1) О.Д.Мешков. Словообразование современного английского языка.
Москва, 1986, стр. 187.
2) N.Hüseynova. Azərbaycan dilində termin yaradıcılığı prosesi. Bakı, 2008, 139
səh.
3) A.Bayramova. Leksik alınmaların dilin zənginləşməsində rolu, Bakı-2009. 200
səh.
4) M. Baloğlanova Müasir ingilis dilinin söz yaradıcılığında prefikslər. Filologiya
məsələləri (AMEA) 2010. N1 səh. 270-276.
5) V. Humbolt Bəşər dilləri quruluşunun müxtəlifliyi və bunun bəşəriyyətin
mənəvi inkişafına təsiri haqqında. Bakı, Nurlan, 2008, 360 səh.
6) Z. Dadaşova Müasir ingilis dilində ön şəkilçiləri vasitəsilə düzələn sifətlər.
Filologiya məsələləri (AMEA), Bakı, 2009, N8 s. 375-382
7) П.М. Каральщук Аффиксальное словообразование в английском языке.
Высшая школа, Москва, 1999, стр. 173-176.
Р.Мамедова
Роль префиксов в английском языке
Резюме
В статье речь идет и словообразовательных префиксах, которые играют
важную роль в обогащении лексического минимума.
Префиксы добавляются к началу слова и меняют только их лексическое
значение.
Filologiya məsələləri – №5, 2014
25
В современном английском языке в зависимости от того, какую часть
речи префиксы образуют их разделяют на следующие виды:
1) существительные образующие префиксы (ex-, arch-, ana-, dys-, per-, и
т.д.)
2) глаголы образующие префиксы (de-, be-, en-, out-, un-, и т.д.)
3) прилагательные образующeе префикс (cis-).
4) наречие образующeе префикс (а-)
По значению префиксы выражают утверждение и отрицание.
В сравнение с Азербайджанским языком префиксы Английского языка
обладают более широкими оттенками смысла.
R.Mammadova
The role of preeixes in english language
Summery
This article is about word forming prefixes, which play a very important role
in the enriching the lexical minimum.
Prefixes are added to the beginning of the words and can only change their
lexic meanings.
In modern English depending on what part of speech prefixes form they are
classified into the following types:
1) noun forming prefixes (ex-, arch-, ana-, dys-, per-, and etc.)
2) verb forming prefixes (de-, be-, en-, out-, un-, etc.)
3) adjective forming prefix (cis-).
4) adverb forming prefix (а-).
According to their meanings prefixes express affirmation and negation.
In comparison with the Azerbaijanian language English prefixes have broader
meaning shades.
Rəyçi: Fəridə Hüseynova
filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri – №5, 2014
26
F.f.d. AFAQ MƏMMƏDOVA
BDU
afaq@mail.ru
SİLİK SÖZÜNÜN ETİMOLOGİYASI
Keywords: Turkic languages, “silik”, Orkhon-Yenisei monuments, etymology,
semantics.
Açar sözlər: türk dilləri, silik, Orxon-Yenisey abidələri, etimologiya, semantika.
Ключевые слова: тюркские языки, «силик», Орхоно-Енисейские памятники,
этимология, семантика.
Uzun illər bir çoxları türk xalqlarını əlifbası, öz dili, mədəniyyəti olmayan,
cahil, savaşmaqdan başqa bir iş bacarmayan xalq kimi qələmə verir və bu fikri
dünyada yaymağa çalışırdılar.
XIX əsrə qədər qədim türklər haqqında məlumat qonşu ölkələrdən, əsasən də,
çin qaynaqlarında alınırdı. Əslində, bir-biri ilə hər zaman müharibə şəraitində olan,
tez-tez müharibə edən bir xalqın o biri xalq haqqında nə qədər doğru-dürüst
məlumat verməsi də bir az şübhə altındadır.
1893-cü ildə Vilhelm Tomsenin Orxon-Yenisey çayı hövzəsində tapılan
daşların üzərindəki yazıların türklərə aid olduğunu təsdiqləməsi dünyada böyük
əks-səda yaratdı. Daş üzərindəki bu yazıların dili o qədər mükəmməl idi ki, bir dilin
belə hala gəlib çıxması üçün əslində bir neçə əsr keçməli idi. Bunu türkləri “vəhşi,
mədəniyyətsiz, varvar” adlandıran bəzi tarixçi və dilçilər başa düşsələr də, yenə də
bu fakt ilə razılaşmaq istəmirdilər. Lakin fakt, fakt olaraq qalmaqdadır. Hətta onu
da qeyd edək ki, qədim türklər VIII əsrdən run əlifbasından başqa soqd, manixey
əlifbaları, passepa-pa yazısından da istifadə etmişlər (13).
Əlbəttə, qədim türklər kağız və taxta üzərində də yazmışlar. Məsələn, Çində
arxeoloji qazıntılar nəticəsində tapılan run əlifbası ilə yazılmış kiçik kitabça,
Turfanda tapılan kağız parçaları, günümüzə qədər gəlib çatmış ağac üzərində run
yazısı ilə yazılmış yeganə nümunə isə Qırğızıstanın Açıqdaş rayonunda (Sankt-
Peterburqda Ermitaj muzeyində saxlanılır) tapılan taxta çubuqdur (18; 13).
Taxta və kağız üzərində yazılan bu kimi türk elinə məxsus yazıların tarix
içərisindəmi qeyb olduğu, yoxsa türk düşmənləri tərəfindənmi məhv edildiyi haqqında
məlumata malik olmasaq da, tək bir şey söyləyə bilərik: əcdadlarımızın uzaqgörənliyi
olmasaydı, yazılar daş üzərinə yazılmasaydı (daşın kağız və taxtaya nisbətən məhv
edilməsi çətindir axı), biz indi qədim türk əlifbası, yazısı, dili və ruhu haqqında heç bir
məlumata sahib deyildik.
Orxon-Yenisey abidələri dil tariximizin araşdırılması baxımından çox maraqlı
faktlarla zəngindir. Əlbəttə, yazını daş üzərinə qazımaq çətin olduğu üçün abidələrdəki
cümlələr daha sadə və qısa olmuş, sözlərdən minimum istifadə etməyə çalışmışlar. Bu-
na rəğmən, abidələrin leksikası zəngin və rəngarəngdir. “Göytürk abidələrində xüsusi
adlar istisna olmaqla 800-ə qədər söz işlənmişdir” (5;42).
Məqalədə Orxon-Yenisey abidələrində “təmiz” mənasında işlənmiş silik
sözünün tarixən hansı dəyişikliklər qazandığı və müasir dövrümüzdə hansı türk
Filologiya məsələləri – №5, 2014
27
dillərində mühafizə olunduğu üzərində durularaq leksemin etimologiyasına nəzər
salınmışdır.
Ilk dəfə “təmiz” mənasında silik sözünə VIII əsrə aid olan Kül tigin
abidəsində rast gəlirik: ...tabğaç bodunka begilik urı oğlın kul boltı, silik kız oğlın
kün boltı (KT, 7).
Bundan başqa, Xangiday ərazisindəki (Mərkəzi Monqolustan) dağların birində
qəbrüstü yazılarda qədim run əlifbası ilə yazılmış Silik sözü xüsusi isim kimi qarşımıza
çıxır: 1) .. qut bäriŋ 2) baz qan oqlı täŋri uçmis ezizi 3) bägir täŋrikänim 4) bitidi silik
taçqan alıŋ 5) bägir älig-ä (4;5)
(1) Xeyr-dua ver Tanrı! 2) Baz xanın oğlu Tanrıya uçdu 3) Mənim ilahi Begirim
4) (Bunu) yazan Silik Taçqan. Qəbul edin! 5) Hökmdar Begir!). Yazıdan belə məlum
olur ki, qəbrüstü yazını Silik Taçqan adlı şəxs yazmışdır.
Daha sonrakı dövrlərdə türk əsərlərində yenə silik sözü qarşımıza çıxır. Məsələn,
XI əsrin böyük alimi və dilçisi Mahmud Kaşğarinin “Divanü Lüğat-it-türk” əsərində
“təmiz, gözəl, şirindilli adam” mənalarında silik ər (
ﺴ
را ﮏﻠ ) işlədilmişdir (10; 390).
Maraqlıdır, deməli, türklər üçün təmizlik nə qədər vacib olub ki, “təmiz” mənalı söz
semantikasını genişləndirmiş və “gözəl, şirindilli” anlamlarını ifadə etməyə başla-
mışdır. Yəni türk üçün təmiz olan gözəldir, yaraşıqlıdır.
Beləliklə, artıq XI əsrdə silik sözünün çoxmənalı leksem kimi çıxış etdiyinin
şahidi oluruq. “Sözün çoxmənalılığı dilin inkişafını göstərən əsas amillərdən biridir.
Onda xalqın müşahidəçilik qabiliyyəti, ağlı və fantaziyası, əşya və hadisələrin
müqayisə etmə, qarşılaşdırma bacarığı, onlar arasında ümumi, oxşar cəhətləri
axtarıb tapması əks olunur” (6;36).
Mahmud Kaşğarlıdan sonra bu sözə “gözəl” mənasında “Qutadqu-bilig”də
rast gəlirik: silik sav “gözəl danışma” və ya silig bolsu qulqu “qoy xarakteri gözəl
olsun” (59). XII əsrdə yazılmış “Ətibətül həqayiq” abidəsində “şirin” mənasında
sılıq (Ə.H. 356) sözü işlədilmişdir: ...uluqka kiçigke sılıq kıl sözünq.. (356). Bu
abidədə siliq sözünün sətrinin altında şirin sözü yazılmışdır.
Daha sonralar “Müqəddimətül-ədəb” əsərində silig “incə, yumuşaq” - (ol
katıqlanmak, iş aqrukı / kapsadı anı / uzluk kıldı işge, silig teprendi işde, ahestelik
kıldı (32;176) və siliglik “mərdlik” - (bu kerem de söz tıntaşmış, bu siliglik ahdı
yan kerem turur (32;110)) sözləri işlənmişdir.
İbn Mühənnanın lüğətində silik “təmiz, arı” (23;129), “Bədai əl-lüğət”də siliq
“təmiz; hamar” (3;196), qədim uyğur yazılarında isə silik fonetik variantında aruq
“arı, təmiz” sözü ilə bərabər işlənmişdir: aruq-silik “təmiz, pak; ədalətli” (18; 266).
Ümumiyytlə, orta əsrlərdə “təmiz” mənasını verən və silig / silik sözünə sinonim
olan arıq lekseminin, bir çox hallarda, elə silik kəliməsi ilə paralel işləndiyinin
şahidi oluruq. Məsələn, DTS-də arıq silik “təmiz; düzgün”; arıq silik aş “təmiz (halal)
yemək” sözlərinə rast gəlirik. Onü da qeyd edək ki, türk abidələrində sinonim sözlərin
paralel şəkildə işlənməsinə tez-tez rast gəlmək olar. Misal üşün, “Dədə Qorqud
kitabı”nda “axır, son” mənalarını ifadə edən sonuc (son və uc) və ya “öz” mənasını
ifadə edən kəndözin (kəndi / özü) sözlərini göstərə bilərik. Dilçilikdə bir fikir də var ki,
belə sinonum sözlərin paralel olaraq arxa-arxaya işlənmələrinin səbəbi, leksemlərin
eyni ərazidə yaşayan müxtəlf türk tayfalarına mənsub olmalarından irəli gəlir.
Verilən misallardan da göründüyü kimi, abidələrdə silik sözünün sonunda
bəzən -k, bəzən -q və ya -ğ hərfləri işlənmişdir. Kəlimənin sonunda görülən bu
Filologiya məsələləri – №5, 2014
28
fərqlilik haqqında müxtəlif fikirlər var. Məsələn, “V.V.Radlov yazır ki, Orxon-Yenis-
ey abidələrinin yaradıldığı dövrdə türk dillərində -lık, -lik (yəni isim düzəldən şəkiçi -
M.A.) və xalis sifət düzəldən -lığ, -lig şəkiçilərinin mənası tam diferensiallaşmamışdı.
Radlovun fikrinə görə, sonralar cənub-qərb qrupu türk dillərində -lığ, -lik şəkilçil-
ərinin son samiti düşmüş (tirik “diri”, ölüg “ölü”, kapığ “qapı”, sarığ “sarı” sözlərində
olduğu kimi) və sifət düzəldən -lı, -li şəkilçiləri yaranmışdır. -lık, -lik şəkilçiləri isə
mənasına görə əvvəlki şəkçilərdən ayrılmış, yalnız isim düzəldən şəkilçi kimi
işlənmişdir. Lakin türkoloqlardan P.M.Melioranski və F.Y.Korş bu fikrin əleyhinə
çıxmış və göstərmişlər ki, elə əvvəldən hər iki şəkilçinin mənalarında fərq olmuşdur;
-lık, -lik şəkilçisi isim düzəltmiş, -lığ, -liğ şəkilçisi vasitəsilə isə sifət düzəldilmişdir
(bax: 21).
R.R.Arat isə q, g, k səslərinin qədim dövrdə paralel işləndiyini yazır və misal
üçün silik sözünü göstərir. Belə ki, Orxon-Yenisey abidələrindəki silik ilə bərabər,
uyğur mətnlərində silig, Kodeks Kumanikusda sili və müasir türk dillərində sılık,
sılıq, sılığ, sıluu və s. variantlarnın da mövcud olmaları, bunların paralel işlənməsini
qəbul etməyə imkan yaradır (s.114).
A.Von Gabain “Alttürkische gammatik” kitabında silig sözünün tarixən “arı,
təmiz, bakirə” mənalarını ifadə etdiyini yazır (15; 294)
Bu leksik vahidin müasir türk dillərinin hansında işlək olduğunu və hansı
mənalar kəsb etdiyini öyrənmək üçün bir çox lüğətə müraciət etdik. İlk öncə qeyd
edək ki, V.V.Radlov 1911-ci ildə nəşr etdirdiyi “Опыт словаря тюркских
наречий” lüğətində silik sözünün bir çox türk dillərində artıq sili/sulu/sılu
formasında işlək olduğunu yazmışdır. Ümumiyyətlə, türk dillərində söz sonunda
-q/-k səslərinin düşməsi faktı məlumdur (məsələn, acıq-acı, dirik-diri, uluk-
ulu, ölüg-ölü və s.) (19; 125).
Beləliklə, Radlovun lüğətində altay, teleut, kazan dillərində sılu “gözəl,
əndamlı”, koman dilində sili “təmiz”, qırğız, tobol dillərində sulu “gözəl, yaraşıqlı;
yaxşı, gözəl oturmuş (paltar haqqında)” mənalarında verilmişdir. Bunlardan başqa,
lüğətdə şor və saxa dillərində “çox gözəl, mükəmməl” mənalarında sılıq, uyğurca
“təmiz” anlamında silik və osmanlıcada eyni fonetik variantda, yalnız fərqli mənada
- “düz, cilalı; pozulmuş” olduğu göstərilmişdir (19; 654-775). Yakutlarda isə bu söz
“səkkiz od şüalı” kainat, güclü və qüdrətli ayğırla - ayqır silik - ifadə edilirdi (33).
Müasir türk dillərinə baxdığımız zaman silik lekseminin müxtəlif türk
dillərində fərqli fonetik formalarda və mənalarda işləndiyini görürük. Məsələn,
qazax dilində sülu “gözəl” (11; 322); qaraqalpaqca suluu “gözəl, yaraşıqlı, sevimli”
(9; 589); qırğız dilində suluu “gözəl” (12;663); tuvaca silig “1.təmiz, 2.yaraşıqlı,
gözəl (26;376); uyğur dilində silik “1.düz, cilalı, 2.məc.nəzakətli, 3.usta, mahir” (29;
538); tatar dilində sılu “gözəl , sevimli; zərif// yaraşıqlı, gözəl (qız)” (24; 350);
özbəkcə silik “1.gözəllik; 2.gözəl, maraqlı” (30; 189).
Hər bir dilin dialektləri ədəbi dilə nisbətən qədim sözləri qorumaq baxımından
daha dayanıqlıdır. Məsələn, Türkiyə türkcəsinin ədəbi dilində “üzərindəki yazı
silinmiş, pozulmuş, aşınmış olan” (27; 1308) mənasında işlənən silik sözü İzmir,
Yeniköy - Balıkəsirdə silək formasında qədim mənalarını qoruya bilmişdir (silek
delikanlı - yaxşı, təmiz dəliqanlı) (28; 363).
Leksemin etimologiyasına gəlincə isə K.Laypanov və İ.Mirziyev “О
происхождении тюрских народов” başlıqlı məqalədə qədim yunanlıların Silio
Filologiya məsələləri – №5, 2014
29
adlandırdıqları çayı türk dillərindəki silik sözü ilə eyni kökdən yarandıqlarını yaza-
raq sözün kökünü Si-lio kimi göstəririlər (34).
Əbülfəz Rəcəbli də sözü “təmiz” anlamı verən si kökü -lik şəkilçisinə ayırır
(20; 313). Türk və Şumer əlaqəsindən, onların oxşar cəhətlərindən yazan Oljas
Süleymanov “u/i dəyişməsinin prototürkcədə də göründüyünü” yazır və misal
olaraq silik leksemini göstərir: silik (təmiz), suluk (təmiz) yaranmışdır” yazır (35).
Təbii ki, qədim zamanlarda söz kökünün daha kiçik parçalardan, səslərdən
ibarət olması dilçilikdə isbat edilmişdir. Türkologiyada belə bir fikir var: “qədim,
ilk türk sözləri bir hecadan ibarət olmuş, iki və daha artıq hecadan təşkil olunan
sözlər sonradan yaranmışlar” (22; 273).
Fikrimizcə silik leksemi də si
*
+l+ik şəklində formalaşmışdır. Belə ki, -ık/-ik
qədim türkcədə işlək şəkilçilərdən sayılmaqdadır. Məsələn, bil- = bilik, bar- = barık
(22; 141) və ya tapmaq feilindən tapıq “hörmət, xidmət”, ötmək “rica etmək, ibadət
etmək” sözündən ötüg “ibadət, rica”, sürmək feilindən sürüg “sürü” və s. (15; 51)
sözlər yaranmışdır.
Feildən həm isim, həm də sifət düzəltmə qabiliyyətinə malik olan bu morfem
müasir dövrümüzdə müxtəlif türk dillərində də qalmaqdadır. Müasir türk ədəbi
dilində atributiv və substantiv isimlər yaratmaqda istifadə olunan -ık şəkilçisinə əski
türkçədə də təsadüf edilir. Ancaq mənşə etibarilə feli sifət şəkilçisi olduğundan bu
şəkilçinin yaratdığı isimlərin də əksəriyyəti atributivlik xüsusiyyəti daşıyır, məs.,
kırık, yarık, delik, yanık, çizik, çürük kimi sözlər həm sifətə, həm də bu xüsusiyyəti
daşıyan anlayışların adını bildirdiyi üçün ismə aid edilir: tanık “şahid”, tutuk “məh-
kum”, sanık “şübhəli şəxs”, yaratık “məxluq”, içerik “məzmun”, soluk “nəfəs”,
duruk “statik” terminləri də məhz bu şəkilçilər vasitəsilə yaranmışdır (7;69).
Bundan başqa, digər türk dillərinə baxsaq özbəkcə bağlamak feilindən baglık
“bağlı”, buzmak “dağıtmak” sözündən buzuk “dağılmış”; qazaxca jabmaq “bağ-
lamaq” feilindən jabıq “bağlı” (22;192) və bu kimi başqa sözlər düzəlmişdir. Türk-
mən dilində isə bu şəkilçi qoşulduğu felin mənası ilə bağlı anlayışları ifadə edən
konkret və mücərrəd mənalı isimlər yaratmaqda olduqca işləkdir. Sadə və düzəltmə
fellərə artırılan -ık şəkilçisi qazıq, üzük, qırkılık, qatnaşık, serpik, çapışık, yaraşık,
çaknaşık və s. kimi sözlər yaranır (7;69). Əlbəttə, misalların sayını daha da artırmaq
olar, çünki qədimdən gələn bu şəkilçi öz məhsuldarlığını müasir dövrümüzə qədər
davam etdirməkdədir.
Silmək feilinə gəlincə isə, orta əsr yazılı abidələrdə “sürtmək; silib təmizlə-
mək; təmizləmək” anlamlarında işlənmişdir. Hətta XIV əsrdə qələmə alınmış “Kitab
ət-töhfə əz-zəkiyyə fi-l-luqat ət-türkiyyə” lüğətində “əsgi (silmək üçün)” mənasını
ifadə edən silkü, siləcək və “toz çırpmaq üçün istifadə edilən alət” - silikku
leksemlərinə də rast gəlirik (16; 176). (Maraqlıdır ki, bu lüğətdə “süpürgə” sözünün
sipirgi fonetik variantına rast gəldik ki, burada da söz kökündəki si* diqqətimizi
çəkdi. Çünki yenə də təmizlik üçün istifadə edilən sözün kökündə si
*
vardır).
Müasir Azərbaycan dilində sil- feilinin “yuyaraq, sürtərək və ya silərək
təmizləmək” (2; 74) anlamını da qoruması, bu feilin əsrlərcə öz qədim mənasını
günümüzə qədər çatdırmasının nəticəsidir.
Bütün bu qeyd olunanlara əsasən, silik lekseminin inkişaf xəttini aşağıdakı kimi
göstərə bilərik:
Si
*
+ l+ik = Silik /siliq/ siliğ (suluk) > sili / sılu / sulu/ sülu/ suluu
Filologiya məsələləri – №5, 2014
30
Sözün qazandığı yeni mənaları isə belə göstərmək olar: təmiz = yaraşıqlı =
gözəl = şirindilli = sevimli = nəzakətli = usta, mahir = mükəmməl = düzgün = düz =
cilalı = pürüssüz.
Beləliklə, ilk zamanlarda “təmiz” mənasını ifadə edən silik zaman keçdikcə
müxtəlif türk dillərində fərqli anlamlarda işlədilməyə başlasa da, yeni mənalarının
hamısı bir qaynağa, əsas mənaya dayanmaqdadır. Türkün düşüncəsi, yeni söz yarat-
ma, leksemlərə yeni semantika qazandırma istedadı o qədər mükəmməldir ki, bir
söz bu qədər geniş və maraqlı məna şaxələri göstərə bilər.
Ədəbiyyat
1. Abdullayeva Q. Qədim türk yazılı abidələri. Bakı, 2002.
2. Azərbaycan dilinin izahlı lüğəti. IV cild, “Elm”, Bakı, 1987.
3. Боровков А.К. «Бада
′и ′ ал-лугат» словарь Тали′ Имани Гератского.
Москва, 1961.
4. Баттулга Ц., Кормушин И.В. «О поминальной надписи на скале в Хангидае
(Центральная Монголия) - Тюркологичский сбрник 2007-2008. Москва
«Восточная литература», 2009.
5. Doğan Aksan. Türkçenin gücü. Ankara, Bilgi yayınları, 1993.
6. Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. “Maarif”, Bakı, 1988.
7. Həsənli Ş. Oğuz qrupu türk dillərində morfoloji yolla fellərdən isim yaratma -
Türkologiya- Beynəlxalq elmi jurnal, bakı, 2011.
8. Хакасско-русско словарь. «Главиздат», Москва, 1953.
9. Каракалпакско-русский словарь. Гос.изд.: Иностранных и национальных
словарей. Ьосква, 1958.
10. Kaşğari M. Divanü lüğat-it-türk. Tərcümə edən və nəşrə hazırlayan: Ramiz
Əskər. I cild, “Ozan”, Bakı, 2006.
11. Казахско-русский словарь. «АН Каз.ССР». Алма-Ата, 1954.
12. Киргизко-русский словарь. «Советская Энциклопедия». Москва, 1965.
13. Qıpçaq M. Türk əlifbaları (soqd, manixey əlifbası və Passe-pa yazısı). “MBM”,
Bakı, 2012.
14. Qıpçaq M. Söz aləminə sayahət. Bakı, 2002.
15. Gabain Von A. Eski Türkçenin grameri. Çeviren: Mehmet Akalın. Ankara, 1988
16. Изысканный дар тюркскому языку (грамматичекий трактат XIV в. на
арбском языке). Ташкент, «Фан», 1978.
17. Малов С.Э. Памятники древнетюркской письменности. «АН ССР», М.-Л.,
1951.
18. Наджип Э.Н. Исследования по истории тюркских языков. «Наука»,
Москва, 1989.
19. Радлов В.В. Опыт словаря тюркских наречий. т.IV, ч.1, Санкт- Петербург,
1911.
20. Rəcəbli Ə. Qədim Türk yazısı abidələrinin dili. I cild, “Nurlan”, Bakı, 2006.
21. Rəcəbli Ə. Göytürk dilinin morfologiyası. Bakı, 2002.
22. Serebrennikov B.A., Hacıyeva N.Z. Türk dillərinin müqayisəli tarixi qramma-
tikası. Tərcümə edən: Hacıyev T.İ., “Səda”, Bakı, 2002.
Filologiya məsələləri – №5, 2014
31
23. Seyid Əhməd Cəmaləddin İbn Mühənna “Hilyətül-insan və həlbətül-lisan”.
Bakı, 2008.
24. Татарско- русский словарь. «Советская Энциклопедия», Москва, 1966.
25. Thomsen V. Orhon yazıtları araştırmaları. Çeviren ve yayıma hazırlayan: Vedat
Köken. “AÜ basımevi”. Ankara, 2002.
26. Тувинско-русский словарь. «Советская Энциклопедия», Москва, 1968.
27. Türkçe sözlük. Türk Dil Kurumu basım evi, II cild, Ankara, 1988.
28. Türkiyede halk ağzından derleme sözlüğü. X. Türk Tarih Kurumu basımevi,
Ankara, 1978.
29. Уйгурско-русский словарь. «Советская Энциклопедия», Москва, 1968.
30. Узбекско-русский словарь. Гос.изд.: Иностранных и национальных слова-
рей. Москва, 1959.
31. Vəliyeva G. Qədim türk dili. “Nurlan”. Bakı, 2005.
32. Yüce Nuri. Mukaddimetü
′l-Edeb. Giriş, dil özellikleri, metin, indeks. Ankara,
1993.
33. http://turkolog.narod.ru/info/yakut-7.htm-Традиционная культура аборигенов
Якутии XVII-XVIII вв.
34. www.real-alania.narod.ru/alanialand/history K.Laypanov, İ.Miziyev O prois-
xojdenii tyurkskix narodov
35. www. geosities.com/plt_2000plt_us/azia Süleymanov Oljas, Sümername, II h.
Афаг Мамедова
Этимология слова «силик»
Резюме
В статье хронологически исследуется семантика слова «силик» (упот-
реблявшегося в древнетюркском языке в значении «чистый») со значением
этого слова в других письменных памятниках и современных тюркских язы-
ках. Было обнаружено интересное семантическое многообразие данной лексе-
мы в период, предшествующий ее современному употреблению. Здесь также
обобщаются мнения ученых относительно этимологии лексической единицы
«силик».
Afag Mammadova
About of “silik” word
′s etymology
Summary
In the article is chronologically researching of semantics of the “silik” word
(which was using in the ancient Turkic languages with such meaning as clear), and
also is analyse meanings of this word in other writing monuments and modern
Turkic languages. It has been found interesting semantic forms of this lexem in the
period prior to its modern use. There are also summarizes the opinions of scientists
regarding the etymology of the lexical unit “silik”.
Rəyçi: Professor Tofiq Hacıyev
Filologiya məsələləri – №5, 2014
32
Dostları ilə paylaş: |