Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix18.06.2023
ölçüsü0,7 Mb.
#132195
1   2   3   4   5   6   7   8   9   ...   18
647 emek intizami

alan normativ aktlar: ayrı-ayrı işçi kateqoriyaları üçün qüvvədə olan intizam 
haqqında nizamnamələr və qaydalar, müəssisənin təsisçilərinin yığıncağında təsdiq 
olunmuş, həmçinin müəssisənin və ya digər idarəetmə orqanlarının rəhbərləri 
tərəfindən qəbul olunmuş lokal normalar, müəssisənin nizamnaməsi. 
Müəssisədaxili intizam qaydaları Azərbaycan Respublikasının Əmək 
Məcəlləsinə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara 
uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili 
intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri 
etibarsız hesab edilir. 
Müəssisədaxili intizam qaydaları müəssisənin bütün üzvlərinə şamil olunur. 



Müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq aşağıdakılar daxil 
edilir: 
a) müəssisənin adı, təşkilati-hüquqi formaları, fəaliyyət növü, hüquqi 
ünvanı; 
b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı 
saatlar; 
c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları; 
ç) əmək şəraitinin təmin edilməsi qaydaları; 
d) əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə 
yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması 
şərtləri və qaydaları; 
e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq 
edilməsinin şərtləri və qaydaları. 
Müəyyən müəssisələr birliyinə daxil olan müəssisələr üçün qəbul edilən 
müəssisədaxili intizam qaydalarında yuxarıda göstərilən məlumatlarla yanaşı, 
həmin qaydaların şamil edilidiyi müəssisələrin adları sadalanmaqla əlavə əmək 
şəraitinin yaradılmasına, əmək və icra intizamının təmin edilməsinə dair 
qanunvericiliyə uyğun olan digər məlumatlar da göstərilməlidir. ( Əmək 
Məcəlləsinin 183-cü maddəsi). 
Bir sıra kateqoriyalı işçilərin əmək fəaliyyəti intizam nizamnamələri ilə 
tənzim olunur. İntizam nizamnamələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada 
həmkarlar ittifaqı təşkilatının iştirakı ilə Azərbaycan Respublikasının Nazirlər 
Kabineti tərəfindən qəbul edilir. Buna misal olaraq «Hava nəqliyyatında və onun 
xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsinin təsdiq edilməsi haqqında» 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2002-ci il tarixli 9 saylı 
qərarını göstərmək olar. Bu Nizamnamənin müddəaları uçuşların təhlükəsizliyinin 
təmin edilməsi ilə birbaşa bağlı olan aşağıdakı Mülki Aviasiya işçilərinə şamil 
edilir: 
-uçuş heyətinə; 
-təyyarə bələdçilərinə; 


10 
-hava hərəkətinin idarə edilməsi üzrə mütəxəssislərə; 
-rəhbərlərə, mütəxəssislərə və texniki icraçılara; 
-sərnişin, baqac və yük daşımalarının təşkilini həyata keçirən işçilərə; 
-aviasiya təhlükəsizliyini təmin edən işçilərə; 
-aviasiya yanacaq-sürtkü materiallarının kenyfiyyətinə və hava gəmilərinin 
yanacaqla doldurulmasına nəzarəti təmin edən işçilərə. 
Həmin Nizamnamənin müddəaları şamil edilməyən işçilərin intizamı 
müəssisədaxili intizam qaydaları ilə tənzimlənir. Bu Nizamnamənin müddəaları 
şamil edilən Mülki Aviasiya işçiləri Nizamnaməni bilməli və onun tələblərini 
dəqiq yerinə yetirməlidirlər. 
Nizamnamədə Mülki aviasiya işçilərinin əməyinin səciyyəvi xüsusiyyətlərin 
əks etdirən mükafatlandırmalar (məs, Azərbaycan Respublikası Mülki Aviasiyanın 
Fəxri fərmanı, «Mülki Aviasiya əlaçısı» döş nişanı ilə təltif etmə və s.) və intizam 
tənbehləri də (məs, qanunvericiliklə müəyyən edilmiş qaydada uçuş işi və hava 
hərəkətinin idarə edilməsindən, habelə uçuşların təhlükəsizliyinin təmin edilməsi 
ilə bağlı digər işlərin yerinə yetirilməsindən azad edilmə və bir il müddətinə qədər 
başqa işə keçirilmə və s.) nəzərdə tutulmuşdur. 
Yuxarıda adı çəkilən «Hava nəqliyyatında və onun xüsusi xidmət 
müəssisələrindən» əlavə aşağıdakı müəssisələrdə də əmək müqaviləsi tərəflərinin 
məsuliyyətin artırmaq məqsədi ilə əmək münasibətləri intizam nizamnamələri ilə 
tənzim edilir: 
-dəmir yolu və rabitə müəssisələrində; 
-dəniz və çay nəqliyyatında, habelə balıqçılıq təsərrüfatının su nəqliyyatı 
donanmasında; 
-xüsusi təhlükəli şəraitli yeraltı işlər görülən iş yerlərində, habelə dağ-mədən 
sənayesi müəssisələrində; 
-dənizdə neft və qaz ehtiyatlarının kəşfiyyatı və istismarı ilə məşğul olan 
müəssisələrdə; 
-hərbi sənaye müəssisələrində. 


11 
Yuxarıda sadalanan müəssisələrin İntizam Nizamnamələrində yalnız
Azərbaycan Respublikası Əmək Məcəlləsinin «Əmək və icra intizamı» bölməsi ilə 
(VII bölmə) müəyyən edilmiş normalardan fərqli müddəalar nəzərdə tutula bilər. 
İntizam Nizamnamələri mövcud olan müəssisələrdə digər əmək münasibətləri isə 
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin