Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix18.06.2023
ölçüsü0,7 Mb.
#132195
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
647 emek intizami

İntizam məsuliyyəti hüququ məsuliyyətin növlərindən biridir içinin intizam 
məsuliyyətinə cəlb edilməsinin əsası intizam xətasının törədilməsidir. 
Əmək hüququnda ümumi və xüsusi intizam məsuliyyəti növləri 
fərqləndirilir. 
Ümumi intizam məsuliyyətinə bütün işçilər, xüsusi intizam məsuliyyətinə
isə yalnız müəyyən katiqoriyalı işçilər cəlb edilə bilərlər. Bunlara müvafiq olaraq
işçilər ümumi intizam məsuliyyətinə cəlb edildikdə, onlara Azərbaycan 
Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə 
tutulmuş intizam tənbeh tədbirləri, xüsusi intizam məsuliyyətinə cəlb edildikdə isə 
yalnız müəyyən kateqoriyalı işçilər üçün xüsusi normativ hüquqi aktlarda
nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq olunur. Onu da qeyd etmək 
lazımdır ki, xüsusi normativ hüquqi aktlarda nəzərdə tutulmuş intizam tənbeh 
növləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə 
tutulan intizam tənbeh növlərinə nisbətdə daha ciddidir. 
Bütün hallarda intizam tənbeh tədbirləri tətbiq olunarkən işəgötürən 
(müdriyyət) işçi tərəfindən törədilmiş xətanın ağırlığını, xətanın hansı şəraitdə 
törədilməsini, işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, onun peşəkarlıq 
səviyyəsini nəzərə almalıdır. 
İntizam tənbeh tədbirlərinin hansının tətbiq edilməsini seçmək hüququ 
işəgötürənə məxsusdur. 
İntizam tənbehinin tətbiq edilməsi qaydası. Azərbaycan Respublikasının 
Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi 
verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. 
İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini 
istisna etmir. 
Əgər intizam xətası törətmiş işçi yazılı izahat verməkdən imtina edirsə, onda 
işəgötürən tərəfindən müvafiq akt tərtib olunur. 
İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar 
edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud 
məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Digər 


18 
tərəfdən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə 
intizam tənbehi verilə bilməz. Lakin, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin 
auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş 
vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar 
törədildiyi gündən bir il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Jinayət işi 
üzrə icraat bu müddətə daxil edilmir. Bir intizam xətasına görə yalnız bir intizam 
tənbehi verilir. İşəgötürən yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 
186-cı madəsinin 2-ci hissəsində müəyyən edilmiş intizam tənbeh tədbirlərini 
tətbiq edə bilər. 
İntitizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin 
əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona 
təqdim olunmalıdır. İşçi həmin əmrlə tanış edildikdə onun tərəfindən imzalanır. 
İşçi əmri imzalamaqdan imtina edərsə, onda müvafiq akt tərtib olunur. İşçi intizam 
tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun 
hüquqlarının pozulduğunu iddia edirsə, Azərbaycan Respublikası Əmək 
Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrinin həlli üçün 
məhkəməyə müraciət edə bilər. 
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsində intizam 
tənbehinin verilməsi qaydasının təsbit edilməsi əmək intizamını pozmuş işçinin və 
işəgötürənin hərəkətlərində düzgünlüyün qanuniliyinin təmin olunması 
maraqlarından irəli gəlir. 
İntizam tənbehi verilənədək işçidən yazılı izahatın tələb edilməsi işəgötürənə 
imkan verir ki, o, hüquq pozuntusunun səbəblərini və şəraiti hərtərəfli araşdırsın. 
Bütün bunlar intizam tənbeh tədbirlərinin seçilməsinin əsaslı və düzgün olmasının 
təminatıdır. 
İşçi yazılı izahat verilməsindən imtina etdikdə, işəgötürən şahidlərin iştirakı 
ilə akt tərtib etməlidir.
Əgər intizam xətası törətmiş işçi ona tərtib olunmuş intizam tənbehi barədə 
əmrlə tanış edilməmişdirsə, bu həmin tənbehin qeyri-qanuni hesab edilməsi üçün 
əsasdır.


19 
Öz-özlüyündə işçi tərəfindən intizam tənbehinin tətbiq edilməsi barədə 
əmrdən tanış olmaqdan və imzalamaqdan imtina edilməsi intizam tənbehinin 
qanuniliyinə təsir etmir. 
İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf 
və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə 
intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi 
yolverilməzdir. 
İntizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtəlrini 
dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötərən tərəfindən 
verilə bilər. 
Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə 
tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri 
(sərəncamı, qərarı) ilə özünün müavinətlərindən birinə, müəssisədən kənarda 
yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə 
(sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin 
başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi 
dəqiq müəyyən edilməlidir.
Əgər yuxarıda göstərilən vəzifəli şəxslərdən savayı başqa səlahiyyəti
olmayan vəzifəli şəxslər tərəfindən işçiyə intizam tənbehi verilmişdirsə, onun əmri 
hüquqi qüvvəsi olmayan əmr hesab edilir. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin