Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix18.06.2023
ölçüsü0,7 Mb.
#132195
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
647 emek intizami

Birincisi, intizam xətası ictimai təhlükəli əməl deyildir, çünki yalnız cinayət, 
yəni Azərbaycan Respublikasının Jinayət Məcəlləsi ilə qadağan olunmuş əməl 
ictimai təhlükəli əməldir. İntizam xətası konkret müəssisədaxili intizam 
qaydalarının pozulması ilə əlaqədar işəgötürənə bu və yaxud digər zərər vurulmuş 
pozuntudan ibarətdir.
İkincisi, intizam xətası yalnız həmin işəgötürənlə əmək hüquq 
münasibətlərində olan işçilər tərəfindən törədilə bilər. Əmək vəzifələrinin 
pozulmasının intizam xətası hesab olunması üçün işçi əmək hüquq qabiliyyətinə və 
delikt qabiliyyətinə, yəni törətdiyi hüquq pozuntusuna görə şəxsi məsuliyyət 
daşımaq qabiliyyətinə malik olmalıdır. 
Üçüncüsu, intizam xətası işçi tərəfindən əmək müqaviləsi ilə müəssisədaxili 
intizam qaydalarını tənzimləyən normativ aktlarla və əmək hüququnun digər 
normaları ilə nəzərdə tutulan əmək vəzifələrini hüquqazidd olaraq təqsirli şəkildə 
icra etməməsində, yaxud lazımi qaydada icra etməməsində ifadə olunur. Hüquq 
ədəbiyyatlarında qeyd olunduğu kimi, davranışın hüquqazidd əməl olması təkcə 
əmək funksiyasının yerinə yetirilməsilə bağlı deyildir. İşçinin hüquqazidd 
davranışına misal olaraq işə gecikmələri, işə sərxoş vəziyətdə gəlməni, əmək 
normalarının yerinə yetirilməməsini, keyfiyyətsiz məhsulun hazırlanmasını, 
qanunsuz tətildə iştirak etməsini və s. göstərmək olar. 
Dördüncüsü, intizam xətasına görə məsuliyyətə cəlb etmə, bir qayda olaraq, 
həmin təşkilatın işəgötürəni qarşısında, yaxud yuxarı orqan qarşısında yaranır. Bu 
zaman intizam xətası intizam tənbeh tədbirlərinin, işəgötürənin əmlakına zərər 
yetirildikdə isə müəyyən olunmuş qaydada maddi məsuliyyətin tətbiqini 
şərtləndirir. 


16 
Beləliklə, əmək hüquq üzrə intizam-intizam xətası işçinin hüquqi xarakterli 
əmək vəzifələrinin yerinə yetirilməməsinin nəticələrinin mənfi əksi kimi çıxış edən 
sosial-hüquqi kateqoriyadır. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin