Məqalədə mətnin quruluşunda determinantların işlənməsi tədqiq edilir. Deter-
minantlar cümlənin predikativ əsasını genişləndirən amil kimi mətnin komponent-
lərinin birləşməsində mühüm rol oynayır.
Lokal və temporal determinantlar diqqət mərkəzində durur. Təsvir və nəql tipli
mətnlərdə fəza və tərz-zaman əlaqələrinin determinantla realizə edilməsi şərh edilir.
G.Rzayeva
The role of determinant
Summary
The role of determinants in the text. The utilization of determinants in the text
construction is researched in the article.
Determinants play a great role in joining of text components as the factor of
expanding the predicative basis of the sentence.
Local and temporal determinants are in the center of attention. The texts like
description and narration, the realization of space and aspect and tense connection
with determinants are interpreted.
Rəyçi: Надир Мяммядли
filologiya elmləri doktoru, professor
Filologiya məsələləri – №5, 2014
9
ƏLİRZA ƏLİYEV
LDU
aliriza@mail.ru
BƏDİİ ƏDƏBİYYATDA ONOMASTİK VAHİDLƏRİN POETİK
XÜSUSİYYƏTLƏRİ
Acar sözlər: poetik obrazlılıq, onomastika, məcaz, bənzətmə, müqayisə, metafora,
metonimiya, mübaliğə, epitet, peyzaj.
Key words: poetic imageness, onomastics, litofez, comparison, metophor, meto-
nyumy, exagaration, summary and etc.
Ключевые слова: поэтическая образность, ономастика, троп, гипербола,
сравнение, метафора, метонимия, эпитет, пейзаж.
Bədii əsərlərdə obrazlılıq ən başlıca kateqoriyadır. Obrazlılıq bədii əsərin
xarakterik xüsusiyyətini, başlıca əlamət və keyfiyyətini özündə əks etdirir.
Təsadüfən deyilməmişdir ki, “obrazlılıq dil üçün ümumi kateqoriya deyil, bu bədii
üslubda xüsusi kateqoriyadır.” (2, s.64) Bu kateqoriyada ümumi sözlərlə yanaşı,
xüsusi adlar-onomastik vahidlər də mühüm yer tutur.
V.Vinaqradov bu cəhəti nəzərə alaraq yazır: “Bədii əsərlərdə ad, ləqəblərin
seçilməsi məsələsi, müxtəlif janr və ədəbi növlərdə onların quruluşca rəngarəngliyi,
səciyyələndirici funksiyaları və s. haqqında nümunələr nümayiş etdirmək olar. Bu
bədii üslubiyyatın ən böyük və ən mürəkkəb mövzularından biridir”. (5, s.38)
Doğrudan da, bu belədir. Bədii əsərlər onomastik vahidlərlə zəngindir və bunlar
üslubi rəngarəngliyin yaradılmasında mühüm əhəmiyyət daşıyır. Linqvistikamızda
onomastik vahidlər sahəsində müəyyən tədqiqat işlərinin aparılmasına baxmayaraq
təəssüflər olsun ki, bədii əsərlərdə onomastik vahidlər və onların üslubi imkanları,
xüsusilə də poetik onomastikamız, əgər A.Paşayevin “Poetik adlar aləmi” əsərini
nəzərə almasaq, demək olar ki, tədqiqatdan kənarda qalmışdır. Bu gün dilçiliyi-
mizin qarşısında duran mühüm vəzifələrdən biri də bu istiqamətdə lazımi səviyyədə
tədqiqatın aparılması və genişləndirilməsidir.
Elə bir yazıçı tapmaq olmaz ki, o onomastik vahidlərdən istifadə etməmiş ol-
sun. Onomastik vahidlər bədii əsərin əsas ideyasını, obrazın xarakterik xüsusiyyəti-
ni, onun istək və arzularını, coğrafi mövqeyini, xarici görünüşünü ifadə edir. Bu
vasitələrin müəyyən hissəsi bədii dildə yazıçı təxəyyülünün məhsulu olub özünün
poetik xüsusiyyəti, ekspressiv və emosional çalarlığı ilə adi real adlardan bu və ya
digər dərəcədə də fərqlənir. Bütövlükdə onomastik vahidlər bədii təsvir və ifadə
vasitəsi kimi hər bir sənətkarın fərdi üslubunda özünəməxsus poetikliyi ilə seçilir.
Bədii təfəkkürün başlıca fəaliyyətində bənzətmə xüsusi yer tutur və demək
olar ki, bu ilkin təsəvvürlərin nəticəsidir. Bənzətmənin yaradılmasında poetik
onomastik vahidlər xüsusi rol oynayır. Bədii əsərlərdə təbiət varlıqları, insan, ona
məxsus əlamət və keyfiyyətlər müqayisə şəklində bənzətmənin müxtəlif qütblərində
dayanır. Məsələn:
Təbrizin qoynundan çox igid çıxıb. Təbiət ucalmamış Səttarxan kimi.
(B.Azəroğlu) Mənim əziz oğlum etibar, Etibar balam, Sən təzə açılmış çiçək
kimisən. (B.Azəroğlu)
Filologiya məsələləri – №5, 2014
10
Şair Qabil təbiət vurğunu olan Musa Yaquba həsr etdiyi şeirində onun böyük
firça ustası Səttar Bəhlulzadə ilə müqayisəyə çəkərək deyir:
MusaYaqub şeirimizin Səttar Bəhlulzadəsi Sərraf Bəhlulzadəsi Əttar
Bəhlulzadəsi.
Qabil Azərbaycan təbiətini rəngarəng poetik lövhələrlə tərənnüm edən Musa
Yaqub sənətini bənzətmə obyekti olan əvəzsiz firça ustası Səttar Bəhlulzadə ilə
müqayisə edir. Həm də Səttar Bəhlulzadənin adına xoş məramlı “Sərraf”, “Əttar”
kimi poetik ləqəblər qoşmaqla cinas yaratmış olur.
M.Araz poeziyası poetik onomastik vahidlərlə zəngindir. Şair bunlardan bədii
təsvir və ifadə vasitəsi kimi obrazlı şəkildə istifadə edir. Ən maraqlısı budur ki,
sənətkar çox vaxt şeirlərində özünü də müxtəlif təbiət varlıqları və sənət dahiləri ilə
müqayisə obyektinə çəkir:
Məndən soruşsalar: - Sən kimsən? - onda. Nəsimi oluram alov odunda. Bəzən
üfüq adlı bir Nizamiyəm. Demək mən xilqətəm, mən hamıyam. Bəzən Füzuliyəm -
Bir planetəm. Sabirəm, Üzeyirəm, Bülbüləm kiməm? Azəri nəğməsi, bilmirəm
kiməm?
Göründüyü kimi burada şair özünü böyük sənətkarlarımıza, planetə, bütövlük-
də Azəri nəğməsinə bənzədir. Bu bənzətmə adi bənzətmə deyil, ağlın, zəkanın, sə-
nətkarlıq qüdrətinin bənzətməsidir. Bunun üçün şair müxtəlif bədii fiqurlardan isti-
fadə etmiş və bir neçə ritorik sualla rəngarəng üslubi çalarlıqlar və emosionallıq
yaratmışdır. Bir sözlə, şairin müqayisə zamanı öz-özünə vermiş olduğu “Mən
kiməm?” ritorik sualda heç bir cavab gözləmir. Əksinə, o özünün kim olduğunu
hamıdan yaxşı dərk edir. X.Cabbarov demişkən: “M.Araz yaradıcılığı böyük vətən-
daşlıq pafosu ilə çox fərqlənir. “Küləklər” şeirində: “Döy qapımı, döy qapımı
Müşfiq küləyi, Əli Kərim qasırğası, qır pəncərəmi” deyən şair sanki qələmdaşlarını
həm klassiklərdən, həm də müasirlərdən öyrənməyə cağırır. (2, s.177)
M.Araz poeziyasında doğma ocağa, yurda, vətənə, onun əvəzsiz rəngarəng
təbiətinə bağlılıq daha qabarıq şəkildə özünü göstərmişdir. Bunların təsvir və tərən-
nümündə şair müxtəlif bədii priyomlardan istifadə etmişdir. Bu məqsədlə məcazın
ilk növü sayılan bənzətmə və müqayisəyə müəyyən dərəcədə üstünlük vermişdir:
“Uç Məmmədin xəyalı tək. Bu dağlarda yaşa kəklik”. Dostun qayıqlar bəzər, “De-
dim bu görkəmlə Xəzərə bənzər. Qırınc yaylağa köçüb Xəzər; Baxdı, cilvələndi
nazlandı Göy göl”.
M.Araz poeziyasında bənzətmə məqsədi üçün təkcə antroponim, toponimlər-
dən deyil, həm də səma cismlərinin adlarından-kosmonimlərdən də poetik və obraz-
lı şəkildə yararlanmışdır. Bir şeirində şair hələ demədiyi, yazmadığı, lakin ürəyində,
qəlbində yaşatdığı sirli dünyasını kəşf olunmamış Aya, Marsa, Veneraya bənzədir.
Bu məqsədlə bənzətmənin xüsusi növünü yaradan “Kimi” qoşmasının üslubi imka-
nından təkrir kimi istifadə edir:
Ay kimi, Gün kimi, Venera kimi
Qəlbimin çox sirri kəşf olunmamış.
Ümumilikdə poeziyamızda bənzətmə yaratmaq məqsədilə kosmonimlərdən
geniş istifadə olunmuşdur. Məsələn, M.Müşfiq oğlan və qızlarımızı poetik formada
Aya və Günə bənzədir: Ay kimi oğulların, Gün kimi qızların var.
Bədii üslubda bir təsvir vasitəsi kimi kosmonimlərdən istifadə təsadüfi hal
deyildir. Çünki səma cismləri paklıq, ucalıq və yüksəklik rəmzidir. Həm də bu kos-
Filologiya məsələləri – №5, 2014
11
monimlər ülvi hissləri özündə təcəssüm etdirir. Buna görə də poetik üslubda insan-
lar həmin cismlərə bənzədilir. Bundan ədəbiyyatımızda həm klassik və həm də
müasir yazıçılarımız istifadə etməklə bəhrələnmişlər. Bunu əyani şəkildə göstərmək
üçün aşağıdakı şeir parçalarına diqqət yetirək:
Ay tək çıxdı Yusif quyudan əgər. Nur saçdı quyudan o Aya qədər. (N.Gəncəvi)
Nə gözəl gecədir, hava da ilıq. Görürsən ona bax, Xanlar, Aya bax. Qızıldan təmiz-
dir, gümüşdən parlaq... Əgər insanlar da ona bənzərsə, Dünya quzu kimi verər səs-
səsə. (S.Vurğun) Dünyaya Günəş tək nur yayan insan. Vaxt olur ulduzda üfüq tək
axır. (N.Xəzri)
Və ya: Günəş ürəkli Sevil. Sevil ürəkli günəş. Günəş hörülü Sevil. (N.Xəzri)
N.Xəzri həm də Günəş və Ay planetlərini yüksək sənətkarlıqla antonim kimi
qarşı-qarşıya qoyur: Sən parlaq Günəşsən, Mən solğun Ayam. Ayam, yoxsa sönmə-
miş bir çırağam?
O.Sarıvəli də eyni beytdə Ay, Günəş və Ülkər kimi səma cisimlərinin poetik
formada qoşa hallandırır: Ay yeri seyr edir bir ehtiramla, Yenə məşəlini yandırır
Ülkər” Və ya: “Aləmdə nə varsa hamı dəyişir. Dəyişir səmtini Ay, Günəş, Ulduz.
B.Azəroğlu da “Təbrizim mənim” şeirində Təbrizin payızını yüksək poetiklik-
lə “Ay yanağına” bənzədir. Bundan əlavə də, sənətkar Təbrizi vəsf etmək üçün
müxtəlif məcazlar sistemindən istifadə etmiş, bir tərəfdən onu başı çalmalı Səhəngə
bənzətmiş, digər tərəfdən isə onu “ulduz baxışlı”, “sinəsi ayna güllü”, “bulaq züm-
züməli”, “dupduru Təbriz” kimi səciyyələndirmişdir:
Başı Səhəng çalmalı. Ətəyi Aclçaylı. Payızı Ay yanaqlı, Ulduz baxışlı, Sinəsi
ayna güllü, Bulaq zümzüməli, Dupduru Təbrizim mənim.
O.Sərıvəli isə “Ayı yeri seyr edən bir ehtişam” kimi poetikləşdirmişdir. S.Vur-
ğun da səma cismləri olan Ülkər və Ayın əks etdirdiyi mənzərəni müqayisə və rito-
rik sual modeli ilə canlandırır və bu obrazlı mənzərəni poetik qələmi ilə çəkə bilmə-
yəcəyini etiraf edir: Gəldi qoşa gəldi Ay ilə Ülkər. Bir ağ çarpayının üstə Əmirxan.
Başının üstündə Ülkərmi durmuş? Ayaq tərəfində Aymı oturmuş? Bunu rəssam
kimi çəkə bilmirəm.
Dilimizdə səma cisimlərinin antroponim yerində işlədilməsi də poetikdir. Xü-
susilə bu gün dilimizdə olan poetik şəxs adlarının bir qismi (Günəş, Ulduz, Ülkər,
Aytac, Aydan, Aysel, Aygün və s.) məhz səma cismləri əsasında yaranmışdır. Şübhə
yoxdur ki, bu adları ayrı-ayrı şair və yazıçılarımızın fərdi üslubunun məhsuludur.
Göründü açıq aydın. Sənubər, Sadıq, Aydın (C.Məmmədov). “Oğuz ucal, Aybəniz.
Üst başları tər-təmiz”. (Ə.Cəmil) Kövrəlib dedi: Ülkər-olmasaydı xəstə əgər.
Üzündən öpərdin sən. (M.Seyidbəyli) və s.
Bədii əsərlərdə bənzətmənin üslubi imkanları çox genişdir. Onlardan biri də
“kimi” və “tək” qoşması ilə yaranan bənzətmədir. Bu qoşmalar vasitəsilə hər hansı
şəxs, onun keyfiyyətləri, təbiət varlıqları, baş vermiş hadisə olduğu kimi başqasına
bənzədilir: Şevçenkonu Sabir kimi, Dnepri Araz kimi qoruyuram. (M.Araz) Mənim
tək bir andım var, Araz. Mən səni apara bilməsəm, Sən məni apar, Araz. (M.Araz)
Demirəm Məcnun tək çöllərdə qaldım. Nə də Fərhad kimi külüng caldım.
(B.Azəroğlu) Axı həqiqəti deyənin olmur qorxusu. Nədən qorxacağam. Həllac
Mənsur kimi Dara çəkilməkdən, yoxsa Nəsimi kimi dərimin soyulmasından.
(B.Azəroğlu) Aldı Cəmşid kimi qızıl cam ələ. Tacı günəş kimi nur saçdı elə. (N.Gən-
cəvi)
Filologiya məsələləri – №5, 2014
12
Poetik obrazlılığın yaradılmasında müqayisənin rolu əvəzsizdir. Müqayisə
vasitəsilə müxtəlif və rəngarəng obrazlılıq yaradılır. Belə obrazlılıq söz sənətində
insanda estetik gözəllik yaradır. Bu, insanda heyrət və pərəstiş hissi doğurur. Belə
hisslərdən biri də vətənə, doğma torpağa, onun rəngarəng və bərəkətli güşələrinə
sonsuz sevgi və məhəbbət hissidir. Xüsusilə lirik əsərlərdə mənzərə və peyzaj
şəklində verilmiş obrazlılıq özünün əyaniliyi ilə mənəvi dünyamızı, ruhumuzu zən-
ginləşdirir, vətəndaş məhsuliyyətimizi, doğma yurd təssübkeşliyimizi daha artırır.
Belə şeirlərdə obrazlılıq yüksək səviyyəsində poetikləşmiş olur:
Mən bir qədim mahnıyam
Xallarım əlvan-əlvan
Musiqim - Qarabağdır
Sözlərimdə - Naxçıvan
Bu torpaqda yaranmış
Koroğlunun cəngisi
Qıratın üzəngisi. (B.Vahabzadə)
“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” deyən M.Araz poeziyasında
Vətənin, böyüdüb boya-başa çatdığı ölkənin obrazlı tərənnümü xüsusi yer tutur:
Azərbaycan - qayasında bitən bir çiçək
Azərbaycan çiçəklərin içində qaya
Mənim könlüm bu torpağı vəsf eləyərək
Azərbaycan dünyasından baxar dünyaya.
Q.Qasımzadə isə “Azərbaycan” şeirində vətənimizin xəritəsində özünün
rəngarəngliyi, sərvət və neməti ilə bir-birbirindən seçilən onamastik adları poetik
səviyyədə müqayisəyə çəkmiş və obrazlı mənzərə yaratmışdır: Şirvan yolu-alnım-
dakı qırışlarımdır, Zümzüməli Kürün suyu-şirin sözləri: Bu torpaqdır güvəndiyim
var-dövlətinə, Nifrətidir, qəzəbidir Bakı küləyi... Sazlı, tarlı, xoş avazlı Qazax, Qa-
rabağ. Şəfa verən loğmanımdır - Sirab, İstisu. Nəvazişli qucağıdır - Kəpəz,
Xanbulaq. Səxavətli bir insandır güllü-qanadlı. Bol nemətli süfrəsidir - Ağdam,
Lənkəran. Əlçatmayan zirvəsidir Laçın, Qubadlı. Sol döşündə ulduz kimi yanır
Naxçıvan! Göy göl - onun çay içdiyi mavi nəlbəki. Təzə arxlar, kanallar da alın
təridir.
Müqayisə məfhumu linqvistikada geniş anlayışdır. “Filologiyada müqayisəni
sadəcə məcazın bir növü sayan və ya təşbehlə eyniləşdirən tədqiqatçılar haqlı deyil-
dirlər. Müqayisə poetik obrazlılığın əsas qəlibidir, təşbehdən simvola qədər bütün
trop növlərinin yaranmış üsuludur”. (2, s. 148) Bu üsulla ayrı-ayrı məfhumlar ara-
sında müxtəlif əlamət, keyfiyyət, hal-vəziyyət, dəyər, xarici görünüş və s. cəhətdən
bənzərlik və oxşarlıq mühüm mahiyyət daşıyır.
Dilimizdə bənzətmənin yaranma vasitələri müxtəlifdir. Öncə bizə elə gəlir ki,
bənzətmə təkcə qoşmalar vasitəsilə yaranır. Əslində bu belə deyildir. Burada bütün
qrammatik fiqurlardan istifadə olunur və bənzətmə vasitəsilə başqa məcaz növləri, o
cümlədən metofora da formalaşır. Metafora da bədii ədəbiyyatda obrazlı təsəvvürün
yaradılmasında xüsusi mahiyyət daşıyır. Burada onomastik vahidlərin də rolu az
deyildir. Onomastik vahidlər yazıçı qələmi sayəsində poetik şəkildə metoforikləşir.
Məsələn: Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam, Azərbaycan oğluyam.
(İ.Səfərli) Bəzən Koroğlusan, bəzən Kərəmsən, Bəzən də Rüstəmsən, Zalsan,
səsinlə. (O.Sarıvəli) Şahın şəkli yoldur divara bax bir, İndi Səttərxan da seyr edir
Filologiya məsələləri – №5, 2014
13
bizi, Əziz körpələr görüb sevinir, Nizami, Fizuli, Saib Təbrizi... (O.Sarıvəli) Adı
var tarixdə analarımızın: Nənəm Nüşabəni yadına sal bir, Ona baş endirir İskəndər
Kəbir. Məshəti xanımı unutma barı, Yığdı dövrəsinə sənətkarları... Böyük
Nizamiylə yanaşı durdu... Qarabağ günəşi şair Natəvan. Bu gün də çıxmamış elin
yadından. (O.Sarıvəli)
Bu misralarda böyük tarixi şəxsiyyətlərimizin, əfsanəvi qəhrəmanlarımızın
igidliyi, qoçaqlığı, qorxmazlığı, mərdliyi, tədbirliliyi, ağıllılığı, Babək, Koroğlu,
Natəvan, Kərəm, Rüstəm Zal, Səttərxan, Natəvan, Məshəti xanım, Nüşabə və
Füzuli simasında metaforikləşmişdir. Bədii üslubda söz birləşməsinin birinci tərə-
finin onomastik vahidlərdən ibarət metoforik ifadələrə də təsadüf olunur: Bu dağ
ulu Sabir dağı. Sağalan deyildir o dağ. Vurğun şeiriyyəti, Vurğun torpağı. Bəlkə
də, yüz vurğun yetirəcəkdir. (M.Araz) Məcnun səhralara düşər yolların. Dönər
iqlimlərə Leyli bulağı. (M.Araz) Mən böyük Babəkin nişanəsiyəm. (B.Azəroğlu)
Gör Azəri qızı düşündün nəyi, Sən kişi ömrünün dəyirman pəri, Koroğlu Misrinin
Nigar dəstəyi , Nəbi Aynalının Həcər səngəri. (M.Araz) Geri firlan yer kürəsi, za-
mandan küsüb. Nüşabənin kəcavəsi təpədən aşdı. (M.Araz)
Yuxarıda verdiyimiz nümunələrdəki metoforik birləşmələrin hamısında
birinci tərəfi şəxs adları təşkil edir. Poeziyada elə metoforikləşmiş birləşmələr də
vardır ki, həmin birləşmələrin hər iki tərəfi şəxs adlarından ibarət olur:
Gülümsədi dinmədi Füzulinin Leylisi, Nizaminin Şirini, Cavidin Xumarı.
(B.Azəroğlu)
Toponimlər də metaforik birləşmənin birinci tərəfi kimi çıxış edir: Bu gün
mənim bir düz Kürsüm - Qarabağ düzü, Qanadında qız alqışı, qadın alqışı, Bu gün
mənim bacım Gülsüm, Qarabağ düzü. (M.Araz) Aşıq, qutardı, il təzələndi, Təbriz
baharı yadıma düşdü. (B.Azəroğlu) Dağlarında Sabirlərin ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı, Dağlarında Qoca Şərqin duman dünyası.
(M.Araz)
Məcazın müqayisə üslubu ilə yanaşı yaranan növlərindən biri də mübaliğədir.
Müqayisənin digər növlərindən fərqli olaraq mübaliğə bədii dildə hər hansı bir ifa-
dənin təsir gücünü daha çox artırmağa xidmət göstərir. Metaforik mübaliğədən ən
çox poeziyada istifadə olunur, insan və ona məxsus xüsusiyyətlər və s. burada həd-
dindən artıq şişirdilir. Buna görə də mübaliğə bəzən “şişirtmə” də adlandırılır. Bir
qayda olaraq onomastik vahidlər də mübaliğə predmeti ola bilir:
Nəsimi, Nəimi məzarlarınacan. Yerin qulağına hay salmağım var. (M.Araz)
Həm Təbriz, həm Bakıdır. Məkkəm, Mədinəm mənim. (B.Vahabzadə) Qocalmaz
təbiətin var, şirin dilin var. Möcüz barmaqların, incə əlin var. Xəyalımda nurlu bir
heykəlin var. Yurdumun Kəpəzi, Qoşqarı boyda. (M.Aslan) Zeynəb qadınları yığdı
başına Təbrizin üstündə tufan eylədi. (O.Sarıvəli) Səhəng sözlərindən odlar tökülür
(B.Vahabzadə) Mən Arazda şaxələnən çinaram, Ömür boyu tufan oldum, su
yardım. Xətainin qılıncını suvardım. Məmməd Araz karandaşı közərdi. (M.Araz)
Bədii üslubda, xüsusilə də poeziyada fikrin ekspressiv ifadəsində, obrazlı
düşüncələrin dərk olunmasında epitetin mühüm əhəmiyyəti vardır. Ona görə də
poeziyada sənətkarlar fərdi-sintaktik epitetlər yaradır, bir növ əsərlərinə bəzək vurur
və onu daha da oxunaqlı edirlər. Bu məqsədlə az da olsa, onomastik leksikaya
müraciət etmiş olurlar:
Vidadi xanlardan görmədi Kərəm.
Filologiya məsələləri – №5, 2014
14
Vaqifə dağ çəkdi min sənəm.
Öldü qoç Koroğlu, öldü xan Kərəm. (O.Sarıvəli)
O, rəssam duyğulu, şair xəyallı
O dağlar gözəli Xuramancığaz
Yurdumun ayağı sayalı qızım
Ağzı xeyir sözlü, həyalı qızım. (S.Vurğun)
Züleyxa eşqim, Yusif camalım
Məcnunu mən olan Leyli xəyalım. (A.Şəmşir)
Sazına Vaqifin səsimi gəldi,
Səsindən baharın nəsimi gəldi.
Alqışla Füzuli, Nəsimi gəldi. (M.Araz)
Düzlərinə şöhrət Araz,
Harayına həsrət Araz.
Gecikmisən Məmməd Araz,
Yəqin dağlar küsüb səndən. (M.Araz)
Obrazların səciyyələndirilməsində ləqəblər də poetik mahiyyət daşıyır. De-
məli, bədii ədəbiyyatda ləqəblər təsadüfi xarakter daşımır. Aşağıdakı nümunələrdən
də bu aydın görünür:
Düşür yadıma fədai dostlarım: Saqqal Vəli, Şəmsuvarlı Əli, Qoca Şahmar
xəzinələr qoyub altına. (B.Azəroğlu) Siz Topal Əhmədi elə bilməyin. (O.Sarıvəli)
Ey yaramaz! Çıx səngərdən səninləyəm, ey Tıntın Kərəm (B.Azəroğlu)
Onomastik vahidlərin bədii üslubda rolu təkcə məcazlarla məhdudlaşmır. Bu-
rada sintaktik konstruksiyalar, o cümlədən bədii xitablar da müəyyən rol oynayır.
Məsələn: S.Rüstəm Araza xitabən müraciət edərək: “Axma, Araz! Dayan Araz!
İnsaf eylə bizə bir az! Cəllad kimi bir ürəyi xəncər ilə iki yerə bölmək olmaz!”
Göründüyü kimi müəllif Araz hidroniminə müraciətlə bir daha poetiklik, yüksək
pafos ifadə edir və bir növ də müəyyən dərəcədə dramatik konflikt yaratmış olur.
Bütün bu söylədiklərimiz və bir məqalə çərçivəsinə sığışdırılması mümkün ol-
mayan söyləmədiklərimiz bir daha sübut edir ki, bədii əsərlərimizdə poetik mahiy-
yət daşıyan onomastik vahidlər çoxdur. Lakin bədii əsərlər əsasında həmin vahidlər
bu günə kimi kifayət qədər araşdırılıb öyrənilməmişdir. Halbuki, bədii əsərlərin
dilində onomastik vahidlərin müxtəlif istiqamətlərdə tədqiqi bütövlükdə filologiya-
mız üçün çox vacib və əhəmiyyətli məsələlərdən biridir.
Ədəbiyyat
1. A.Paşayev. Poetik adlar aləmi. Bakı, 2010.
2. X.Cabbarov. Sənətkar, söz, üslub. Bakı, 1993.
3. M.Adilov. Sənətkar və söz. Bakı, 1984.
4. M.Adilov, A.Paşayev. Azərbaycan onomastikası. Bakı, 1987.
5. В.Виноградов. Стилистика теория поэтической речи. Москва, 1963.
Filologiya məsələləri – №5, 2014
15
A.Aliyev
Poetic features of onomastic umits in fiction
Summary
The aricle deals with poetic onomastic unites and their stylistic possibilities.
Onomastic units chosen as patters are investigated within the context as litotes,
figuration, comparision, metaphor, metanymy, exagaration, epitet, as well as their
poetic features are visualized.
During the research we came to a conclusion that poetic-onomastic units are
the product of individual style. These poetically express the idea, characteristic
features of image of work of art, its wish and dreams, geographical position and so
on. Except it, poetic-onomastic units have special importance in the creation of
stylistic, emotional and expressive colourfulness.
Our fiction is rich in poetic-onomastic units. But these units which are very
important for our lingnistics have not been researched from the point of view of
stylistic.
A.Aлиев
Поэтические особенности ономастических единиц
в художественной литературе
Аннотация
В статье на основе художественных произведений исследуются поэти-
ческие ономастические единицы и их стилистические возможности. Выбран-
ные в качестве примера ономастические единицы рассмотрены внутри
контекста как сравнение, метафора, метонимия, гипербола, a также изучены
их поэтические особенности.
В результате исследования, пришли к такому выводу, что поэтические
ономастические единицы являются плодами индивидуального стиля. Они
поэтично выражают идею художественного произведения, характерные черты
образа, географическое положение его желаний. Кроме этого, поэтические
ономастические единицы важное значение в создании стилистических раз-
нообразий, эмоциональных и экспрессивных оттенок.
Наша художественная литература богата поэтическими ономасстически-
ми единицами. Но эти единицы, имеющие огромное значение для нашей линг-
вистики, не были изучены системно, с точки зрения стилистики.
Rəyçi: Yədulla Ağazadə
filologiya üzrə elmlər doktoru.
Filologiya məsələləri – №5, 2014
16
Dostları ilə paylaş: |