəmirçizadə “Azərbaycan dilinin üslubiyyətı”. Bakı, 1962.
3.
“Azərbaycan dilinin izahlı lüğəti” (3 cildlik) 1ci ciold. Bakı, 1997
4.
“ İngiliscə- Azərbaycanca lüğət”. Bakı, KM, 2012
S.Bagirova
The words with qa figurative meaning in the Azerbaijan language
Summary
The article deals with the words with figurative meaning and its ways of
expressions are shown here. The words with figuratve meanings appear in the
multiciphered process and a lot of examples are given in the article. At the same
time the ways of formation the words with figurative meanings are expressed here.
The figurative meaning of every word are reflected in this article.
С.Багирова
Слова метафорическим значением на английском языке
Резюме
В статье рассказывается о словах метафорическим значением, исползо-
ванные на английском языке и указывается их средства выражения на азер-
байджанском языке. Здесь подробно говорится о форморивании метафора,
главном образом в процесс многозначении слова, приводятся примеры. Так-
же в статье нашло свое отражение пути появления метафор на английском
языке. Даны метафорические значении каждого слова на азербайджанском
языке.
Rəyçi: Rəfiq Cəfərov
filologiya üzrə fəlsəfə doktoru
Filologiya məsələləri – №7, 2013
192
ŞƏLALƏ QULİYEVA
BDU-nun “Televiziya və radio
jurnalistikası” kafedrasının dissertantı
selale_meh@mail.ru
“RADİO DİLİ” “AUDİONİTQ” MƏDƏNİYYƏTİNİN ƏSASIDIR
Açar sözlər : radio dili, audionitq, canlı danışıq, dil üslubları, radiojurnalistikanın
xüsusiyyətləri.
Ключевые слова: язык радио, аудиоречь, живой голос, языковой жанр,
отличительные черты радиожурналистики.
Key words: radio language, audio speech, live conversation, language styles, the
structures of radio journalism.
Radio kütləvi kommunikasiya vasitəsi olduğu üçün onun dili mənsub olduğu
sahənin bütün tələblərini özündə ehtiva edir. Lakin həm yazılı, həm də şifahi nitq
mədəniyyətinin bütün çalarları ilə zənginləşən radio cəmiyyətin hər bir üzvünün eşi-
dilən səsi olduğundan, səslər aləminin rəngarəng portretini yaratmağa müvəffəq
olub. Professor A.A. Şerel deyir ki, “müasir gənclər radionu əyləncə və aralarında
musiqili ünsiyyət məkanı sayırsa, yaşlı nəsil bu barədə tamamilə fərqli düşünür, ra-
dio danışığını ali nitq mədəniyyətinin bir nümunəsi, ədəbi dilin mühafizəçisi hesab
edirdi...” (9.s.4).
Vaxtilə dil normalarına ciddi riayət edən radio əməkdaşları sözə və danışığa xü-
susi fikir verir və tələb olunan səviyyədə efir materialları hazırlayırdılar. Müasir dövrdə
isə kommunikasiya vasitələrinin çoxalması, audiopublisistikanın müxtəlif məkanlardan
eşidilməsi nəticəsində, əvvəlki ənənələrin qorunub-saxlanması istiqamətində köklü
problemlər yaşanır. Yeni radioların və internetdə bu sahənin fəaliyyətini izləyəndə
açıq-aşkar hiss olunur ki, efir sərbəstliyindən, demokratik dəyərlərin geniş meydan
açdığı bu mühitdən düzgün yararlanmamaq dilə xüsusi təsir göstərir.
90 ilə yaxındır ki, Azərbaycan Radiosu daima ədəbi dilin keşiyindədir. Şərqin
ilk efiri olan bu sənət dünyasında əvvəldən bugünə kimi dil məsələsinə xüsusi in-
cəliklə yanaşılır. Ancaq nəzərə alsaq ki, radiojurnalistikada işlənən üslublar rənga-
rəngdir və tematik baxımdan müxtəlif mövzulara müraciət olunursa, deməli, onda,
verilişlərin dili də bir-birindən xeyli dərəcədə fərqlənməlidir.
Radioda səslənən verilişlərin hər birinin öz dili var. Ona görə də alimlər radio
dilinin konkret tərifini verməkdə, vahid bir nəzəriyyəsini yaratmaqda, araşdırmala-
rın sonunda hansısa qənaətə gələ bilmirlər. Radionun yeni fəaliyyət dövründə təd-
qiqatçılar onun qəzet və kitab dilindən fərqli olaraq danışıq dili olduğunu söyləyir-
dilər. Sonralar bu fikirlər özünü doğrultmadı. Nitq mədəniyyətinin bir nümunəsi ki-
mi radio dilinin spesifik xüsusiyyətlərini araşdırmağa başladılar. Radioda çalışan
insanların sənətkarlıq məsələlərini araşdıran mütəxəssislərin diqqətini radio dilinin
özünəməxsus prinsipləri cəlb etdi. Ötən əsrin sonlarında radio dili haqqında ilk nə-
zəri fikirlər üzə çıxdı. Rus tədqiqatçısı M. Zarva “Slova v efire” kitabında yazır:
“Radioda ədəbi dilin müxtəlif sahələri, o cümlədən həm kitab dili, həm də danışıq
dili özünü göstərir. Lakin radio dilini bütövlükdə danışıq dili hesab etmək doğru de-
yil.” (10.s.41-42).
Filologiya məsələləri – №7, 2013
193
Professor Nizami Xudiyev yazır: “Radioda səslənən dil ədəbi tələffüz norma-
larına əməl olunmaqla işlədilən mədəni dilidr. Lakin bu dil nə tamamilə rəsmi, nə
də bir o qədər bədii dildir. Bu dil canlı danışıqla, ümumxalq dili ilə zənginləşmiş
ədəbi dilin dolğun bir formasıdır.” (4.s.92)
Radio, televiziya üzrə tədqiqatçı alim Tofiq Rüstəmov əsaslandırır ki, “qəzet
və jurnallarda publisistik üslub, mətbuat üslubu üstünlük təşkil edirsə, televiziya və
radioda bu üslublarla yanaşı, canlı danışığa güclü meyl hiss olunur” (8.s.7)
Bu dilin müəllifləri radiojurnalistikanın bütün janrlarında çalışan redaktorlar,
aparıcılar, diktorlardır. Söhbət dildən gedirsə, efirdə eşidilən səslər deyəndə, ilk
məqamda burada çalışanların zəhməti başa düşülür. Bu dil bir qrup yaradıcı heyətin
timsalında formalaşır.
Verilişlərin hər biri öz məzmununa uyğun olaraq, üslubuna görə bir-birindən
seçilir. “Xəbərlər”in dili rəsmi hesab edilirsə, uşaq verilişlərində balacaların anladı-
ğı və başa düşdüyü danışıq üslubu əsas götürülür, şərhçi otağında mövzuya aid xü-
susi sahəni əks etdirən dil terminləri önə çəkilir.
Bədii verilişlərin özündə də xeyli dil fərqləri var. “Bulaq” verilişinin dili ilə
ədəbi proqramların dili təbii ki, eyni ola bilməz. Ədəbi dilə radiotamaşalarda daha
özəlliklə yanaşılır. Professor Qulu Məhərrəmlinin fikirncə “radio dilinin özünəməx-
susluğu və bu dilin geniş funksional imkanları məhz radiodramaturgiya dilində özü-
nü büruzə verir” (6.s. 190)
Ayrı-ayrı proqramların özəl dil üslubu olsa da, ümumilikdə radio dili sistem-
ləşmiş bütöv bir məfhum deyil. Tədqiqatçı alim Qulu Məhərrəmlinin gəldiyi qənaət
belədir: “Radio dilinn özünəməxsusluğunu iki amil şərtləndirir. Birincisi, radionun
spesifik təbiətindən irəli gələn, onu digər kommunikasiya vasitələrindən fərqləndi-
rən ümumi cəhətlər, ikncisi, konkret janrlarda (xəbər, müsahibə reportaj və s.) özü-
nü büruzə verən spesifik dil və nitq hadisələri.” (7.279)
Radio jurnalisti çalışdığı məkanın özəlliyini anlamalı, dilinə məhəbbətlə ya-
naşmalı, nitq mədəniyyətinə sahib olmalıdır. Jurnalistikanın tələblərindən biri də
natiqlik sənətinə yiyələnməkdir. Tanınmış qəzet jurnalisti Flora Xəlilzadə yazı
əhlindən natiqlik vərdişlərinə yiyələnməyi ona görə tövsiyyə edir ki, “söz sarıdan
yükünü necə tutasan ki, ətrafını bezdirməyəsən. Bunun üçün mütaliən geniş olmalı-
dır, müzakirəyə çəkilən hər hansı mövzu haqqında dərin biliyə malik olmalısan. Bu
mənada əvvəlcədən çıxışa hazır olmalısan. Doğrudur, qəflətən də səni hansısa bir
mövzu barədə danışmağa dəvət edə bilərlər. Buna görə də sözünü, cümləni elə qur-
malısan ki, gülüş hədəfi olmayasan, istehza ilə qarşılanmayasan. Əslində, «natiq»
sözü Azərbaycan dilinin izahlı lüğətində «nitq, çıxış edən» mənasında verilir. Özü-
nün ictimai əhəmiyyətli fikirlərini anlaşıqlı, inandırıcı, təsiredici bir şəkildə ifadə et-
məyi bacaran adam əsl natiqdir. Natiqin də silahı canlı sözdür.” (5.s.11)
Radionun da silahı sözdür. Doğru, yerində işlədilən söz və bir də savadlı,
məntiqli danışıq. Deməli bu mənada radiojurnalistika ilə məşğul olan insanların
yükü daha çoxdur. Əgər jurnalist hansısa toplantıda bir qrup insan tərəfindən qiymət
alırsa, efirdə milyonların diqqətində olur. Daha böyük kütlə qarşısında söz deyir.
Təkrarçılıq, mənasız çıxış onu mikrafondan məhrum edə bilər. Verilişinin hər dəfə
orijinal alınması üçün söz yükünü zənginləşdirməli, daima mütaliəyə maraqlı ol-
malıdır.
Filologiya məsələləri – №7, 2013
194
Radiojurnalistikanın fərqli cəhəti odur ki, görünməz olan bir məlumatın din-
ləyici auditoriyasına təqdimatında seçilən söz təsir gücü ilə qarşı tərəfin diqqətini
cəlb etməlidir. Bütün verilişlər sözün, səsin və musiqinin gücü ilə dinləyici yaddaşı-
na sirayət olunur. Ancaq əsasən söz, deyilən fikir daha önəmlidir ki, beyinlərə həkk
edisin. Yunan filosofu Aristotel deyir ki, “sözün ən gözəli, söyləyənin doğru
olaraq söylədiyi, dinləyənin də yararlandığı sözdür”. Bəzən dinləyici təsadüfən, ya-
xud bilərəkdən məlumat almaq, musiqiyə, əyləncəyə qulaq asmaq məqsədi ilə ra-
dionu dinləmək fikrinə düşür. Elə ilk andaca usanarsa, həmin dəqiqə dalğanı rahat-
lıqla dəyişə bilir. Efirlərin bolluğu, raqabətdə olan radioların kollektivləri dinləyici
auditoriyası uğrunda gərgin mübarizə aparırlar. Bəs dinləyicini cəlb etmək üçün
nəyə cəhd olunmalı, hansı meyarlar əsas götürülməlidir? Radionun dili necə olmalı,
hansı üslublar radiojurnalistikada daha çox işlənməlidir?...
Səlis danışıq, fikrin aydın şəkildə deyilməsi, mövzuya uyğun musiqilərin seçi-
mi, söhbətlərin qısa və mənalı olması radiojurnalistikada vacib hesab edilir. Müa-
sir dövrdə dünya radio yayımına əsasən efir “xəbər üstəgəl musiqi” üzərində
köklənib. Operativ xəbərlər və gün boyu musiqi səslənir. Özəl radioların daha çox
müraciət etdiyi bu formatdan fərqli olaraq, keçmiş radiolar ənənəvi qaydada çalışır
və yaradıcılıq mühitinin saflaşmasından lazımi qaydada faydalanaraq yeni-yeni
fəaliyyət istiqaməti seçirlər.
Radio jurnalisti danışığında ali nitq mədəniyyətinə yiyələnməlidir. Çünki,
mətnlərin hazırlanması prosesi məhz onun üzərinə düşür. Tək aparıcılar yox, redak-
torlar da gözəl və rəvan danışmağı bacarmalıdırlar. İstənilən anda redaktorun efirə
çıxmaq, dinləyiciyə söz demək fürsəti yaranır. Dinləyici onu müsahibələrdə, şərhçi
otağında, müəllif proqramlarında və s. verilişlərdə eşidir, nitqindən tanıyır. Qarşı
tərəf isə müxtəlif peşə sahibləridir. Jurnalist müsahibindən düzgün, ədəbi dil qayda-
larına uyğun danışıq tələb edə bilməz və istəsə də buna nail olmaq mümkün deyil.
Çünki ədəbi dil məişətdə işlənən dillə çox kəskin şəkildə fərqlənir. Radioda danışıq
dili əsas sayıldığı üçün mikrafon önündə dayanan şəxs də, adi həyatdakı kimi danış-
malı, sərbəst şəkildə fikrini bildirməlidir. Məhz buna görə də radio jurnalistləri yax-
şı danışan bir müsahiblə rastlaşanda həddindən çox sevinir, həmin insanla vaxtaşırı
əlaqə saxlayaraq yeri gələn anlarda onunla söhbətləşmək qərarına gəlir. Bunun bir
sıra səbəbləri var.
Birinci səbəb odur ki, hər iki tərəfin ifadəli danışığı, efirin tələb etdyi meyar-
lara uyğun gəlir. Bu zaman ədəbi dilin normaları qorunur.
İkincisi, səviyyəli danışan, nitqi savadlı olan şəxs həm də düzgün mühakimə
yürüdə bilir. Sualın konkret açıqlanmasına, jurnalistin dolğun cavab almasına kö-
mək etmiş olur.
Üçüncüsü, müsahib daha da irəliyə gedərək yeni-yeni sualların yaranmasına
şərait yaradır, maraqlı söhbəti ilə jurnalistin məlumatını bir az da zənginləşdirir və
soruşulan mövzunu şaxələndirərək, onun maraq dairəsini genişləndirir.
Jurnalist üçün maraqlı olan məsələ düzgün və dolğun şəkildə araşdırılırsa, on-
da auditoriyanın diqqətini çəkə bilər. Məhz buna görə radiojurnalistikada da mövzu
axtarışı daima gündəmdədir. Yeniliklər axtaran radio əməkdaşı bütün mətbuatı hər
gün izləyir ki, özü bildiyini və eşitdiyini başqalarından tez kütləyə təqdim etsin.
Buradan da belə aydın olur ki, radio jurnalisti gündəlik informasiya bolluğundan
məlumatlanmalı, mövzu seçimində də bu faktordan istifadə etməlidir.
Filologiya məsələləri – №7, 2013
195
Radio verilişlərində mətnlərin yazılması birinci dərəcəli məsələdirsə, onun
efirdə düzgün səslənməsi də mühüm əhəmiyyət kəsb edən amillərdən biridir.
Professor Nəsir Əhmədli yazır: “Radio verilişinin məzmununu auditoriya-
ya çatdırmalı olan adam (diktor, aparıcı) mətnlə əvvəlcədən yaxından tanış olmalı,
pis səslənən sözləri və söz qovuşuqlarını onların daha uğurlu sinonimləri ilə əvəz et-
məli, sintaqmları (cümlədə birnəfəsə deyilməli olan söz qruplarını) xüsusi işarə ilə
qeyd etməlidir ki, mikrafon qarşısında çıxılmaz vəziyyətdə qalmasın.”(3.s.115) Bu
məsələ canlı efir öncəsi diktordan tələb olunan peşə məsuliyyətidir.
Aparıcı ilə diktor arasında fərq var. Müəllif verilişini özü aparır. Onun ssenari
ilə nəinki tanışlığı var, hətta hər bir sözü, cümləni özü yazdığı üçün əzbər bilir və
mikrafon önündə söhbətinə bir az da rəng qataraq, əlavə söz demək, fikrini geniş-
ləndirmək məharətindən də yararlanır. Diktor isə hazır mətnləri obrazlandırır. Ra-
dioda diktorlar ən çox “Xəbərlər”i oxuyurlar.
“Xəbərlər” redaksiyasında müəyyən sayda redaktor, əməkdaş, ştatdankənar
müxbirlər gün ərzində xəbər toplamaq və balaca mətnlərin radio dilinə hazırlamaq
missiyasını həyata keçirirlər və sonda hazır bülleten diktora təqdim olunur. Bir neçə
peşəkarın redaktəsi ilə işlənən xəbər bülletenini diktor qısa zaman kəsiyində (xəbər
operativ olduğundan efirə bir neçə saniyə qalmış yenilənə bilər) olsa da nəzərdən
keçirməli, mətnlə tanış olmalıdır ki, dilini dolaşdıran ifadələr varsa, ona efirdə prob-
lemlər yaratmasın.
Məsələn, televiziya və radio, hər ikisi kommunikasiya vasitəsi olsa da bunlar
arasındakı fərq təkcə televiziyanın görüntülü, radionun isə eşidilən olması deyil. İfa-
də vasitələrinə görə televiziyada xəbərin təqdimatında bir sıra amillər (hadisənin
görüntüsü, xəbərin daha da diqqət çəkməsi üçün seçilmiş kadrlar və s) yardımçı
olur. Radioda isə xəbər ancaq sözlü səslə verilir və qısa musiqi ilə müşayiət olunur.
Xəbər mətnində yığcam, sadə cümlələrdən istifadə edilməlidir. Professor Qulu
Məhərrəmlinin sözləri ilə desək, “deməli informasiya verilişlərini təkmilləşdirmək
üçün sadəcə olaraq diktorların nitq hazırlıqlarını artırmaq yox, həm də radioda oxu-
maq üçün diktora verilən yazılı mətnin tərtibinin yeni və daha müasir qaydalarını
hazırlamaq lazımdır”. (7.s.279)
Televiziya ilə radio xəbəri arasında fərqə baxaq.
APARICI: Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə təşkil olunan 5
-ci Beynəlxalq Musiqi Festivalı davam edir. Böyük Musiqi bayramı adlandırılan
tədbirin növbəti günündə festival iştirakçıları 2 konsert proqramını maraqla
izləyiblər.
VİDEO: Azərbaycanın milli musiqi mədəniyyəti tarixində yeni ənənənin
təməli hesab olunan Qəbələ 5-ci Beynəlxalq Musiqi Festivalının növbəti günü də
musiqi rəngarəngliyi baxımından zəngin keçdi. İldən-ilə böyüyən festival bu dəfə
də tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti çəkdi. Musiqi
sevərlərə ilk olaraq kamera musiqisi axşamı təqdim olundu. Orta əsr və yeni dövr
Avropa klassik musiqisinin həvəskarları səhnəyə çıxan gənc solistlərin ifalarını
maraqla dinlədilər. Piano, vokal, violin və violançel alətlərində peşəkar ifalar
nümayiş etdirən gənc musiqiçilərin çıxışları həm yerli və əcnəbi tamaşaçılar, həm
də gənc musiqiçilərin özləri üçün yaddaqalan oldu. İNTERŞUM...
Dostları ilə paylaş: |