AFƏT İSRAFİLOVA
ADNA
afat-israfilova@rambler.ru
AZƏRBAYCAN VƏ İNGILİS POEZİYASINDA FORMA: QARŞILIQLI
TƏRCÜMƏ PROBLEMLƏRİ
Açar sözlər: şeir formaları, ritmik quruluş, poeziya, qafiyə, məcaz, bənzərsiz tə-
əssürat, hədəf dili
Key words: Poem forms, rhythmical system, poetry, rhyme, metaphor, unique
impression, target language
Ключевые слова: Поэма формы, ритмическое система, поэзия, рифма,
метафора, уникальный впечатление, целевой язык
Orijinal dil və hədəf dili kimi götürdüyümüz Azərbaycan və ingilis dillərinin
fərqli dil qruplarına (İngilis dili Hind- Avropa dillərinin cənubi german qrupuna,
Azərbaycan dili isə Türk dilləri ailəsinin cənubi-qərb qrupuna) mənsub olduğunu
nəzərə alaraq hər iki poeziyada müxtəlif şeir formaları və onların özəllikləri kimi
məsələlərə diqqət yetirməyi son dərəcə vacib hesab edirik.
İngilis poeziyasına məxsus aşağıdakı şeir formaları mövcuddur:
Məxsusi qafiyə quruluşu olan şairin bənzərsiz təəssürat yarada biləcək hiss
və duyğularını əks etdirən lirik şeir;
Məxsusi qafiyə quruluşu və ölçüsü olan nəqledici qeyri-dramatik şeir
növü; Növünə görə fərqli quruluşu olan 14 misralıq şeir növü- sonet:
Şekspir soneti – 3 bəndi və son beyti ayəmbik səkkizlikdə abab cdcd efef
gg, yaxud abba cddc effe gg qafiyə quruluşu olan sonet növü;
İtaliya (Petrarka) sonet növü- 8 və 6 misralıqdan ibarət olub birinci hissə
və ikinci hissə arasında fikir dəyişikliyini ifadə edən sonet növü. Ənənəvi qafiyə
quruluşu
abbe
abbe
café
café
Oda - mötəbər mövzuya həsr edilmiş dəqiq lirik şeir növü;
Ağ şeir növü: qafiyələnməyən ayəmbik (vurğulu və vurğusuz hecaların
sıralanması) səkkizlik misralardan ibarət şeir;
Sərbəst şeir: xüsusi ritmik quruluşu olmayan qafiyələnməyən misralardan
ibarət şeir; Epik şeir: qəhrəmanın xalqı üçün ğöstərdiyi şücaətindən bəhs edən uzun
nəqledici şeir növü; Dramatik monoloq: danışanın onu əhatə edən auditoriyaya
öz həyatının dramatik anları haqqında söhbətidir. Bu söhbət zamanı eləcə də onun
mənəvi aləmi-xarakteri açılır. Elegiya(lirik) bir şəxsin ölümünə həsr edilmiş şeir
növü; Ballada (lirik): oxunmaq yaxud əzbərlənmək üçün yazılmış sadə, nəqledici
şeir
növü
olur.
Çobansayağı (lirik) idealistik terminlərlə çoban həyatından bəhs edən şeir
növü; Vilanel lirik şeir forması: aba aba aba aba aba abaa qafiyə quruluşlu,
birinci və üçüncü misraları qafiyələnən beş bənddən və 19 misradan ibarət olan
fransız mənşəli şeir növü; Əyləndirici şeir növü: əyləncə məqsədilə yazılmış
epiqram və limerik kimi komik şeir növü. Şotlandiyanın Limerk şəhərinin adı ilə
adlanır. Bu cür şeir növünün satira və parodiya kimi ciddi mövzulu variantları da
Filologiya məsələləri – №5, 2014
17
vardır. Hayku: 5, 7, və 5 hecalardan ibarət olan üç misralıq, xüsusilə incə
varlıqlardan bəhs edən yapon şeir
növü;
Limerik: yumoru olan cəfəngiyyat aabba qafiyə qurluşu olan şeir növü;
(73). İngilis şeirində qafiyənin növləri:
“Qafiyə” sözü xüsusi və ümumi mənada işlənə bilər. Xüsusi mənada qafiyə
iki sözün son vurğulu saitlərinin və bütün sonra gələn səslərinin eyni olması
deməkdir; şeirin iki misrasının sonda olan sözləri qafiyələnən sözlərdən ibarətsə,
həmin misralar qafiyələnir. Tam qafiyələnən sözlər qafiyələnən sözlərdəki
hecaların sayına görə aşağıdakı kimi təsnif olunur:
Maskyulin (erkək): son hecasında vurğusu olan sözlərin qafiyələnməsi
(rhyme, sublime, crime). Feminin (dişi) vurğusu son hecadan əvvəlki hecada olan
sözlərin qafiyələnməsi (picky, tricky, sticky)
Daktilik: vurğusu son hecadan iki heca əvvəldə olan sözlərin qafiyələnməsi
(“cacophonies",
"Aristophanes")
Ümumiyyətlə “qafiyə” sözünü sözlər arasındakı fonetik bənzərliyin müxtəlif
növləri kimi də izah etmək olar. Bu fonetik bənzərliyin dərərcəsinə və tərzinə görə
qafiyələrin aşağıdakı növləri vardır:
Sillabik (syllabic): sözlərin son hecasında sait səs olub-olmamasından asılı
olmayaraq eyni səslənməsi. (cleaver, silver, or pitter, patter)
Tam olmayan: vurğulu və vurğusuz hecalar arasındakı qafiyə (wing, caring)
Semiraym (Semirhyme)- sözdəki əlavə heca ilə qafiyə (bend, ending)
Məcburi (oblique, or slant): səslərin tam uyğun olmaması ilə qafiyə (gre-
en, fiend)
Konsonans (consonance): samitlərin uyğunluğu (her, dark)
Yarımqafiyə misradakı son sözlərin uyğunluğu (bent, ant)
Assonans (assonance) saitlərin uyğunluğu (shake, hate)
Alliterasiya: sözlərin əvvəlindəi səslərin uyğun gəlməsi (short, ship)
İngilis poeziyasında məzmuna görə bir sıra şeir növləri mövcuddur:
Toy poeziyası(Wedding poetry): Bu tipli şeirlərə Uilyam Batler Yitsin
“Sən qocalanda” ( “When you are old) “, Elizabet Bərret Brauninqin “Seni
mən necə sevirəm” (“How Do I Love Thee”), Xirsistafor Marlunun “Sevən çoban-
dan sevgilisinə” (“The passionate Sheperd to his Love”), Vilyam Şekspirin “Səni
yay gününə bənzədimmi mən?” (“Shall I Compare Thee to a Summer”s Day?”) ki-
mi şeir nümunələrini misal gətirmək
olar.
Yeniyetməlik poeziyası: yeniyetməlik mövzusunda olan poeziya növüdür.
Yeniyetmə Poeziyası (Teen Poetry) Redyard Kiplinqin “Əgər”, Uilyam Bleykin
“Pələng”( TheTyger), Corc Qordon Bayronun “Biz ayrılanda” (When We Two
Parted) , T. S. Eliotun Conatan Svift, S. T. Coulric, Coys Kimler, Emili Dikinson,
Tomas Hud, Meri Houit, Robert Bönz, Alfred Lord Tenison və Ceyms Folinin
şeirlərini əhatə edir.
Qot poeziyası, yaxud Qaranlıq poeziya adından da göründüyü kimi bu
mövzulu poetik nümunələri özündə birləşdirir. Kristina Rozetti, G. Q. Çesterton,
Anna Finç, Uolter de la Mar, Uilyam Batler Yits, Aleyster Krauli, Matyö Arnold,
Jon Donn, Lord Bayron və başqalarının yaradıcılığında da bu tipli şeirlərə rast gəl-
mək olur.Məs. Uilyam Bleykin “Zəhər Ağacı”(A Poison Tree), Radyad Kiplinqin
“Sən qocalanda”( When You Are Old), “Ölən Qadına” (Upon a Dying Lady) şeir-
ləri bu qəbildəndir.
Filologiya məsələləri – №5, 2014
18
Amerika poeziyası. Amerika poeziyasının hər cür üslubda müxtəlif
qurluşlu, məzmunlu şeirlər yazan ən məhşur şairlərinin əsərlərini əhatə edir. Məs.
Edqar Alan Pounun “Qarğa”( The Raven), Coys Kimlerin “ Üzrxahlıq”(Apology),
Karl Səndbörqün “Çikaqo”(Chicago) , Con Kuinsi Adamsın “İnsanın istəkləri”(The
Wants of Man), Henri Uordsvorst Lonqfelounun “Milad zəngləri” və s. kimi
əsərləri misal gətirmək
olar.
İngilis Poeziyası. İngilis poeziyasına hər cür üslubda fərqli mövzularda və
qurluşlarda yazılmlş şeirlər daxildir. Məs. Matyö Arnoldun “Ölməzlik” (Immor-
tality), Robert Bricin “Bulbüllər” (Nightingales), Emili Brontenin “Sevgi və dos-
tluq” (Love and Friendship), S. T. Kolricin “Qoca dənizçi” (The Ancient Mariner),
Cefri Çoserin “Amansız Gözəllik” (Merciles Beaute), E. B. Brauninqin “Səni necə
sevirəm” (How Do I Love Thee) kimi şeir nümunələri bu poeziyaya daxildir.
Robert Frost (1874 - 1963)Poeziyasına şairin yazdığı müxtəlif növ şeir
formaları daxildir. Böyük şair Amerikanın SanFransisko şəhərində Daily Evening
Post qəzetinin redaktoru Uilyam Preskot Frostun ailəsində anadan olmuşdur. O,
Harvardda təhsilini başa vurmuş, atasının ölümündən sonar Masaçuset ştatına
köçmüşdü. İlk şeiri orada işıq üzü görmüşdü. 1912-ci ildə anası ilə birlikdə anasının
boya-başa çatdığı Qlazqoya köçmüşdü. Çoxşaxəli yaradıcılığa malik olan şair dörd
dəfədən artıq Pulitzer Mükafatına layiq görülmüşdür. Həm şair, həm müəllim,
publisist və tənqidçi kimi tanınan Robert Frost yaradıcılığının özəlliyi onun
Amerika ədəbiyyatında Rober Frost poeziyasına ayrıca yer verilməsinə imkan
yaratmışdı. Məs. “Şəhərdə bir Çay”(A Brook in the City), “Bir Mömin Baharda”
(A Prayer in Spring), “Gecə ilə Tanışlıq” (Acquainted with the Night), “Su
arxasınca Gediş” (Going for Water), “Ruh Evi” (Ghost House), “Sevgi və bir sual”
(Love and a Question) və s. Azərbaycan ədəbiyyatında ölçü, qafiyə, ritm
baxımından aşağıdakı şeir formaları mövcuddur: Heca vəzni. Bu vəznin iki mü-
hüm şərti var: ölçü və bölgü. Bunlardan birincisi misralardakı hecaların sayının
bərabərliyinə; ikincisi isə misradakı heca mikroqruplarının uyğunluğuna əsaslanır.
Sərbəst vəznli şeir: Sərbəst şeir ölçülü şeirin əksini təşkil edir ki, bu qarşı-qarşıya
qoyulma da müxtəlif fərqləndirici əlamətlərə malikdir. Bu əlamətlərdən ən mühüm-
ləri isə birinci növbədə vəzn və qafiyə,şeirin fonetik təşkili, məcazlar sistemi və
sairədir. Bu forma ənənəvi qafiyə sistemini, ölçünü rədd edir. Azərbaycan sərbəst
şeirində vəznin əsasını ritmik vahidlər-taktlar təşkil edir. Necə ki müxtəlif sayda he-
cası olan bölgülər heca vəznində əsasdır, sərbəst vəzndə həmin vəzifəni ritmika-
intonasiyanın vahidləri olan taktlar (təqtilər) yerinə yetirir. Əruz vəzni: Bu söz
farsca ölçü deməkdir. Ədəbiyyatımızda bu şeirin rəməl, həzəc bəhrləri geniş
şəkildə əvvəllər işlənmişdir. Əruzun 19-dan çox bəhri vardır. Halhazırda bu vəzn
ədəbiyyatımızda sıradan çıxmaq üzrədir. Qafiyə quruluşuna görə Azərbaycan
şeirinin növləri: Məsnəvi (ikilik)– iki misranın həmqafiyə olduğu bənddir. (
qafiyə quruluşu a-a, b-b, c-c...); Qəzəl (ikilik) - geniş yayılmış lirik şeir növüdür.
(qafiyə qurluşu a-a, b-a, c-...) Üçlük-qafiyə sisteminə görə fərqlənir. Məs. a-a-a, a-
b-a, b-b-b və.s. Dördlüklər-poeziyamızda ən geniş yayılmış şeir növü. Bu şeir
növünün qafiyə qurluşuna görə aşağıdakı formaları vardır: a-a-a-b, 2- a-a-a-b, 3. a-
a-b-a, 4- a-b-a-b, 5- a-b-c-b, 6-a-a-b-b ( məsnəvi), 7-a-b-c-d, 8-a-b-b-a
İkinci və üçüncü növ qafiyə quruluşu olan şeir növünə aşıq poeziyasına xas
olan qoşma(on bir hecalı), gəraylı (səkkiz hecalı), təcnis kimi şeirlər daxildir.
Filologiya məsələləri – №5, 2014
19
Aaba qafiyə qurluşu olan şeirə bayatını, rübaini aid etmək olar.
Abab qurluşlu şeirlərə çarpazqafiyəli dördlük deyirlər. Abab qafiyəlınmə
natamam çarpaz dördlüyə aiddir. Aabb qafiyəli şeirlər- məsnəvi adlanır.
Beşliklər-poeziyamızda iki növü vardır: müxəmməs və təxmis(qafiyə
qurluşü-a-a-b-a-d,a-b-a-b-a, a-b-b-a-a, a-b-c-c-b, a-b-c-a-b, a-b-c-b-d, a-a-b-b-c)
Altılıqlar-müsəddəs şeir növüdür. (qafiyə quruluşu-a-b-a-b-c-c, a-a-b-a-c-
d,
a-a-a-b-c-b,
a-b-c-b-e-d)
Yeddiliklər-müsəbbe şeir növüdür. (qafiyə quruluşü-a-a-b-b-a-c-c, a-b-c-
b-d-b-f) Səkkizliklər- qafiyə quruluşu a-b-c-b-d-d-b-c (1, 72).
İngilis poeziyasında olduğu kimi Azərbaycan türk ədəbiyyatında da
məzmununa və quruluşuna görə bir çox şeir formaları vardır. Bunlara misal olaraq
aşıq poeziyasını, meyxana (bədiyyə) kimi şeir formalarının adını göstərmək olar.
Azərbaycan türk poeziyasında çox vaxt populyar forma kimi tanınan qəzəl
janrını çox vaxt Qərb poeziyasının sonet janrı ilə müqayisə edirlər. Bu iki şeir
formasında zahiri oxşarlıq olsa da, fərqli cəhətlər də çoxdur. Bu fərqlər özünü tərcü-
mədə də göstərir və bəzən müəyyən cətinliklər də yaradır. Azərbaycan yazılı ədəbiyyatı
VII-X əsrlərdə formalaşsa da, ilk şeir nümunələri XIII əsrə aid edilir. Sonrakı əsrlərdə
isə ana dilimizdə yazılı ədəbiyyat, o cümlədən bitkin şeir nümunələri yaranmışdır. XI
əsrdə Yaxın Şərqin bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da əsas poeziya
dili fars-dəri dili sayılırdı. Azərbaycanda ilk qəzəl Qətran Təbriziyə məxsusdur. XII
əsrdə Azərbaycan ədəbiyyatında qəzəl Fələki Şirvani, Mücirəddin Beyləqani,
Xaqani Qivami Mütərrizi və Nizami Gəncəvi sənətində müstəqil janr kimi böyük
şöhrət qazanmışdır. Qəzəl öz quruluşu ilə diqqəti cəlb edir- hər beytin birinci mis-
rasındakı axırıncı söz ikinci misrada sual şəklində qoyulur və aydınlaşdırılır. Qəzəl-
dəki beytlərin, xüsusən son misraları poetik baxımdan maraqlıdır- bir misrada iki
bədii sual və iki bədii təyin. Bu növ kompozisiya emosionallığı qüvvətləndirir, mə-
nanın oxucuya daha təsirli çatmasına və ehtizazına xüsusi təkan verir (19, 42).
Qəzəlin birinci beytinin misralarında daxili qafiyə olur. Digər beytlərin ikin-
ci misrasında birinci beytin misralarının sonunda təkrar olunan söz sonda gəlməklə,
ondan əvvəlki söz birinci beytdə qafiyələnən sözlə qafiyələnir, birinci misralar isə
sərbəst olur. (Aa ba ca da ea və s.) Qazi Bürhanəddin və Nəsimi yaradıcılığı XV-
XVI əsrlərdə doğma dildə yaranan qəzəlin gələcək inkişafı üçün mərhələ rolunu oy-
nadı. Bu dövrdə qəzəl yazan sənətkarlarımız artıq üstünlüyü ana dilimizə verirdilər.
Məhəmməd Füzuli ədəbiyyatımızda qəzəl ustası kimi böyük şöhrət qazanmışdır.
Təsadüfi deyil ki, XX əsrin ortalarında Fizulinin davamçısı sayılan Əliağa Vahid ki-
mi qəzəlxan yetişmişdir.
Ədəbiyyat:
1.Axundov Ağamusa. Şeir sənəti və dil. Bakı, Yazıçı, 198
2. Arif M. Ədəbi-tənqidi məqalələr. Bakı, 1958
3.Nağıyeva Ş. “Müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində milli
koloritin saxlanması”. Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün
dissertasiya. Bakı, 1997
4. Poetik tərcümələr, I toplu, , Xəzər Universitəsi Nəşriyyatı, 2005
Filologiya məsələləri – №5, 2014
20
5. Nağıyeva Ş. “Müasir Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində milli
koloritin saxlanması”. Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün
dissertasiya. Bakı, 1997
6. Poetik tərcümələr, I toplu, , Xəzər Universitəsi Nəşriyyatı, 2005
7. Nida E. A. Principles of translation as Exemplified by Bible Translating // In
Book: on Translation, N. Y. 1966.
8.http://en.wikipedia.org/w/index.phptitle=Special:Captcha/image&wpCaptchaId
=2139062408)
9. https://twitter.com/bayati_az/status/8119329946079232
10. www.translit.az
A.Israfilova
Form in Azerbaijan and English Poetry: Problems of mutual translation
Summery
Literary translation bother between existing boundaries languages. The art of
translation is always trying to refute the idea and that is impossible transfer from
one to the other. We can say that the subtlety of meaning in the original text and the
requirement that the translators put in front of him always affect the literary
translation . Naturally, translators try to be fair in their profession and are
demanding literary translation of the original text . Because of the existing borders
between languages interpreters consider themselves disabled , because as far as
possible, must be faithful to the original meaning.
А.Исрафилова
Формa Азербайджанской и Английской поэзии: проблемы,
представляющие взаимный перевод
Резюме
Границы существующие между языками утруждают художественный
перевод. Поэтому искусство перевода всегда старается опровергнуть мысль
что перевод с одного на другой невозможен. На самом дель, можно сказать
что, тонкость смысла в оригинальном тексте и требования которые
переводчики ставят перед собою всегда влияют на художественный перевод.
Естественно, переводчики стараются быть справедливый в своей профессии и
требовательно относятся к художественному переводу оригинального текста.
Из-за границ существующих между языками переводчики считают себя
ограниченными, потому что насколько это возможно, должны быть верны к
оригинальному смыслу.
Rəyçi: Lalə Məsimova
filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri – №5, 2014
21
RƏHİMƏ MƏMMƏDOVA
ADNA Xarici dillər kafedrası
rahima@mail.ru
İNGİLİS DİLİNDƏ PREFİKSLƏRİN ROLU
Açar sözlər: söz yaradıcılığı, prefiks, inkarlıq, şəkilçi
Key words:, prefix word building, negation, affix
Ключевые слова: префикс, отрицание, аффикс, словообразование,
Müasir ingilis dilində sözdüzəltmənin dilin zənginləşməsində əvəzsiz xidməti
var. Sözdüzəltmə prosesində prefiks və suffikslərin böyük rolu var. Suffiks və
prefikslər arasinda köklü dəyişikliklər mövcuddur. Bu fərq təkcə prefikslərin sözlə-
rin əvvəlinə, suffikslərin isə sözlərin sonuna əlavə olunmasında əks olunmur. Belə
ki, suffikslər bu və ya digər nitq hissəsinə qoşulanda onu digər qrammatik kateqori-
yaya çevirə bilir (to eat- eatable), lakin prefikslər belə çevirmə qabiliyyətinə malik
deyillər. Prefikslər qoşulduqları sözün ancaq leksik mənalarını dəyişə bilirlər. Pre-
fiks sərbəst şəkildə istifadə oluna bilməyən sərbəst söz köklərinə əlavə olunan mor-
femdir. Eyni zamanda bir prefiks müxtəlif nitq hissələrinin əvvəlinə əlavə edilə bi-
lər. Məsələn: misunder-standing, misunderstand.
Suffikslər və prefikslər ingilis dilinin söz yaradıcılığında çox böyük əhəmiy-
yətə malik olub, ingilis dilinin lüğət tərkibinin zənginləşdirilməsində böyük rol oy-
nayır.
Müasir ingilis dilində prefikslər hansı nitq hissələrini yaratdıqlarına görə
aşağıdakı növlərə ayrılırlar:
a) Fel düzəldən prefikslər (be-, de-, en-,out-,un-.)
b) İsim düzəldən prefikslər (ex-, arch-, ana-, dys-, per-.)
c) Sifət düzəldən prefiks (cis-.)
d) Zərf düzəldən prefiks (a) və s.
Mənasına görə prefiksləri iki qrupa ayırmaq olar: Təsdiq məna ifadə edən
prefikslər və inkar məna ifadə edən prefikslər.
Prefikslərdən bəhs edərkən onların aşağıdakı təsnifatını qeyd etmək vacibdir:
1) əsl ingilis mənşəli prefikslər və alınma prefikslər
2) bir nitq hissəsindən başqa nitq hissəsi düzəldə bilən və ya bir nitq
hissəsindən başqa nitq hissəsi düzəldə bilməyən prefikslər
3) təkvalentli və çoxvalentli prefikslər
4) inkarlıq bildirən və inkarlıq bildirməyən prefikslər
Dünyada elə bir dil mövcud deyil ki, o təcrid edilmiş şəkildə inkişaf etsin. Xa-
rici aləm daim ona təsir edir. Cəmiyyət yaranandan müxtəlif tayfa, qəbilə, xalq və
millətlər həmişə bir-biri ilə təmasda olmuş, müxtəlif xalqlar arasında ticarət və s.
əlaqələr yaranmışdır. Bütün bunların nəticəsində xalqlar, onların dilləri qaynayıb-
qarışmış, bir-birinə müxtəlif sahələrdə qarşılıqlı təsir etmiş, bir-birindən sözalma
prosesləri baş vermişdir. Dil əlaqələrini xalqlar və millətlər arasındakı digər əlaqə-
lərdən ayırmaq mümkün deyil.
Əlaqədə olan dillər bir-birindən ehtiyac duyduqlarını ünsiyyəti təmin edə bil-
mək üçün özündə olmayanları alır. Xalqlar arasında baş vermiş dil əlaqələri inkişaf
Filologiya məsələləri – №5, 2014
22
etdikcə bir dildən başqa bir dilə keçən alınmaların xarakteri də dəyişir. Burada söz
yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Söz yaradıcılığında, ingilis dilinin lüğət eh-
tiyatının zənginləşməsində prefikslərin xüsusi yeri vardır. Prefikslər elə sözdüzəl-
dici morfemlərdir ki, onlar söz kökündən əvvəl gəlir, sözün leksik mənasını dəyiş-
dirir və əksər hallarda onun bu və ya digər leksik – qrammatik sinfə məxsus olması-
na təsir göstərmir.
İngilis dilində mövcud olan əsil mənşəli prefikslər sayca alınma prefikslərdən
azdır. Belə ki, ingilis dilində müxtəlif dövrlərdə başlıca olaraq latın, yunan və
fransız dilindən alınma çoxlu sayda prefiks mövcuddur. İngilis dilində əsasən möv-
cud olan alınma prefikslər aşağıdakılardır: -a, - anti, -arch, - bi, -circum, -cis, -co, -
contra, -counter, -de, -demi, -dis, -en, -ept, -ex, -extra, -hemi, -hyper, -hypo, -in, -
inter, -intro, -mal, -meso, -meta, -mono, -non, -pan, -pantro, -para, -peri, -poly, -
post, -pre, -pro, -proto, -re, -retro, -semi, -sub, -super, -sur, -syn, -trans, -tri, -ultra, -
uni, -vice.
Bir nitq hissəsindən başqa nitq hissəsi yaratmaq qabiliyyətindən asılı olaraq
prefikslər iki qrupa bölünürlər: Bir nitq hissəsindən başqa nitq hissəsi yarada bilən
və bir nitq hissəsindən başqa nitq hissəsi yarada bilməyən prefikslər.
1) Bir nitq hissəsindən başqa nitq hissəsi yaradan prefikslər aşağıdakı
modellər üzrə işlənir. Pref+N=V, Pref+A=V, Pref+N=A, Pref+N=Adv, Pref+V=S.
Məsələn: to dismember, to dishonour, to disbale, to denude, non-smoker, non-conduct-
or, abed, afield, perforce, overnight, awake, asleep və s.
2) Bir nitq hissəsindən başqa nitq hissəsi yaratmayan prefikslər aşağıdakı
modellər üzrə işlənir. Pref+N=N, Pref+A=A, Pref+V=V. Məsələn: non-interference,
atheist, non-commital, unwealthy, invisible, achromatic, to decode, to decarbonize, to
unbutton, to unfold, to dislike, to disbelieve, to diapprove, to miscount. və s.
İngilis dilində mövcud olan iyirmi beş bir nitq hissəsindən başqa nitq hissəsi
yarada bilən prefıkslər iki qrupa bölünür:
Birinci qrupa substantivləşmiş və adyektivləşmiş söz köklərindən fel düzəldən
prefıkslər daxildir. Bunlara be-, de-, dis-, en-/in-, inter-, out-, over-, re-, un- və s. misal
ola bilər.
İkinci qrupa substantivləşmiş söz köklərindən, söz birləşmələrindən və feli
sifətlərdən sifət düzəldən prefıkslər daxildir. Bunlar ante-, anti-, inter-, intra-, multi-,
over-, poly-, pre-, post-, pro- sub-, super-, supra-, un-, under- və başqalarıdır.
Prefikslər valentlik baxımından 2 qrupa bölünür: təkvalentli və çoxvalentli
prefikslər. Prefikslərin valentliyi dedikdə onların neçə dənə nitq hissəsi ilə birgə
işlənə bilmək qabiliyyəti nəzərdə tutulur. Bəzi prefikslər yalnız bir nitq hissəsinə
əlavə olunub ondan yeni sözlər düzəldə bildiyi halda, bəziləri isə iki və daha artıq
nitq hissəsinə əlavə olunub onlardan yeni mənalı sözlər düzəltmək qabiliyyətinə
malikdir.
Təkvalentli prefikslərə aşağıdakıları misal göstərmək olar: arch-, hemi-, cis-,
pan-, per-. Məsələn: archenemy, hemistich, pan-American, perchance və s.
Çoxvalentli prefikslərə isə aşağıdakıları misal göstərmək olar: dis-, non-, a-,
mis- və s. Məsələn: to dislike, dismember, to dishonour, non-agression, non-
resistance, non-fulfillment, nonalcocholic, noncommital, mistrust, misconduct, to
misunderstand, to misbehave, atheist, assymetry, anhydrous və s.
Filologiya məsələləri – №5, 2014
23
Prefikslərin bir çoxunun inkarlıq mənası bildirməsi ilə bağlı olaraq prefiksləri
inkarlıq bildirən və inkarlıq bildirməyən prefikslər kimi təsnif edilib, iki qrupa
bölmək olar.
İngilis dilində mənasına görə inkarlıq bildirən prefikslər aşağıdakılardır:
a-, de -, dis-, ill-, in-, mis -, non-, -un-. və s.
Məsələn: anormal, to deforest, to discourage, ill-bred, ill-fated, inconvenient,
irregular, misbehave, nondairy, unimportant, to unbutton.
İnkarlıq prefikslərinin həmçinin mənşəyinə görə iki növü var: alınma
prefikslər və əsil mənşəli prefikslər. Alınma inkar prefikslərə a-, de-, dis-, in-, non-
əsil mənşəli prefikslərə isə un-, ill-, mis- və s. misal ola bilər.
İnkarlıq prefiksləri həmçinin bir nitq hissəsindən başqa nitq hissəsi düzəldə
bilmə qabiliyyətinə görə iki yerə bölünür. Bir nitq hissəsindən başqa nitq hissəsi
düzəldə bilən inkarlıq prefiksləri aşağıdakılardır: de-, dis- və s. Məsələn: to desting,
to discourage.
Bir nitq hissəsindən başqa nitq hissəsi düzəldə bilməyən inkarlıq prefiksləri:
a-, ill-. in-, mis-, non-, un-. Məsələn: non-American, non-interference, illegal,
inconvenient, achromatic, atheist, ill-bred, ill-timed, ill-fated, ill-wisher, unwealthy.
Əlavə olunduqları nitq hissələrinin sayına əsasən ingilis dilində mövcud olan
inkarlıq prefikslərini iki qrupa ayırmaq olar: çoxvalentli və təkvalentli.
İngilis dilində olan əksər prefikslər təkvalentlidir və onlar yalnız bir nitq
hissəsinə əlavə olunur. A-, de-, ill-, non- inkarlıq prefiksləri çoxvalentlidir və onlar
bir neçə nitq hissəsinə əlavə oluna bilir.
İnkarlıq prefikslərini digər prefikslərdən fərqləndirən cəhət onların inkarlıq
mənasının növü və mənası ilə bağlı olmasıdır. Bu nöqteyi-nəzərdən inkarlıq
prefiksləri iki qrupa bölünür:
1) Əlavə olunduqları söz köklərindən inkar mənalı sözlər düzəldən inkarlıq
prefiksləri. Məsələn: a-, in-, dis-, non-, un. (non-interference, intolerable,
disrespect, to displease, unpleasant, abnormal və s).
2) Əlavə olunduqları söz köklərindən ifadə etdikləri mənadan məhrumiyyət
və ya əks mənalı sözlər düzəldən inkarlıq prefiksləri: Məsələn: de-, be-, un-.(to
decode, to deforest, to denitrify, to decarbonize, to besting, to uncoil, to unbutton).
İngilis dili ilə müqayisədə Azərbaycan dilində prefikslərin rolu və əhəmiyyəti
nədir? İngilis dilindən fərqli olaraq Azərbaycan dilində əsil Azərbaycan mənşəli heç
bir prefiks mövcud deyil. Dilimizdə mövcud olan prefikslərin hamısı başqa
dillərdən keçmiş sözlərlə birgə dilimizə daxil olan ön şəkilçilərdir.
Azərbaycan dili özünün müxtəlif tarixi inkişaf dövrlərində bəzi dillərlə
əlaqədə olmuşdur. İlk növbədə Azərbaycan dili ərəb və fars dilləri ilə əlaqədə
olmuş, ərəb və fars dillərindən Azərbaycan dilinə bir çox sözlər və onlarla birlikdə
bəzi isim, sifət düzəldən ön şəkilçilər keçmişdir. Məsələn: na-, bi- (naməhrəm,
namərd, nadinc, binamus, biədəb, bisavad və s).
Bu fikri rus dili və həmin dildən bu dil vasitəsilə keçən söz və şəkilçilər
haqqında da demək olar. Məsələn, rus dilindən vasitəsilə Azərbaycan dilinə keçmiş
-a ön şəkilçisini buna misal göstərmək olar. Məs: anormal, asimmetrik, asinxron,
asemantik, asintetik və s.
Azərbaycan dilində mövcud olan -na inkar prefıksi sifətlərə əlavə olunaraq
onlardan eyni adlı nitq hissəsi düzəldir. Məs: narazı, namərd.
Filologiya məsələləri – №5, 2014
24
Bi- inkar prefiksi isimlərə əlavə olunaraq əlavə olunduğu nitq hissəsindən
sifət düzəldir. Məsələn: bivəfa, bihal və s.
A- inkar prefiksi həm sifətlərə, həm də isimlərə əlavə olunaraq onlardan eyni
adlı nitq hissəsi düzəldir. Məsələn: asinxron, asimmetriya və s.
İngilis dilindən fərqli olaraq Azərbaycan dilində əksər isim və sifətlərin inkar
mənası inkar prefiksləri ilə deyil -sız, -siz, -suz, süz və -ma inkar sufıksləri
vasitəsilə düzəlir. Məs: ağılsız, düşüncəsiz, əhəmiyyətsiz, dadsız, qarışmama, hücum
etməmə.
Azərbaycan dilində fel düzəldən inkar prefiksləri olmadığı üçün fellərin inkar
mənası inkar mənalı fellərlə ifadə olunur. Məs: təşkil etmək-pozmaq, yığmaq-
dağıtmaq.
İngilis dilindən fərqli olara Azərbaycan dilinin söz yaradıcılığında inkarlıq
prefiksləri elə də önəmli yer tutmur və ingilis dilində inkar suffiksləri ifadə edir.
Bundan başqa ingilis dilindən fərqli olaraq Azərbaycan dilində mövcud olan
inkarlıq prefikslərinin hamısı alınma prefikslər olub, başqa dillərdən alınma sözlərlə
işlənir. Çox az hallarda bu inkarlıq prefikslərinə Azərbaycan mənşəli sözlərdə rast
gəlmək olar.
İngilis dilində Azərbaycan dilindən fərqli olaraq inkarlıq prefikslərinin ifadə
etdikləri məna çalarları daha genişdir, çünki ingilis dilində inkarlıq prefiksləri həm
əks, həm inkar, həm də məhrumiyyət mənalarını ifadə edir. Azərbaycan dilində
mövcud olan inkarlıq prefiksləri isə yalnız inkar mənalarını ifadə edirlər.
Ədəbiyyat
Dostları ilə paylaş: |