Həvəsləndirmə tədbirləri-daxili işlər orqanlarında xidməti intizamın
möhkəmləndirilməsində əsas vasitə kimi. Daxili işlər orqanlarının
tərbiyələnməsində, onların qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsi üçün
güclərinin səfərbər edilməsində, qanunçuluğun və xidməti intizamın
möhkəmləndirilməsində effektiv vasitə həvəsləndirilmədir. Həvəsləndirmə
tədbirləri xidməti vəzifələrin icrası zamanı fərqləndirilmiş əməkdaşlara tətbiq
29
edilir. Daxili işlər orqanlarının rəhbər heyyəti tərəfindən tətbiq olunan
həvəsləndirmə tədbirləri nəinki onların hüququdur, bu həm də onların vəzifəsidir.
Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının İntizam
Nizamnaməsinin 27.4-cü bəndinə əsasən, daxili işlər orqanlarında xidməti intizama
riayət olunmasında rəisin vəzifələrindən biri də, xidmətdə intizamlı və təşəbbüskar
əməkdaşları fərqləndirmək, laqeyid və intizamsız əməkdaşlar barəsində isə
müvafin intizam tənbeh tədbirləri görməkdir.
Bütün dərəcələrdən olan daxili işlər orqanlarının vəzifəli şəxsləri təcrübədə
həvəsləndirmədən geniş istifadə etməlidirlər. Onlar tabeliklərində olan
əməkdaşların müsbət əməllərini nəzərdən qaçırmamalıdırlır. Onu da yadda
saxlamaq lazımdır ki, əməkdaşların həvəsləndirilməsi reallığa uyğun olmalıdır.
Əks halda reallığa uyğun olmayan həvəsləndirmə tədbiri hədsiz tərifə çevrilməklə
öz effektli tərbiyəvi təsir vasitəsi olduğunu itirə bilər.
Həvəsləndirmənin növü və xarakteri onun tərbiyəvi əhəmiyyətindən, müsbət
əməlin özünün obyektiv məzmunundan asılı olaraq rəis (komandir) tərəfindən
seçilir. Rəislərin (komandirlərin) mükafatlandırmalar üzrə hüquqlarının həcmi
onların tutduqları vəzifələrdən asılıdır.
Əməkdaşlara tətbiq olunan mükafatları aşağıdakı qruplara bölmək olar:
a) Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının İntizam Nizamnaməsi
ilə nəzərdə tutulmuş mükafatlar;
b) Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının İntizam Nizamnaməsi
ilə nəzərdə tutulmayan və daxili işlər orqanları əməkdaşlarına başqa dövlət
orqanları tərəfindən tətbiq olunun mükafatlar;
v) Azərbaycan Respublikası Prezidenti tərəfindən orden və medallarla təltif
olunan mükafatlar.
Azərbaycan
Respublikası
Daxili
İşlər
Orqanlarının
İntizam
Nizamnaməsinin 2-ci fəsli (10-13-cü bəndləri) həvəsləndirmə tədbirlərinə həsr
edilmişdir. Orada deyilir ki, xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və
xidmətdə əldə olunmuş yüksək nəticələrə görə əməkdaşlara aşağıdakı
həvəsləndirmə tədbirləri tətbiq edilə bilər:
30
1) təşəkkür;
2) pul mükafatı;
3) qiymətli hədiyyə ilə mükafatlandırma;
4) fəxri fərman ilə təltif edilmə;
5) fəxri döş nişanı ilə təltif edilmə;
6) vaxtından əvvəl növbəti xüsusi rütbənin verilməsi;
7) xüsusi rütbənin vəzifə ştatında nəzərdə tutulduğundan bir pilə yuxarı
verilməsi;
8) təltif silahının verilməsi (şəxsi silahla təltif etmə).
Həvəsləndirmə tədbiri kimi, əvvəllər verilmiş intizam tənbehinin vaxtından
əvvəl götürülməsi tətbiq oluna bilər.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təhsil müəssisələrində
yuxarıda göstərilən həvəsləndirmə tədbirlərindən başqa təqaüdün artırılması və
müdavimlərin təhsil müəssisəsinin yerləşdiyi ərazidən növbədənkənar buraxılması
kimi həvəsləndirmə tədbirləri də tətbiq edilə bilər.
Jinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydalarının
möhkəmləndirilməsində və ictimai təlükəsizliyin təmin edilməsində xidməti
vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə, həmçinin digər xüsusi xidmətlərə
görə daxili işlər orqanlarının əməkdaşları Azərbaycan Respublikasının dövlət
mükafatı ilə təltif olunmağa təqdim edilə bilərlər.
Hər bir rəis yuxarıda göstərilən həvəsləndirmə tədbirlərindən kompleks
şəkildə etməli və bu tədbirlərin tətbiq olunmasında fərdi yanaşmalıdır. Əlamətdə
günlərdə əməkdaşların kütləvi şəkildə mükafatlandırılması yolverilməzdir. Bəzən
təcrübədə elə hallara rast gəlmək olur ki, rəislər il ərzində tabelikdə olanlara heç
bir təşəkkür elan etmirlər. Amma, bayram günlərində isə onların xidməti intizama
münasibətləri nəzərə alınmadan mükafatlandırılmaları barədə geniş əmr hazırlanır.
Həvəsləndirmənin pedaqoci efektivliyi həmçinin onun tətbiqinin
aşkarlığından çox asılıdır. Belə ki, əməkdaş tərəfindən müsbət əməllərin
edilməsini, xidməti borcun qüsursuz yerinə yetirilməsini və buna görə əd
əməkdaşın mükafatlandırılmasını bütün əməkdaşlar bilməlidirlər. Əməkdaşlara
31
həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi bir qayda olaraq əmrlə elan olunur.
Əməkdaşa həvəsləndirmə tədbirlərinin tətbiqi barədə şəxsən, sıra önündə və ya
müşavirədə elan olunur. Bu, həvəsləndirmə tədbirinin tərbiyəvi təsirini yüksəldir,
əməkdaşların daha da yaxşı işləməsini sitimullaşdırır.
Həvəsləndirmənin aşkarlıq prinsipi pozulduqda, yəni mükafatlandırmanın
kabinetdə, təkbə-tək elan olunması lazım olan effekti vermir. Belə hal əməkdaşa
qanunçuluq, mükafata layiq olmadığı zərurəti yaradır.
Həvəsləndirmənin əsas prinsiplərindən biri layiqli əməllərə görə
mükafatlandırmanın məcburiliyidir. Tətbiq olunan hər bir həvəsləndirmə tədbiri
əsaslı olmalıdır. Həvəsləndirmənin növü həmişə müsbət əməlin mahiyyətindən və
xarakterindən asılı olmalıdır. Bütün hallarda rəhbər işçi (rəis, komandir) onu
nəzərə almalı və lazımi formada ona yanaşmalıdır. Rəisisn bu cür davranışı
əməkdaşların təşəbbüskarlığını, çalışqanlığını artırı, daha səylə işləməsinə təsir
göstərir. Amma əməkdaşların öz xidməti vəzifələrinin necə yerinə yetirilməsinə
rəis (komandir) tərəfindən etinasız münasibət göstərilməsi onlarda təşəbbüskarlığı
öldürür, öz əməyinin nəticəsinə və xidməti borcun icra olunmasına laqeyidlik
yaradır.
Həvəsləndirmə əsaslandırıcı olmalıdır. Yəni həvəsləndirmə layiqli,
nümunəvi xidmətə görə əməkdaşa tətbiq olunmalıdır. Əks halda onun xidməti
intizamın möhkəmlənməsinə və əməkdaşların təşəbbüskarlığının artırılmasına heç
bir təsiri yoxdur.
Öz məzmununa görə həvəsləndirmələri üç qrupa bölmək olar:
a) özündə yalnız mənəvi standartları əks etdirən həvəsləndirmələr. Bura
aiddir: təşəkkür, fəxri fərman ilə təltif edilmə, fəxri döş nişanı ilə təltif etmə;
b) özündə mənəvi və maddi stimulları əks etdirən həvəsləndirmələr
(vaxtından əvvəl növbəti xüsusi rütbənin verilməsi, xüsusi rütbənin vəzifə ştatında
nəzərdə tutulduğundan bir pilə yuxarı verilməsi);
v) özündə bilavasitə maddi stimulları əks etdirən həvəsləndirmələr (pul
mükafatının verilməsi, qiymətli hədiyyə ilə mükafatlandırma, təltif silahının
verilməsi (şəxsi silahla təltif etmə)).
32
Hər bir rəis (komandir) tabeliklərində olanların fərdi qabiliyyətini, onların
maddi vəziyyətini, ailə tərkibini və s. amilləri nəzərə alaraq yuxarıda göstərilən
bütün mümkün olan həvəsləndirmələrdən ustalıqla istifadə etməlidir. Məsələn,
əməkdaşlardan birinə pul mükafatı, digərinə fotoaparat, üçüncüsünə divar saatı
təqdim olunur.
Həvəsləndirmənin tətbiq olunmasında ayrı-ayrı əməkdaşlara belə bir fərqli
yanaşma onlarda nəinki təşəbbüskarlığın artmasına, həmçinin yaxşı əhval-
ruhiyyənin yaranmasına öz təsirini göstərir.
İndi isə ayrı-ayrı həvəsləndirmələrin qısa xarakteristikasına keçək.
Dostları ilə paylaş: |