Азярбайъан республикасы дахили ишляр назирлийи


Fəxri döş nişanı ilə təltif edilmə



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix18.06.2023
ölçüsü0,7 Mb.
#132195
1   ...   10   11   12   13   14   15   16   17   18
647 emek intizami

Fəxri döş nişanı ilə təltif edilmə mühüm bir həvəsləndirmədir. DİO-da 
«Əla xidmətlərinə görə» döş nişanı ilə ictimai asayişin mühafizəsində, xidməti və 
döyüş hazırlığında yüksək göstəricilər əldə etmiş, xidməti borcu yerinə yetirərkən 
təşəbbüs, cəsarət və fədakarlıq göstərmiş kamil peşə bacarığına malik, öz xidmət 
dərəcəsini daim artıran daxili işlər orqanlarının əməkdaşları və daxili qoşunların 
hərbi qulluqçuları təltif edilir.
DİO-da «Əla xidmətlərinə görə» döş nişanı ilə Azərbaycan Respublikası 
Daxili İşlər Naziri, nazirin kadr üzrə müavini və Naxçıvan MR Daxili İşlər Naziri 
təltif edir (DİN-in 06.02.1998-ci il tarixli 40 saylı əmri ilə təsdiq olunmuş «Daxili 
İşlər Nazirliyində «Əla xidmətlərinə görə» döş nişanı haqqında Əsasnamə»). 
Həvəsləndirmənin bir növü kimi şəxsi silahla təltif etmə, orta və böyük rəis 
heyəti əməkdaşlarına vaxtından əvvəl və tutduqları vəzifə üzrə xüsusi rütbə 
həddindən bir pillə yuxarı xüsusi rütbələrin verilməsi Azərbaycan Respublikası 
Daxili işlər Nazirinin müstəsna səlahiyyətinə aiddir və nazir tərəfindən müəyyən 
edilmiş qaydada həyata keçirilir.
Yuxarıda sadalananlardan əlavə Azərbaycan Respublikasının qanunvericiliyi 
ilə nəzərdə tutulmuş qaydada DİO əməkdaşları bir sıra medallarla da təltif oluna 
bilərlər. Belə ki, Azərbaycan Respublikasının 21 aprel 2006-cı il tarixli 97-IIIQ və 
98-IIIQ saylı qanunları ilə təsdiq olunmuş Əsasnamələrə uyğun olaraq daxili işlər 
orqanlarının sıravi və rəis heyətinin əməkdaşları «Daxili işlər orqanlarında 
qüsursuz xidmətə görə» və «Polis veteranı» medalı ilə təltif edilirlər. 
DİO-nın əməkdaşları «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» 
medalı ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri tərəfindən təltif edilirlər.
«Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalının üç dərəcəsi 
vardır: 


34 
-«Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalı- 
Azərbaycan Respublikasının daxili işlər orqanlarında 20 il xidmətə görə; 
-«Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı- 
Azərbaycan Respublikasının daxili işlər orqanlarında 15 il xidmətə görə; 
-«Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı- 
Azərbaycan Respublikasının daxili işlər orqanlarında 10 il xidmətə görə; 
«Polis veteranı» medalı ilə Azərbaycan Respublikası daxili işlər 
orqanlarında (SSRİ daxili işlər orqanlarında xidmət müddəti də nəzərə alınmaqla) 
30 təqvim ili və daha çox nümunəvi xidmət etmiş DİO-nın əməkdaşları təltif 
edilirlər.
Daxili işlər orqanlarının əməkdaşları «Polis veteranı» medalı ilə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təltif edilirlər. 
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xarici dövlətlərin və 
beynəlxalq qrumların müvafiq strukturları, ölkənin müxtəlif təsisatları və qarşılıqlı 
əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində, habelə daxili işlər orqanlarının 
qarşısında duran vəzifələrin yerinə yetirilməsində önəmli xidmətləri və əməyi 
olmuş əməkdaşların və ayrı-ayrı şəxslərin fərqləndirilməsi məqsədilə, 
«Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 
5.3.16-cı il bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Daxili İşlər Naziri 
tərəfindən təsdiq olunmuş 13 may 2006-cı il tarixli 223 saylı əmri ilə Azərbaycan 
Respublikası DİN-in «Beynəlxalq əməkdaşlığa ğörə» və «Əməkdaşlığa görə» döş 
nişanları təsis edilmişdir. 
«Beynəlxalq əməkdaşlığa görə» döş nişanı ilə, cinayətkarlığa, o cümlədən 
onun transmilli növlərinə qarşı mübarizə, ictimai qaydanın və ictimai 
təhlükəsizliyin təmin edilməsi sahəsində, habelə qanunla müəyyən edilmiş digər 
vəzifələrin yerinə yetirilməsində Azərbaycan Respublikasının Daxili İşlər 
Nazirliyi ilə xarici ölkələrin və beynəlxalq qrumların aidiyyəti və inkişaf 
etdirilməsində önəmli xidmətləri və əməyi olmuş şəxslər təltif edilirlər. 
«Beynəlxalq əməkdaşlığa görə» döş nişanı ilə Azərbaycan Respublikasının 
Daxili İşlər Naziri təltif edir. 


35 
«Əməkdaşlığa görə» döş nişanı ilə cinayətkarlıqla mübarizənin və ictimai 
təhlükəsizliyin təmini, habelə qarşıya qoyulmuş digər vəzifələrin həllində 
Azərbaycan Respublikasında Daxili İşlər Nazirliyinin orqan və hissələri ilə 
səmərəli əməkdaşlıq edən, eləcə də ayrı-ayrı məsələlərdə onlara köməklik 
göstərmiş və dəstək vermiş şəxslər təltif edilir. 
Əməkdaşlara tətbiq olunan ikinci qrup həvəsləndirmələr daxili işlər 
orqanları əməkdaşlarına başqa dövlət orqanları tərəfindən tətbiq olunan 
həvəsləndirmələrdir. Düzdür yuxarıda adı çəkilən Nizamnamədə bu barədə konkret 
norma təsbit olunmuş olmasa da təcrübədə belə hallara rast gəlinir. Məsələn, yerli 
icra hakimiyyəti orqanları tərəfindən polis əməkdaşlarının mükafatlandırılması, 
Fəxri fərmanla təltif edilməsi, təşəkkür elan edilməsi və s. 
Üçüncü qrup həvəsləndirmələr Azərbaycan Respublikası Prezidenti 
tərəfindən tətbiq olunan həvəsləndirmələrdir. Azərbaycan Respublikası Prezidenti 
tərəfindən DİO əməkdaşlarına tətbiq olunan ən yüksək mükafatlardan biri də 
onların «Əməkdar hüquqşünas» fəxri adı ilə təltif olunmasıdır. «Əməkdar 
hüquqşünas» fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük 
xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin 
yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və 
həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq 
və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın 
göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti 
orqanlarında, həmçinin vəkillikdə, elm, tədris və digər müəssisə, idarə və 
təşkilatlarda ixtisas üzrə azı 15 il işləmiş hüquqşünaslara verilə bilər (Azərbaycan 
Respublikası Prezidentinin 13 fevral 2006-cı il tarixli 364 saylı fərmanı). Bundan 
əlavə DİO əməkdaşları Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il 
tarixli 130 saylı Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının fəxri 
adları haqqında Əsasnamə» ilə nəzərdə tutulmuş digər fəxri adlarla da təltif oluna 
bilər. Məsələn, DİN-in tədris və tibb müəssisələrində xidmət edən zabitlər müvafiq 
olaraq «əməkdar müəllim», «əməkdar həkim» fəxri adlarına layiq görülə bilərlər. 
Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında Azərbaycan Respublikası 


36 
Prezidentinin 04 iyul 2005-ci il tarixli 878 saylı Sərəncamının 1-ci bəndinə əsasən 
yuxarıda adı çəkilən fəxri adlara görə aylıq təqaüdün məbləği 150 min manat (30 
AZN) müəyyən edilmişdr.
Beləliklə, DİO-da xidmətdə fərqlənmiş əməkdaşlara həvəsləndirmə 
metodlarının tətbiq olunmasının təşəbbüskarlığın yüksəldilməsində, təşkilatçılığın, 
nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsində böyük əhəmiyyəti 
vardır. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin