6
3.
Əmək hüququnun institutlarından biri kimi. Əmək intizamı institutu
işəgötürənlə işçilərin hüquq və vəzifələrini, nümunəvi əməyə görə həvəsləndimə
tədbirlərini, əmək intizamının pozulmasına görə intizam məsuliyyətini müəyyən
edən və s. normalar toplusundan ibarətdir.
4.
Faktiki davranış kimi. Əmək intizamı faktiki davranış kimi istehsalatda
hamı tərəfindən ona əməl edilməsinin fərziyyəsini nəzərdə tutur. Əmək intizamına
əməl olunma səviyyəsi o zaman yüksək ola bilər ki, hamı ona əməl etmiş olsun.
Əmək hüququnda «əmək intizamı» anlayışı ilə yanaşı «texnoloci intizam»,
«istehsalat intizamı» anlayışı da işlədilir.
Dostları ilə paylaş: