Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix18.06.2023
ölçüsü0,7 Mb.
#132195
1   ...   10   11   12   13   14   15   16   17   18
647 emek intizami

Təşəkkürün elan edilməsi – həvəsləndirmənin ən geniş yayılmış 
növlərindən biridir. Bu həvəsləndirmə tədbirini bütün dərəcələrdən olan rəis və 
komandirlər–manqa komandirindən tutumuş Azərbaycan Respublikasının Daxili 
İşlər Nazirinədək tətbiq edə bilərlər. Yuxarıda qeyd etdiyimiz kimi əməkdaşlara 
həvəsləndirmə bir qayda olaraq əmrlə elan olunur. Təşəkkürün elan olunması isə 
şifahi də ola bilər (İntizam Nizamnaməsinin 39-cu bəndi). Lakin, bütün hallarda, 
yəni təşəkkürün yazılı və şifahi formada elan olunmasından asılı olmayaraq bu 
barədə əməkdaşın xidməti kartoçkasında qeyd aparılmalıdır. Şifahi formada elan 
olunmuş təşəkkür barədə xidməti kartoçkada qeyd aparılmayıbsa, hüquqi cəhətdən 
onu həvəsləndirmə kimi qiymətləndirmək olmaz. Ona görə də şifahi formada 
təşəkkür elan etmiş rəislər (komandirlər) onun qeyd olunmasına da fikir 
verməlidirlər.
Pul 
mükafatı 
və 
qiymətli 
hədiyyə 
ilə 
mükafatlandırma– 
həvəsləndirmənin kifayət qədər yayılmış növlərindən biridir. Həvəsləndirmənin bu 
növünün tətbiqi hüququna daxili işlər orqanlarının və müəssisələrin rəhbər işçiləri 
malikdirlər. Həmin rəhbər işçilərə bir çox vəzifəli şəxsləri, o cümlədən ərazi polis 
bölmələrinin rəislərini, Bakı metropoliteninin mühafizəsi üzrə polis şöbəsinin, 
şəhər-rayon polis şöbə və idarələrinin, mühafizə idarələrinin rəislərini, DİN-in 7-ci 
idarəsinin, Polis Akademiyasının rəisini, Naxçıvan MR-nin Daxili işlər Nazirini,
Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavinlərini, Azərbaycan 
Respublikası Daxili İşlər Nazirini aid etmək olar. 


33 
Fəxri fərman ilə təltif edilmə Naxçıvan MR daxili İşlər Naziri, Azərbaycan 
Respublikası Daxili İşlər Nazirinin müavinlərini, Azərbaycan Respublikası Daxili 
İşlər Naziri tərəfindən həyata keçirilir.
Fəxri fərman ilə xidmətdə yüksək peşəkarlıq göstəriciləri olan, xidməti 
borcu fədəkarlıqla yerinə yetirən əməkdaşlar təltif olunurlar. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin