İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi. İntizam
tənbehi verildiyi gündən altı ay qüvədə olur. İşçi aşağadakı hallarda verilən
intizam tənbehindən nəticə çıxarırsa, işəgötürən işdə fərqləndirmə qaydasında
intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər:
a) əmək funksiyasını yüksək səviyyədə yerinə yetirdikdə;
b) müəssisədaxili əmək və intizam qaydalarını pozmadıqda.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 190-cı maddəsinin 4-cü
hissəsində deyilir ki, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək
funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam
qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə
20
tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin
mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab
edilir.
Bu maddənin şərhi onu göstərir ki, intizam tənbehinin qüvvədə olduğu
müddət ərzində işçiyə həvəsləndirmə tədbiri tətbiq oluna bilər. Lakin bundan fərqli
olaraq, əvvəlki 10 dekabr 1971-ci ildə təsdiq edilmiş Azərbaycan SSR-nin ƏQM-
nin 135-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, intizam tənbehinin
qüvvədə olduğu müddət ərzində işçiyə həvəsləndirmə tədbiri tətbiq edilmir.
Sual 3. DİO-da xidmət intizamı.
Azərbaycan dövlətinin DİO qarşısında qoyduğu vəzifələrdən biri də ictimai
qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasıdır. Bu vəzifənin uğurla həll
olunmasının zəruri şərti isə DİO əməkdaşlarI tərəfindən qanunvericiliyin
tələblərinə dönmədən əməl etmək, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin
əmrləri, təlimatları, həmçinin yanakı və birbaşa rəislərin (komandirlərin) əmrləri,
sərəncamları və göstərişləri ilə müəyyən edilmiş qaydaların sözsüz və dəqiq yerinə
yetirilməsidir.
21
DİO əməkdaşları ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması
işinin təşkilində birinci növbədə özləri qanunçuluğa və intizama ciddi əməl
etməkdə nümunə olmalıdırlar. Azərbaycan qanunları xalqın həyati maraqlarına
uyğundur və xalqın iradəsini ifadə edir. Xalqın maraqlarının müdafiəsi, ictimai
təhlükəsizliyin təmin olunması – daxili işlər orqanlarının fəaliyyətinin əsas
məzmununu təşkil edir.
Azərbaycan dövləti Daxili İşlər Orqanları sisteminin təkmilləşdirilməsi ilə
əlaqadar böyük işlər görür. Əsas diqqət qanunçuluğun və xidməti intizamın
möhkəmləndirilməsinə verilir.
DİO əməkdaşlarının fəaliyyətində qanunçuluğun təmin olunması onların
xidməti intizamının möhkəmləndirilməsi üçün inandırma, həvəsləndirmə və
tərbiyəvi təsir tədbirləri tətbiq edilir.
Sıravi və rəis heyəti tərəfindən kobud intizam pozuntusuna yol verildikdə,
həmçinin onlar tərəfindən xidməti borcun yerinə yetirilməməsi məsuliyyətin
yaranmasına səbəb olur.
Bildiyimiz kimi hüquqi məsuliyyətin növlərindən (cinayət, mülki hüquqi,
maddi, prosessual və inzibati) biri də intizam məsuliyyətidir. İntizam məsuliyyəti
bilavasitə intizam pozuntusu (xətası) törədildikdə yaranır. Buna görə də intizam
məsuliyyətinin xarakteristikasının izahına keçməzdən əvvəl, xidməti intizamın
anlayışına, onun xüsusiyyətlərinə və möhkəmləndirilməsi vasitələrinə nəzər salaq.
DİO əməkdaşlarının xidmət intizamla əlaqədar münasibətləri «Polis haqqında»
Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli qanunu, Azərbaycan
Respublikasının 29 iyun 2001-ci il tarixli qanunu ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə» ilə,
Azərbaycan Respublikası DİN-in 16 iyun 2009-cu il tarixli 330 saylı əmri ilə
təsdiq olunmuş «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam
Nizamnaməsi» və digər aktlarla tənzimlənir. Adı çəkilən normativ-hüquqi aktlarda
xidməti intizamın anlayışı, onun xarakteri rəis tərəfindən sıravi və rəis heyətinə
tətbiq olunan intizam tənbehləri və mükafatlandırılmalar barədə normalar müəyyən
edilmişdir.
22
Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının İntizam Nizamnaməsinin
1-ci bəndində deyilir ki, daxili işlər orqanlarında xidməti intizam – əməkdaşlar
tərəfind həvalə olunmuş vəzifələri nümunəvi yerinə yetirmkdən Azərbaycan
Respublikasının
Konstitusiyasına, Qanunlarına, Azərbaycan Respublikası
Prezidentinin Fərman və Sərəncamlarına, Nazirlər Kabinetinin Qərar və
Sərəncamlarına, daxili normativ hüquqi aktlara, Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin, rəhbərliyinin birbaşa və bilavasitə rəislərin əmr və
göstərişlərinə əməl etməkdən ibarətdir.
DİO-da xidməti intizamın dövlət-hüquqi xarakteri ondan ibarətdir ki, o
rəislərin və komandirlərin yüksək tələbkarlığını, ciddi şəkildə intizamın mövcud
olmasını və inandırma, tərbiyə və intizam məcburetmə tədbirlərinin tətbiq
olunmasını təmin edir.
Rəis (komandir) öz tabeçiliyində olanlardan xidməti intizamın tələblərinə
dönmədən əməl etməyi, həmçinin onlardan xidməti vəzifələrinin dəqiq və vaxtında
yerinə yetirilməsini tələb etdiyi halda o, dövlət-hakimiyyət səlahiyyətinin
daşıyıcısı qismində çıxış edir. Onun tələblərinin yerinə yetirilməməsi
yolverilməzdir və xidməti intizamın mahiyyətinə ziddir.
Eyni zamanda rəis (komandir) də əməkdaşın vəzifələrinə aid olmayan
hərəkətlərin edilməsini ondan tələb etməməlidir. Əməkdaş açıq-aşkar qanunazidd
əmr və ya göstərişi icra etməmək məsuliyyətə səbəb olmur. Belə əmri və ya
göstərişi icra edən əməkdaş Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. Zəruri xidməti intizamın
saxlanması üçün tabeçiliklərində olan şəxslərə intizam məcburetmə tədbirlərinin
tətbiq olunması ilə əlaqədar rəislərə (komandirlərə) müəyyən hüquqlar verilmişdir.
Daxili işlər orqanlarının yerinə yetirdiyi funksiyaların və vəzifələrin
xüsusiyyətlərindən asılı olaraq, daxili işlər orqanlarında xidməti intizamın özünün
xüsusi əlamətləri vardır.
Belə halda nəzərdə tutmaq lazımdır ki, daxili işlər orqanları özündə
mürəkkəb dövlət sistemini əks etdirir. Hüquqi vəziyyətlərinə görə onların
23
quluqçularını üç qrupa ayırmaq olar. Birinci qrupa daxili işlər orqanlarının sıravi
və rəis heyətinin xüsusi rütbələrinə malik olmayan işçilər (texniki-kargüzarlıq və
mühasibat-hesabat işçiləri, xidmətlər, ocaqçı, bağban və s.) aiddir. Onların əmək
fəaliyyəti, hüquqi vəziyyəti və intizam məsuliyyəti Azərbaycan Respublikasının
Əmək qanunvericiliyi və müəssisədaxili intizam qaydaları ilə tənzimlənir. İşçilər
və işəgötürənlər bir qayda olaraq həmkarlar ittifaqı təşkilatının üzvləridirlər və
onları Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi
şamil olunmur.
Azərbaycan Respublikası DİN-in sistemindəki ikinci qrup xidmətçilər
daxili qoşunların hərbi qulluqçularıdır. Onların xidməti intizamı hərbi
nizamnamələrlə tənzimlənir.
Dostları ilə paylaş: |