LAYLA VƏ OXŞAMALARDA NİDA
Açar sözlər: layla, oxşama, nidalar, “ay” nidası, “ey” nidası, “lay-lay” nidası
Ключевые слова: колыбельная, причитания, междометие, междометие «ай»,
междометие «эй», междометие «лай-лай».
Key words: lulling, lallaby, interfections, “ay” interfection, “ey” interfection, lay-
lay interfection
Layla və oxşamalar uşaqların tərbiyə nərdivanının ilk pillələri hesab oluna bi-
lər. Çünki həyata yeni gəlmiş körpənin ilk eşitdiyi sözlər, ilk duyduğu hisslər məhz
bu şeirlərdən başlayır. Analarımızın, nənələrimizin, doğmalarımızın həzin səsləri,
incə duyğuları ilə deyilən bu sətirlər uşağın gələcək inkişafında baza rolunu oy-
nayır. Sözsüz ki, bu şeirlər uşaqlara ən müsbət insani keyfiyyətləri (xeyirxahlıq,
əliaçıqlıq, səmimilik, alicənablıq, vətənpərvərlik və s.) aşılamalıdır. Körpələrin yeni
inkişaf etməkdə olan kövrək beyinlərinə təsir etmək üçün bu şeirlər adi və sadə
sözlərin düzümündən ibarət olmamalı, daha təsiredici, emosional və qulağayatımlı
olmalıdır. Uşaq şeirlərinin ahəng və musiqisinin yaranmasında vokativ sözlər,
ədatlar, ritmik sözlər, uşaq sözləri böyük rol oynadığı kimi nidalar da bu funksiyanı
yerinə yetirə bilir.
Nidalar uşaq şeirinin formaca ahəngdarlığını, məzmunca emosionallığını
təmin edən vasitələrdəndir:
Qızıl üzük arası,
Laylay gözüm qarası,
Yuxuya get, yoruldum,
Ay canımın parası.
Balam laylay, a laylay!
Gülüm laylay, a laylay! ( 13, 384).
Ümumi şəkildə götürüldükdə uşaq şeirinin lüğət tərkibi üçün isim, sifət və
fellər daha səciyyəvidir. Bunlar daha tutumlu sözlərdir. Bu sözlərin semantik həcmi
də çox genişdir. Əsas fikir, obrazlar həmin sözlərdə çox uğurlu verilə bilir. Uşaq
şeirində həmin sözlər həm məna vahidi, həm də ritm, ahəng yaradan vasitə kimi
çıxış edir. Köməkçi sözlərdə belə geniş imkan yoxdur. Nidalar, ədatlar laylalarda
yalnız bu funksiyada çıxış edir, ritm və ahəng məqsədi güdür.
Bunun bir səbəbi də odur ki, nidalar obyektiv aləmə insanın fərdi, subyektiv
münasibətinin ifadəsidir. Öz emosionallığına görə nida, ümumiyyətlə, poeziya üçün
əlverişli vasitələrdən hesab olunur.
Nidalar həm hissə təsir dərəcəsinin yüksəkliyinə, həm də mənaca yayğın,
qeyri-müəyyən olduğuna görə şeirdə təbii ki, daha tez nəzərə çarpır. Uşaq
dünyasının zəngin hisslərini, uşağın obyektiv aləmdən aldığı müxtəlif təəssüratı
Filologiya məsələləri – №5, 2014
81
ifadə etmək üçün nidalardan yerli yerində, bacarıqla istifadə etmək bir məharətdir
və burada “ölçü hissi” gözlənilməlidir (1,48).
İnsanın duyğularını, coşqunluq və həyəcanını bilavasitə ifadə edən sözlərə
nida deyilir (10, 387).
Nidalar başlıca olaraq subyektin daxili aləmi ilə bağlı olur. Bunlar subyektin
hiss-həyəcanını, bütün duyğularını, istək və arzularını, hiddət və nifrətini,
coşqunluğunu, nəşə və kədərini təzahür etdirən ifadə vasitəsidir (7, 286).
Azərbaycan dilində nidalar leksik cəhətdən 2 qrupa bölünür: 1. emosional
nidalar (Ura!, Tfu!, Vaveyla! Of! Ah! və s.); 2. Əmr və müraciət bildirən nidalar
(A!, Ə!, Ey!, Hey!, Xudaya! və s.)
1-ci qrupa (emosional nidalar) sırf hissi nidalar (bunların əksəriyyəti birhecalı
olur) və bir sıra əqli-intellektual nidalar daxil olur. Emosional nidaların bir qismi
müsbət: Ura! (sevinc, alqış), bir qismi yalnız mənfi hisslər: Tfu! (nifrət), Vaveyla!
(qorxu, narahatlıq) bir qismi isə həm mənfi, həm də müsbət hissləri ifadə edir: O!,
Of! Oho! və s. (8, 274).
B.Ə.Xəlilov nidaları leksik cəhətdən 3 qrupa bölür:
1. Emosional nidalar (A!, Uh!, Pa!, Oho!, Vaxsey!, Ura!, Xox! və s.) ;
2. Əmr və müraciət bildirən nidalar; (Ay!, Ey!,İlahi!, Xudaya , ya Allah!,
Haydi! və s.);
3. Adət və qaydalarla bağlı olan nidalar (Salam!, Vallah!, Əlvida!, Hələlik!,
Bismillah! və s.) (9, 320).
Layla və oxşamalarda işlənən nidalar əsasən 2-ci qrupa (əmr, müraciət
bildirən nidalar) daxil olan nidalardır. Emosional nidalar bu uşaq şeirlərində çox az
miqdarda istifadə olunur.
B.Xəlilov 2-ci qrupa aid olan əmr və müraciət bildirən nidaları da 2 qrupa
bölür: a) müraciət məqsədi ilə işlədilən nidalar; b) əmr məqsədi ilə işlədilən nidalar
(9, 321-322).
Öz mənasına görə uşaq şeirlərində işlənən nidalar çağırış-müraciət, şadlıq,
təəccüb, heyrət, etiraz, qorxu və s. kimi hissləri əks etdirir (1, 48).
Ən çox işlənən çağırış nidaları Ay! Ey! A! Nidalarıdır ki, onlar da işləndiyi
yerdən asılı olaraq müxtəlif mənaları ifadə edir.
Ay! nidası. Əsli, sadə, çoxmənalı nidadır. Qismən müsbət, əsasən mənfi
hissləri ifadə edir. Türk dillərinin qədim yazılı abidələrində də işlənmişdir. Ay!
Nidası M.Kaşğarinin “Divani-lüğət it-türk” əsərində də işlənmişdir (6, 90).
Məhsuldar və çox işlənən nida sayılan Ay! nidası işləndiyi yerdən asılı olaraq
müxtəlif mənaları (alqış-tərif, arzu-həsrət, təəssüf-peşmançılıq, dərd-kədər, şikayət-
giley, yalvarış və s.) ifadə edir.
Müxtəlif məna çalarları ilə zəngin olan məhsuldar “ay” nidası layla və
oxşamalarda da geniş istifadə olunur.
Ay laylay, belə laylay,
İl ayla, belə laylay,
Heç bəndə qoy çalmasın,
Biz çaldıq belə laylay (11, 112).
Bu laylada işlənən ay! nidası konkret bir məna bildirməsə də laylada ritmin
yaranmasına səbəb olur, oxunan laylanın daha təsirli olmasına kömək edir və
Filologiya məsələləri – №5, 2014
82
təsirlilik dərəcəsini artırır. Göstərilən misalda nidanın ritmik funksiyası əsas rol
oynayır.
Ay! nidası həm də çağırış, müraciət xitab kimi işlənir. Bu zaman laylalar
körpə dinləyiciləri şeri dinləməyə hazırlamaq, onlarda maraq yaratmaq, bəzən
sakitləşdirmək, rahatlaşdırmaq məqamında işlənir.
Qızılı şah budağın
Kölgəsində yatasan
Ay bala, bəndim laylay
Şəkərim, qəndim, laylay (12, 307).
Oxşamalarda da az-az təsadüf olunan ay! nidası burada şeirin oynaqlığını
artırmaq, ritmini sürətləndirmək məqamənda işlənir. Laylalarda olduğu kimi burada
da xitablarla işlənərək müraciət bildirir və uşaqların diqqətini şeirə cəlb etmək,
onlarda maraq yaratmaq funksiyası daşıyır.
Ay qız adamı,
Sındır badamı,
Elçiyə çay ver,
Alım qadanı (2, 187).
Balam yaraşıqlıdı,
Qəndə bulaşıqlıdı,
Ay qara milçək,
Balamdan əl çək (5, 473).
Ey! nidası. Əsli, sadə, emosional, çoxmənalı nidadır. Mənfi və müsbət hissləri
ifadə edir. Cümlənin hər yerində işlənə bilir, lakin daha çox cümlənin əvvəlində
gəlir. Həm ayrı, həm də xitablarla birlikdə işlənir. Yerindən, məqamından asılı
olaraq müxtəlif mənaları (sevinc, qüssə, təəssüf, qəzəb-hiddət, etiraz, çağırış, fəryad
və s. ifadə edir. Ay! nidasına nisbətən bu nida uşaq folklorunda o qədər də
məhsuldar deyil. Laylalarda az-az rast gəlinən ey! nidası xitablarla birlikdə
işlənərək müraciət, çağırış mənaları ifadə etməklə laylanın təsir gücünü artırır:
Laylay ey elim, obam,
Odum ocağım sobam,
Sənə layla çalıram,
Olasan mənim babam (11, 113).
Azərbaycan dilindəki nidalar səs tərkibinə görə də müxtəlif və rəngarəng
xüsusiyyətlərə malikdir. Bir çox nidalar yalnız bir fonemdən ibarət olur. A! (sevinc,
şadlıq, narahatlıq, etiraz, nifrət, qorxu və s.) nidası da bu qəbildəndir. Layla və
oxşamalarda bu nida daha çox Ay! nidasının ixtisar olunmuş forması kimi işlənir.
Bəzən yalnız şeirin ritmini sürətləndirmək, hecaların sayını bərabərləşdirmək,
oynaqlığı artırmaq məqsədi ilə istifadə olunur. Aşağıda nümunə göstərilən
laylalarda bunu aydın görmək mümkündür:
Filologiya məsələləri – №5, 2014
83
Göyçək balam, a laylay,
Çiçək balam, a laylay,
Qönçə dolu butasan.
Hər kamına çatasan (12, 307).
A laylay, yenə laylay,
Can deyim sənə laylay,
Sənə gələn dərd, bəla,
Qoy gəlsin mənə laylay (15,6).
Bəzi hallarda isə A! nidası xitabla işlənərək müraciət, çağırış mənaları ifadə
edir. Bunu bir oxşama nünunəsi ilə göstərmək olar:
A dağdağanlar,
Bülbül boğanlar,
Oğlan doğanlar,
Bu balama qurban (2, 187).
Laylalarda ən çox, hətta demək olar ki həmişə rast gəlinən müraciət bildirən
ən məhsuldar nida lay-lay! nidasıdır.
Bu nida-oxşama körpələrə müraciətlə “yat yuxun şirin olsun” mənasında
işlədilir. Buradaki əmrlik körpələrin səviyyəsinə uyğundur. Körpələri yatırdarkən
bu nidalarla incə, həlim ana nəvazişi, ana məhəbbəti ifadə olunur (6, 149).
Laylay dedim, yat dedim,
Qızılgülə bat dedim.
Qızılgül tacın olsun
Kölgəsində yat dedim.
Balam laylay, a laylay!
Gülüm laylay, a laylay! (7, 327).
Bizim yerlər qalın meşə
Taxtında otur həmişə.
Aranında gül bitsin,
Yaylağında bənövşə.
Balam, a layla, a layla!
Gülüm, a layla a layla! (3, 264).
Qeyd etdiyimiz kimi, layla və oxşamlarda daha çox çağırış-müraciət bildirən
nidalara rast gəlinir, emosional nidalara isə az miqdarda təsadüf olunur. Əlbəttə ki,
yüksək emosionallıqla, daxili hisslərlə, həyəcanla, sevgilə, istiliklə deyilən uşaq
şeirlərində bu emosionallığı yaratmaq üçün köməkçi vasitələrdən də istifadə
olunmalıdır. Leksik cəhətdən nidaların 2-ci qrupuna daxil olan emosional nidalar
layla və oxşamalarda işlənərək şeirin təsir gücünü və ekspressivliyini artırır. Məs:
Laylay balam, can balam,
Mən sənə qurban, balam
Filologiya məsələləri – №5, 2014
84
Ağlayıban könlümü
Gəl eyləmə qan, balam (15, 6).
Aman bala, canım bala,
Sənnən qeyrəz biri də ola (14, 93).
Ədəbiyyat
1. Adilov M., Mərdanov V. Uşaq və şer. Bakı: Maarif, 1983, 216 səh.
2. Azərbaycan bayatıları. Bakı: Elm, 1984, 259 səh.
3. Azərbaycan uşaq müntəxəbatı (XIX-XX əsrlər). II cild. Bakı: Nasir, 2002, 636
səh.
4. Dərələyəz folkloru. Azərbaycan folkloru antologiyası. XV cild. Bakı: Səda, 2006,
484 səh.
5. Gəncəbasar folkloru. Azərbaycan folkloru antologiyası. IX kitab. Bakı: Səda,
2004, 522 səh.
6. Hacıyev Kamal. Azərbaycan dilində nida. Bakı: Nurlan, 2005, 215 səh.
7. Hüseynzadə Muxtar. Müasir Azərbaycan dili. Morfologiya. III hissə. Bakı:
Maarif, 1973, 357 səh.
8. Hüseynzadə Muxtar. Müasir Azərbaycan dili. Morfologiya. III hissə. Bakı: Şərq-
Qərb, 2007, 279 səh.
9. Xəlilov Buludxan. Müasir Azərbaycan dilinin morfologiyası. II hissə. Bakı:
Nurlan, 2007, 354 səh.
10. Kazımov Qəzənfər. Müasir Azərbaycan dili. Morfologiya. Bakı: Elm və təhsil,
2010, 400 səh.
11. Qarabağ folkloru. Azərbaycan folkloru antologiyası. V kitab. Bakı: Səda, 2000,
416 səh.
12. Naxçıvan folkloru. Azərbaycan folkloru antologiyası. I cild. Naxçıvan: Əcəmi,
2010, 510 səh.
13. Şəki folkloru. Azərbaycan folkloru antologiyası. IV kitab. I cild. Bakı: Səda,
2000, 500 səh.
14. Şəki folkloru. Azərbaycan folkloru antologiyası. VI kitab. II cild. Bakı: Səda,
2002, 496 səh.
15. Uşaq folkloru. Bakı:Altun kitab, 2007, 96 səh.
K.Salmanova
Interfections in lullings and lallabies
Summary
The article deals with role of interfections and their meanings in lallabies and
lullings. Dependings on the position of “ay”, “ey”, “a” interfections they have
meanings such as applause-praise, wish-regret, grief-repentance, sorrow-sadness,
complaint-grumble in the lallabies and lullings.
These interfections are used to speed up rhythm. Such moments are discussed
as function and feature in lallabies and lullings.
Filologiya məsələləri – №5, 2014
85
К.Салманова
Междометия в колыбельных и причитаниях
Резюме
В статье исследуются роль и значение междометий в колыбельнях и
причитаниях. В колыбельнях и причитаниях широко употребляются меж-
дометия «ай», «эй», «а» и означают хвалу, одобрение, желание, сожеление,
раскаивание, горе, скорб, жалобу, мольбу и т.д. Также привлечены к исследо-
ванию особенности и функции в колыбельнях и причитаниях как повышение
игривости, ускорение ритма.
Rəyçi: Professor Buludxan Xəlilov
Filologiya məsələləri – №5, 2014
86
ERDOĞAN ALAATTIN
Bakı Slavyan Universiteti
erdogan@mail.ru
PAREMIOLOJİ VAHİDLƏRİN LEKSİK TUTUMU VƏ ETİMOLOJİ
İNFORMASİYASININ HƏCMİ
Açar sözlər: paremioloji vahidlər, frazeologiya, etimologiya, leksik məna,
frazeologizm.
Ключевые слова: паремиологические единицы, фразеология, етимология,
лексическое значение, фразеологизм.
Key words: paremiological units, phraseology, etymology, phraseological, lexical
sense.
Etimoloji analiz baxımından paremiya-frazeoloji konstruksiyaların leksem
(leksik) tərkibi çox maraqlı materialdır. Paremioloji vahidlərin leksik tərkibi heç də
həmişə ümumanlamlı sözlərdən ibarət olmur. Köhnə fonddan olan paremiyaların
tərkibində kifayət qədər müasir oxucuya məlum olmayan söz və söz birləşmələri
vardır ki, onların özlərinin etimoloji analizə ehtiyacı vardır. Haqqında sözü gedən
məsələ bir çox paremioloqların nəzəri-diqqətində olmuşdur: çox vaxt tədqiqatçılar
paremioloji vahidlərin tərkibində işlənmiş arxaik (müasir oxucuya məlum olmayan
və ya başqa məna kəsb etmiş) söz və anlayışların etimolojisini şərh etməklə analizi
bitirmiş hesab edirlər (2, 18-19).
Qeyd etmək lazımdır ki, arxaizmlər heç də həmişə bütöv deyimin, söyləmin
mənşəyini açıb göstərə bilmir. Bu sözlər bəzən «dayaq konsept» rolunu oynasalar
da, paremioloji vahidin ümumi strukturunun həcmini belə müəyyən etməkdə rolu
olsada, ümumi konstruksiyanın mənşəyini müəyyən edə bilmirlər; etimologiya
baxımından paremiya bu sözlə (və ya sözlərlə) bir o qədər də bağlı olmur.
Ö.A.Aksoyun qeyd etdiyi kimi, XI əsrdə türk dilində işlənən «Böri-Koşnısın
yimez» atasözündə işlənən «Böri» çağdaş türk dilində «Kurt komşusunu yemez»
kimi işlənir. «Böri-Kurt» dəyişməsi (sinonimlər kimi) ümumən atalar sözünün
genezisini əks etdirmir. Bu etimologiya hər hansı bir folklor abidəsində və ya başqa
folklor xarakterli rəvayətlərdə işlənərək yer tuta bilər, və yaxud da anonim müəllifin
hansı isə bir məkanda-zamanda dediyi ola bilər ki, xalq yaddaşına həkk olunubdur.
İkinci məqamda daha dərin arqument vardır: bu söyləm minilliklər ərzində xalqın
diqqətində olan bir fakt kimi, təkzibolunmaz bir reallıq kimi ümumiləşmiş, konsept
səviyyəsinə qalxmışdır. Söyləm, sadəcə olaraq, bu konseptin adı kimi, dildə ifadəsi
kimi çıxış edib, xalqın həyat hadisələrini konseptuallaşdırma qabiliyyətinin inika-
sına çevrilir. Belə bir etimoloji əsasdan çıxış etsək (başqa genetik variant məlum de-
yil), «böri» sözünün müasir dildə «tərcüməsinin» etimoloji qüvvəyə malik olma-
dığını əsaslandıra bilərik.
Yaxud başqa bir misal: Azərbaycan oxucusunun heç də hamısı «qaysava» sö-
zünün mənasını bilmir. Bu səbəbdən heç də hamı «İtin axmağı qaysavadan pay
umar» söyləmini başa düşmür. «Qaysava» sözünün mənasının açıqlanması pare-
miyanın «etimoloji» pərdəsini müəyyən dərəcədə qaldırır: qaysava – bəylərin xüsu-
si (ümumi «elitanın») sifarişi ilə qays qurusunun kərə yağında pörtülməsi (yumurta
ilə birgə). Bu informasiya mərhum professor Bəşir Əhmədovun şərhinə əsaslanır.
Filologiya məsələləri – №5, 2014
87
«Qaysava» sözünün mənası açıqlananda ümumi deyimin semantik strukturu
aydınlaşır. Amma bu aydınlaşma hələ paremiyanın obyektiv etimologiyası demək
deyil. Yenə də burada iki yol qalır: ya yuxarıda qeyd etdiyimiz konseptualizasiya
motivini etimologiya kimi qəbul etməliyik, ya da dəqiq etimologiyanı bilməməyi-
mizi etiraf etməliyik. Arxaizm «qaysava» deyimin etimoloji açarı ola bilmir, amma
konseptualizasiya motivində əsaslı rol oynayır.
Bu məsələ ətrafında bəzi mülahizələri yürütmək yerinə düşərdi. Ümumi eti-
mologiya nəzəriyyəsinin aparıcı mütəxəssislərindən biri O.N.Trubaçov qeyd edir ki,
etimologiya bir elm kimi məhz sözlərin mənşəyi ilə məşğuldur. Frazeoloji və pare-
mioloji vahidlər etimologiyanın yox, sintaksisin obyektləri ola bilər. Belə bir iddianı
O.N.Trubaçov onunla izah edir ki, ta prahindavropa və ya praslavyan dillərindən
söz nümunələrinin genezisini açıqlamaq mümkün olduğu halda, həmin dillərin «fra-
zeoloji vahidlərindən və ya atalar sözlərindən misallarımız yoxdur» (8, 453). «Ola
bilsin ki, belə vəziyyətin səbəbi frazeologiyaya və ya paremiologiyada rekonstruk-
siya metodlarının sistemli şəkil almamağıdır» (8, 453).
Fikrimizcə etimoloji tədqiqatların ilk növbədə söz-leksemlərlə bağlılığının sə-
bəbi təkcə qeyd olunan fakt deyil. Məsələ paremiya-frazeoloji konstruksiyaların sa-
bitliyi, sabit reproduksiya olunması və özlərinin ümumi dayanıqlı mənasını saxla-
maqdadır. Ümumi konstruksiya hər hansı məna ilə bağlı olduqda, çox vaxt konst-
ruksiyanın daxili elementlərinin individual mənasının fərqinə varılmır. Və ona
görədir ki, çox vaxt paremiyanın bütün elementləri (söz-leksemləri) mənaca aydın
olduqda belə ümumi söyləmin, deyimin etimologiyasını təyin etmək mümkün ol-
mur. Sözlərin etimoloji araşdırmalarında sözün daxili forması, onun strukturu
ixtisasçıya çox şeydən xəbər verir. Paremioloji vahidin arxitektonikası (sadə cümlə,
sadə geniş və ya mürəkkəb cümlə və s.) onun etimoloji cəhətdən qavranmasına, de-
mək olar ki, kömək etmir. Çunki paremiyanın strukturu hər hansı bir ekstradil faktı-
nın quruluşu ilə həmahəngdir, izomorfdur. Bu ekstradil faktını bilməməyimiz hə-
min paremiyanın mənşəyini bilməməyimiz kimi qiymətləndirilməlidir. Başqa sözlə
desək «Doğru söyləyənin təpəsi deşik olur» (türk, azərbaycan) paremiyası öz
konseptual mənası əsasında ömür sürür – konseptual bir həyat faktının nominasiyası
kimi. Həmin konseptual faktın strukturu paremiyanın strukturu ilə izomorf nisbətdə
olsa belə, paremiyanın mənşəyi deyil. Konseptual fakt əqli konstruktdur. O etimon
ola bilməz. Etimon ancaq o fakt ola bilər ki, o paremiyanın ilkin «fotoqenativi»
olub, zaman-məkan denotatı olub. Paremioloji etimologiyanın ən çətin sistemləşən
məqamlarından biri də budur: «tekst →simvol→məna strukturu (siqnifikat)
→denotat» modeli etimologiyaya çox vaxt sadəcə olaraq sığmır, çoxlu sayda qeyri-
müəyyənliklər yaradır. Etimoloq-alimlər bunu gözəl duyur, elmi prinsiplərini sırf
söz-leksem etimologiyası əsasında qururlar.
Biz mülahizələrimizdə bir qədər paremiyaların leksem tərkibindən uzaqlaşdıq.
Qeyd etməliyik ki, istər struktur element səviyyəsində, istərsə də ümumi quruluş
səviyyəsində paremioloji etimologiyasının qarşısına çıxan problemlərin çətinliyi
sübut etmək lazım gəlmir.
Azərbaycan dilindəki «bəy verən» elementinin leksem xarakterli olması,
məsələn, bir neçə yolla sübut oluna bilər:
Filologiya məsələləri – №5, 2014
88
1) paremiyadan savayı bu element digər konstruksiyalarda işlənmir, müstəqil
söz birləşməsi kimi dildə yoxdur;
2) «bəxşiş» sözünün (lekseminin) göstərilən söz birləşməsi ilə dublet-sinonim
olmağı «Bəy verən atın dişinə baxmazlar» paremiyasının olduğu bütün dillərdə
(türk, ingilis, rus, alman) (6, 225) funksional xarakter daşıyır:
Türk Beyin verdiği atın dişine bakılmaz (4, Ic., 57)
dilində Bahşış atın dişine bakılmaz (4, I c., 47)
Beleş (bahşış) atın dişine (yaşına, yularına) bakılmaz (3, 55)
İngilis
Look not a gift horse in the mouth (6, Ic., 225)
dilində
Don't look a gift horse in the mouth (1, 77)
Never look a gift horse in the mouth
Müqayisəli analizin nəticəsi, fikrimizcə, şübhə doğurmamalıdır. Çünki, gör-
düyümüz kimi, Azərbaycan paremiyasında işlənən «bəy verən» elementinin «bəx-
şiş», «müftə», «havayı» anlayışlarına uyğunluğu başqa dillərdə də özünü göstərir
(müq: rus dilində «darenıy», «darovoy»).
Dediklərimiz «təpəsi deşik» arxaizminədə aiddir («Doğru danışanın təpəsi de-
şik olur»). Arxaizm «başıqapazlı», «qapazaltı» mənasında işlənir, hər dəfə başına
qapaz dəyməyin ucbatından başındakı papağın deşilməsindən söhbət gedir. Bu bir
məcaz formasıdır. Belə birləşmə nümunələri (təpəsi deşik, kürkü tüstülü, göy əski,
dəyirman xoruzu, bəy evindən gələn küt; bəynən bostan, dəryada balıq (tutulmamış
balıq), qarıdan qorxmaq, can borcu və s.) çox vaxt paremiyanın ümumi semantik
inkişafını izləməyə, etimoloji dayaq nöqtələri tapmağa imkan yaradır.
Götürək «ilan boğan» birləşməsini. Mənasını hamının yaxşı bildiyi «Uşağın
ilan boğan vaxtıdır» zərbi-məsəlin etimologiyası məhz konkret (mifoloji) şəxsin
ilanı boğmağı ilə bağlı olduğunu şərh etmək çətin deyil. Amma bu qəbildən olan
birləşmə və ifadələr (ümumi strukturun elementləri kimi) çox vaxt paremiyanın
semantik strukturu ilə, onun ümumiləşmiş (siqnifikativ) mənası ilə bağlı olaraq,
paremiyanın denotativ-etimoloji fakturası ilə heç bir əlaqədə olmur, onun etimoloji
motivasiyası ilə uyuşmur: «mənzil kəsmək» ifadəsi «Asta gedən mənzil kəsər»
atasözündə işlənən arxaik ifadədir; bu birləşmə atalar sözünün mənşəyini (denotat
həyati faktı) müəyyən etməyə heç bir kömək etmir. Bununla bərabər, təxminən nə
vaxtlar deyilə bilən paremiya olmasına dəlalət edə bilər, çünki «mənzil kəsmək»
elementi müasir dildə işlənmir. «Mənzil» sözü isə «məsafə» (iki məkan nöqtəsi)
mənasında yalnız «ortamənzilli», «uzaqmənzilli» hərbi terminlərdə qalıb və işlənir.
Ümumiyyətlə baxanda spesifik dil-nitq elementlərinin (o cümlədən arxaizmlə-
rin) paremiyaların tərkibindəki rolunu öyrənmək paremiologiyanın əsas leksikoloji
semantika məsələlərindən biri kimi çox aktualdır.
Yuxarıda qeyd etdiyimiz kimi, etimoloji araşdırmalar bu və ya digər paremi-
yanın zaman-məkan daxilində reallaşmış (tarix xronologiyası olan) faktın «adının»
müəyyənləşməsidir; kim tərəfindən nə vaxt ilk dəfə qələmə alınmağı etimologiyası-
nın başqa üzüdür, başqa denotativ aspektidir. Deyim və söyləmlərin leksik tərkibini
Filologiya məsələləri – №5, 2014
89
bu denotativ aspektdən araşdırılmasının elmi-nəzəri əhəmiyyəti yox dərəcəsindədir,
xüsusi ilə paremiyanın əsas etimolojisi məlum olmayanda.
«Qız ağacı» məfhumu nə türk, nə Azərbaycan dillərində, fikrimizcə, yoxdur;
belə bir təyini söz birləşməsi ancaq atalar sözü «Qız ağacı – qoz ağacı, sındırarsan –
yox əlacı» («hərə bir daş atar») tərkibində işlənmiş elementdir. Bu paremiyanın (və
bu qəbildən olan paremiyaların) mənşəyi həyati ümumiləşmə ilə, əqli nəticə ilə
bağlı olduğundan, «denotativ etimoloji fakt» kimi ancaq onu birinci dəfə istifadə et-
miş adamın adını çəkməklə tamamlanır. Bu paremiyanın hər hansı bir konkret hə-
yati faktla, hadisə ilə bağlı olduğunu güman etmək çətindir. Əsrlər boyu hər hansı
bir etnik qrup, xalq öz coğrafi mövqeyindən, etnokültür baxımından çıxış edərək ət-
raf mühitin faktlarına (çox vaxt spesifik, başqa xalqlara şamil olunmayan) ümumi-
ləşmiş qiymət, aksioloji xarakteristika verir: ümumbəşəri qiymət də olsa, bəzən hər
hansı bir xalqa xas olmayan, onun coğrafi və ya digər amillərində yer tutmayan
faktın inikası olur.
«Dağ dağa kavuşmaz, insan insana kavuşur» (3, 89) türk atasözünün dilimiz-
də «Dağ dağa qovuşmaz, insan insana qovuşar» (5, 233) konstruksiyalarını azər-
baycan-türk söyləmi kimi qəbul etmək çətin deyil, o halda ki, başqa dillərdə bu
konstruksiya eyni leksik tutumda, eyni mənada işlənməsəydi:
– Men may meet but mountains never (friends may meet…). Bu konstruksiya
qədim yunan, latın, alman, fransız, rus dillərində də işlənir (6, 209). Ancaq
M.İ.Mixelson onun «Talmud»dan (iudaizmin dini-etik görüşlərinin məcmusundan)
tərcümə olunduğunu iddia edir: Turo beturo lo poda, inesch beinesch poda (6, 109).
Beləliklə, məlum olur ki, faktiki olaraq göstərilən paremiya bir məxəzdən
pöhrələnib bütün başqa dillərdə mütləq kalka kimi həyat vəsiqəsini almışdır, çünki
«Talmud» b.e.ə. IV əsri və b.e. V əsrini əhatə edən bir dini-etik və hüquqi məcmu-
ədir; onun yayılma tarixi də çox qədimdən başlayır. Hər bir halda deyimin «Tal-
muddan» qaynaqlanmağı onun etimologiyasının məxəz və xronoloji əlamətləridir.
Deyimin mənasının referenti (onun hansı hadisəni əks etməyi) məlum deyilsə, de-
məli etimoloji araşdırma tam şəklini almır; konstruksiyanın leksik tutumu da ona
ancaq «kalka» formulunu şamil etməyə kömək edir. Ancaq, türk dillərində hansı
dildən kalka olunmağı aydın deyil. Ehtimal edirik ki, türk dilinə alman dilindən,
azərbaycan dilinə isə rus dilindən kalkalanmışdır. Bu bizim təxmini qənaətimizdir.
Çox vaxt etimoloji referent daha qabarıq olur: paremiyanın sintaktik quruluşu
hər üç (bəlkə də daha çox) dildə ekvivalent formasını saxlayır; paremiyanın leksik
tərkibi prinsipcə adekvat, sintaktik strukturu adekvat, referent nöqtəsi (etimon ha-
disə) identik olur. Belə hallarda etimoloji analiz axırıncı səhifələrinə qədər açılır:
– Əgər dağ Məhəmmədin yanına gəlmirsə, Məhəmməd dağın yanına gedər;
– If the mountain won’t come to Mohomet (Muhammad), Muhammad must
go to the mountain (7, 162).
İfadənin etimologiyası «Qurani-Kərimdə» 20-ci ayədə öz əksini tapmışdır.
Başqa bir traktovka ingilis filosofu F.Bekonun (1561-1626) adı ilə bağlanır. Filosof
öz «Mənəvi və siyasi oçerklər»inin birində Peyğəmbərin dağı yerindən tərpədəcə-
yinə söz verməsi təsvir olunur. Dağı yerindən tərpədə bilməyəndə Peyğəmbər deyir:
«Bir halda ki dağ Məhəmmədin yanına gəlmir, onda Məhəmməd dağın yanına ge-
dər» (6, 286).
Filologiya məsələləri – №5, 2014
90
Paremiyaların söz-leksem tərkibinin bu və ya digər dərəcədə sabit qalması on-
ların həm sintaktik quruluşunun sabit qalmasına, həm də etimoloji referentinin yad-
dan çıxmamasına çox kömək edir. Analizə cəlb olunmuş vahidlərin leksik-qram-
matik xüsusiyyətləri həmişə diqqət mərkəzində olacağı halda, biz etimoloji təhlilin
bir neçə mümkün formasını təqdim edəcəyik:
1. Birinci halda paremiya-frazeoloji vahidin etimoloji həcminin tərkibinə a) vahi-
din arxitektonik spesifikası haqda məlumat (bu məlumat etimoloji aydınlıq səviyyəsin-
də əhəmiyyətlidirsə); b) vahidin ilkin yaranma (istifadəyə buraxılması) vaxtı və məkanı
(konteksti); c) vahidin etimoloji referentinin müəyyən edilməsi (hansı hadisə və ya hə-
yati faktla bağlı deyilib); d) konstruksiyasının semantik strukturunun dildaxili ümu-
miləşdirmə əsasında (kiminsə simvolik ümumiləşdirməsi – qnoseoloji qənaəti baxımın-
dan) yaranması haqda məlumat daxil ola bilər. Bu məlumatların hamısı olduqda analizə
cəlb olunmuş vahid özünün mütləq etimologiyasının təsvirini tapmış olur.
2. İkinci halda etimoloji təsvir ya etimon-referentin təyin oluna bilməməsi
ilə, ya ilkin yaranma vaxtının dəqiqləşdirilə bilməməsi ilə nəticələnir. Bu, tam
etimoloji analiz hesab olunur (mütləq həcmli yox). Belə etimoloji araşdırmalar
nisbətən çoxdur.
3. Üçüncü halda natamam etimoloji təsvirlə kifayətlənməli oluruq: referent –
etimon müəyyən olunmur, yaranma tarixi ya qeyri-dəqiq, ya da tamamilə qeyri-
müəyyən olur. Bu əsnada paremiya-frazeoloji vahidin ancaq a) dil-məxəzi müəyyən
olunur, b) iqtibas olunduğu / spesifik olduğu müəyyən edilir, c) semantik cəhətdən
bir elə də əhəmiyyətli olmayan hər hansı periferik bir əlamət açıqlanır.
4. Paremioloji vahidlərin etimologiyası çox vaxt qeyri-müəyyən qalır. Bu, dil
tarixinin qanunauyğunluğu səviyyəsində qəbul olunur: dilin inkişaf tarixi nəsillərin
tarixinə sığmır, o, xalqın ilkin inkişafı ilə çağdaş tarixini birləşdirir. Bu sistemdə
bəzi «bəndlər» yaddan çıxır, yazılı ədəbiyyatda özünə yer tapmayıb, xatirələrdən
silinir. Ona görə də dildə mövcud olan bütün paremioloji vahidlərin mənşəyini təyin
etmək mümkün deyil. Bu araşdırmalar ancaq mümkünlük çərçivəsində aparıla bilər.
5. Paremioloji vahidlərin, frazeoloji birləşmələrin və «qanadlı sözlər» qəbilə-
sindən olan konstruksiyaların etimoloji tədqiqi eyni üsullarla (prinsiplərlə) aparıla
bilməz. Nəticə etibarı ilə birincilər qanadlı sözlərdən anonimlik /qeyri-anonimlik
əlaməti ilə fərqlənir. Paremioloji konstruksiyanın (əsasən, atalar sözlərinin) oppo-
zitiv «strukturu» onun obrazlı (məcazi) və qeyri-məcazi mənalarının toqquşmasın-
dan ibarətdir. Bu əlamət frazeoloji birləşmələr üçün mütləq deyil.
6. Semantik-struktur identikliyi ilə fərqlənən və bir neçə dildə işlənən paremi-
yaların mənşə qaynaqları bir xalqın deyil, invariant insanın təfəkkürünün universal
məntiq qanunlarına tabe olmağının bariz nəticəsidir. «Universal» konstruksiyalarla
sırf spesifik konstruksiyaların mövcudluğu dilin paremioloji fondunun sistemli
xarakterini sübut edir.
Ədəbiyyat
Dostları ilə paylaş: |