Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix18.06.2023
ölçüsü0,7 Mb.
#132195
1   2   3   4   5   6   7   8   9   ...   18
647 emek intizami

 
 
 
 
 
 
G İ R İ Ş



Müasir dövrdə Azərbaycan Respublikasında iqtisadi formasiyanın 
dəyişməsi, azad sahibkarlıq cəmiyyətinə keçid əmək intizamının məzmununu 
əsaslı surətdə dəyişdirir. Əmək prosesinin iştirakçılarına idealoci təsir aradan 
qaldırılır.
Mövzunun birinci sualında əmək intizamının anlayışından, əhəmiyyətindən, 
müəssisədaxili intizam qaydasından və onların məzmununu, əmək və icra 
intizamının intizam nizamnamələri ilə tənzimlənməsindən, əmək intizamının təmin 
olunması üsullarından bəhs olunmuşdur.
İkinci sualda əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti 
və onun növləri: intizam xətasının anlayışı, intizam tənbehinin verilməsi şərtləri
intizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi və s. əks olunmuşdur. 
Üçüncü sualda isə DİO-da xidməti əmək münasibətlərindən bəhs olunur. 
Sual 1. Əmək intizamının anlayışı, məzmunu, əhəmiyyəti və
möhkəmləndirilməsi metodları. 
Əmək intizamı – hər bir ictimai əmək növü üçün zəruri olan qaydadır. Başqa 
sözlə desək, əmək intizamını hər bir ümumi işin, hər bir birgə əməyin ən zəruri 



şərtlərindən biridir. Birgə əmək işçilərlə işəgötürənlərin ümumi qəbul olunmuş 
intizama tabe olmalarını tələb edir. 
Əmək intizamının mahiyyəti ondan ibarətdir ki, əmək qanunvericiliyinə 
əsasən işəgötürən işçidən əmək müqaviləsində şərtləndirilmiş əmək funksiyasının 
icrasını tələb edə bilər, işçi isə həmin vəzifəni icra etməlidir. 
Əmək intizamı müxtəlif elm sahələrinin öyrənilmə predmetidir. Məsələn, 
sosialogiya, iqtisadiyyat və s. Bununla yanaşı «əmək intizamı» anlayışını hüquq 
elmi də öyrənir. Hüquq ədəbiyyatlarında və əmək qanunvericiliyində «əmək 
intizamı» anlayışı həm obyektiv, həm də subyektiv mənalarda işlədilir. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin