Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix18.06.2023
ölçüsü0,7 Mb.
#132195
1   2   3   4   5   6   7   8   9   ...   18
647 emek intizami

Texnoloci intizam əmək intizamının bir hissəsini təşkil edir və istehsalatda 
texniki qaydalara əməl olunması ilə əlaqədardır. Texnoloci intizama əməl etməmək 
intizam məsuliyyətinə cəlb olunmasına əsas verir. 
İstehsalat intizamı dedikdə, istehsalatda qayda-qanunun mövcud olması 
başa düşülür. Öz məzmununa görə istehsalat intizamı əmək intizamını əhatə edir 
və onun hüdudlarından kənara çıxır. İstehsalat intizamı müəssisənin dəqiq və 
səmərəli işləməsini, işçilərin iş alətləri ilə, materiallarla təmin olunmasına kömək 
edir. İşçilərin istehsalat intizamına əməl olunmasına bütövlükdə yox, yalnız onun 
bir hissəsinə, yəni onların əmək vəzifələrinin icrasına aid olan hissəyə nisbətdə 
məsuliyyət daşıyırlar. İşəgötürən isə istehsalat intizamının təmin olunmasına görə 
tam həcmdə məsuliyyət daşıyır.
Bundan əlavə 1 fevral 1999-cu il tarixli Azərbaycan Respublikasının Əmək 
Məcəlləsinin VII bölməsinə «icra intizamı» termini daxil edilmişdir. Lakin, icra 
intizamı əmək intizamının bir həlqəsini təşkil etsədə onun leqal anlayışı 
qanunvericilikdə öz əksini tapmamışdır. Buna görə də hesab edirik ki, ona 
aşağıdakı kimi tərif vermək olar: 
İcra intizamı dedikdə, konkret hər-hansı bir işin tapşırığın, vəzifənin 
müəyyən müddətdə, müəyyən işçi tərəfindən icra olunması başa düşülür. 
Beləliklə, əmək intizamı dedikdə, konkret müəssisədə istehsalat prosesi 
iştirakçılarının qarşılıqlı münasibətlər qaydası başa düşülür ki, bu da işəgötürənin 



əmək hüquq normalarına əsaslanan və əmək müqaviləsi ilə nəzərdə tutulan 
səlahiyyəti ilə təmin edilir. 
Əmək intizamının əhəmiyyəti birgə əməkdə, əmək məhsuldarlığının 
artırılmasında, istehsalatda nizam-intizam yaradılmasında çox böyükdür. 
Əmək intizamının möhkəmləndirmə metodu iki növə bölünür: inandırma 
və məcburetmə

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin